«DÖVLƏt qeydiyyatina alinmişdir»



Yüklə 41,59 Kb.
tarix21.02.2018
ölçüsü41,59 Kb.
#27304


«DÖVLƏT QEYDİYYATINA ALINMIŞDIR». «TƏSDİQ EDİLMİŞDİR»

Azərbaycan Respublikasının TƏSİSÇİLƏR:

Ədliyyə Nazirliyində

1.


2.

QEYDİYYAT №:________________

”______“_____________2012 – ci il.

Qeydiyyat və Notariat Baş İdarəsinin

Rəisi İlqar Məmmədov



« »

İctimai Birliyinin

N İ Z A M N A M Ə S İ

Bakı -2012

1. Ümumİ müddəalar
1.1. « » İctimai Birliyi (bundan sonra «Birlik» adlandırılacaq) «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu Nizamnamədə müəyyən edilmiş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki şəxsin təşəbbüsü ilə yaradılmış, könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir.

1.2. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.3. Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.

1.4. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və «Qeyri-Hökumət Təşkilatları (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanunvericilik aktlarına, habelə bu Nizamnaməyə əsasən qurur.

1.5. Birliyin hüquqi ünvanı:
2. Bİrlİyİn məqsəd və vəzİfələrİ
2.1. Birliyin əsas məqsədi ..........................etməkdən ibarətdir.


    1. Birlik öz məqsədinə nail olmaq üçün fəaliyyətini aşağıdakı konkret vəzifələr üzrə qurur:

2.2.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və bu Nizamnamədə nəzərdə tutulan məqsədlərə zidd olmayan fəaliyyət növlərini həyata keçirir;

2.3. Birlik bu Nizamnamədən irəli gələn vəzifələrini həyata keçirmək üçün Nizamnamə məqsədlərinə cavab verən digər fəaliyyətlə də məşğul olur.



3. Bİrlİyİn İştİrakçIları
3.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilər.

3.2. Birliyə üzvlərin qəbulunu Birliyin İdarə Heyəti aparır.

3.3. Birliyə daxil olmaq istəyən şəxs İdarə Heyətinə yazılı şəkildə ərizə ilə müraciət edir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

3.4. Birliyin üzvlərinə Birliyin İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlük vəsiqəsi verilir.

3.5. Birliyin üzvləri bərabər hüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:

3.5.1. Bu Nizamnamədə nəzərdə tutulan qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

3.5.2. Birliyin seçkili orqanına seçmək və seçilmək;

3.5.3. Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

3.5.4. Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;

3.5.5. Birliyin üzvü kimi hüquq və qanuni mənafelərinin müdafiəsinə dair Birliyə müraciət etmək;

3.5.6. Öz hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək,

3.5.7. Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət vermək;

3.6. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından çıxış edə bilər.

3.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

3.8.1. Birliyin Nizamnaməsinə, habelə əxlaq və etika normalarına əməl etmək;

3.8.2. Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;

3.8.3. Nizamnamə tələblərinə riayət etmək;

3.8.4. Birliyin tədbirlərində üzrlü səbəblər istisna olmaqla iştirak etmək;

3.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

3.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

3.10.11. Könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;

3.10.12. Birliyin üzvlüyündən çıxarıldıqda;


    1. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

3.11.1. Birliyin üzvü Birliyin adına xələl gətirən hərəkətlərə yol verdikdə;

3.11.2. Nizamnamə tələblərinə riayət etmədikdə;

3.11.3. Mütəmadi olaraq Birliyin tədbirlərində üzrlü səbəblər olmadan iştirak etmədikdə;

3.12. Üzvlükdən çıxarılma Nəzarət Təftiş Komissiyasının təqdimatı əsasında İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

3.13. Birlik üzvünün həmin qərarından narazı qaldığı halda Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
4. Bİrlİyİn təşkİlatİ strukturu və İdarəetmə orqanları


    1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

4.2. Ümumi yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

4.3. Birliyin üzvlərinə və təsisçilərinə Ümumi Yığıncağın yeri və vaxtı barədə iki həftə əvvəl məlumat verilməlidir.

4.4. Ümumi yığıncağın səlahiyyətlərinə aşağıdakılar aiddir:

4.4.1. Birliyin Nizamnaməsinin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi;

4.4.2. Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;

4.4.3. Birliyin İdarə Heyətinin, Nəzarət Təftiş Komissiyasının seçilməsi və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

4.4.4. İllik hesabatın təsdiq edilməsi;

4.4.5. Başqa təşkilatlarda iştirak;

4.4.6. Birliyin yenidən təşkili və ləğv edilməsi;

4.4.7. Birliyin seçkili orqanlarının və vəzifəli şəxslərinin hesabatının müzakirə olunması və qiymətləndirilməsi.

4.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

4.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar Birlik üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, Birliyin ləğv edilməsi barədə qərar Birlik üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul olunur. Hər bir üzv bir səsə malikdir.

4.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti və Birliyin İcraçı Direktoru həyata keçirir.

4.8. Birliyin İdarə Heyətinin say tərkibi Ümumi Yığıncaq tərəfindən müəyyən olunur.

4.9. Birliyin İdarə Heyətinin üzvləri Ümumi Yığıncaq tərəfindən 2 il müddətinə seçilir. İdarə Heyətinin iclasları zəruri hallarda, lakin 3 ayda bir dəfədən az olmayaraq keçirilir. İdarə Heyətinin iclaslarında qərarlar İdarə Heyəti üzvlərinin yarıdan çoxunun səs çoxluğu ilə qəbul edilir.

4.10. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:

4.10.1. Birliyin cari fəaliyyətinə rəhbərlik edir;

4.10.2. Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;

4.10.3. Birliyin filiallarını və nümayəndəliklərini yaradır;

4.10.4 Birlik adından verilən müraciətlər, açıqlamalar və hesabatları müzakirə edir və müvafiq qərar qəbul edir;

4.10.5 Birliyin İcraçı Direktorunun təqdimatı ilə onun müavinlərini seçir;

4.10.6 İcraçı Direktorun təşkilat daxilində icra strukturları, mərkəz, departament və s. qurumlar yaratmaq barədə təqdimatlarını təsdiq edir;

4.10.7 Ümumi yığıncağın qərarlarının həyata keçirilməsini təmin edir;

4.10.8 Birliyin büdcəsini, ştat cədvəlini və vəzifəli şəxslərin maaşlarını təsdiq edir;

4.10.9 Ümumi yığıncağın keçirilməsi ilə bağlı təşkilati məsələləri həll etmək üçün müvafiq qərarlar qəbul edir;

4.11. Birliyin İcraçı Direktoru Birliyin İdarə Heyəti tərəfindən 2 il müddətinə seçilir.

4.12. Birlyin İcraçı Direktorunun səlahiyyətləri aşağıdakılardır:

4.12.1 Ümumi yığıncaqlar və İdarə Heyətinin iclaslarında qəbul edilən qərarların icrasını təşkil edir;.

4.12.2 İdarə Heyətinin iclaslarına sədrlik edir.

4.12.3 Birliyi təmsil edir, onun adından çıxışlar edir, danışıqlar aparır;

4.12.4 Birliyin icra strukturlarını, onların tərkibini və işini təşkil edir;

4.12.5 Birliyin icra strukturları arasında əlaqələr qurur, onların fəaliyyətini koordinasiya edir;

4.12.6 Dövlət orqanları və ictimai birliklərlə əlaqələr qurur;

4.12.7 Birliyin cari fəaliyyətinə aid məsələlər üzrə əmr, təqdimat və sərəncamlar verir;

4.12.8 Ümumi yığıncaq, Nəzarət Təftiş Komissiyasının və İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həyata keçirir.

4.13. Birliyin Nəzarət-Təftiş Komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Nəzarət Təftiş Komissiyasının say və tərkibi Ümumi yığıncaq tərəfindən müəyyən edilir. Nəzarət Təftiş Komissiyası üzvlərinin səlahiyyət müddəti 2 ildir.

4.14. Nəzarət Təftiş Komissiyasının iclasları, zəruri hallarda, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Nəzarət Təftiş Komissiyasının iclasları Komissiya üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətlidir. Qərarlar Komissiya üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

4.15. Nəzarət Təftiş Komissiyası Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə ən geci bir ay müddətində baxıb cavab verməlidir.

4.16. Birliyin bütün seçkili orqanlarının iclasları protokollaşdırılır.
5. Bİrlİyİn fİlİal və nümayəndəlİklərİ

5.1. Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

5.2. Birliyin filialı onun olduğu yerdən kənarda təşkil edilir və fəaliyyətinin bir hissəsini həyata keçirir.

5.3. Birliyin nümayəndəliyi onun olduğu yerdən kənarda təşkil edilir, Birliyin maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

5.4. Birliyin filial və nümayəndəliyi hüquqi şəxs deyil, Birliyin əmlakından pay alır və Birliyin Ümumi Yığıncağı tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliyin fəaliyyətinə görə Birlik məsuliyyət daşıyır.

5.5. Filial və nümayəndəliklər Birliyin İdarə Heyəti tərəfindən verilən səlahiyyət daxilində fəaliyyət göstərirlər.


6. Bİrlİyİn əmlakı və malİyyə fəalİyyətİ

6.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

6.2. Birlik öz öhdəliklərinə görə öz əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunları ilə özgəninkiləşdirilə bilər.

6.3. Birlyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

6.3.1 Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvülük haqları və inanələri;

6.3.2 Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

6.3.3 Qiymətli kağızlardan alınan dividentlər;

6.3.4 Mətbu orqanlardan gələn gəlir;

6.3.5 Qrantlar;

6.3.6 Keçirdiyi müxtəlif tədbirlərdən əldə olunan gəlir;

6.3.7 Vətəndaşların, idarə, müəssisə, təşkilatların könüllü yardımı şəklində daxil olan ianələr;

6.3.8 Qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

6.4. Birlyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

6.5. Birlik Azərbaycan Respublikasının qanunvericilyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

6.6. Birlyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

6.7. Birliyin mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi «Mühasibat uçotu haqqında» Qanuna uyğun olaraq aparılır. Birlyin maliyyə ili 1 yanvarda başlayır və dekabr ayının 31-də daxil olmaqla başa çatır.


7. Bİrlİyİn fəalİyyətİnə xİtam verİlməsİ
7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşdirmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya onun ləğv edilməsi yolları ilə xitam verilir.

7.2. Birliyin başqa təşkilatın ona birləşmə və qovuşma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan hesab edilir.

7.3. Birliyin ayrılma və bölünmə formalarından təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

7.4. Birliyin çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.



7.5. Birliyin yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

7.6. Birliyin ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.
Yüklə 41,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə