Dövlət kreditinin iqtisadi mahiyyəti və əhəmiyyəti



Yüklə 189,75 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü189,75 Kb.
#69101

background image
                    Dövlət kreditinin iqtisadi mahiyyəti və əhəmiyyəti 

Kredit, subyektlərindən asılı olaraq aşağıdakı formalara bölünür:  

1. Bank krediti.  

2. Kommersiya krediti.  

3. Vətəndaş krediti.  

4. Beynəlxalq kredit.  

5. İpoteka krediti.  

6. Dövlət krediti.  

Dövlət  krediti  –  dövlət  hakimiyyəti  orqanları  və  idarələri  timsalında  dövlətlə 

hüquqi və fiziki şəxslər arasında dövlətin kreditor, borc alan və zəmanətçi kimi iştirak 

etdiyi iqtisadi münasibətlərin məcmusudur.  

Hər  bir  iqtisadi  kateqoriyada  olduğu  kimi  dövlət  kreditinin  də  mahiyyətini 

açmaq üçün onun iqtisadi kateqoriya kimi xarakterizə etmək lazımdır.  

Hər  şeydən  öncə  qeyd  etmək  lazımdır  ki,  dövlət  krediti  əmtəə  və  ya  pul 

vəsaitlərinin  müvəqqəti,  qarşılıqlı  hərəkətini  təşkil  edir.  Dövlət  krediti  vasitəsilə 

sərbəst pul vəsaitləri ona ehtiyacı yaranan subyektlərə – dövlətə və ya fiziki və hüquqi 

şəxslərə  istiqamətlənərək  onların  bu  və  ya  digər  ehtiyaclarını  ödəyir.  Bu  da  dövlət 

kreditini  bir  iqtisadi  kateqoriya  kimi  ictimai  münasibətlər  sisteminin  tərkib  hissəsi 

kimi xarakterizə edir.  

Belə ki, dövlət krediti fundamental ictimai  münasibətlərə daxil olmasa da, hər 

hansı  bir  dəyərin  hərəkətini  özündə  əks  etdirən  iqtisadi  münasibətlərin  ayrılmaz 

hissəsidir.  

Ümumiyyətlə, dövlət kreditinin mahiyyətinə necə aydınlıq gətirmək  olar? Belə 

ki, hər hansı bir obyektin və ya məfhumun mahiyyəti onun daxili aləmini xarakterizə 

edir.  Beləliklə  mahiyyət  anlamına  obyektiv  təbiəti,  meydana  gəlmə  xüsusiyyəti  və 

fəaliyyəti daxildir.  

Geniş mənada dövlət kreditinin təbiəti onun müxtəlif növlərində deyil bütün 

formalarının daxil olduğu kredit münasibətlərində əks olunur. Dövlət kreditinin



 

Yüklə 189,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə