Dövlət qeydiyyatına alınmışdır



Yüklə 185,96 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü185,96 Kb.
#69731


“Dövlət qeydiyyatına alınmışdır”                      Azərbaycan Respublikası 

Azərbaycan Respublikası                                    Mərkəzi Bankı İdarə Heyətinin 

Ədliyyə Nazirliyi                                                  “11” noyabr 2002-ci il 

Qeydiyyat № 2941                                                tarixli qərarı ilə təsdiq 

                                                                                edilmişdir 

“18” noyabr  2002-ci il                                         Protokol № 26 

 

Nazir                                                                       İdarə Heyətinin sədri 

_____________F.F.Məmmədov                           ____________E.S.Rüstəmov 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT  



GÖSTƏRƏN BANKLAR ARASINDA               

HESABLAŞMALARIN APARILMASI 

QAYDALARI 

 

(15.04.2010-cu il tarixli dəyişikliklərlə) 



 

 

 



Bakı 2002-ci il 

 



 

 



1. ÜMUMİ MÜDDƏALAR 

 

1.1.  Bu  Qaydalar   "Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında", 



"Banklar 

haqqında" 

Azərbaycan 

Respublikası 

qanunlarına, 

Azərbaycan 

Respublikasının 

Mülki 


Məcəlləsinə, 

Azərbaycan 

Respublikasının 

digər 


qanunvericilik  aktlarına,  habelə  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 

(bundan  sonra  “Mərkəzi  Bank”)  “Azərbaycan  Respublikasında  nağdsız 

hesablaşmalar  və  pul  köçürmələri  haqqında  Təlimatı”na,  digər  normativ  aktlarına 

müvafiq  olaraq  hazırlanmışdır  və  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən 

banklar arasında milli valyutada hesablaşmaları tənzimləyir. 

 

1.2.  Bu  Qaydaların  məqsədləri  üçün  aşağıdakı  əsas  anlayışlardan  istifadə 



olunur: 

 

1.2.1.  AZIPS  –  Real  Vaxt  Rejimində  Banklararası  Milli  Hesablaşmalar 



Sistemidir. 

 

1.2.2.  SWIFT  –  Ümumdünya  Banklararası  Maliyyə  Telekommunikasiya 



Sistemidir. 

 

1.2.3. XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir. 



 

1.2.4. BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir. 

 

1.2.5. İştirakçı –AZIPS və/və ya XÖHKS-ə dair Kollektiv Sazişə qoşulmuş  



(müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).  

 

1.2.6.  Autsayder  –  AZIPS  və/və  ya  XÖHKS-in  İştirakçısı  olmayan 



(müvafiq  sistemə  münasibətdə)  bankdır  (müstəsna  hallarda  digər  hüquqi  şəxsdir).  

 

1.2.7. Emitent İştirakçı – vəsaiti göndərən İştirakçıdır. 



 

1.2.8. Benefisiar İştirakçı – vəsaiti alan İştirakçıdır. 

 

1.2.9. Valyutalaşma tarixi – ödəniş sənədinin icra olunma tarixidir. 



 

1.2.10. Kod – banka (müstəsna  hallarda digər  hüquqi şəxsə) Mərkəzi  Bank

 

tərəfindən verilmiş altı rəqəmli identifikasiya nömrəsidir. 




 

 



 

1.2.11.  SWIFT  BİK-i  –  banka  (müstəsna  hallarda  digər  hüquqi  şəxsə)

 

SWIFT tərəfindən verilmiş identifikasiya nömrəsidir. 



 

1.2.12. Paket  ödənişləri  – XÖHKS-də İştirakçılar tərəfindən qruplaşdırılan  

ödəniş tapşırıqlarıdır. 

 

1.2.13. Klirinq hesabı – İştirakçıya XÖHKS-də açılmış hesabdır. 



 

1.2.14.  Klirinq  sessiyası  –  XÖHKS-də  gün  ərzində  İştirakçıların  Paket 

ödənişlərinin  qəbul  edilməsi,  icra  olunması  və  nəticədə  hesablaşmalar  üzrə  xalis 

mövqelərin  (Klirinq  hesabına  daxil  olan  ödənişlərin  cəmi  ilə  Klirinq  hesabından 

silinən ödənişlərin cəmi arasındakı fərq) müəyyənləşdirilməsi dövrüdür. 

 

1.2.15.  Klirinq  –  XÖHKS-də  Klirinq  sessiyası  ərzində  İştirakçıların  xalis 



mövqelərinin müəyyənləşdirilməsi prosesidir. 

 

1.2.16.  Müxbir  subhesab  –  İştirakçının  XÖHKS-də  əməliyyatlar  aparmaq 



məqsədi ilə BMS-də açılmış subhesabıdır. 

 

1.2.17.  Ümumi  fayl  (MT150)  –  Paket  ödənişləri  əsasında  İştirakçı 



tərəfindən yaradılan və XÖHKS-ə göndərilən fayldır. 

 

1.3. Banklar arasında milli valyutada hesablaşmalar Mərkəzi Bankda açılmış  



Müxbir hesab vasitəsi ilə həyata keçirilir. 

 

1.4.  Mərkəzi  Bank  aşağıdakı  tələblərə  riayət  olunduqda  ödəniş  tapşırığını 



qəbul edərək icra edir: 

 

-  bankın  Müxbir  hesabı  üzrə  əməliyyatlar  Azərbaycan  Respublikasının 



müvafiq normativ hüquqi aktlarına uyğun olaraq dayandırılmadıqda; 

 

-  ödəniş  tapşırığı  Azərbaycan  Respublikasının  müvafiq  normativ  hüquqi 



aktlarının tələblərinə cavab verdikdə; 

 

-  ödəniş  tapşırığının  icrası  üçün  bankın  hesabında  kifayət  qədər  vəsait 



olduqda. 


 

 



 

     1.5.  Bank  (müstəsna  hallarda  digər  hüquqi  şəxs)  tərəfindən  göndərilən 

ödəniş tapşırığı onun geri çağırılmayan və şərtsiz tapşırığıdır. 

 

1.6. Mərkəzi Bank onun İdarə Heyəti tərəfindən təsdiqlənmiş tariflərə uyğun 



olaraq aparılmış əməliyyatlara görə xidmət haqqı tutur. 

 

1.7.  Bankın  (müstəsna  hallarda  digər  hüquqi  şəxsin)  müvafiq  hesabından 



çıxarış  və  digər  məlumatlar  ona  Mərkəzi  Bank  tərəfindən  elektron  və  ya  kağız  

daşıyıcılarda təqdim edilir. 

 

1.8.  Mərkəzi  Bank  AZIPS  və  XÖHKS-in  texniki  xüsusiyyətlərini  müəyyən 



edir.  

 

1.9.  Mərkəzi  Bank  banklarla  aparılan  əməliyyatlara  dair  bank  hesabı 



müqaviləsi bağlayır. 

2. AZIPS-DƏ HESABLAŞMALAR 

 

2.1.  AZIPS   İştirakçılar  arasında  real  vaxt  rejimində  hesablaşmaların 



aparılması üçün istifadə olunur. 

 

2.2.  AZIPS-də  hesablaşmalar  Azərbaycan  Respublikasının  müvafiq 



normativ hüquqi aktlarının və SWIFT-in tələblərinə cavab verməlidir. 

 

2.3. AZIPS-in İştirakçısı aşağıdakı tələblərə cavab verməlidir: 



 

- SWIFT-də qeydiyyata alınmalı; 

 

- SWIFT-in AZM qrupunun üzvü olmalı; 



 

- SWIFT-in Y-Copy rejimində işləməli; 

- AZIPS-ə dair Kollektiv Sazişin İştirakçısı olmalıdır. 

 

2.4.  AZIPS-də  hesablaşmalar  Mərkəzi  Bankda  yerləşdirilmiş  Mərkəzi 



Hesablaşmalar  Sistemi vasitəsi ilə həyata keçirilir. 


 

 



 

2.5.  İştirakçı  aşağıdakı  ödəniş  tapşırıqlarını  SWIFT  vasitəsi  ilə  AZIPS-ə 

göndərə bilər: 

 

- MT100, MT103 müştəri ödənişləri;   



 

- MT205 bank ödənişləri. 

 

2.6.  İştirakçı  ödəniş  tapşırığını  Valyutalaşma  tarixindən  əvvəl  10  (on) 



təqvim  günü  tarıxı  ilə  AZIPS-ə  göndərə  bilər.  Bu  halda  həmin  ödəniş  tapşırığı 

haqqında məlumat AZIPS-də saxlanılır və Valyutalaşma tarixində icra olunur. 

 

2.7.  İştirakçının  Valyutalaşma  tarixində  göndərdiyi  ödəniş  tapşırığı  AZIPS 



tərəfindən aşağıdakı qaydada qəbul edilir: 

 

- müştəri ödənişləri  üçün  saat 10



00

-dan 16


30

-dək;   


 

- bank ödənişləri üçün saat 10

00

-dan 17


00

-dək.    

 

2.8.  Hesablaşmaların  aparılması  üçün  İştirakçının  hesabında  kifayət  qədər 



vəsait olmadıqda ona həmin günə Valyutalaşma tarixi olan icra olunmayan müştəri 

ödənişlərinin  icrası  məqsədi  ilə  30  dəqiqə  ərzində  (saat  16

30

-dan  17


00

-dək)  vəsait 

tapmaq imkanı verilir.  

 

İştirakçı vəsait tapmaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilər: 



 

-  Azərbaycan  Respublikası  qanunvericiliyinə,  o  cümlədən  Mərkəzi  Bankın 

normativ aktlarına uyğun olaraq banklararası kreditlərdən; 

 

-  Azərbaycan  Respublikası  qanunvericiliyinə,  o  cümlədən  Mərkəzi  Bankın 



normativ aktlarına zidd olmayan digər mənbələrdən. 

 

İştirakçı  vəsait  tapmadıqda  onun  Valyutalaşma  tarixi  həmin  günə  olan  icra 



olunmayan  ödəniş  tapşırıqları  ləğv  olunur  və  bu  barədə  AZIPS  tərəfindən 

İştirakçıya MT019 göndərilir. 




 

 



 

2.9.  Mərkəzi  Bank  İştirakçının  apardığı  əməliyyatlara  görə  saat  17

00

-dan 


17

20

-dək  onun  Müxbir  hesabından  xidmət  haqqı  tutur  və  bu  barədə  AZIPS 



tərəfindən İştirakçıya MT900 göndərilir. 

 

2.10.  Müstəsna  hallarda  Mərkəzi  Bank  İştirakçılara  rəsmi  xəbərdarlıq 



etməklə  bu  Qaydaların  2.7-2.9-cu  bəndləri  ilə  müəyyən  edilmiş  vaxtları  dəyişə 

bilər. 


 

2.11.  AZIPS-də  hesablaşmalar  başa  çatdıqda  AZIPS  tərəfindən  İştirakçıya 

Hesabdan Çıxarış MT950 göndərilir. 

 

2.12.  İştirakçı  AZIPS-ə  göndərdiyi  ödəniş  tapşırığının  Başlıq  hissəsinin 



(Message Header) 103-cü sahəsində (FIN Copy Service) “AZM” seçməlidir.  

 

2.13.  Benefisiar  İştirakçı  AZIPS-dən  aldığı  ödəniş  tapşırığının  Başlıq 



hissəsinin  103-cü  sahəsində  “AZM”  və  Tamamlama  hissəsində  (Message  Trailer) 

“PAC”  qeydinin  olduğunu  yoxlamalıdır.  Kənarlaşma  olduqda  Benefisiar  İştirakçı 

ödənis  tapşırığını  icra  etməməli,  bu  barədə  Mərkəzi  Banka və  Emitent  İştirakçıya 

dərhal rəsmi məlumat (elektron və ya kağız daşıyıcılarda) verməlidir. 

 

2.14. AZIPS-dən  istifadə  ilə  bağlı  texniki  problem  yarandıqda  İştirakçı 



Mərkəzi  Banka   rəsmi  müraciət  (elektron  və  ya  kağız  daşıyıcılarda)  etməlidir.  Bu 

halda Mərkəzi Bank həmin İştirakçının  AZIPS-də iştirakını müvəqqəti dayandırır 

və  bu  barədə  AZIPS  tərəfindən  digər  İstirakçılara  MT298  SMT700   göndərilir. 

Həmin  İştirakçının  hesablaşmaları  bu  Qaydaların  4-cü  bəndinə  uyğun  olaraq 

həyata keçirilir. 

 

2.15.  Problem  aradan  qaldırıldıqda  İştirakçı  Mərkəzi  Banka  rəsmi  məlumat 



verir,  Mərkəzi  Bank  onun  AZIPS-də  iştirakını  bərpa  edir  və  bu  barədə  AZIPS 

tərəfindən digər İştirakçılara MT298 SMT700 göndərilir. 

 

2.16.  Vəsaiti  alan  AZIPS-in  İştirakçısı  olmadıqda  Emitent  İştirakçı  ödəniş 



tapşırığını Mərkəzi Bankın  SWIFT ünvanına (SWIFT  BİK-inə) göndərir. 


 

 



 

2.17.  Emitent  İştirakçı  tərəfindən  göndərilmiş  ödəniş  tapşırığının  aşağıdakı 

rekvizitləri AZIPS-də saxlanılır: 

 

- nömrəsi; 



 

- məbləği; 

 

- valyuta kodu; 



 

- göndərilmə tarixi; 

 

- Valyutalaşma tarixi; 



 

- vəsaiti göndərənin SWIFT BİK-i; 

 

- vəsaiti alanın SWIFT BİK-i; 



 

- ödənişin növü (müştəri və ya bank). 

 

2.18.  SWIFT  tərəfindən  AZIPS-ə  ödəniş  tapşırığının  qəbul  edilməsi 



haqqında  MT096  göndərilir  və  AZIPS  ödəniş  tapşırığını  icraya  qəbul  edərək 

aşağıdakıları yoxlayır: 

 

- ödəniş tapşırığının nömrəsinin  təkrarlanmamasını; 



 

- Valyutalaşma tarixinin günün tarixinə uyğunluğunu.    

 

Kənarlaşma  olduqda  ödəniş  tapşırığının  icrası  imtina  olunur  və  Emitent 



İştirakçıya  səbəbi  göstərilməklə  SWIFT  tərəfindən  MT019,  AZIPS  tərəfindən  isə 

MT298 SMT701 göndərilir. 

 

 

Kənarlaşma olmadıqda: 



 

- Emitent İştirakçının hesabı debetləşdirilir və Benefisiar İştirakçının hesabı 

kreditləşdirilir; 

 

-  AZIPS  tərəfindən  SWIFT-ə  ödənişin  icra  olunması  haqqında  MT097 



göndərilir; 


 

 



 

-  SWIFT  tərəfindən  ödənişin  icra  olunması  haqqında  Emitent  İştirakçıya 

onun  tələbindən  asılı  olaraq  MT012,  Benefisiar  İştirakçıya  isə  ödəniş  tapşırığı 

göndərilir. 

 

2.19.  Ödənişlərin  növbəliyini  göstərmək  məqsədi  ilə  Emitent  İştirakçı 



ödəniş tapşırıqlarının Başlıq hissəsində onların icra olunma ardıcıllığını əks etdirən 

1-dən  99-dək  Prioritet  nömrəsini  qeyd  edə  bilər.  Emitent  İştirakçı  tərəfindən 

göndərilən  ödəniş  tapşırığında  Prioritet  nömrəsi  qeyd  olunmadıqda  AZIPS  onun 

Prioritet nömrəsini 98 kimi qəbul edir. 

 

2.20.  Emitent  İştirakçı  tərəfindən  göndərilən  və  həmin  günə  Valyutalaşma 



tarixi olan ödəniş tapşırığı aşağıdakı hallarda icra olunmadan “Gözləmə rejimində” 

saxlanılır: 

 

-  Emitent  və  ya  Benefisiar  İştirakçının  hesabı  üzrə  əməliyyatlar  müvəqqəti 



dayandırıldıqda; 

 

- Emitent İştirakçının hesabında kifayət qədər vəsait olmadıqda; 



 

- AZIPS müvəqqəti dayandırıldıqda; 

 

- Azərbaycan    Respublikası    qanunvericiliyində   nəzərdə   tutulmuş  digər 



hallarda. 

Bu halda AZIPS tərəfindən Emitent İştirakçıya MT298  SMT700 göndərilir. 

2.21.  Emitent  İştirakçı  Gözləmə  rejimində  olan  ödəniş  tapşırığının  Prioritet 

nömrəsini  dəyişə  bilər.  Bu  halda  Emitent  İştirakçı  tərəfindən  AZIPS-ə  MT298 

SMT202 göndərilir. 

2.22.    Prioritet  nömrəsini  hər  hansı  səbəbdən  dəyişmək  mümkün  deyilsə, 

AZIPS tərəfindən İştirakçıya səbəbi göstərilməklə MT298 SMT252 göndərilir. 

2.23.  Emitent  İştirakçı  Gözləmə  rejimində  olan  ödəniş  tapşırığını  ləğv  edə 

bilər. Bu halda Emitent İştirakçı tərəfindən AZIPS-ə MT298 SMT200 göndərilir. 



 

 



2.24. Ödəniş tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün deyilsə, 

AZIPS tərəfindən İştirakçıya səbəbi göstərilməklə MT298 SMT250 göndərilir. 

2.25.  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə  uyğun  olaraq 

İştirakçının    hesabı  Mərkəzi  Bank  tərəfindən  debetləşdirildiyi  halda  AZIPS 

tərəfindən İştirakçıya  MT900, kreditləşdirildiyi halda isə MT910 göndərilir. 

2.26. İştirakçı  hesabı haqqında ümumi  məlumat (hesab üzrə debet və kredit 

əməliyyatlarının  ümumi  məbləği  və  hesabın  qalığı)  almaq  üçün  AZIPS-ə  MT920 

göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZIPS  tərəfindən  İştirakçıya  MT941 

göndərilir. 

2.27.    İştirakçı  hesabı  üzrə  Aralıq  Çıxarış  almaq  üçün  AZIPS-ə  MT920 

göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZIPS  tərəfindən  İştirakçıya  MT942 

göndərilir. 

2.28.  İştirakçı  hesaba  daxil  olan,  hesabdan  silinən,  habelə  daxil  olması  və 

silinməsi  gözlənilən  ödəniş  tapşırıqları  haqqında  məlumat  almaq  üçün  AZIPS-ə 

MT298  SMT800  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZIPS  tərəfindən 

İştirakçıya MT298 SMT850 göndərilir. 

2.29.  İştirakçı  Gözləmə  rejimində  olan  ödəniş  tapşırıqları  və  Müxbir 

hesabının  vəziyyəti  haqqında  ümumi  məlumat  almaq  üçün  AZIPS-ə  MT298 

SMT801  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZIPS  tərəfindən  İştirakçıya 

MT298 SMT851 göndərilir. 

2.30.  İştirakçı  Gözləmə  rejimində  olan    ödəniş  tapşırıqları  haqqında  

təfərrüatlı  məlumat  almaq  üçün  AZIPS-ə  MT298  SMT804  göndərə  bilər.  Bu 

sorğuya cavab olaraq AZIPS tərəfindən İştirakçıya MT298 SMT854 göndərilir. 

2.31.  İştirakçının  sorğuları  düzgün  doldurulmadıqda  AZIPS  tərəfindən 

İştirakçıya səbəbi göstərilməklə MT298 SMT900 göndərilir. 



 

10 


 

 

2.32.   Mərkəzi  Bank  və  diqər  İştirakçılar  AZIPS-də  hesablaşmaların 



aparılmasına 

dair 


məlumatları 

Azərbaycan 

Respublikasının 

müvafiq 


qanunvericiliyinə uyğun olaraq arxivləşdirir. 

3. XÖHKS-DƏ HESABLAŞMALAR 

 

3.1.



    

XÖHKS İştirakçıların Paket ödənişlərinin Klirinqi üçün istifadə olunur. 

 

3.2.  XÖHKS-də  hesablaşmalar  Azərbaycan  Respublikasının  müvafiq 



normativ hüquqi aktlarının tələblərinə cavab verməlidir. 

3.3.  XÖHKS-in İştirakçısı aşağıdakı tələblərə cavab verməlidir: 

 

-  Mərkəzi  Bank  tərəfindən  müəyyən  edilən  provayderlə  ayrılmış  xəttin 



verilməsi haqqında müqaviləni bağlamalı; 

 

-  XÖHKS  üzrə  tələb  olunan  “Əməliyyatçının  iş  yeri”,  “Açar  meneceri”, 



“Paket  yoxlayıcısı”  və  “Fayl  adapteri”  modullarından  ibarət  olan  proqram 

təminatlarına malik olmalı; 

 

-  Mərkəzi  Bankın  XÖHKS-ə  dair  informasiya  təhlükəsizliyi  tələblərinə 



cavab verməli; 

 

- XÖHKS-ə dair Kollektiv Sazişin İştirakçısı olamalıdır. 



 

3.4.  Mərkəzi  Bank  XÖHKS-də  gün  ərzində  Klirinq  sessiyalarının  sayını  və 

vaxtını,  habelə  XÖHKS-də  qəbul  edilən  bir  ödəniş  tapşırığının  maksimal 

məbləğini müəyyən edir. 

 

3.5.  XÖHKS-dən  istifadə  ilə  bağlı  texniki  problem  yarandıqda  İştirakçı 



Mərkəzi  Banka  rəsmi  müraciət  (elektron  və  ya  kağız  daşıyıcılarda)  etməlidir.  Bu 

halda həmin İştirakçı Mərkəzi Bankda ayrılmış xüsusi iş yeri vasitəsi ilə XÖHKS-

də iştirakını təmin edir.  

 

3.6.  Problem  aradan  qaldırıldıqda  İştirakçı  Mərkəzi  Banka  rəsmi  məlumat 



(elektron və ya kağız daşıyıcılarda) verir. 


 

11 


 

 

3.7. XÖHKS-də hesablaşmalar Klirinq hesabı vasitəsi ilə həyata keçirilir. 



 

3.8.  İştirakçı  MT205-dən  istifadə  edərək  AZIPS  vasitəsi  ilə  Müxbir 

hesabından Müxbir subhesabına vəsait köçürməklə Klirinq hesabının debet limitini 

müəyyən  edə  bilər.  İştirakçı    Klirinq  hesabının  debet    limitini  gün  ərzində  dəyişə 

bilər: 

 

-  Klirinq  hesabının  debet  limitini  artırdıqda  İştirakçı  Müxbir  hesabından 



Müxbir  subhesabına  vəsait  köçürür.  Bu  halda  XÖHKS  tərəfindən  İştirakçıya 

MTn99 göndərilir; 

 

-  Klirinq  hesabının  debet   limitini azaltdıqda İştirakçı tərəfindən XÖHKS-ə 



MTn99  göndərilir.  Bu  halda  İştirakçının  həmin  vaxta  olan  Klirinq  hesabının 

mövqeyi  XÖHKS  tərəfindən  onun  yeni  müəyyən  edilən debet  limiti  ilə  müqayisə 

edilir: 

-  İştirakçının  həmin  vaxta  olan  Klirinq  hesabının  mövqeyi  yeni  müəyyən 

edilən  debet  limitindən  azdırsa,  XÖHKS  tərəfindən  İştirakçıya  debet  limitinin 

azaldılması  üzrə  prosesin  başlanması    haqqında    MTn99  göndərilir.  İştirakçının 

Klirinq  hesabının  debet  limiti  azaldıqda  AZIPS  vasitəsi  ilə    İştirakçıya    MT910 

göndərilir; 

-  İştirakçının  həmin  vaxta  olan  Klirinq  hesabının  mövqeyi  yeni  müəyyən 

edilən  debet  limitindən  artıqdırsa,  XÖHKS  tərəfindən  Klirinq  hesabının  debet 

limitinin dəyişməsi imtina olunur və bu barədə İştirakçıya MTn96 göndərilir.  

 

3.9.  İştirakçı  ödənış  tapşırıqları  əsasında  Paket  ödənişlərini  aşağıdakı  



qaydada yarada bilər: 

 

- “Əməliyyatçının iş yeri” modulu vasitəsi ilə; 



 

-  “Paket  yoxlayıcısı”  modulu  ilə  İştirakçının  Mühasibatlıq  Sistemi  arasında 

əlaqə interfeysi olduqda Mühasibatlıq Sistemi vasitəsi ilə. 



 

12 


 

 

3.10. İştirakçı “Paket yoxlayıcısı” modulu vasitəsi ilə Ümumi fayl yaradır və 



həmin   faylda  Valyutalaşma  tarixindən  əvvəl  10  (on)  təqvim  günü  tarixi  ilə 

istənilən sayda Paket ödənişlərini yerləşdirərək XÖHKS-ə göndərə bilər. Bu halda 

həmin  Paket  ödənişləri  XÖHKS-də  saxlanılır  və  Valyutalaşma  tarixində  icra 

olunur. 


 

3.11. XÖHKS Ümumi faylı qəbul edərək aşağıdakıları yoxlayır: 

 

-  Ümumi  faylda  və  Paket  ödənişlərində  Mərkəzi  Bankın  XÖHKS-ə  dair 



informasiya təhlükəsizliyi tələblərinə uyğun imzaların düzgünlüyünü; 

 

- Ümumi faylın və Paket ödənişlərinin  məcburi sahələrinin doldurulmasının 



düzgünlüyünü; 

 

-  Paket  ödənişlərini  təşkil  edən  hər  bir  ödənış  tapşırığının  məbləğinin 



XÖHKS-də qəbul edilən bir ödəniş tapşırığının maksimal məbləğini aşmamasını.  

 

3.12. Kənarlaşma olduqda, yəni: 



 

-  Ümumi  faylın  imzalanmasında  və  məcburi  sahələrin  doldurulmasında 

kənarlaşma  olduqda  Ümumi  fayl  XÖHKS  tərəfindən  geri  qaytarılır  və  İştirakçıya 

səbəbi qöstərilməklə MT158 göndərilir;  

 

- Paket ödənişlərinin imzalanmasında və məcburi sahələrin doldurulmasında  



kənarlaşma  olduqda  Paket  ödənişləri  XÖHKS  tərəfindən  geri  qaytarılır  və 

İştirakçıya  səbəbi  göstərilməklə  səhv  Paket  ödənişlərının  siyahısını  əks  etdirən 

MT158 göndərilir; 

 

-  Paket  ödənişlərini  təşkil  edən  bir  ödəniş  tapşırığının  məbləği  XÖHKS-də 



qəbul  edilən  bir  ödəniş  tapşırığının  maksimal  məbləğini  aşdıqda  həmin  ödəniş 

tapşırığı  XÖHKS  tərəfindən  geri  qaytarılır  və  İştirakçıya  səbəbi  göstərilməklə 

MT158 göndərilir. 

 

3.13. Kənarlaşma olmadıqda: 




 

13 


 

 

-  XÖHKS  tərəfindən  İştirakçıya  Ümumi  faylın  icraya  qəbul  edilməsi 



haqqında MT196 göndərilir; 

 

-  Paket  ödənişlərini  təşkil  edən  ödəniş  tapşırıqları  göndərilmə  ardıcıllığı  ilə 



icra edilir. 

 

3.14.  Emitent  İştirakçı  tərəfindən  göndərilən  və  həmin  günə  Valyutalaşma 



tarixi  olan  Paket  ödənişləri  aşağıdakı  hallarda  icra  olunmadan  “Gözləmə 

rejimində” saxlanılır: 

 

- Emitent İştirakçının hesabında kifayət qədər vəsait olmadıqda; 



 

-  Emitent  və  ya  Benefisiar  İştirakçının  hesabı  üzrə  əməliyyatlar  müvəqqəti 

dayandırıldıqda; 

 

- XÖHKS müvəqqəti dayandırıldıqda; 



 

-  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hallarda. 

 

Bu halda XÖHKS tərəfindən İştirakçıya MT196 göndərilir. 



3.15.  Emitent  İştirakçı  Gözləmə  rejimində  olan  Paket  ödənişlərini  və  ya 

Paket  ödənişlərini  təşkil  edən  ödəniş  tapşırığını  ləğv  edə  bilər.  Bu  halda  Emitent 

İştirakçı  tərəfindən  XÖHKS-ə  MT192  göndərilir.  Paket  ödənişləri  və  ya  Paket 

ödənişlərini  təşkil  edən  ödəniş  tapşırığı  ləğv  olunduqda  XÖHKS  tərəfindən 

İştirakçıya MT196 göndərilir. 

3.16.  Emitent  İştirakçı  Gözləmə  rejimində  olan  Paket  ödənişlərini  və  Paket 

ödənişlərini təşkil edən ödəniş tapşırığını ləğv edə bilər. Bu halda Emitent İştirakçı 

tərəfindən XÖHKS-ə MT198/192 göndərilir. Paket ödənişləri və Paket ödənişlərini 

təşkil edən ödəniş tapşırığı ləğv olunduqda XÖHKS tərəfindən İştirakçıya MT198 

göndərilir. 




 

14 


 

3.17.  Paket  ödənişlərini  və  ya  Paket  ödənişlərini  təşkil  edən  ödəniş 

tapşırığının hər hansı səbəbdən ləğv edilməsi mümkün deyilsə, XÖHKS tərəfindən 

İştirakçıya səbəbi göstərilməklə MT196 göndərilir. 

 

3.18. XÖHKS-də Klirinq sessiyaları aşağıdakı dövrlərə bölünür: 



 

- Sənədlərlə mübadilə ; 

 

- Klirinqqabağı ; 



 

- Klirinq. 

 

3.19.  Klirinq  sessiyası  açıldıqda  XÖHKS  tərəfindən  İştirakçılara  MTn99 



göndərilir.  Bu  andan  etibarən  Sənədlərlə  mübadilə  dövrü  başlanılır  və  bu  dövrdə  

İştirakçı Ümumi faylları XÖHKS-ə göndərə bilər.  

 

3.20.  Sənədlərlə  mübadilə  dövrü  qurtardıqda  XÖHKS  tərəfindən 



İştirakcılara  cari  Klirinq  sessiyasına  Ümumi  faylların  qəbulunun  dayandırılması 

haqqında  MTn99  göndərilir.  Bu  andan  etibarən  Klirinqqabağı  dövr  başlanılır  və 

İştirakçı tərəfindən bu dövrdə XÖHKS-ə göndərilən Ümumi fayllar günün növbəti 

Klirinq sessiyasına saxlanılır. 

 

3.21.  Klirinqqabağı  dövrdə  XÖHKS  tərəfindən  hər  bir  İştirakçının  Klirinq 



hesabı  üzrə  ilkin  xalis  mövqeyi  hesablanılır  və  İştirakcıya  icra  olunan  və  icra 

olunmayan  ödəniş  tapşırıqlarını,  habelə  ödəniş  tapşırıqlarının  icra  edilməsi  üçün 

çatışmayan  məbləği  əks  etdirən  MT986/INBP  göndərilir.  İştirakçının  Klirinq 

hesabında  kifayət  qədər  vəsait

i

  olmadıqda  həmin  günə  Valyutalaşma  tarixi  olan 



icra  olunmayan  ödəniş  tapşırıqlarının  icrası  məqsədi  ilə  Klirinq  hesabının  debet 

limitinin artırılması imkanı verilir.  

 

3.22.  Klirinqqabağı  dövr  qurtardıqda XÖHKS  tərəfindən  İştirakçılara 



MTn99  göndərilir.  Bu  andan  etibarən  Klirinq  dövrü  başlanılır  və  bu  dövrdə 

İştirakçıların  cari  Klirinq  sessiyasında  Klirinq  hesabları  üzrə  xalis  mövqeləri 

müəyyən edilir və İştirakçıya: 



 

15 


 

 

-  Klirinq  hesabının  debet  və  ya  kredıt  edilməsini  təsdiq  edən  MT900  və  ya 



MT910; 

 

-  cari  Klirinq  sessiyasında  icra  olunan  və  icra  olunmayan  ödəniş 



tapşırıqlarını əks etdirən MT970; 

 

-  cari  Klirinq  sessiyasında  Klirinq  hesabı  üzrə  xalis  mövqeyini    əks  etdirən  



MT971 göndərilır. 

 

3.23.  XÖHKS-də  cari  Klirinq  sessiyasında  həmin  günə  Valyutalaşma  tarixi 



olan  icra  olunmayan  Paket ödənişləri  həmin  günün  növbəti  Klirinq  sessiyasına 

keçirilir.  Növbəti  Klirinq  sessiyası  nəzərdə  tutulmadıqda  icra  olunmayan 

Paket ödənişləri  ləğv  edilir.  Bu  halda  XÖHKS  tərəfindən  İştirakçıya  MT158 

göndərilir. 

   

3.24.  Klirinq  sessiyası  qurtardıqda  XÖHKS  tərəfindən  İştirakçılara  MTn99 



göndərilir. 

   


3.25.  Klirinq  sessiyasının  sonunda  İştirakçının  Klirinq  hesabı  üzrə 

əməliyyatlar

ı

  İştirakçıların  Müxbir  subhesabında  əks  olunur.  Günün  sonunda 



İştirakçının  Müxbir  subhesabının  qalığı  AZIPS  vasitəsi  ilə  Müxbir  hesabına 

köçürülür. 

 

3.26. İştirakçı Klirinq hesabı haqqında ümumi məlumat (hesab üzrə debet və 



kredit əməliyyatlarının  ümumi  məbləği  və hesabın qalığı) almaq  üçün  XÖHKS-ə 

MT920  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  XÖHKS  tərəfindən  İştirakçıya 

MT941 göndərilir. 

 

3.27.  İştirakçı  Klirinq  hesabı  üzrə  Aralıq  Çıxarış  almaq  üçün  XÖHKS-ə 



MT920  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  XÖHKS  tərəfindən  İştirakçıya 

MT942 göndərilir. 

 

3.28.  İştirakçı   göndərdiyi   Ümumi   faylın,   Ümumi   faylı  təşkil  edən  bir 



Paket  ödənişlərinin  və  ya  Paket  ödənişlərini  təşkil  edən  bir   ödəniş 


 

16 


 

tapşırığının  icrası  haqqında  məlumat  almaq  ücün  XÖHKS-ə  MT195/STAT  

göndərə  bilər.  Bu   sorğuya    cavab  olaraq  XÖHKS  tərəfindən  İştirakçıya  MT196 

/STAT  göndərilir. 

 

3.29.  İştirakçı  göndərdiyi  Ümumi  faylın,  Ümumi  faylı  təşkil  edən 



Paket  ödənişlərinin və Paket  ödənişlərini təşkil edən bir  ödəniş tapşırığının  icrası 

haqqında  məlumat  almaq  ücün  XÖHKS-ə  MT198/195/STAT  göndərə  bilər. 

Bu  sorğuya cavab olaraq XÖHKS tərəfindən  İştirakçıya MT198  göndərilir. 

 

3.30. 



İştirakçı 

göndərdiyi 

Ümumi 

faylı 


təşkil 

edən 


bir 

neçə   Paket   ödənişlərinin  icrası  haqqında  məlumat  almaq  üçün  XÖHKS-ə 

MT195/LİST  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  XÖHKS  tərəfindən 

İştirakçıya MT158 göndərilir. 

 

3.31.    İştirakçı  göndərdiyi  Paket ödənişlərini  təşkil  edən  bir  neçə  ödəniş 



tapşırığının icrası haqqında məlumat almaq üçün XÖHKS-ə MT195/LIST göndərə 

bilər. Bu sorğuya cavab olaraq XÖHKS tərəfindən İştirakçıya MT198 göndərilir. 

 

3.32.   İştirakçı Ümumi faylın surətini almaq üçün XÖHKS-ə MT195/COPY 



göndərə bilər. Bu sorğuya  cavab olaraq XÖHKS tərəfindən MT156 göndərilir. 

   


3.33.  İştirakçı  Paket  ödənişlərinin  və  ya   Paket   ödənişlərini  təşkil 

edən  ödəniş tapşırığının   surətini almaq üçün XÖHKS-ə MT195/COPY  göndərə 

bilər.  Bu   sorğuya    cavab  olaraq  XÖHKS  tərəfindən  İştirakçıya   MT196  

göndərilir. 

 

3.34.  İştirakçı  Paket  ödənişlərinin  və  Paket   ödənişlərini  təşkil  edən ödəniş 



tapşırığının  surətini  almaq  üçün  XÖHKS-ə  MT198/195/COPY  göndərə  bilər.  

Bu  sorğuya   cavab olaraq XÖHKS tərəfindən  İştirakçıya  MT198  göndərilir. 

 

3.35.  Mərkəzi  Bank  və  diqər  İştirakçılar  XÖHKS-də  hesablaşmaların 



aparılmasına 

dair 


məlumatları 

Azərbaycan 

Respublikasının 

müvafiq 


qanunvericiliyinə uyğun olaraq arxivləşdirir. 


 

17 


 

4. KAĞIZ DAŞIYICILARDA HESABLAŞMALAR 

 

4.1.  Banklar  ödəniş  tapşırıqını Mərkəzi  Banka  kağız  daşıyıcılarda  təqdim 



edə bilərlər. 

 

4.2. Mərkəzi  Bank kağız daşıyıcılarda təqdim  olunmuş ödəniş  tapşırığının 



icrasını aşağıdakı sistemlər vasitəsilə həyata keçirir: 

        - vəsait alan bank AZİPS-in İştirakçısı olduqda AZİPS vasitəsi ilə; 

        - vəsait alan bank AZİPS-in Autsayderi olduqda BMS vasitəsi ilə. 

       4.3.  Mərkəzi  Bank  təqdim  olunmuş  ödəniş  tapşırığını  bu  Qaydaların  1.4-cü 

bəndinə  uyğun  olaraq  yoxlayır.  Kənarlaşma  olduqda  ödəniş tapşırığı  icra 

olunmadan geri qaytarılır.  

        Kənarlaşma olmadıqda Mərkəzi Bank: 

-  ödəniş  tapşırığı  əsasında  vəsaiti  göndərən  bankın  hesabını  debetləşdirir  və 

vəsait alan bankın hesabını kreditləşdirir; 

-  ödəniş  tapşırığının  bir  nüsxəsində  icra  haqqında  qeyd  apararaq  vəsaiti 

göndərən banka təqdim edir; 

      


-  vəsaiti alan bank AZİPS-in Autsayderi olduqda ödəniş tapşırığını iki nüsxədə          

Hesabdan Çıxarışla birlikdə vəsaiti alan banka təqdim edir.  

4.4.  Mərkəzi  Bank  və  digər  İştirakçılar  kağız  daşıyıcılarda  hesablaşmaların 

aparılmasına 

dair 

məlumatları 



Azərbaycan 

Respublikasının 

müvafiq 

qanunvericiliyinə uyğun olaraq arxivləşdirir. 



5. YEKUN MÜDDƏALAR 

 

Bu Qaydalar 2002-ci il “01” dekabr tarixindən qüvvəyə minir. 



Yüklə 185,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə