Dövlət idarəçiliyi



Yüklə 53,01 Kb.

tarix30.10.2018
ölçüsü53,01 Kb.


“Dövlət idarəçiliyi”.-2010.-№2(30).-S.145-149.

SİYASİ SİSTEMDƏ VƏTƏNDAŞIN SİYASİ SEÇİM 

ETMƏSİNƏ TƏSİR EDƏN AMİLLƏR

AYDIN MİRZƏZADƏ

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 

siyasi elmlər namizədi

Hər  bir  dövlətin  inkişafı  və  qüdrəti  ilk  növbədə  vətəndaşlarının  siyasi  hazırlıq  səviyyəsindən,  onların

fəaliyyətindən  və  seçimlərindən  asılıdır.  Bir  nəfər  səviyyəsində  bu  az  hiss  edilsə  də,  fəal  vətəndaşların  güclü

hərəkat  yaratması  cəmiyyətin  inkişaf  istiqamətinin  müəyyənləşməsin-də  birbaşa  rol  oynayır.  Bu  bir  tərəfdən

vətəndaş-cəmiyyət  münasibətləri  toplusu,  digər  tərəfdən  isə  seçimlər  vasitəsilə  kəmiyyət  mərhələsindən  keyfiyyət

mərhələsinə növbəti keçid sayıla bilər.

Vətəndaşın  siyasi  seçim  məsələsi  daima  politologiya  elmində  öyrənilən  bir  məsələdir  və  vaxtaşırı məsələ

müxtəlif  tərəfdən  araşdırılmağa  cəhd  edilir.  Məsələyə  təsir  edən  amillər  isə  kifayət  qədər  çoxdur.  Cəmiyyət

mürəkkəbləşdikcə  onun  yeni  keyfiyyət  göstəricilərini  analizinə  ciddi  ehtiyac  yaranır.  Nəzərə  alınmalıdır  ki,  hər

keyfiyyət mərhələsində bu amillərin həm daxili quruluşu, həm də təsir imkanları dəyişikliklərə məruz qalır.

Vətəndaşın  seçim  imkanlarına  cəmiyyətin  təsir  etməsi  fikri  elmdə  bir  aksiom  kimi  qəbul  edilir.  Ancaq

vətəndaşın mövqeyinin də cəmiyyətin keyfiyyətinə birbaşa təsir etməsi də birmənalı fikirdir. Bu baxımdan qarşılıqlı

təsirin öyrənilməsi bu mexanizmin fəaliyyətinin yaxşılaşdırılması üçün əlavə addımlar atmağa imkan yaradır.

Qaldırılan  mövzu  çərçivəsində  vətəndaşın  ilk  növbədə  siyasi  seçiminə  təsir  edən  amillərin

sistemləşdirilməsi vacib görünür. Bu amillər cəmiyyətin siyasi halının-siyasi sisteminin tərkib hissəsi olması aydın

görünür. Ona görə də ilk növbədə siyasi situasiyaya təsir edən hallar öyrənilməli və müvafiq nəticə çıxarılmalıdır.

Vətəndaşın siyasi seçiminə təsir edən əsas amillərdən biri onun yaşadığı siyasi sistemdir. Burada isə seçimə

sərbəstliyi  siyasi  sistemin  demokratikliyi  dərəcəsindən  asılıdır.  Politologiyada  onun  dörd  forması -  demokratiya,

teokratiya, totalitarizmi və avtoritarizm təsnifatlandırılır. Teokratiya dinin və ya din xadimlərinin, totalitarizm - bir

siyasi rejimin, avtokratiya isə bir şəxsin cəmiyyətin düşüncəsi və gündəlik həyatına  təsir etməsi və monopoliyaya

almasıdır. Bu üç tip cəmiyyətdə başqa faktorların vətəndaşın seçiminə təsiri çox azdır. Vətəndaşın sərbəstliyi siyasi

rejimin onun üçün seçdiyi variant daxilində manevri ilə məhdudlaşır.

Demokratiya  isə  siyasi  elmdə  digər  üç  siyasi  sistemin  alternativi  kimi  götürülür.  O  həm  konkret  siyasi

sistemin (nəzəri cəhətcə ideal modelin) adıdır, həm də ayrı-ayrı ölkələrdə real mövcud olan dövlət sistemidir.

Demokratik dövlətlərin idarəetmə formalarında və praktiki fəaliyyətlərində müəyyən fərqlilik olsa da qəbul

edilmiş  ümumi prinsiplər mövcuddur. Bunlar hakimiyyətin seçilməsi, çoxluğun siyasi idarəsinin qanun funksiyası

əldə  etməsi,  hər  bir  kəsin  öz  fikrinə  malik  olması  hüququnun  qorunması,  dövlətin  cəmiyyətdən  asılılığı,

vətəndaşların  siyasi,  iqtisadi,  vicdan,  hüquq  və  azadlıqlarının  qorunmasıdır.  Həmçinin  demokratik  sistemdə

vətəndaş  dövlətin və məmurların  özbaşınalığından qanun və möhkəm ənənələrlə qorunur. Bu səbəb də vətəndaşın

seçim ərəfəsində tam məlumatlı olmasına şərait yaradır.

Demokratik  siyasi  sistem  vətəndaşın  sərbəst  siyasi  seçim  etməsinə  tam  şərait  yaradır.  Eyni  zamanda  belə

şərait  digər  əhəmiyyətli  təsir  amillərinin  də  formalaşmasına  və  təkmilləşməsinə  kömək  edir.  Azərbaycan

Respublikasında  yuxarıda  toxunulan  məsələlər  ölkə  Konstitusiyasında  öz  əksini  geniş  surətdə  tapa  bilmişdir.

1995-ci  ilin  12  noyabrında  ümumxalq  referendumunda  qəbul  edilən,  2002-ci  və  2009-cu  il  referendumlarında

təkmilləşən  əsas  qanunun  158  maddəsinin  48-i  əsas  insan  və  vətəndaş  hüquq  və  azadlıqlarının  təminatına  həsr

edilmişdir (1, maddə 24-71).

Bu amillərdən ikinci ən vacibi hakimiyyətin fəaliyyətinin təsirliliyidir. Hakimiyyət tipləri içərisində dövlət

hakimiyyətinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu amil vətəndaşların gündəlik həyatına birbaşa təsir etdiyinə

görə  bu  məsələ  daim  cəmiyyətin  diqqətində  saxlanılır.  Burada  dövlət  hakimiyyətinin  həm  ayrı-ayrı istiqamətlər

üzrə, həm də ümumi fəaliyyəti vaxtaşırı cəmiyyətin qiymətini alır. Vətəndaş üçün öz sosial problemlərinin həlli və

təhlükəsizlik məsələləri kimi, yaşadığı dövlətin nüfuzu və qüdrəti məsələsi də əhəmiyyət kəsb edir.

Dövlət  hakimiyyətinin  dövlət  büdcəsinin  formalaşması və  xərclənməsi  məsələsində  səmərəli  fəaliyyəti  də

siyasi seçimə təsir edən məsələlərdəndir.

Dövlət hakimiyyətini həyata keçirən səlahiyyətli şəxslərin nüfuzu və səriştəliliyi də ciddi məsələlərdəndir.

Təsadüfi  deyil  ki,  bəzi  tədqiqatçılar  seçkiləri  cəmiyyətin  yaxşıların  içindən  ən  yaxşısını  seçmək  imkanı  kimi

qiymətləndirirlər (2, s.260). Ona görə də siyasi qüvvələr bu məsələni daima diqqətdə saxlayırlar. Bir qayda olaraq

ictimai fikirdə müsbət yer tutan və yüksək reytinqə malik şəxslərin siyasi partiya lideri olmaq və ya onların  seçki

siyahısında  yer  tutmaq  şansları yüksək  olur.  Bu  baxımdan  siyasi  qüvvələr  ya  nüfuzlu  şəxslərin  öz  sıralarına  cəlb

edilməsinə  ya  da  aktual  məsələlərin  öz  liderlərinin  çıxış  tezislərinə  çevrilməsinə  çalışırlar.  Bir  qayda  olaraq  isə

siyasi  qüvvələrin  menecerləri  bu  tələblərə  cavab  verən  simaların  gənc  kadrlar  arasında  formalaşdırılmasına  səy

göstərirlər.

Bu vəzifələrin yerinə yetirilməsi üçün  siyasi  dairələr  rəy sorğularının nəticələrinə  çox  diqqətlə  yanaşırlar.




Son  dövrlərdə  rəy  sorğuları istənilən  demokratik  ölkənin  vacib  elementinə  çevrilmişdir.  Ona  əsaslanaraq  planlar

qurulur, fəaliyyətlərdə dəyişikliklər edilir, onun nəticələrini siyasi polemikalarda ciddi istinad kimi istifadə edirlər.

Hətta öz maraqları üçün sifarişli rəy sorğuları keçirmək hallarına da rast gəlinir.

Ancaq rəy sorğularına tək siyasi qüvvələr və rəsmi strukturlar deyil, sıravi vətəndaşlar da maraq göstərirlər.

Çünki, cəmiyyətin bir hissəsi uzun müddət tərəddüd içərisində qalır və sosioloji sorğular, onun qəti rəyə gəlməsinə

kömək göstərir. Həmçinin müəyyən hissə öz rəyini ümumi rəylə müqayisə etməyə üstünlük verir. Beləliklə də, rəy

sorğusu müəyyən halda siyasi seçiminə ciddi təsir edən faktorlardan biri sayıla bilər.

Seçicinin  siyasi  seçiminə  ciddi  təsir  edən  məsələlərdən  biri  də  siyasi  sistemdəki  siyasi  partiya  sisteminin

quruluşundan  asılıdır.  Partiya  sistemi  qətiləşməmiş  ölkələrdə  seçicinin  seçim  etməsi  çox  çətin  olur.  Partiya

ənənələrinin  olmaması,  partiya  liderlərinin  təcrübədən  deyil,  nəzəriyyədən  irəli  gələrək  öhdəliklər  götürməsi

partiyanın  qələbə  çalmasını şübhə  altına  alır.  Həmçinin  çox  sayda  rəqabət  aparan  partiyaların  mövcudluğu  sosial

bazanın  parçalanmasına,  şəxsi  ambisiyaların  qabarmasına  və  cəmiyyətin  siyasi  resurslarının  yaradıcılığa  deyil,

münasibətlərin aydınlaşmasına  gətirib çıxarır. Seçicinin  seçim  etməsi  isə  bir  çox  hallarda  zahiri  faktorlardan  asılı

olur.


Siyasi partiya sisteminin formalaşması (bir partiyanın aparıcı olduğu çoxpartiyalı sistemi, iki partiyalı, iki

partiya  bloklu  və  iki  yarım  partiyalı  çoxpartiyalı  sistem)  seçicinin  siyasi  seçiminin  asanlaşdırır  və  cəmiyyətin

inkişaf istiqamətini proqnozlaşdırmağa kömək edir. Çünki, siyasi həyatda, hakimiyyət uğrunda mübarizədə və onun

istifadə  olunmasında  iştirak  edən  partiyaların  bir-biri  ilə  və  dövlətlə  münasibətlərinin  məcmusu,  partiyaların

hakimiyyət  və  onun  həyata  keçirilməsi  uğrunda  mübarizədə  qarşılıqlı  əlaqəsi  və  rəqabət  mexanizmi  yaranır.

(3,s.241)  Seçici  iqtisadi  inkişaf,  sosial  problemlərin  həlli  və  dövlətin  xarici  siyasətdə  uğurları  şəraitində  hakim

siyasi partiyaya yeni dövrə mandat verir. Əks halda isə cəmiyyət ciddi siyasi qüvvə olan əsas müxalifət partiyasına

hakimiyyət  səlahiyyəti  verir.  Ancaq  bu  halda  belə  hakim  partiya  tamamilə  siyasi  səhnədən  silinmir,  ona  inanan

insanların  dəstəyi  ilə  müxalifətdə  qalır.  O  yeni  seçkiyə  qədər  rəhbərliyində,  ideyalarında  və  cəmiyyətlə

münasibətlərində  keyfiyyət  dəyişikliyi  edərsə  və  yeni  hakimi  qüvvə  vəzifəsinin  öhdəsindən  gəlməzsə,  yenidən

seçicilərin  səs  çoxluğuna  ümid  bəsləyə  bilər.  Görkəmli  siyasi  tədqiqatçı Maks  Veber  xüsusi  olaraq  vurğulayırdı:

«İdeyalar ümumiyyətlə tarixin gedişatında təsir göstərir».(6,s.l50)

Siyasi partiya sisteminin qətiləşdiyi ölkələrdə belə, partiyalar daima sosial bazalarının qorunub saxlanması

üçün  çalışmalı olurlar.  Burada  bir  qayda  olaraq  fəaliyyət  başlanğıcı olaraq  son  seçkilərin  nəticələri  və  ölkə  üzrə

keçirilən rəy sorğuları olur. Partiyalar seçici kütləsində baş  verən  dəyişikliklərə  operativ  reaksiya  verməli  olurlar.

Aktual  məsələlər  üzrə  cəmiyyətin  gözlədiyi  qərarlar  qəbul  edilir,  partiya  rəhbərliyində  və  hökumət  tərkibində

müvafiq  dəyişikliklər,  partiya  proqramlarında  korrektələr  edilir.  Bu  addımlar  seçkiləri  öz  tərəfinə  çəkməklə  ya

hakimiyyət səlahiyyətini uzatmağa, ya da onu əldə etməyə kömək edir.

Siyasi  partiyalar  mülkiyyətə  münasibətinə  görə  sol  (mülkiyyəti  olmayan,  ya  kiçik  hissəyə  malik  olan

təbəqələri  müdafiə  edənlər),  sağ  (biznes  dairələrinin  mənafeyini  müdafiə  edən)  və  mərkəz  (sərbəst  sənət  və

idarəetmə təbəqələrinin mənafeni müdafiə edənlər) partiyalara bölünürlər. XX əsrin ortalarından başlayaraq inkişaf

etmiş  ölkələrdə  orta  təbəqənin  və  səhmlər  vasitəsilə  mülkiyyətə  sahib  olanların  sayı  artdığına  görə  partiyaların

siyasi yönümləri arasında fərq sürətlə azalmağa başlayırlar.

Siyasi  partiyalar  ənənəvidən  başqa  digər  təbəqələrin  də  maraqlarmı  nəzərə  almağa  çalışır  və  ümumxalq

partiyası statusuna üstünlük verməyə başlayırlar. Bu ideoloji partiyaların sayının və sosial çəkilərinin azalmasına və

bir neçə nüfuzlu siyasi partiyaların formalaşmasına səbəb olur. Proqramlarında cüzi fərq olan bu partiyalara seçici

artıq  fəaliyyətlərinə  və  onun  maraqlarını  nəzərə  alma  dərəcəsinə  görə  üstünlük  verməyə  başlayır.  Ona  görə  də

hakimiyyətə gəlmək şansı olan partiyalar daima yeniləşməyə və imiclərini qorumağa  cəhd edirlər. Görkəmli siyasi

tədqiqatçı  R.Mixels  siyasi  partiyaların  bu  keyfiyyəti  ilə  bağlı  yazırdı:  «Partiya  ancaq  məqsədə  çatmaq  üçün

vasitədir.  Əgər  partiya  öz  maraqları  üçün  məqsədə  çevrilərsə,  onda  o  maraqlarım  müdafiə  etdiyi  sinifdən

uzaqlaşmağa başlayacaq. «(4)

Siyasi seçimə təsir edən ciddi faktorlardan biri də cəmiyyətdə siyasi mədəniyyət ənənələrinin olmasıdır (Bu

faktor bir qayda olaraq oturuşmuş dövlətçiliyə malik olan ölkələrdə daha qabaraq olur. Ənənələrin də dövlətçiliyin

möhkəmlənməsinə təsir etməsi amili də göz qarşısındadır).

Siyasi  mədəniyyətə  hüququ,  vətəndaş  cəmiyyəti  və  adətlər  faktorları  daxildir.  Hüquqi  faktora  hüquqi,

demokratik  dövlətin  qurulması  və  mütəmadi  olaraq  təkmilləşdirilməsi  daxildir.  Qanunun  aliliyinə  əmin  olan

vətəndaşın  tədricən  stabil  siyasi  simpatiya  və  oriyentasiya  sistemi  yaranır.  O  partiyaların  fəaliyyətini  təqribən  də

olsa  proqnozlaşdıra  bilir,  səsi  vasitəsilə  ona  təsir  etməyə  çalışır.  Cəmiyyətin  bütün  sahələrinin  qanunlarla

təkmilləşdirildiyi  haqqında  məlumatlıdır  və  ona  lazım  olan  sahənin  problemlərini  öz  seçimi  vasitəsilə  dövlətin

nəzərinə çatdırmağa çalışır. Müxalifətdə olan siyasi qüvvənin də kadr ehtiyatına, niyyətinə və siyasi potensialına da

bələddir və hakim siyasi partiya onu təmin etməyəndə o cəsarətlə ona üz tutur.

Həmçinin cəmiyyətin tələblərinə cavab verməyən partiyalar sivil yolla geri çəkilərək, yerini  yeni  qüvvəyə

verə  bilər.  Yeni  qüvvə  ya  köhnələrin  qalıqları  əsasında,  ya  da  indiyə  qədər  mövcud  olan  kiçik  siyasi  qrupların

birləşməsi nəticəsində meydana gəlir. Bütün bu proses vətəndaşın gözü qarşısında baş  verdiyindən o münasibətini

səsvermədə bildirir.

Siyasi  mədəniyyətin  ikinci  vacib  tərkib  hissəsi  vətəndaş  cəmiyyətinin  vəziyyətidir.  Vətəndaş  cəmiyyəti




dövlətin  necə  olmasından  asılı  olmayaraq  mövcud  olur.  O  özündə  ictimai  münasibətlərin  bütün  müsbət

xüsusiyyətlərini  yaradır  və  qoruyub  saxlayır.  Bu  cəmiyyət  dövlətdən  asılı  olmadan  fəaliyyət  göstərir  və  siyasi

azadlığın  əsasını  təşkil  edir.  (5,s.70)  Ancaq  hüquqi,  demokratik  dövlət  şəraitində  vətəndaş  cəmiyyətinin  dəyər

hesabları  geniş  və  zəngin  olur.  Həmçinin  vətəndaşın  sərbəst  düşüncəsi  və  seçimi  üçün  də  kifayət  qədər  geniş

imkanları yaranır.

Belə  cəmiyyət  vətəndaşı  demokratik  mühitin  vacibliyinə,  düzgün  hesab  etdiyini  müdafiə  etmək

mexanizminə, tolerantlığa, vətəndaşlıq hissinin qavranmasına istiqamətləndirir. Vətəndaş cəmiyyət maraqları ilə öz

maraqlarmı daima əlaqələndirə bilir. O öz seçimi ilə cəmiyyət qarşısında məsuliyyətini dərk etməyə başlayır. Daima

cəmiyyətdən  öyrənməyə,  ondakı  prosesləri  izləməyə  və  hətta  fəal  iştirak  etməyə  çalışır.  Daim  təkmilləşən  və

müasirləşən vətəndaş cəmiyyətinin vətəndaş üzərində və onun seçimi üzərində təsiri güclüdür.

Siyasi  mədəniyyətdə  vacib  faktorlardan  biri  də  cəmiyyətdə  qəbul  edilmiş  adətlər  kompleksidir.  Bura

mənəviyyat,  ictimai  münasibətlər  və  problemlərə  baxış  sistemləri  daxildir.  Adətlər  siyasi  partiyaların  həm

quruluşuna,  həm də  fəaliyyətinə  ciddi  təsir  edir.  Bu  baxımdan  eyni  ideologiyalı partiyalar  müxtəlif  ölkələrdə  çox

hallarda baza hissəsi qalmaqla müxtəlif formalarda çıxış edirlər.

Adətlər  insanın  xarakteri,  siyasi  baxış-larım  və  seçim  mexanizmini  də  formalaşdırır.  Ancaq  bu  vətəndaşı

avtomatik  olaraq  hansısa  siyasi  qüvvənin  daimi  tərəfdarına  çevirmir.  Adətlər  siyasi  qüvvənin  potensialı zəiflikdə

ona  müvafiq  reaksiya  göstərməyi  öyrədir.  Vətəndaşın  dəstəyini  partiyalar  və  liderlər  özləri  üçün  avans  kimi

götürməyə məcburdurlar. Cəmiyyətin və vətəndaşın marağını nəzərə almaqla, o onların dəstəyini itirmək təhlükəsi

ilə üzləşir.

Siyasi sistemdə vətəndaşın siyasi seçiminə təsir edən faktorlardan biri də  kütləvi  informasiya  vasitələridir

(qəzet, jurnal, televiziya, radio, internet resursları və s.). KİV qeyri-rəsmi dördüncü hakimiyyət kimi cəmiyyətin və

konkret olaraq vətəndaşın fikrinin formalaşdırılmasında böyük rol oynayır. O həm məlumatlandırır, həm təbliğ edir,

həm də əyləndirir.

Siyasi  qüvvələrdən  və  siyasi  liderlərdən  fərqli  olaraq  o  hər  bir  məsələyə  operativ  münasibət  bildirir.

Münasibətin  dərinliyindən  və  yanaşma  dərəcəsindən  asılı  olaraq  vətəndaş  müxtəlif  cür  məlumatlandırıla  bilər.

Müasir  dövrdə  vətəndaşın  əsas  məlumat  əldə  etmək  mənbəyi  olduğundan  KİV-lərin  məsuliyyəti  çox  böyükdür.

(Vətəndaş  üçün  digər  məlumat  mənbələri  -  şəxsi  müşahidə  və  eşitməkdir).  KİV  siyasi  qüvvə  və  siyasi  lider

haqqında tam müsbət və ya mənfi, natamam məlumat verə bilər və ya tamamilə onu inkar edə bilər. Ancaq siyasi

qüvvə bir faktor kimi cəmiyyətdə mövcuddursa KİV onu tamamilə inkar edə bilməz. Çünki, bu halda onun özünün

nüfuzu  və  müvafiq  olaraq  tirajı aşağı düşə  bilər.  Siyasi  partiya  və  liderlər  də  daima  mətbuatla  işləməkdə  maraqlı

olurlar və onu müvafiq dəstək verməyə çalışırlar.

Vətəndaşın siyasi seçimində KİV-lərin rolu böyük olduğundan onlardan siyasi reklam kimi də geniş istifadə

edilir. Bu baxımdan siyasi qüvvələr seçki auditoriyası uğrunda mübarizə üçün özlərinə yaxın KİV-lərin olmasında

maraqlı  olurlar.  Bir  sıra  hallarda  KİV-lər  maraqlı  olduqları  şəxslərin  cəmiyyətə  təqdimatında  onun  müsbət

cəhətlərinin böyüdülməsində, mənfi cəhətlərinin isə göz yumulmasında maraqlı olurlar (1,8.271)

Mətbuatın siyasi seçiminin formalaşmasında rolu böyük olsa da, seçici istənilən halda seçimini real həyata

görə qurur. Seçimində məqsəd də ya onu razı salan həyatı qoruyub saxlamaq, ya da onu razı salmadığına görə onu

dəyişmək istəyidir.

Siyasi  seçimə  digər  faktorlar  da  təsir  edə  bilir.  Bunlar  seçicinin  cinsi,  yaşı,  ailə  ənənələri,  partiya

mənsubiyyəti, peşəsi, dini mənsubiyyəti və s.

Gənclər  və  qadınlar  arasında  məhz  öz  mənsub  olduqları  sosial  qrupun  nümayəndələrinə  səs  vermək

istəyənlər çox olur. Ailə ənənələrindən irəli gələrək seçim etmək halları da az deyildir. Din faktorunun güclü olduğu

ölkələrdə seçicilər dinlə bağlı olan namizədlərə daha çox üstünlük verirlər.

Vətəndaşın  seçiminə  təsir  edən  digər  hallar  da  mövcuddur.  Bunları  bilərək  siyasi  partiyalar  və  liderlər

etimad  qazanmaq  üçün  onların  hamısını  nəzərə  almağa  məcburdurlar.  Bu  cür  fəaliyyət  onların  hakimiyyəti  əldə

etməsinə və proqramlarmı həyata keçirməsinə daima yardımçı olur.



İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Respublikasının Konstitusiyası.

2. Политология (изд.МИД РФ). Москва, 2009.

3. Politologiya (izahlı lüğət). Bakı, 2007.

4. Demokratiya: gediləsi uzun bir yol. Bakı, 2008.

5. П.Михельс.  Социология политической партии в условиях демократии.  Диалог.  1990. №5,9; 1991,

№4.

6. Maykl Perenti. Seçilmişlər üçün demok ratiya. Bakı, 2008.



7. А.И.Кравченко. Политология, Москва, 2007.

Айдын Мирзазаде. Депутат Милли Меджлиса Азербайджанской Республики, 

кандидат политических наук Факторы, влияющие на политический 


выбор гражданина в политической системе

Резюме

В статье автор исследует все фак торы влияния на политический выбор гражданина. По его мнению,

огромную  роль  в  этом  играет  политичес кая  среда  и  реальная  ситуация.  Гражда нин  может  сделать

осознанный выбор в условиях демократии, соблюдения его конституционных прав и объективных выборов.

Рассматривая  принципы  де мократии,  А.Мирзазаде  делает  вывод  о  необходимости  взаимного  влияния

граж данина и общества.

Исследователь, вместе с тем, обра щает внимание на такие факторы пред почтения, как пол, семья,

социальное происхождение, религия и т.д.

В  статье  делается  вывод, что  полити ческие  лидеры  должны  иметь  тесный  контакт  с  обществом  и

учитывать инте ресы всех слоев населения.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə