DöVLƏt quruluş formalari



Yüklə 134,17 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü134,17 Kb.
#74637


DÖVLƏT QURULUŞ FORMALARI 

 

 



Dövlət siyasi siyasi quruluş olub müəyyən sərhədlər daxilində yaşayan xalqın 

xüsusi  sistemlə  idarə  olunmasını  təsvir  edir.  Dövlət  çox  vaxt  cəmiyyətlə 

səciyyələndirilirlər.  Yer  kürəsi  Antraktidanı  çıxmaq  şərtilə  iki  yüzə  yaxın  dövlət 

arasında bölünmüşdür.Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik 

olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial 

proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat 

olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil  edir. 

 

 



Hər  bir  dövlət  özünün  idarəçilik  formaları,siyasi  rejimi  və  dövlət  quruluşu 

formalarına görə səciyyələnir. Dövlətin forması dedikdə birinci növbədə idarəçiliyin 

və siyasi  hakimiyyət  institutlarının  necə qurulması  başa  düşülür.  Bu  məsələ həm  də 

mərkəz ilə yerlər arasında qanunvericilik hakimiyyətininbölünməsi ilə bağlıdır.  

Dövlət quruliş formaları: 

-    dövlətin daxili strukturunun hansı hissələrdən ibarət olduğunu

-  bu  hissələrin  hüquqi  vəziyyətlərinin  və  onların  orqanlarının  qarşılıqlı 

münasibətlərinin necə olduğunu; 

-    mərkəzi və yerli dövlət orqanları arasında münasibətlərin necə qurulduğunu; 

-    həmin  dövlətin  ərazisində  yaşayan  hər  bir  millətin  mənafeyinin  hansı  dövlət 

formasında olduğunu göstərir. 

Dövlət  quruluşu  formasına  görə  bütün  dövlətləri  üç  əsas  qurupa  bölünür  bunlar 

aşağıdakılardır; 

 

 



 

 

-



 

unitar 



-

 

federativ 



-

 

konfederativ 



   

 

 



Unitar dövlətlər  

-

  mərkəzi dövlət orqanlarına tabe olan və dövlət suverenliyi 



əlamətlərinə  malik  olmayan  inzibati  -  ərazi  vahidlərindən  ibarət  vahid  bütöv  dövlət 

birliyidir. Unitar qurum bütün ölkə üçün yerli orqanlar üzərində ali rəhbərliyi həyata 

keçirən vahid, ümumi nümayəndəli, icra və məhkəmə orqanlarının olmasını nəzərdə 

tutur.  Unitar dövlətin  ərazisində bir  konustitusia, vahid qanunvericilik  sistemi, vahid 

vətəndaşlıq,  vahid  pul  sistemi  fəaliyyət  göstərir,  bütün  inzibati  ərazi  vahidləri  üçün 

məcburi  ümumi  vergi  və  kredit  siasəti  yeridilir.  Unitar  dövlətin  tərkib  hissələri  ( 

vilayətlər, departamentlər, mahallar, əyalətlər, qraflıqlar ) dövlət suverenliyinə malik 

olmur. Onların öz qanunvericilik orqanları, müstəqil hərbi birləşmələri, xarici siyasət 

orqanları  və  digər  dövlətçilik  atributları  olmur.  Eyni  zamanda  burada  yerli  orqanlar 

müəyyən  bəzən  də  əhəmiyyətli  dərəcədə  müstəqilliyə  malik  olur,  onların  mərkəzi 

orqanlardan  asılılıq  dərəcəsinə  görə  unitar  dövlət  quruluşu  mərkəzləşdirilmiş  və 

mərkəzləşdirilməmiş ola bilər.  

 

Əgər  dövlət  hakimiyyətinin  yerli  orqanlarının  başında  mərkəzdən  təyin  edilmiş 



məmur  durursa  və  yerli  özünüidarə  orqanları  ona  tabedirsə  belə  dövlət 

mərkəzləşdirilmiş  dövlət  hesab  edilir.  Məsələn  Finlandiyada  yerli  özünüidarəyə 

prezident tərəfindən təyin olunan qubernator başçılıq edir. 



 

 

 

 

 


Mərkəzləşdirilməmiş  unitar  dövlətlərdə  yerli  dövlət  hakimiyyəti  orqanları  əhali 

tərəfindən seçilir və yerli həyat məsələlərinin həllində mühüm müstəqillikdən istifadə 

edirlər. 

Yerli  idarəçilik  sistemi  qarışıq  olan  dövlətlər  də  mövcuddur  buna  Türkiyə 

respublikasnı  nümunə  göstərmək  olar.  Türkiyənin  əsas  inzibati  -  ərazi  vahidlərində 

yerli  özünüidarəni  mərkəzi  hakimiyyətin  nümayəndələri  valilər  həyata  keçirirlər 

bununla belə seçkili baş şuralar və onların icra orqanları – Encomenlər mövcuddur. 

Unitar  dövlət  rəhbərliyi  mərkəzi  dövlət  orqanları  tərəfindən  həyata  keçirilən  vahid 

silahlı qüvvələrə malikdir.  

Unitar dövlətlərə aşağıdakıları misal göstərmək olar; 

  -  Azərbaycan,  Gürcüstan,İndoneziya,  Sinqapur,  Türkiyə,  İsrail,  İran,  Əfqanıstan, 

Banqladeş,  Nepal,  Şrilanka,  Fransa,  İtaliya,  Yaponiya,  Çin,  Tayvan,  Kareya, 

Qazaxıstan, Türkmənistan. Özbəkistan, Qırqızıstan, Albaniya, Makedoniya, Ukraniya, 

Rumuniya və sairlər aiddir.  

 

 

Federasiya  -  əvvəllər müstəqil olan dövlət qurumlarının bir ittifaq dövlətində 

könüllü  birləşməsidir.  Federativ  dövlətlərin  ərazi  vahidləri  özü  üçün  qanunlar  qəbul 

etmək  səlahiyyətinə  malik  olurlar.    Federasiya  çox  mühim  funksiya  yerinə  yetirir: 

o,bir  tərəfdən  mərkəzin  ağalıq  cəhdini  aradan  qaldırır,  digər  tərəfdən  isə  ərazi 

vahidlərinin seperatizminin qarşısını alır. Federasiyanın üzvləri dövlətin tərkib hissəsi 

kimi  çıxış  edirlər  və  onun  ali  orqanlarının  qərarlarına  tabedirlər.Bununla  yanaşı 

onların  özlərinin  hakimiyyət  və  idarəçilik  orqanları,öz  qanunvericiliyi  və  məhkəmə 

sistemi  vardır.  Başqa  sözlə  deyilsə,  federasiya  subyektlərinin  hər  biri  hüquqi  

baxımdan nisbi müstəqil dövlət kimi çıxış edirlər.  

 

 



Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə