Dövlət sirri haqqında



Yüklə 98,57 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü98,57 Kb.
#66049


“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I

hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət  sirri  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  (Azərbaycan  Respublikasının

Qanunvericilik Toplusu, 2004, № 11, maddə 882; 2006, № 2, maddə 65, № 11, maddə 925; 2008, № 8, maddə 699;

2013, № 6, maddə 596) aşağıdakı dəyişikliklər edilsin:

1. 21-ci maddə üzrə:

1.1.  21.4.1-ci  maddədə  “edilmiş”  və  “məlumatların  yayılmaması”  sözləri  müvafiq  olaraq  “ediləcək”  və

“məlumatları yaymayacağı” sözləri ilə əvəz edilsin;

1.2. 21.4.3-cü maddədən “rəsmi” sözü çıxarılsın;

1.3. 21.5-ci maddənin birinci cümləsində “rəsmiləşdirilən” sözü “dövlət sirri ilə işləməyə buraxılan” sözləri

ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 21.5-1-ci maddə əlavə edilsin:

“21.5-1.  Vəzifəli  şəxsin  və  vətəndaşın  xüsusi  əhəmiyyətli,  tam  məxfi  və  məxfi  məlumatlarla  işləməyə

buraxılması ilə  bağlı yoxlama  tədbirləri  prokurorluq  orqanlarında  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğu,

digər  dövlət  hakimiyyəti  orqanları,  idarə,  müəssisə  və  təşkilatlarda  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən

keçirilir.  Yoxlama  tədbirlərinin  həcmi  və  keçirilməsi  qaydası  yoxlama  tədbirlərini  keçirən  orqanlar  tərəfindən

hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir.”;

1.5. 21.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“21.6.  Vəzifəli  şəxsin  və  vətəndaşın  ona  etibar  ediləcək  dövlət  sirri  təşkil edən  məlumatları yaymayacağı

barədə  dövlət  qarşısında  götürdüyü  öhdəliyi  onunla  işəgötürən  arasında  bağlanan  əmək  müqaviləsində,  işə

(xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə

buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.”;

1.6. 21.9-cu maddədən “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılsın.

2. 23-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“23.1.  Vəzifəli  şəxsi  və  ya  vətəndaşı  dövlət  sirri  ilə  işləməyə  buraxmaqdan  imtina  edilməsi  üçün  əsaslar

aşağıdakılardır:

23.1.1.  məhkəmə  tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud  fəaliyyət  qabiliyyətli  hesab

edilməsi;

23.1.2.  Azərbaycan  Respublikasının  Konstitusiya  quruluşunun  əsasları  və  təhlükəsizliyi  əleyhinə  olan

cinayətlərə, eləcə də digər xüsusilə ağır və ağır cinayətlərə görə məhkum edilməsi (məhkumluğun ödənilməsi və ya

götürülməsindən asılı olmayaraq);

23.1.3.  bu  Qanunun  23.1.2-ci  maddəsində  göstərilən  cinayətlərə  görə  Azərbaycan  Respublikasının

Cinayət-Prosessual  Məcəlləsinə  uyğun  olaraq  tutulması və  ya  barəsində  hər  hansı  qətimkan  tədbirinin  seçilməsi

(azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək);

23.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən

məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması;

23.1.5. xarici ölkədə daimi yaşaması;

23.1.6.  Azərbaycan  Respublikasının  vətəndaşlığından  çıxmaq  barədə  müvafiq  icra  hakimiyyəti  orqanına

müraciət etməsi;

23.1.7.  yoxlama  tədbirləri  nəticəsində  dövlət  sirri  ilə  işləməyə  buraxılacaq  şəxsin  Azərbaycan

Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması;

23.1.8. yoxlama tədbirlərindən boyun qaçırması və ya qəsdən yalan anket məlumatları verməsi.

23.2.  Vəzifəli  şəxsi  və  ya  vətəndaşı  dövlət  sirri  ilə  işləməyə  buraxmaqdan  imtina  edilməsi  barədə  qərarı

dövlət  hakimiyyəti  orqanının,  müəssisə,  idarə  və  ya  təşkilatın  rəhbəri  yoxlama  tədbirlərinin  nəticələrini  nəzərə

almaqla, fərdi qaydada qəbul edir. Vəzifəli şəxsin və ya vətəndaşın həmin qərardan şikayət vermək hüququ vardır.

23.3. Dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsas verən məlumatların aid olduğu hər

hansı vəzifəli  şəxs  və  ya  vətəndaşların  mərkəzləşdirilmiş  uçotunun  aparılması və  məlumat  bazasının  yaradılması

müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2014-cü il.



Yüklə 98,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə