Dövlət rüsumu haqqında azərbaycan respublikasinin qanunu f ə s I l I ümumi müDDƏalar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix02.04.2018
ölçüsü0,92 Mb.
#35759
  1   2   3   4   5   6   7   8   9   ...   34


Dövlət rüsumu haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

F ə s i l   I  



ÜMUMI MÜDDƏALAR 

M a d d ə   1 .



 Dövlət rüsumu anlayışı

 

1.1.  Dövlət  rüsumu  -  dövlət  orqanları  tərəfindən  hakimiyyət  səlahiyyətlərinin  icrası 



zamanı  göstərilən  və  hüquqi  nəticələrin  yaranmasına  səbəb  olan  xidmətlərə  və  hüquqi 

hərəkətlərə  görə  (sənədlərin  tərtibi,  qeydiyyatı,  razılıqların  verilməsi  və  s.)  ödənilən  haqdır 

(ödənişdir). 

Heç  bir  hüquqi  və  ya  fiziki  şəxs  dövlətin  adından  bu  Qanunun  1.1-ci  maddəsinin  birinci 

abzasında göstərilən hakimiyyət səlahiyyətlərini həyata keçirə bilməz.

i[1]


 

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq 

icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş 

həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər. 



ii[2]

 

M a d d ə   2 .



 Dövlət rüsumunun tutulduğu hallar  

2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur:  

2.0.1.  məhkəməyə  verilən  iddia  ərizələrinin  və  şikayətlərin,  hüquqi  əhəmiyət  kəsb  edən 

faktların  müəyyən  edilməsi  barədə  ərizələrin  və  məhkəmə  qərarları  barəsində  şikayətlərin 

verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi;  

2.0.2.  notariat  kontorları  və  dövlət  orqanları  tərəfindən  notariat  hərəkətlərinin  aparılması, 

notariat  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  şəhadətnamənin  verilməsi  və  onun  müddətinin 

uzadılması; 



iii[3]

 

2.0.3. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı;  



2.0.3-1. sənədə apostil verilməsi;

 iv[4]

 

2.0.4.  Azərbaycan  Respublikası  vətəndaşlarına  və  Azərbaycan  Respublikasında  daimi 



yaşayan vətəndaşlığı olmayan şəxslərə şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Respublikasında 

30 gündən artıq yaşayan əcnəbilərə qeydiyyat vəsiqəsi, əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə 

Azərbaycan  Respublikasının ərazisində  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsi, 

müvəqqəti  olma  müddətinin  uzadılması  barədə  qərar,  Azərbaycan  Respublikasında  qaçqın 

statusu  almış  şəxslərə  Qaçqın  vəsiqəsi  və  Yol  sənədinin  verilməsi,  Azərbaycan  Respublikası 

vətəndaşlığına qəbul, bərpa və ya vətəndaşlığından çıxma; 

v[5]

 

2.0.5.  Azərbaycan  Respublikasında  və  ya  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki 



diplomatik nümayəndəliklərində konsul əməliyyatlarının aparılması;  

2.0.6.  standartlaşdırma  və  metrologiya  sahəsində  hüquqi  hərəkətlər,  ixtiranın,  faydalı 

modelin,  sənaye  nümunəsinin,  əmtəə  nişanının,  coğrafi  göstəricinin,  əsərin,  əlaqəli  hüquqlar 

obyektinin  qeydə  alınması,  müvafiq  mühafizə  sənədlərinin  verilməsi  və  onlarla  bağlə  digər 

hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların 

idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi; 

vi[6]

 

2.0.7. xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi 



razılıq (lisenziya) verilməsi;  

2.0.8. hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı; 

vii[7]

 

2.0.9.  qiymətli  kağızların  qeydiyyata  alınması  (özəlləşdirilmə  qaydasında  qeydə  alınması 



halları istsina olmaqla) və dövlət reyestrinə daxil edilməsi;  

2.0.10. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən 

icazənin verilməsi;  



2.0.11.  Daşınmaz  əmlaka  mülkiyyət  və  digər  əşya  hüquqlarının  dövlət  qeydiyyatına 

alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı;

viii[8]

 

2.0.12.  qiymətli  metallardan  hazırlanmış  zərgərlik  və  digər  məişət  məmulatlarının 



əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası 

və diaqnostikası.



 

ix[9]

 

2.0.13.  Baytarlıq  şəhadətnaməsinin,  sertifikatının  və  baytarlıq  preparatlarının  qeydiyyat 

şəhadətnaməsinin verilməsi; 

2.0.14.  Pestisidlərə,  bioloji  preparatlara  və  aqrokimyəvi  maddələrə  qeydiyyat 

şəhadətnaməsinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi; 

2.0.15.  Dənizçilik  sahəsində  şəhadətnamələrin,  təsdiqnamələrin,  gəmi  reyestrindən 

çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik 

həcmli  gəmilərin  qeydiyyata  alınması,  onlara  gəmi  biletinin  verilməsi  və  texniki  baxışın 

keçirilməsi,  kiçik  həcmli  gəmilərin  gəmi  reyestrindən  çıxarış  verilməsi,  kiçik  həcmli  gəmilərin 

sürücülərinə sürücülük vəsiqələrinin verilməsi; 

2.0.16.  Mülki  aviasiya  sahəsində  sertifikatların  verilməsi,  tanınması  və  müddətinin 

uzadılması, şəhadətnamələrin, habelə uçuşlara icazələrin verilməsi; 

2.0.17.  Tikinti,  memarlıq  və  şəhərsalma  sahəsində  xidmətlərin  göstərilməsi,  mövsümi 

(səyyari)  ticarət  və  xidmət  yerlərinin  müəyyən  edilməsi,  habelə  küçə  reklamının 

yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi; 

2.0.18. xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması; 

   2.0.19. dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatının 

verilməsi.

x[10]

 

2.0.20 malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.



 xi[11]

 

M a d d ə   3 .



 Dövlət rüsumunun ödəyiciləri  

3.1. Bu Qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların 

əldəç edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan 

şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.  

3.2.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  dövlət  rüsumunun  bütün  növlərinin 

ödənilməsindən azaddır.



xii[12]

 

M a d d ə   4 .



 Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları 

4.1. Dövlət rüsumu tam məbləğdə dövlət büdcəsinə ödənilir.



xiii[13]

 

Daşınmaz  əmlaka  mülkiyyət  və  digər  əşya  hüquqlarının  dövlət  qeydiyyatına  alınması  ilə 



bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti 

orqanının  işçilərinin  sosial  müdafiəsini  gücləndirmək  və  maddi  təminatını  yaxşılaşdırmaq 

məqsədi ilə xüsusi hesaba köçürülür.

xiv[14]

 

4.2.  Notariat  hərəkətlərinin  aparılmasına,  beynəlxalq  avtomobil  daşımalarını  tənzimləyən 



icazənin  verilməsinə,  habelə  sənaye  mülkiyyəti  obyektlərinin  qeydə  alınması,  müvafiq 

mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlərə görə tutulan dövlət 

rüsumunun  15  faizi  dövlət  rüsumu  tutan  orqanların  xüsusi  hesabına,  85  faizi  isə  dövlət 

büdcəsinə keçirilir.



xv[15]

  

4.3. Dövlət rüsumları milli valyutada nağd və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. 



Dövlət  rüsumunun  dövlət  büdcəsinə  nağd  şəkildə  ödənilməsi  barədə  ödəyiciyə  müəyyən 

edilmiş formada bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını 

təsdiqləyən bank sənədi verilir.  

4.4.  Bu  Qanunla  dövlət  rüsumunun  məbləği  xarici  valyutada  nəzərdə  tutulduğu  hallarda 

dövlət  rüsumu  Azərbaycan  Respublikası  ərazisində  ödənildikdə  ödəniş  tarixinə  Mərkəzi 

Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə