Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat n 2981



Yüklə 52,02 Kb.
tarix24.02.2018
ölçüsü52,02 Kb.
#27651

 

Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikası



Ədliyyə Nazirliyi

Qeydiyyat N 2981

03” iyun 2003-cü il

 

Nazir_______________ F.Məmmədov


 

Təsdiq edirəm”



Azərbaycan  Respublikası

İqtisadi İnkişaf Nazirliyi

Əmr N 22

28” mart 2003-cü il

 

Nazir__________________F.Əliyev


 

 

 

Təsdiq edirəm”



Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

Əmr N İ-75/1

01” may 2003-cü il

 

Nazir_______________ Ə.Ələkbərov


 

Təsdiq edirəm”



Azərbaycan  Respublikası

Ədliyyə Nazirliyi

Əmr N 6-T

03” iyun 2003-cü il

 

Nazir________________F.Məmmədov


 

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında



dövlət mülkiyyətinə keçən əmlakın  hərraca çıxarılması və hərracda

satılması barədə

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

1.1. Bu Təlimat “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2002-ci il tarixli 69 nömrəli Qərarının 4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə  hazırlanmışdır.

1.2. Bu Təlimat aşağıda göstərilən əmlakın (bundan sonra əmlak) hərraca çıxarılması və hərracda satılması qaydalarını müəyyən edir:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlak;

- qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlak;

- vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak;

1.3. Bu Təlimatda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları” ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

1.4. Bu Təlimatın 1.2-ci bəndində göstərilən əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Auksion Mərkəzi vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə həyata keçirilir.



2. Əmlakın hərraca çıxarılması və satılması

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə təsdiq edilmiş “Müsadirə edilmiş,  sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.1-ci və 3.1.4-cü bəndlərində qeyd edilənlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, məhkəmə icraçısından müsadirə edilmiş,  sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaklar və dəfinələr barədə məlumat daxil olduqca, həmin əmlakların və dəfinələrin hərraclar vasitəsilə satışının həyata keçirilməsi məqsədilə təhvil götürülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət edir.

Müsadirə edilmiş, dövlət mülkiyyətinə keçən əmlakın yenidən qiymətləndirilməsi zərurəti yarandıqda, Maliyyə Nazirliyi  “Müsadirə edilmiş,  sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları”nın 2.2-ci bəndində göstərilən tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş materialları hərracın təşkilatçısına təqdim edir.

2.2. Respublika Auksion Mərkəzi tərəfindən hərracın keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Vergilər Nazirliyinin nümayəndələrindən ibarət 5 nəfərlik tərkibdə daimi komissiya yaradılır.

Komissiyanın sədri İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri sırasından təyin edilir.

 2.3. Təşkilatçı hərraca çıxarılan əmlak haqqında hərrac gününə ən azı 30 gün qalmış kütləvi informasiya vasitələrində hərracın keçirilmə forması, əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan, start qiyməti, sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri, sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları, hərracda iştirak etmək üçün sifarişçilərin sifariş ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər, hərracın keçirilmə tarixi, vaxtı və ünvanı, əmlakın start qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin köçürülməsi üçün müvafiq bank hesabı, digər məlumatları almaq qaydasını əks etdirən elan dərc etdirir.

2.4. Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın başlanmasına ən geci 3 (üç) bank günü qalanadək təqdim etmiş, müəyyən edilmiş qaydada beh ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

2.5. Hərracda iştirak etmək üçün verilən sifarişə behin ödənilməsini təsdiq edən ödəmə sənədinin surəti, hüquqi şəxslərin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətləri, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmalıdır.

Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, o, özünün sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir. 

2.6. Sifariş və ona əlavə edilmiş sənədlər təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştirak etmə nömrəsi, satışa çıxarılan əmlakın adı əks olunan bilet verilir.

2.7. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda, üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Bu qaydada satılmayan əmlakın aidiyyəti təşkilatların balansına verilməsi barədə İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təqdimatla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir.

Hərracda satılmayan əmlakın təyinatı üzrə verilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən həmin əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada 15 gün ərzində əvəzsiz olaraq müvafiq təşkilatlara təqdim olunur.

 2.8. Hərracın nəticələri komissiya üzvləri və hərracın qalibi tərəfindən imzalanan hərrac protokolu ilə rəsmiləşdirilir. Bu protokol müqavilə qüvvəsinə malikdir.

Protokolda həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər öz əksini tapır.

2.9. Hərracların baş tutmadığı hallarda bu barədə protokol tərtib olunur.

2.10. Hərracın keçirilməsinin nəticələri barədə tərtib olunmuş protokolun bir surəti Maliyyə Nazirliyinin nümayəndəsinə təhvil verilir.

2.11. Bu Təlimatın 1.2-ci bəndində göstərilən əmlakın satışından daxil olan vəsaitlər (qaçaq malların satışından daxil olan məbləğlər istisna olmaqla) həmin əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər çıxılmaqla, 3 (üç) iş günü müddətində dövlət büdcəsinə köçürülür.

Ödəniş sənədinin bir nüsxəsi hərracın keçirilməsinin nəticələri barədə Maliyyə Nazirliyinə təqdim olunan protokola əlavə edilir.

2.12. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda hərracdan əvvəl ödənilmiş beh öhdəliklərin icrası hesabına aid edilməklə əmlakın satışı ilə əlaqədar dövlət büdcəsinə ödənilən məbləğə daxil edilir.

2.13. Əmlakın saxlanılması, satışı, qiymətləndirilməsi, əyarlanması və ekspertizadan keçirilməsi ilə bağlı xərclər 3 (üç) iş günü müddətində hərracın nəticələri barədə protokolda göstərilən hesablara ödənilməlidir.

2.14. Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamaqdan boyun qaçırdıqda, habelə əmlakın dəyəri göstərilən müddətdə ödənilmədikdə hərracın nəticələri ləğv olunur və ödənilmiş beh hərracı udmuş şəxsə qaytarılmır. Hərrac keçirilmədikdə, habelə hərracın digər iştirakçıları, beh ödənilməsinə baxmayaraq hərracda iştirak etməmiş şəxslər tərəfindən ödənilmiş beh təşkilatçı tərəfindən təqdim olunmuş siyahı əsasında ödəyicinin tələbi ilə 10 (on) bank günü müddətində geri qaytarılır.

Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

2.15. Hərracın keçirilməsi barədə elanda ayrı qayda nəzərdə tutulmayıbsa, elan verən hərrac təşkilatçısı hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış imtina edə bilər.

Hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.

 2.16. Bütün növ qiymətli kağızların fond birjası vasitəsi ilə satışı müəyyən edilmiş qaydalara riayət olunmaqla həyata keçirilir.  

3. Satılmış əmlakın mülkiyyət hüququnun rəsmiləşdirilməsi

3.1. Hərracda satılan əmlak daşınmaz əmlak olduqda hərrac qaliblərinin mülkiyyət hüququ İqtisadi İnkişaf Nazirliyi  tərəfindən verilən şəhadətnamə ilə rəsmiləşdirilir (Forma N 1 əlavə olunur). Hərracda satılan nəqliyyat vasitələri alıcının adına müvafiq orqanlarda İqtisadi İnkişaf Nazirliyinin müraciəti əsasında rəsmiləşdirilir.

3.2. Hərraclar vasitəsi ilə satılmış əmlakın hərracın qalibinə təhvil veirilməsi satıcı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Qəbul-təhvil aktı” və “Qaimə-faktura” əsasında  həyata keçirilir. 

“Qəbul-təhvil aktı” və “Qaimə-faktura”ların surəti Maliyyə Nazirliyinə təqdim olunur.

3.3. Əmlakın qəbul-təhvil edilməsinin uçotu “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüquqi əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.

4. Məsuliyyət

4.1. Bu Təlimatın tələblərinin pozulması qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Forma N 1

 

AZƏRBAYCAN  RESPUBLİKASI

İQTİSADİ  İNKİŞAF  NAZİRLİYİ

 

DÖVLƏT  ƏMLAKININ  İDARƏ  OLUNMASI  VƏ



ÖZƏLLƏŞDİRİLMƏSİ

DEPARTAMENTİ

 

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə hərracda satılması haqqında



 

Ş Ə H A D Ə T N A M Ə

 

Mülkiyyət hüququnu təsdiqləyən bu Şəhadətnamə verilir



___________________________________________________________________________________

                         (hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin S.A.A. və daimi yaşadığı ünvan)

___________________________________________________________________________________

______________________________________________________________ona görə ki, o həqiqətən

___________________________________________________________________________________

                                                                  (əmlakın adı, ünvanı və tərkibi)

___________________________________________________________________________________

___________________________________________________________________________________

qüvvədə olan qanunvericilik əsasında satın almışdır.

 

            Satın alınmış əmlakın start qiyməti______________________________________________



___________________________________________________________________________________                                               

                                                                                      (rəqəmlə və sözlə)

satış qiyməti________________________________________________________________________

_________________________________________________________________________təşkil edir.

 

            Əmlakın alınması nəticəsində hesablaşma hesabı __________________________________



ünvanlı dövlət büdcəsində____________________________________________________________

                                                                                                            (rəqəmlə və sözlə)

_________________________________________________________________________________

manat məbləğində pul köçürülmüşdür.

 

            Bu Şəhadətnamə ilə rəsmiləşdirilən _____________________________________________



____________________________________________________________________________________

alıcının toxunulmaz mülkiyyətidir.

 

Reyestr kitabı N_______                                                                   Səhifə _____



 

Qeydiyyat      N_______                                                                   Tarix ______

 

Direktor:                                                                                          M.Y.



 

Qeydiyyat icraçısı:                                                                            N_____



 

 

 



 
Yüklə 52,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə