Dövlət qeydiyyatına alınmışdır



Yüklə 27,11 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü27,11 Kb.
#35622


 

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyində 

 

Qeydiyyat  № ____________________ 



“ ______” _______________ 2011-ci il 

Qeydiyyat və notariat baş idarəsinin rəisi 



İLQAR MƏMMƏDOV_____________ 

“Təsdiq edirəm” 

Azərbaycan Respublikasının 

Təhsil naziri 

 

 ____________M.C.Mərdanov 



 

“_____”___________2011-ci il 

 

 

 



 

“MAŞINŞÜNASLIQ” BEYNƏLXALQ ELMI JURNALININ 

NİZAMNAMƏSİ 

 

 

ÜMUMİ MÜDDƏALAR 

 

1.

 



Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  “Maşınşünaslıq” məcmuəsi 

maşınşünaslıq istiqamətinin müxtəlif sahələrində, o cümlədən, mexanika, 

maşınqayırma,  neft-mədən  avadanlığı,  elektronika,  avtomatika,  

cihazqayırma,  xüsusi  texnika  və  texnologiya  və  s.  sahələrin  aktual 

problemlərinə  həsr  edilmiş  nəzəri  və  tətbiqi  araşdırmaları  əhatə  edən 

elmi-praktik nəşrdir. Məcmuə ilin hər rübündə bir dəfə, hər biri 4 – 6 çap 

vərəqi həcmində nəşr edilir. Məcmuə Azərbaycan Respublikasında, eləcə 

də  respublikadan  kənarda  maşınşünaslıq  elminin  sahələrinin  inkişafına 

xidmət edir. 

2.

 



Məcmuənin  təsisçisi  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyidir. 

Redaksiya  sərbəst  balansa  və  hesaba  malikdir.  Məcmuəni  redaksiya  və 

təsisçi  təmsil  edir.  Redaksiya  heyəti  öz  işini  təsisçi  tərəfindən  müəyyən 

edilmiş plana müvafiq qurur. 

3.

 

Məcmuənin  redaksiya  heyəti  öz  fəaliyyətində  “Kütləvi  informasiya 



vasitələri  haqqında  Azərbaycan  Respublikası  qanunu”nu,  “Azərbaycan 

Respublikası Təhsil Qanunu”nu və bu Nizamnaməni rəhbər tutur. 

4.

 

Məcmuədə  azərbaycan,  rus  və  ingilis  dillərində  elmi  məqalələr  nəşr 



olunur. 

 

TƏSİSÇİ 



 

5.

 



Məcmuənin  Nizamnaməsini,  həmçinin  redaksiya  heyətini  təsdiq  edir, 

onun fəaliyyət istiqamətlərini müəyyənləşdirir.  

6.

 

Məcmuənin qeydiyyatdan keçirilməsi haqqında Azərbaycan Respublikası 



Ədliyyə Nazirliyinə müraciət edir. 

7.

 



Dövlət orqanlarında  və  digər  təşkilatlarda  redaksiyanın  qanuni  hüquq və 

mənafeyini müdafiə edir. 




8.

 

Redaksiyanın əməkdaşları üçün normal iş şəraiti təşkil edir. 



9.

 

“Kütləvi  informasiya  vasitələri  haqqında”  Qanuna  müvafiq  olaraq 



məcmuənin nəşrini dayandırmaq hüququna malikdir.  

 

 



MƏCMUƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ 

 

10.



 

Məcmuənin  redaksiya  heyəti  Azərbaycan  Texniki  Universitetinin 

nəzdində  fəaliyyət  göstərir.  Məcmuə  həmin  Universitetin  mətbəəsində 

nəşr edilir.  

11.

 

Redaksiya  ilə  mətbəə  arasında  istehsalat  və  maliyyə  münasibətləri 



qanunvericilikdə və bu Nizamnamədə müəyyən olunmuş şərtlər daxilində 

həyata keçirilir. 

12.

 

Məcmuədə  respublika  və  xarici  ölkə  alimlərinin  aşağıdakı  elmi 



istiqamətlər üzrə orijinal məqalələri çap edilir: 

-

 



Maşınqayırmada layihələndirmənin və istehsalın nəzəri əsasları, maşın və 

mexanizmlərin  sintezi,  kinematik  və  dinamik  analizi,  konstruksiya 

elementlərinin optimallaşdırılması; 

-

 



Maşın və mexanizmlərdə tətbiq edilən en kəsiyi nazik olan elementlərin, 

kompozisiya  materiallarından  hazırlanmış  konstruksiyaların  hesabatı, 

elementlərin  möhkəmliyə,  uzunömürlüyə,  elastiklik  və  plastiklik 

nəzəriyyəsinə əsaslanaraq qeyri-xətti məsələlərin həlli; 

-

 

Maşınqayırma,  o  cümlədən,  neft-mədən  avadanlığı  istehsalında, 



elektrotexnika, cihazqayırma, dəzgahqayırma və s. sahələrdə konstruktor-

layihələndirmə,  yeni  texnologiyaların  və  avadanlıqların  işlənməsi, 

texnoloji proseslərin riyazi modelləşdirilməsi və  optimallaşdırılması; 

-

 



Maşınqayırmada  tətbiq  edilən  materialların  mexaniki,  fiziki-texniki, 

elektrofiziki  üsullarla  emalının  nəzəri  və  tətbiqi  məsələləri,  kəsmə 

parametrlərinin tədqiqi problemləri. 

 

REDAKSİYA HEYƏTİ 



 

13.


 

Məcmuənin  redaksiya  heyətinə  Baş  redaktor,  baş  redaktorun  müavini, 

məsul  katib,  elmin  müxtəlif  sahələri  üzrə  respublika  və  xarici  ölkə 

alimləri daxil edilir.  

14.

 

Redaksiya  heyətinin  tərkibində  aparılan  dəyişikliklər  Təhsil  Nazirliyi 



tərəfindən təsdiq edilir. 

15.


 

Redaksiya  heyəti  Baş  redaktorun  yanında  məşvərətçi  orqandır.  O, 

məcmuənin  fəaliyyəti  ilə  bağlı  olan  mühüm  məsələləri  müzakirə  edir, 

çapa  gedən  materiallarla  tanış  olub  rəyini  bildirir.  Materialların  yüksək 

elmi-nəzəri səviyyədə olmasına cavabdehdir. 

 

 



 

 



BAŞ REDAKTOR 

 

16.



 

Baş  redaktorun  vəzifəyə  təyin  edilməsi  və  vəzifədən  azad  edilməsi 

təsisçinin qərarı əsasında həyata keçirilir. 

17.


 

Baş  redaktor  redaksiya  heyətinin  və  redaksiyanın  işinə  rəhbərlik  edir, 

bütün təşkilatlarla münasibətə onu təmsil edir. 

18.


 

Baş  redaktor  qanunvericiliyə  və  bu  Nizamnaməyə  əsasən  məcmuənin 

fəaliyyəti  ilə  bağlı  bütün  tələblərin  yerinə  yetirilməsi  üçün  məsuliyyət 

daşıyır. 

 

REDAKSİYANIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ 



 

19.


 

Redaksiya ilə mətbəə arasında bütün istehsalat və  maliyyə  münasibətləri 

müqavilə əsasında mövcud qaydalara müvafiq şəkildə həyata keçirilir. 

20.


 

Redaksiya  müstəqil  balansa  malikdir.  Redaksiyanın  maliyyələşmə 

mənbələri aşağıdakılardır: 

-

 



abunə,  satış  və  reklamdan  əldə  edilən  gəlir,  sponsor  və  xeyriyyəçilərin 

təmənnasız ianələri, təşkilat, müəssisə, ayrı-ayrı vətəndaşların ianələri və 

qanunla qadağan edilməmiş başqa mənbələr. 

21.


 

Məcmuəni  yayan  təşkilatlarla  münasibətlər  onlarla  bağlanılmış 

müqavilələrlə tənzimlənir. 

22.


 

Nizamnamə  Azərbaycan  Texniki  Universitetinin  Maşınqayırma  üzrə 

Koordinasiya  Şurasında  01.12.2000-ci  il  tarixində  baxılaraq,  redaksiya 

heyəti tərəfindən müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir.  



23.

 

Məcmuənin redaksiya heyətinin ünvanı: AZ1073, Bakı, H.Cavid pr., 25. 



Əlaqə telefonu: 012 539 12 25, 050 316 11 72 

Yüklə 27,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə