"Dövlət qeydiyyatına alınmışdır"



Yüklə 68,9 Kb.

tarix31.08.2018
ölçüsü68,9 Kb.


 

                                                                              

“Dövlət qeydiyyatına alınmışdır” 

Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi 

Qeydiyyat №3928 

“08” iyul 2010-cu il 

 

Nazir müavini 



 

__________Toğrul Musayev 

 

“Təsdiq edilmişdir” 



Azərbaycan Respublikası 

Mərkəzi Bankının İdarə Heyəti 

Protokol № 15 

“16” iyun 2010-cu il 

 

Mərkəzi Bankın sədri 



 

__________ Elman Rüstəmov 



 

 

 



 

BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI  

TƏRƏFİNDƏN KREDİTLƏRİN VERİLMƏSİNƏ XÜSUSİ RAZILIĞIN 

(LİSENZİYANIN) VƏ İCAZƏLƏRİN ALINMASI ÜÇÜN MÜRACİƏT 

QAYDALARI HAQQINDA 

TƏLİMAT  

 

 

 

 

 

 

BAKI – 2010 


 

1.  Ümumi müddəalar 

1.1.  Bu  Təlimat  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”, 

“Bank  olmayan  kredit  təşkilatları  haqqında”  Azərbaycan  Respublikasının 

qanunlarına  və digər  normativ  hüquqi aktlarına uyğun  olaraq  hazırlanmış və bank 

olmayan kredit təşkilatları tərəfindən (bundan sonra - BOKT) kreditlərin verilməsi 

üçün  xüsusi  razılıq  (lisenziya)  (bundan  sоnra  -  lisenziya)  və  girov  əmanəti  qəbul 

etmək hüququ olan  BOKT-nin öz  filiallarının açılmasına  icazələrin alınması  üçün 

müraciətlərin  və  onlara  əlavə  olunan  sənədlərin  forma  və  məzmununu,  habelə 

girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-lərin filiallarının, eləcə də hər 

iki  növdən  olan  BOKT-lərin  nümayəndəliklərinin  açılması  barədə  əvvəlcədən 

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankına  (bundan  sonra  -  Mərkəzi  Bank) 

məlumatın təqdim edilməsi formasını müəyyən edir. 

1.2.  Girov  əmanəti,  inzibatçı  və  bu  Təlimatda  istifadə  olunan  digər 

anlayışlar 

“Bank 


olmayan 

kredit 


təşkilatları 

haqqında” 

Azərbaycan 

Respublikasının  Qanununda  (bundan  sonra  –  Qanun)  verilən  mənalarda  istifadə 

edilmişdir. 

1.3. Girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu 

barədə xüsusi icazə olduğu halda qəbul edilə bilər.  

1.4.  Lisenziya  və  icazələrin  alınması  üçün  təqdim  edilən  sənədlər  texniki 

vasitələrdən  istifadə  edilərək  doldurulmalı  və  qovluqda  təqdim  edilməlidir. 

Sənədlər  bir  səhifədən  artıq  olduqda  tikilməli,  nömrələnməli,  səlahiyyətli  şəxsin 

imzası və BOKT-nin möhürü ilə təsdiq edilməlidir.  

1.5. Xarici hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan bütün sənədlər 

qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmalı və Azərbaycan dilinə tərcüməsi 

notariat qaydasında təsdiq olunmalıdır. 

1.6.  Lisenziyanın  və  icazələrin  alınmasına  dair  BOKT-nin  müraciətlərinə 

Qanuna  müvafiq surətdə baxılır  və nəticələri barədə  müraciət edənə yazılı şəkildə 

məlumat verilir.    



 

2.  Lisenziyanın alınması üçün müraciət 

2.1.  Kreditlərin  verilməsi  sahəsində  fəaliyyətin  həyata  keçirilməsinə 

lisenziya  almaq  üçün  BOKT-lər  tərəfindən  Mərkəzi  Banka  aşağıdakı  sənədlər 

təqdim olunmalıdır: 

2.1.1.  təsisçi  (təsisçilər)  və  ya  qanunvericiliyə  müvafiq  qaydada  vəkil 

edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (əlavə №1);  

2.1.2. dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat 

qaydasında təsdiq edilmiş surətləri; 

2.1.3.  minimum  nizamnamə  (şərikli)  kapitalının  ödənilməsi  (ilkin  əmlakın 

formalaşdırılması) barədə bank sənədi; 

2.1.4. təşkilati struktur haqqında məlumat;  

2.1.5.  inzibatçılarının  Qanunun  tələblərinə  müvafiq  peşə  yararlılığı  və 

qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat 

(əlavə №2); 

2.1.6.  maliyyələşdirilmə  mənbələri,  habelə  kredit  siyasətinin  əsas 

göstəriciləri  (ərazi  əhatəsi,  kreditləşdirmənin  subyektləri,  kreditin  verilmə 

müddətləri, faiz dərəcələri və s.) barədə məlumat; 

2.1.7.  xarici  ölkənin  ərazisində  fəaliyyət  göstərən  BOKT-nin  Azərbaycan 

Respublikasında  filialının  açılmasına  xarici  nəzarət  orqanının  icazəsi  (həmin 

ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);  

2.1.8.  lisenziyanın  alınması  üçün  dövlət  rüsumunun  ödənilməsini  təsdiq 

edən bank sənədi. 

2.2. Bu Təlimatın 2.1.4 -  2.1.6-cı bəndlərində  nəzərdə tutulmuş  məlumatlar 

yazılı  formada  tərtib  edilir  və  ərizəni  imzalayan  şəxs  (şəxslər)  tərəfindən 

imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir. 

2.3.  Girov  əmanəti  qəbul  etmək  hüququ  ilə  lisenziyanın  alınması  üçün 

müraciət  edən  BOKT-dən  bu  Təlimatın  2.1-ci  bəndində  nəzərdə  tutulmuş 

sənədlərdən başqa digər sənədlərin təqdim edilməsi tələb olunmur. 



 

3.  Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialının 



açılmasına icazənin alınması üçün müraciət 

3.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz  filialının açılmasına 

icazə almaq üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir: 

3.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə (əlavə №3); 

3.1.2.  filialın  açılması  barədə  BOKT-nin  səlahiyyətli  idarəetmə  orqanının 

qərarı; 


3.1.3.  filialın  əsasnaməsi  (əsasnamə  BOKT-nin  səlahiyyətli  idarəetmə 

orqanının qərarı ilə təsdiq edilməlidir);  

3.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli 

idarəetmə orqanının qərarı; 

3.1.5.  filial  inzibatçılarının  Qanunun  tələblərinə  müvafiq  peşə  yararlılığı  və 

qəsdən  törədilmiş  cinayətlərə  görə  məhkumluqlarının  olmaması  haqqında 

məlumat.  

3.2.  Bu  Təlimatın  3.1.5-cü  bəndində  nəzərdə  tutulmuş  məlumat  yazılı 

formada tərtib edilir  və  BOKT-nin rəhbəri tərəfindən  imzalanaraq  möhürlə təsdiq 

olunur (əlavə №2). 

 

4.  Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki 

növdən olan BOKT-nin nümayəndəliyinin açılması barədə məlumatın 

verilməsi 

4.1.    Girov  əmanəti  qəbul  etmək  hüququ  olmayan  BOKT-nin  filialı  və  hər 

iki  növdən  olan  BOKT-nin  nümayəndəliyi  əvvəlcədən  Mərkəzi  Banka  yazılı 

məlumat verilməklə açıla bilər.  

4.2.  Məlumatda  (əlavə  №4)  qərarı  qəbul  edən  idarəetmə  orqanının  adı, 

qərarın  tarixi  və  nömrəsi,  açılan  filialın  və  ya  nümayəndəliyin  adı  və  ünvanı, 

rəhbərləri, onların ixtisası və iş təcrübələri barədə informasiya əks olunmalıdır.  



 

4.3.  Məlumat  filialın  və  ya  nümayəndəliyin  açılması  barədə  BOKT-nin 



səlahiyyətli  idarəetmə  orqanı  tərəfindən  qərar  qəbul  edildiyi  gündən  5  iş  günü 

ərzində təqdim edilməlidir.    

 

5. Yekun müddəalar 

5.1.  Mərkəzi  Bank  BOKT-lərə  verdiyi  lisenziya  və  icazələrin  Qanuna 

müvafiq  surətdə  vahid  reyestrini  tərtib  edir.  Reyestrə  BOKT-lərin,  onların 

filiallarının  və  nümayəndəliklərinin  adları,  ünvanları,  onlara  verilmiş  və  ləğv 

edilmiş  lisenziyaların  və  icazələrin  qeydiyyat  nömrələri  və  tarixləri,  inzibatçıları 

barədə  məlumat,  fəaliyyətinə  xitam  verilmiş  BOKT-lər,  onların  filial  və 

nümayəndəlikləri haqqında məlumat daxil edilir. 

5.2.  Reyestrə  daxil  edilmiş  məlumatda,  habelə  təsis  sənədlərində 

(nizamnamədə,  əsasnamədə)  edilən  dəyişikliklər  barədə  BOKT  Mərkəzi  Banka  5 

təqvim  günü  müddətində  yazılı  bildiriş  göndərməlidir.  BOKT-yə  yeni  inzibatçı 

təyin  edildikdə  bildirişə  bu  Təlimatın  2.1.5-ci  və  3.1.5-ci  bəndlərində  nəzərdə 

tutulmuş məlumat əlavə edilməlidir.  

5.3. Qanunun  qüvvəyə mindiyi tarixə fəaliyyətdə olan BOKT girov əmanəti 

qəbul  etmək  hüququnu  əldə  etmək  üçün  Qanuna  müvafiq  qaydada  yeni  lisenziya 

almaq  üçün  Mərkəzi  Banka  müraciət  etdikdə  sənədləri  bu  Təlimata  uyğun  olaraq 

təqdim etməlidir. 

5.4.  Fəaliyyətinə  könüllü  sürətdə  xitam  verilməsi  barədə  qərar  vermiş 

BOKT  lisenziyasının  və  icəzəsinin  ləğvi  barədə  müvafiq  ərizə  (əlavə  №5)  ilə 

Mərkəzi  Banka  müraciət  etməlidir.  Bu  zaman  girov  əmanəti  qəbul  etmək  hüququ 

olan  BOKT  ərizəyə  girov  əmanəti  hesab(lar)ının  cari  vəziyyəti  barədə  bank 

arayışını əlavə etməlidir.     

 

 



 

 



 

Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə 



xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün 

 müraciət qaydaları haqqında Təlimat”a  



Əlavə №1  

 

 



Azərbaycan Respublikasının 

Mərkəzi Bankına 

 

 “___” ___________ 20__-c_ il 



№ __________________ 

 

Xüsusi razılıq (lisenziya) alınması üçün  



 

ƏRİZƏ 

   

 “___”__________ 20___-c_ il tarixində aşağıdakı şəxslər tərəfindən təsis edilmiş və 

 

 ________________________________________________________yerləşən 



(BOKT-nin ünvanı) 

_______________________________________________ 

(BOKT-nin adı) 

 

girov əmanəti qəbul etmək hüququ olan/olmayan* BOKT qismində keditlərin verilməsi  



üçün lisenziyanın verilməsini xahiş edir: 

             fiziki şəxs (şəxslər) _____________________________________________________  

(soyadı,  adı,  atasının  adı,  yaşayış  yeri,  şəxsiyyətini  təsdiq  edən  sənədin  nömrəsi  və 

verilmə tarixi) 

 

hüquqi şəxs (şəxslər)_____________________________________________________ 



                                                   (adı, olduğu yer və dövlət qeydiyyatı nömrəsi) 

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).  

 

Mən,  aşağıda  imza  edən  bu  Ərizədə  və  ona  əlavə  olunan  bütün  sənədlərdə  olan 



məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar 

dəqiq  və  tamdır.  Həmin  məlumatlarda  baş  verən  əhəmiyyətli  dəyişikliklər  barədə  Azərbaycan 

Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm. 

 

Səlahiyyətli şəxsin (şəxslərin)_____________________________   ________________  



                                                      (soyadı, adı, atasının adı)                           (imza) 

M.Y. 


 

* uyğun variant qeyd olunmalıdır 

 



 

 



“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə 

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün 

 müraciət qaydaları haqqında Təlimat”a  

Əlavə №2 

 

 

 

________________________________________BOKT-nin 

 

İnzibatçısı barədə  



MƏLUMAT 

 

 

İnzibatçının soyadı, adı, atasının adı_______________________________________ 

BOKT-də tutduğu vəzifə________________________________________________ 

Təhsili______________________________________________________________ 

 

 

 



(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas) 

Ümumi əmək stajı_____________________________________________________ 

Maliyyə/bank sistemində əmək stajı (əgər varsa)_____________________________ 

Məhkumluğunun olmaması barədə məlumat_________________________________  

İnzibatçının faksı, elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu_____________  

                       



 

BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________  ___________ 

                                                                              (soyadı, adı, atasının adı)       (imza) 

             

Tarix___________                                             M.Y. 



 

 

 

 

 

 

 

 

 

 




 

 



“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə 

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün 

 müraciət qaydaları haqqında Təlimat”a  

Əlavə №3  

 

 



Azərbaycan Respublikasının 

Mərkəzi Bankına 

 “___” ___________ 20__-c_ il 

№ __________________ 

 

Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin  

filialının açılmasına icazənin verilməsinə dair 

Ə R İ Z Ə  

 

_____________________________________________________________ 



(BOKT-nin adı) 

 

 ___________________________________________________ keçirilmiş iclasının   



(səlahiyyətli idarəetmə orqanının adı) 

 

“___” ___________ 20__-c_ il tarixli _________ №-li qərarına uyğun olaraq  



 

_____________________________________________________________yerləşən 

(filial və ya nümayəndəliyin ünvanı) 

_________________________________________________________________ 

(filial və ya nümayəndəliyin adı) 

 

açılmasına icazə verilməsini xahiş edir. 



 

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).  

 

Mən,  aşağıda  imza  edən  bu  Ərizədə  və  ona  əlavə  olunan  bütün  sənədlərdə  olan 



məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar 

dəqiq  və  tamdır.  Həmin  məlumatlarda  baş  verən  əhəmiyyətli  dəyişikliklər  barədə  Azərbaycan 

Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm. 

 

BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor)_________________   ___________ 



                                                                               (soyadı, adı, atasının adı)      (imza) 

                  M.Y. 

 

 

 




 

“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə 



xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün 

 müraciət qaydaları haqqında Təlimat”a  



Əlavə №4  

 

Azərbaycan Respublikasının 



Mərkəzi Bankına 

 “___” ___________ 20__-c__ il 

№ __________________ 

BOKT-nin filialının* 

 (nümayəndəliyinin) açılması barədə 

MƏLUMAT 

 

_____________________________________________________________ 

(BOKT-nin adı) 

 

 



 ___________________________________________________________keçirdiyi  

(səlahiyyətli idarəetmə orqanının adı) 

 

“____” ___________ 20__-c__ il tarixli iclasda  (qərar №___)          



 

_____________________________________________________________yerləşən 

(filial və ya nümayəndəliyin ünvanı) 

_________________________________________________________ açılması barədə 

qərara (filial və ya nümayəndəliyin adı) 

qərar qəbul edilmişdir. 

 

Əlavə:  filialın  (nümayəndəliyin)  inzibatçıları  barədə  məlumat  (bu  Təlimatın  2  №-li 

əlavəsində müəyyən edilmiş formada).  

 

Mən,  aşağıda  imza  edən  bu  Ərizədə  və  ona  əlavə  olunan  bütün  sənədlərdə  olan 



məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar 

dəqiq  və  tamdır.  Həmin  məlumatlarda  baş  verən  əhəmiyyətli  dəyişikliklər  barədə  Azərbaycan 

Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm. 

 

 BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________  ___________ 



                                                                                (soyadı, adı, atasının adı)       (imza) 

          M.Y. 

                             

*Bu  məlumat  girov  əmanəti  qəbul  etmək  hüququ  olmayan  BOKT  filialının  açılması 

zamanı təqdim olunur. 

 



10 

 

 



“Bank olmayan kredit təşkilatına, onun filial və nümayəndəliyinə 

xüsusi razılığın (lisenziyanın) alınması üçün 

 müraciət qaydaları haqqında Təlimat”a  

Əlavə №5   

 

Azərbaycan Respublikasının 



Mərkəzi Bankına 

  

“___” ___________ 20__-c_ il 



№ __________________ 

 

 



 

BOKT-nin lisenziyasının (icazəsinin) ləğv olunmasına dair 

Ə R İ Z Ə  

 

__________________________________________________________ (BOKT-nin adı) 



 

 ________________________________________________________keçirilmiş iclasının   

(səlahiyyətli idarəetmə orqanının adı) 

 

 “____” ___________ 20__-c_ il tarixli _________ №-li qərarına* uyğun olaraq  



 

________________________________________________________________________              

________________________________________________________________________ 

(ləğv edilmənin səbəblərini göstərilməklə) 

______________________________________________________________yerləşən 

(BOKT-nin, filial və ya nümayəndəliyin ünvanı) 

_________________________________________________lisenziyasının (icazəsinin)     

            (BOKT-nin, filial və ya nümayəndəliyin adı) 

 

ləğv edilməsini xahiş edir.  



 

Əlavə: girov əmanəti hesabının (hesablarının) cari vəziyyəti barədə bank arayışı**.  

 

                     



BOKT-nin rəhbəri (İdarə Heyətinin sədri, direktor) __________________  ___________ 

                                                                               (soyadı, adı, atasının adı)       (imza) 



 

 

*qərarın surəti əlavə olunmalıdır 



          **girov əmanəti qəbul etmək hüququ olan BOKT tərəfindən təqdim olunmalıdır 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə