Dövlət İmtahan Mərkəzi



Yüklə 39,17 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü39,17 Kb.
#19938


     Dövlət İmtahan Mərkəzi

 

2017



 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ 



DÖVLƏT İMTAHAN MƏRKƏZİ 

 

 

 

Təhsil müəssisəsinin rəhbəri üçün 

T Ə L İ M A T 

(monitorinq imtahanları)  

Monitorinq  imtahanları  ümumtəhsil  müəssisələrinin  6-cı  və  10-cu 

siniflərində Azərbaycan və rus bölməsi üzrə keçirilir. 

Monitorinq imtahanları:  

-

 



6-cı siniflərdə tədris dili (Azərbaycan bölməsinin şagirdləri üçün - 

Azərbaycan  dili,  rus  bölməsinin  şagirdləri  üçün  –  rus  dili)

 

və 


riyaziyyat fənləri üzrə keçirilir. 

 



Tədris  dili    fənni  üzrə  imtahanın  müddəti  2  saatdır:  şagirdlər  ilk  1  saat 30 

dəqiqə  ərzində  20  açıq  tipli  test  tapşırığının  cavablarını  sual  kitabçasında 

qeyd edirlər. Bu müddət qurtardıqda şagirdlərdən sual kitabçaları yığılır və 

onlara  inşa  (esse)  vərəqləri  paylanır.  Bundan  sonra  onlar,  təqdim  olunmuş 

iki mövzudan birini seçməklə, 30 dəqiqə ərzində inşa yazırlar. 

 



Riyaziyyat fənni üzrə imtahanın müddəti 1 saat 30 dəqiqədir. Bu fənn üzrə 

şagirdlərə 18 və ya 25 açıq tipli test tapşırığı təqdim olunur. 

-

 

10-cu siniflərdə isə ingilis dili fənni üzrə keçirilir. 



 

 



İmtahanın  müddəti  1  saat  30  dəqiqədir.  Bu  fənn  üzrə  şagirdlərə, 

ümumilikdə,  25  test  tapşırığı  təqdim  olunur.  Bunlardan  13-ü  qapalı,  12-i 

açıq tipli test tapşırıqlarıdır. İmtahanın ilk 1 saat 10 dəqiqəlik müddəti sual 

kitabçasındakı  ilk  20  tapşırığın  yerinə  yetirilməsinə,  son  15  dəqiqəsi  isə 

dinləmə mətninə aid olan son 5 tapşırığın yerinə yetirilməsinə ayrılır. Bu iki 

vaxt arasındakı 5 dəqiqə isə dinləmə mətninin səsləndirilməsi üçün nəzərdə 

tutulur. 

İmtahanlar müəyyənləşdirilmiş qrafikə uyğun olaraq siniflər və fənlər 

üzrə ayrı-ayrı günlərdə saat 10:00-da başlanır. 



     Dövlət İmtahan Mərkəzi

 

2017



 

 

 





 

İmtahan zallarının hazırlanması 

1.

 



İmtahandan  bir  gün  öncə  imtahan  zallarının  aşağıda  göstərilmiş 

qaydalara uyğun olaraq hazırlanması üçün zəruri tapşırıqlarını verir: 

-

 



Zalların, zallardakı sıra və yerlərin nömrələnməsi DİM tərəfindən müəyyən 

olunmuş  sxemə  (bax:  sıra  və  yerlərin  nömrələnməsi  qaydasına  dair 



nümunə.) uyğun qaydada aparılır. Belə ki, imtahan zalları “1”, “2”, “3” və s. 

olmaqla nömrələnir. İmtahan zalı hər sırada 6 yer olmaqla  4 sıradan ibarət 

olmalıdır.  Hər  bir  sıranın  nömrəsi  “sıra  1”,  “sıra  2”,  “sıra  3”,  “sıra  4” 

olmaqla  göstərilir.  Yerlər  hər  sırada  1-dən  başlayaraq  6-ya  qədər 

nömrələnir; 

-

 



İmtahan zalları və zallardakı parta və oturacaqlar imtahan keçirilməsi üçün 

yararlı olmalıdır; 

-

 

imtahan zallarında telefon, imtahan keçirilən fənlərə dair köməkçi və əyani 



vəsaitlər olmamalıdır; 

-

 



binadakı pəncərələrin şüşələri sınıq olmamalı, imtahan zallarında pəncərələr 

açılıb-bağlanmalıdır; 

-

 

binanın  işıqlandırma  sistemində  problem  olmamalı,  naqillərin  üstü  bağlı 



olmalıdır; 

-

 



İmtahan zalları təbaşir ( marker ) və silgi ilə təmin olunmalıdır. 

2.

 



İmtahan  zalları  yuxarı  mərtəbələrin  birində  yerləşməli  və  mümkün 

olduğu qədər bir-birinə yaxın olmalı, kompakt yerləşməlidir. 

3.

 

İmtahan zallarının sayı hər bir bölmə üçün ayrıca hesablanır. Belə ki, hər 



bir bölmə üzrə zal sayı həmin bölmədə oxuyan şagirdlərin sayının 20-yə 

bölünməsindən alınan qismətin tam hissəsindən bir vahid çox olmalıdır.  

4.

 

İmtahan rəhbəri üçün imtahanın keçirildiyi mərtəbədə, imtahan zallarına 



yaxın və qapısında kilidi olan otaq ayırır. 

Zal nəzarətçiləri siyahısının hazırlanması 

1.

 



Hər bir imtahan üçün nəzarətçilər siyahısını ayrıca hazırlayır. 

2.

 



Tədris dili fənni imtahanına Azərbaycan və rus dili fənnini tədris edən 

müəllimlər nəzarətçi kimi təyin oluna bilməzlər. 

3.

 

Riyaziyyat  fənni  imtahanına  riyaziyyat,  informatika  və  fizika  fənnini 



tədris edən müəllimlər nəzarətçi kimi təyin oluna bilməzlər. 

4.

 



İngilis  dili  fənni imtahanına xarici dil fənlərini  tədris edən müəllimlər 

nəzarətçi kimi təyin oluna bilməzlər. 

5.

 

Nəzarətçi-müəllimləri  Dövlət  İmtahan  Mərkəzinin  cari  nəzarətçilər 



bazasından seçir, adlarının qarşısında tədris etdiyi fənni də göstərməklə 

nəzarətçilər  siyahısını  tərtib  edir.  Çatışmazlıq  olduqda,  fənnə  dair 




     Dövlət İmtahan Mərkəzi

 

2017



 

 

 



məhdudiyyətlər  gözlənilməklə,  DİM-in  cari  nəzarətçilər  bazasında 

olmayan müəllimlər də nəzarətçi kimi cəlb oluna bilər.  

6.

 



Nəzarətçilər  siyahısını  soyadını,  adını  və  ata  adını  göstərməklə 

imzalayır və təhsil müəssisəsinin möhürü ilə təsdiqləyir. 

7.

 

Nəzarətçi-müəllimlərin  sayı  istifadə  olunan  zalların  sayından  bir 



vahid çox olmalıdır. 

8.

 



Aşağıdakı qaydaları nəzarətçi-müəllimlərin diqqətinə çatdırır: 

-

 



Imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron 

cihazlar, çanta, kitab, konspekt, jurnal, dəftər, lüğət, cədvəl, məlumat kitabçası, 

xarici yaddaş qurğuları və s. yardımçı vasitələr gətirmək; 

-

 



İmtahan  başlandıqdan  sonra  imtahan  zalını  tərk  etmək,  başqa  imtahan  zalına 

daxil olmaq; 

-

 

Şagirdin  sual  kitabçasını,  inşa  vərəqini  zaldan  kənara  çıxarmaq  və  ya 



çıxarılmasına şərait yaratmaq, özü ilə aparmaq; 

-

 



Sual  kitabçasına  və  ya  inşa  vərəqinə  baxmaq,  sualları  araşdırmaq  və  sualların 

məzmununu şagirdlərlə müzakirə etmək; 

-

 

Şagirdə başqa şagirdə məxsus sual kitabçası və ya inşa vərəqi vermək. 



-

 

Şagirdlərə  kömək    etmək,  test  tapşırıqları  ilə  bağlı  suallarına  cavab  vermək, 



onunla söhbət etmək və yanında dayanıb cavablarına baxmaq; 

-

 



İmtahan zamanı köçürmə hallarına şərait yaratmaq; 

-

 



Sual  kitabçasını  və  inşa  vərəqini  təhvil  almamış  şagirdin  imtahan  zalından 

çıxmasına icazə vermək; 

-

 

İmtahan başlandıqdan imtahanın sonuna qədər imtahan zalından çıxmağa icazə 



vermək; 

-

 



Kənar şəxsləri imtahan zalına buraxmaq; 

-

 



İmtahan zalının qapısını örtmək, qapının ağzında dayanmaq, dəhlizə baxmaq və 

ya siqaret çəkmək; 



Diqqət!  Şagirdlərin  imtahan  zalları  üzrə  bölüşdürülməsinə  kömək 

etmək  məqsədi  ilə  müvafiq  siniflərin  sinif  rəhbərlərinə  imtahan  günü, 

müəyyənləşdirilmiş  vaxtda  təhsil  müəssisəsində  olmaları  ilə  bağlı 

göstəriş verir. 



Diqqət! Hər bir şagird riyaziyyat fənni üzrə keçirilən imtahana özü ilə 

xətkeş, transportir və pərgar gətirməlidir. 



Diqqət!  Təhsil  müəssisəsinin  rəhbəri  və  sinif  rəhbərləri  şagirdlərin 

imtahana  mobil  telefon,  digər  rabitə  vasitələri  və  köməkçi  vəsaitlər 

gətirməmələrini təmin etməlidirlər. 

İmtahan günü görüləcək işlər 

1.

 



İmtahan  günü  zal  nəzarətçiləri  siyahısını  və  nəzarətçi-müəllimləri 

imtahan  rəhbərinə  təqdim  edir.  Şagirdlərin  siniflər  üzrə  hazırlanmış 




     Dövlət İmtahan Mərkəzi

 

2017



 

 

 



siyahılarını  imtahan  rəhbərindən  alaraq  sinif  rəhbərlərinə  verir:  Sinif 

rəhbəri  imtahan  rəhbəri  ilə  razılaşdırılmış  vaxtda  şagirdin  siyahıda 

adının  qarşında  göstərilmiş  zalda  olmasını  təşkil  edir  və  imtahanda 

iştirak  etməyən  şagirdin  adının  qarşısında  səbəbi  göstərilməklə  qeyd 

aparır,  imtahan  başlandıqdan  sonra  həmin  siyahıları  imtahan  rəhbərinə 

təhvil verir.  

2.

 



İmtahan rəhbərinin otağını və imtahan zallarını imtahan rəhbərinə təhvil 

verir.  


3.

 

Şagirdlərin imtahan zalları üzrə bölgüsü işi başa çatdıqdan sonra binanın 



imtahan zalları yerləşən hissəsini tərk edir və kənar şəxslərin də buraya 

daxil  olmaması  üçün  təhsil  müəssisəsinin  bütün  işçilərini 

təlimatlandırır. 

4.

 



İmtahan  zamanı  sakitliyin  təmin  olunması  üçün  bütün  zəruri  tədbirləri 

görür. 


Sıra və yerlərin nömrələnməsi 

qaydasına dair nümunə: 

 

 

   

 

 

 

 

 

 

           


     Dövlət İmtahan Mərkəzi

 

2017



 

 

 





 

 

Yüklə 39,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə