Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı



Yüklə 259,38 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü259,38 Kb.
#66058


Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu ilə bağlı 

bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

“Dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yerquruluşu  haqqında” 



Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə”  Azərbaycan 

Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanının icrası ilə 

əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.  “Dövlət  torpaq  kadastrının  aparılması  qaydaları  haqqında  Əsasnamə”, 



“Torpaqların texniki uçotunun aparılması Qaydaları”, “Torpaq-kadastr sənədlərinin 

aparılması  Qaydaları”,  “Dövlət  torpaq  kadastrı  fondunun  yaradılması,  istifadəsi  və 

mühafizəsi haqqında Əsasnamə”, “Torpaqların monitorinqinin aparılması qaydaları 

haqqında  Əsasnamə”  və  “Yerquruluşu  işlərinin  aparılması  qaydaları  haqqında 

Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

2.  Müəyyən  edilsin  ki,  dövlət  müəssisələrinin  istifadəsində  olan,  habelə 



özəlləşdirilən  dövlət  obyektlərinin  yerləşdiyi  torpaqların  texniki  uçotu  və 

yerquruluşu işləri Əmlak Məsələləri Dövlət Komitəsinin iştirakı ilə aparılır.



[1]

 

3.  “Dövlət  torpaq  kadastrının  və  torpaqların  monitorinqinin  aparılması 



qaydaları  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1992-ci  il  24 

yanvar tarixli 34 nömrəli qərarı (7-ci bənd istisna olmaqla) qüvvədən düşmüş hesab 

edilsin.

 

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 



Bakı şəhəri, 7 iyun 1999-cu il

 

    № 94



 

 

 



 

 

 



 

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

Yerquruluşu işlərinin aparılması qaydaları haqqında 

  

ƏSASNAMƏ 

  

Bu Əsasnamə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu 

haqqında”  Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq  Azərbaycan 

Respublikasının ərazisində yerquruluşu işlərinin aparılması qaydasını müəyyən edir.

 



1.  Yerquruluşu  işləri-torpaq  münasibətlərinin  nizama  salınması,  torpaqdan 

səmərəli  istifadə  olunması  məsələlərinin  həlli  üzrə  müvafiq  tədbirlər  sistemi 

olmaqla,  torpaqların  elmi-praktiki  cəhətdən  əsaslandırılmış  səmərəli  istifadəsinin 

təşkilinə,  torpaq  münasibətlərinin  tənzimlənməsinə,  əlverişli  ekoloji  mühitin 

qorunub  saxlanılması,  təbii  və  antropogen  landşaftların  yaxşılaşdırılmasına  və 

sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

 

2.  Yerquruluşu  işləri  respublikanın  ərazisində  mülkiyyət  formalarına  uyğun 



olaraq  (dövlət,  bələdiyyə  və  xüsusi)  aidiyyəti  üzrə Azərbaycan  Respublikası  Əmlak 

Məsələləri  Dövlət  Komitəsinin  və  Naxçıvan  Muxtar  Respublikasının  Daşınmaz  Əmlak  və 

Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq 

mülkiyyətçilərinin, 

istifadəçilərinin, 

icarəçilərinin 

sifarişi 

ilə Azərbaycan 



Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  və  Naxçıvan  Muxtar  Respublikasının 

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.

[39]

 

Dövlət  müəssisələrinin  istifadəsində  olan,  habelə  özəlləşdirilən  dövlət 



obyektlərinin yerləşdiyi torpaqlarla bağlı yerquruluşu işləri Əmlak Məsələləri Dövlət 

Komitəsinin iştirakı ilə aparılır.



[40]

 

3.  Təyinatından  asılı  olaraq  yerquruluşu  kompleks  və  təsərrüfatdaxili 



yerquruluşu işlərindən ibarətdir.

 

4.  Respublikanın  ərazisində  kompleks  yerquruluşu  işləri  aşağıdakı  qaydada 



aparılır:

 

qüvvədə  olan  torpaq  qanunvericilik  aktlarının  müddəalarına  müvafiq  olaraq, 



dövlət  mülkiyyətində  saxlanılan,  bələdiyyə  mülkiyyətinə  verilən  və  xüsusi 

mülkiyyətə  ayrılan  torpaq  sahələrin  sərhədlərinin,  habelə  mövcud  torpaq 

mülkiyyətçilərinin,  istifadəçilərinin  və  icarəçilərinin  torpaqlarının  hüquqlarının 

(sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq 



edən  sənədlərə və  digər  torpaq-kadastr  sənədlərinə  əsasən)  yerdə  (naturada) 

şəhərsalma  sənədlərinin  və  şəhərsalma  kadastrının  məlumatlarını  nəzərə  almaqla 

mərzlərlə ayrılması:

[41]

 

mülkiyyət  formaları  üzrə  ayrılmış  torpaq  sahələrinin  inventarlaşdırılması, 



müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması;

 

mülkiyyət  formasından  asılı  olmayaraq  qüvvədə  olan  qanunvericiliyin 



tələblərinə  ciddi  əməl  olunmaqla,  yeni  yaradılmış  torpaq  mülkiyyətçilərinin, 

istifadəçilərinin 

və 

icarəçilərinin 



torpaqlarında 

yerquruluşu 

işlərinin 

layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması;

 

məqsədli  təyinatına  və  hüquqi  rejiminə  uyğun  olaraq  Azərbaycan 



Respublikasının  hüdudları  daxilində  yerləşən  kənd  təsərrüfatı  təyinatlı  torpaqların, 

yaşayış  məntəqələrinin  (şəhərlərin,  qəsəbələrin,  kənd  yaşayış  məntəqələrinin) 

torpaqlarının,  sənaye,  nəqliyyat,  rabitə  müdafiə  ehtiyacları  üçün  və  başqa  təyinatlı 

torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat 

fondu  torpaqlarının  müəyyən  edilməsi  və  onların  sərhədlərinin  yerdə  (naturada) 

mərzlərlə ayrılması;

 



torpaqların  keyfiyyət  göstəricilərini  və  təbii  bitkilərin  yem  vahidini  müəyyən 

etmək  məqsədilə  iri  miqyaslı  torpaq  və  geobotaniki  tədqiqatların  aparılması  və 

onların xəritələşdirilməsi;

 

xüsusi  razılıq  (lisenziya)  əsasında  xüsusi  təyinatlı  kartoqrafiya  işlərinin 



aparılması;

[42]

 

istifadəsiz,  habelə  səmərəli  və  məqsədli  təyinatına  görə  istifadə  olunmayan 



torpaq  sahələrinin  müntəzəm  olaraq  aşkar  edilməsi  məqsədilə  torpaqların 

inventarizasiyasının aparılması;

 

torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi;



 

torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və 

bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə 

zolaqlarının  salınması,  yamacların  terraslaşdırılması,  sahil  bərkidici  hidrotexniki 

qurğuların  inşası,  üst  qatı  korlanmış  torpaqların  rekultivasiyası  üzrə  işçi 

layihələrinin hazırlanması.

 

5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret 



torpaq sahələrində  istehsal vasitələrindən  (ilk növbədə torpaqdan) səmərəli  istifadə 

edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu 

işləri aparılır:

 

torpaq  mülkiyyətçilərinin,  istifadəçilərinin  və  icarəçilərinin  ərazisində 



təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının 

yerləşdirilməsi;

 

növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili;



 

çoxillik əkmələrin ərazilərinin təşkili;

 

təbii yem bitkilərinin ərazilərinin təşkili.



 

6. 


Dövlət 

mülkiyyətində 

olan 

torpaqların 



kompleks 

yerquruluşu 

layihələri Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  və  Naxçıvan 

Muxtar  Respublikasının  Daşınmaz  Əmlak  və  Torpaq  Məsələləri  üzrə  Dövlət  Komitəsi

bələdiyyə  mülkiyyətində  olan  torpaqların  kompleks  yerquruluşu  layihələri 

bələdiyyələr,  xüsusi  mülkiyyətdə  olan  torpaqların  təsərrüfatdaxili  yerquruluşu 

layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.



[43]

 

7.  Yerquruluşu  işlərinə  dair  hazırlanmış  sxem  və  layihələrin  həyata 



keçirilməsinə  müəllif  nəzarətini  müvafiq  olaraq Azərbaycan  Respublikasının  Əmlak 

Məsələləri  Dövlət  Komitəsi  və  Naxçıvan  Muxtar  Respublikasının  Daşınmaz  Əmlak  və 

Torpaq Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirirlər.

[44]

 

 



Yüklə 259,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə