“Dövlət və din”. 2009.№4. S. 191-198 azərbaycanda diNİ abiDƏLƏr xaliDƏ İslamzadə



Yüklə 222,59 Kb.
Pdf görüntüsü
tarix11.07.2018
ölçüsü222,59 Kb.
#54819


“Dövlət və din”.-2009.-№4.-S.191-198

AZƏRBAYCANDA DİNİ ABİDƏLƏR

XALİDƏ İSLAMZADƏ,

 Azərbaycan Respublikası Dini Qurumlarla 

İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr,

nəşriyyat və redaksiya şöbəsinin məsləhətçisi

1. MƏSCİDLƏR, PİRLƏR

Dini abidələr hər hansı bir bölgənin din tarixi, həmin ərazidə yaşayan  insanların  mənəvi aləmi haqqında

müəyyən məlumat əldə etməkdə önəmli rol oynayır. Həmçinin,  dini  memarlıq  abidələri  insanların  mənəviyyatına,

əxlaqına, mədəniyyətinə, sosial həyatına da böyük təsir göstərir.

Ən çox yayılmış dini abidələrdən biri «Аllаһın evi» deyə anılan məscidlərdir. Ümumiyyətlə, müsəlmanların

cəm  halda  ibadət,  vəz  (dini  məsələlər  barədə  danışaraq  nəsihət  etmək)  və  məşvərət  mərkəzi  hesab  olunan

məscidlərin  sayı  Respublikamızda  1750-dən  çoxdur.  Bakıda  isə  114  məscid  vardır,  Bunlardan  64-ü  fəaliyyət

göstərməkdədir.  Ölkəmizdə  günümüzə  qədər  salamat  qalmış  ən  qədim  məscidlərin  bəziləri  haqqında  qısa

məlumatları təqdim edirik: 

«SINIQ QALA» VƏ YA «MƏHƏMMƏD» MƏSCİDİ

İkimәrtәbәli, tәk minarәli dördbucaqlı formadakı mәscidin 40 kv.m olan üst qatında ibadәt salonu yerlәşir.

Mәscidin silindr şәkilli minarәsi yuxarıya doğru getdikcә daralan formadandır. Eyvanaltı daşların üzәrindә hәndәsi

ornamentlәr yonulmuşdur. Bәzi tәdqiqatçılar mәscidin sal qaya altında olan quyusunun tikilişini antik dövrün sonu

vә ilk orta әsrlәrә aid edirlәr. Araşdırmalar zamanı «Sınıq qala» mәscidinin yerindә әvvәllәr atәşgah olduğu aşkar

edilmişdir.

Bu  ibadәtgahın  «Sınıq  qala»  adlandırılmasının  tarixi  belәdir:  İşğalçı yürüşlәrә  çıxmış  I  Pyotrun  26  aprel

1723-cü ildә, Bakını top atәşinә tutması nәticәsindә hәmin mәscidin minarәsi xәsarәt almışdır. Möhkәm qala bürcü

kimi top mәrmisinә davam gәtirә bildiyinә görә ibadәtgaha belә ad verilmişdir 

1

.



Mirzә  Mәnsur  küçәsindә  yerlәşәn  mәscidi  (Һ.471/,  m.  1078  -  1079)  inşa  edәn  vә  ya  etdirәn  Əbu  Bәkrin

oğlu  Mәhәmmәd  olduğundan,  bu  abidә  elmi  әdәbiyyatda  «Mәhәmmәd»  mәscidi  adlandırılmışdır.  Mәhәmmәdin

şәhәr rәisi olduğu güman edilir.

«Sınıq qala» Bakının dövrümüzә qәdәr gәlib çatmış әn qәdim mәscididir.



KİRNƏ CAME MƏSCİDİ

Adı  çәkilәn  abidә  Culfanın  iri  kәndlәrindәn  olan  Kirnәdә,  İlandağı  fonunda,  tәpә  üstündә  yerlәşir.  Bәzi

tәdqiqatçılar  Kirnә  tikilisini  yanlış  olaraq  türbә  zәnn  etmişlәr.  Üstündәki  kitabәsinin  salamat  qalmamasına

baxmayaraq,  elmi  әdәbiyyatda  «Sәlcuq  mәscidi»  adı  ilә  anılan  xüsusi  mәscid  tipinә  aid  edilmiş  Kirnә  Came

mәscidinin XII әsrdә inşa olunduğu güman edilir.

AŞUR MƏSCİDİ

İndiki  dövrdә  «Lәzgi  mәscidi»  adı  ilә  mәşhur  olan  bu  ibadәtgah  «Qız  qalası»  ilә  «Sınıq  qala»  abidәlәri

arasında  yerlәşir.  Üstündәki  kitabәdәn  alınan  mәlumata  görә,  o,  (Һ.567/,  m.  1169)  ustad  İbrahimin  oğlu  Aşur

tәrәfindәn  tikilmişdir.  Sadә  prizma  formasındakı abidәnin  salonunun  sahәsi  55  kv.m  -  dir.  Baş  fasadın üstündәki

kiçik daşın taxçası içәrisindә kufi xәtti ilә «Аllаһ» sözü yonulub. Qeyd edilәn abidә Bakının qәdim mәscidlәrindәn

biridir.


Ərazilәrin  dini  tarixinә  dair  qiymәtli  bilgilәr  verәn  abidәlәrdәn  biri  dә  pirlәrin,  şeyxlәrin,  övliyaların

qәbirlәrinin üzәrindә tikilmiş türbәlәrdir.



SOLTAN BABA PİRİ

Bu  abidә  Dәvәçi  rayonunun  Uqah  kәndindәdir.  Vaxtilә  bu  tikilinin  çәkilmiş  fotoşәkilindәn  mәlum

olmuşdur ki, әvvәllәr, qeyd olunan pirin qapısının üzәrindә әrәbcә süls xәtti ilә kitabә olmuşdur. Kitabәdәn burada

sufiliyi tәbliğ edәn cәmiyyәtin şeyxi Əbu Bәkrin mәqbәrәsi yerlәşdiyi bilinmişdir. Oradakı türbә Sultan Fәrruxzad

ibn Axsitanın zamanında Nasirin oğlu Nәcәf Mәhәmmәd tәrәfindәn (h.594/, m. 1197-1198) inşa etdirilmişdir.

SEYİD ƏHMƏD PİRİ



Seyid  Əhmәd  piri  Lәnkәran-Astara  şose  yolunun  sağ  tәrәfindә  yerlәşәn  meşәlikdәki  Maşxan  kәndinin

qәbiristanlığındadır.  Mәqbәrә  Sultan  Əhmәd  ibn  Kәrimә  (h.  876  /  m. 1471-1472)  mәxsusdur.  «Maşxan»  sözünün

«biz şeyxlәr» mәnasında işlәndiyi üçün kәndin adının buradakı şeyxlәrlә әlaqәdar meydana gәldiyi güman edilir.

BABADİLİM PİRİ

Quba şәhәrinin Hapıt kәndindә olan bu zaviyә binasının üzәrindәki mövcud kitabәlәrdәn bәlli olmuşdur ki,

burada Şeyx Kamil, Şeyxzadә, Şeyx Mir Hacı, Şeyx Sәid, Şeyx Cami, Şeyx Tahir, Şeyx Camal, Şeyx Rәhim, Şeyx

Ağa, Mir Mәhәmmәd, Şeyx Şirzad, Şeyx Arif Nurunun oğlu ibn Mәhәmmәd, Fәtәlixan, ustadları Cәfәrvә şamaxılı

Haşim fәaliyyәt göstәrmişlәr. Sufilik mәrkәzi kimi fәaliyyәt göstәrәn zaviyәnin X-XI әsrlәrdә inşa edildiyi ehtimal

olunur.


ƏLİBABA PİRİ

Bakının 50 km-dә, Xәzәrin şәrq sahilindә, Türkan qәsәbәsindәki köhnә qәbiristanlıqda yerlәşir. Türbәdәki

qәbirin  kitabәsindә  mәrhumun  adı  pozulduğuna  baxmayaraq,  әhali  arasında  burada  xalq  yolunda  şәhid  düşmüş

Əlibaba  adlı şәxsin  dәfn  olunduğu  söylәnilir.  Qәbri  ziyarәtgaha  çevrilmiş  bu  insanın  XIII  әsrdә  yaşadığı  güman

edilir.

QARA PALTAR PİRİ

Buzovna  qәsәbәsinin  Nazranlı  mәhәllәsindәki  Qara  paltar  piri  nәsrani  Bәhramә  Sәmavәrzinin  adı  ilә

bağlıdır.  O, hicri tәqvimilә (h. 706 /, m. 1306) vәfat etmişdir. Buna bәnzәr abidәlәr Abşeronun Yeni  Suraxanı vә

Şağan  kәndlәrindә  dә  var.  Şağan  kәndindә  yerlәşәn  türbә  Bulqaq  (Əbul-hәqq)  bin  Bulqәrara  mәxsusdur.  O,  hicri

tәqvimilә  (720  /,  m.  1320-1321)  vәfat  etmişdir.  Suraxanıdakı türbәnin  bәzi  yazıları  köhnәlәrәk  silindiyindәn  bu

qәbirin hicri tәqvimilә 803-cü ildә vәfat etmiş Gәrşivәzin oğluna aid olduğu haqda mәhdud mәlumat bilinmәkdәdir.

Hәmin  abidәlәrin  xaçpәrәst  xristianlara  mәxsus  olduğu  ehtimal  edilir.  Şağan  türbәsinin  içәrisindәki  daşlar

görünmәsin  deyә,  tikilinin  qapısı  daşla  hörülmüşdür.  Buzovnadakı  türbәnin  içәrisindәki  xaçlar  isә  suvaqla

örtülmüşdür. Adı çәkilәn abidәlәr tarixi yöndәn böyük әhәmiyyәtә malikdir. Belә ki, Alban xaçı Qafqazda әn qәdim

hesab olunur.



XANAĞA PİRİ

Naxçıvanın Ordubad  şәhәrinin  Xanağa  kәndindәdir.  Pir  binasının  divarındakı kitabәlәrdәn  burada  Seyyid

Hәmid  oğlu  Seyyid  Tahirin  (h.  707  /,  m.  1307-1308)  vә  Şeyx  Nurәddinin  oğlu  Şeyx  İslamın  (h.  1010  /,  m.

1601-1602)  qәbirlәrinin  olduğu  bilinir.  Tәdqiqatlar  nәticәsindә  pirin  yerindә  daha  öncә  xanәgahın  (şeyxlәrin,

dәrvişlәrin  ibadәt  etdiklәri  yer)  yerlәşdiyi  zәnn  edilir.  Kәndin  adının  da  mәhz  xanәgahlarla  әlaqәdar  meydana

gәldiyi güman edilir.



DÜYLÜN PİRİ

Üzәrindә yazılı kitabәsi olmadığı üçün Ordubadın Düylün kәndindәki pirin tarixi vә burada dәfn olunanın

kimliyi  barәdә  dәqiq  mәlumat  әldә  etmәk  mümkün  deyil.  Lakin  onun  sufi  tәriqәtlәrindәn  olduğu  vә  XIV  әsrdәn

әvvәl fәaliyyәtә başladığı ehtimal edilir.



NARDARAN PİRİ

«Nardaran  piri»  abidәlәr  kompleksinә  bir  neçә  mәscid,  mәqbәrә  vә  karvansara  binası  daxildir.  Buradakı

mәqbәrәdә 7-ci şiә imamı Musa әl-Kazımın (ә) qızı Rәhimә xanım dәfn olunmuşdur. Türbәyә bitişik mәscid Xacә

Hacı Hәmzә  ibn  Qutlu  Mahmud  Şahabadi  (h.  765  /,  m.  1363-1364)  tәrәfindәn  inşa  etdirilmişdir.  O,  Şirvanşahlar

dövlәtindә baş sәdr vәzifәsindә işlәmişdir. Bu vәzifәni icra edәn dövlәt qurumunda Şirvanşahdan sonra üçüncü şәxs

hesab edilirdi.

Adı çәkilәn kompleksdә 1950-ci ildә qum altından çıxarılmış daha bir mәscid vә mәqbәrә aşkar edilmişdir.

Hәmin mәscid (h. 707 /, m. 1307-1308) Şeyx Nurәddin Mahmud ibn Şeyx Zahid Əbu Yusifin әmri ilә tikilmişdir.

Nardaran pirindә mәscidin altında 1363-1364 - cü illәrә aid yeraltı yollar aşkarlanmışdır. Bu yollar üç tikiliyә - Xan

bağı, Nardaran piri vә Nardaran qüllәsinә aparır. Hәmin yeraltı yollar qüllәnin müdafiәçilәrinin su tәchizatını tәmin

etmәk üçün çәkilmişdir. Su, xüsusi su tutarlarına yığılaraq tunelin mәrkәzindәki navalçalar vasitәsilә qeyd edilәn üç

tikilinin  әrazisinә  daxil  olurdu.  Bu  yollara  aparan  girişlәrin  biri  tamamilә  qapanmış, ikincisi  pirdә,  üçüncüsü  isә

Xan bağındadır 

4

.




SEYİD CAMALƏDDİN PİRİ

Lәnkәran-Astara  şose  yolunun  üstündә  Pensar  (Butasar)  kәndi  qәbiristanlığında  yerlәşәn  pir,  Şeyx  Sәfi

Ərdәbilinin  ustadı Tacәddin  İbrahimin  (Şeyx  Zahidin)  mürşüdi  Eynәzzaman  Camalәddin  Gilinin  adı ilә  bağlıdır.

Butәsәr  mahalının  Malvan  kәndindәn  olan  Seyid  Camalәddin  ömrünün  çox  hissәsini  Astarada  yaşayıb,  sufizmi

tәbliğ etmişdir.

BABAGİL PİRİ

Vaxtilә Gilandan Astaraya gәlәrәk, Asnaqaran (Dәmirçilәr) kәndindә mәskunlaşmış Sultan babanın adı ilә

bağlıdır.  Onun  lәqәblәrindәn  biri  talışca  «Asnaqaran»,  farsca  «Аһәngәran»  olmuşdur.  «Babagil»  sözünün  mәnası

isә yerli әhalinin dediyinә görә, «Gilanlı baba» demәkdir. Sufi şeyxinin әsl adı bәlli deyil. Onun XI әsrdә yaşadığı

ehtimal edilir.

AZA PİRİ

Pir Ordubadın Aza kәndindә yerlәşir. Pirin tәdqiqi vaxtilә burada mövcud olmuş, XI - XII әsrlәrdә Yaxın vә

Orta  Şәrqdә  mәşhur  olan  Aza  şәhәrinin  yerinin  tәsbit  edilmәsindә  mühüm rol  oynamışdır.  Orta  әsrlәrdә  bu  şәhәr

sәnәtkarlıq,  ticarәt,  Üzümçülük  vә  şәrabçılığı  ilә  mәşhur  idi  

5

.  Adı  çәkilәn  şәhәrin  monqol  hücumları  zamanı



tәnәzzül  etdiyi  güman  edilir.  Aza  pirindә  qәbri  ziyarәtgaha  çevrilmiş  Mövlana  Şәmsәddin  Mәhәmmәd  dәfn

edilmişdir  (h.  892  /,  m.  1487).  Pirin  әtrafında  qoyun  formasında üç  qәbirüstü  daş  mövcuddur.  Bunlardan  ikisinin

kitabәsi yoxdur. Üçüncü kitabәdәn isә buradakı mәzarın Sәfәr adlı şәxsә aid olduğu bilinir.

i fikir toplusu



DİRİBABA PİRİ

Adı  çәkilәn  pir  Mәrәzә  әrazisindәki  bir  qayalıqdakı  mağaranın  içindәdir.  Diribaba  Şirvanşah  Şeyx

İbrahimin müridi olmuş vә şeyx kimi fәaliyyәt göstәrmişdir. Rәvayәtә görә, Diribaba Seyyid İbrahimin tövsiyәsilә

daim dizi üstә oturub, Allaha dua etdiyindәn, onu ziyarәt edәnlәrin tәsәvvüründә belә qalmış vә bununla әlaqәdar

ola raq pir «Diribaba» adlandırılmışdır.

HƏZRƏTİ ŞEYX MƏNSUR PİRİ

Qәbәlәnin Hәzrә kәndindә yerlәşir. Buradakı abidәlәr XIV -  XVI әsrlәrә aiddir, Şeyx Mәnsur Şirvanşah I

Şeyx  İb rahimin  dövründә  (1382-1417)  yaşamışdır,  Hәzrә  türbәlәrinin  tәdqiqi  nәticәsindә  bu  abidәlәrin

Şirvan-Abşeron memarlığı mәktәbinә aid Şamaxı ustalarının inşası olduğu aşkar edilmişdir.



HƏZRƏTİ-ŞEYX CÜNEYD PİRİ

Ərdәbil  hakimi  Şeyx  Cüneyd  vә  onun  oğlu  «qızılbaş»  hәrәkatının  banisi  Şeyx  Heydәrin  hakimiyyәti

dövründә Ərdәbilin tәrkibinә Cәnubi Azәrbaycanın bütün şәrq bölgәsi, Talış әrazisi, Qaradağ vә Muğan  düzünün

bir hissәsi daxil idi.

Müstәqil Sәfәvi dövlәtini yaratmaq istәyәn Şeyx Cüneyd Şirvanşah I Xәlilullaha mәğlub olaraq 1460-cı ildә

vәfat etmişdir 

6

. Onun mәzarı Qusar rayonunun Hәzrә kәndindә yerlәşәn pirdәdir. Kәndin adı böyük ehtimalla Şeyx



Cüneydin «Hәzrәt» lәqәbi ilә bağlı meydana gәlmişdir. Ərdәbil ha kimi Sultan Şeyx Cüneyd Sәfәvinin türbәsi (h.

951 / m. 1544-1545 - ci ildә) I Şah  Tәhmasibin  әmri  ilә  onun  vәziri  Xacә  Fәxrәddin  Əhmәd  Fәrәhani  oğlu Xacә

Ziyaәddin Nizamül-Mülkün oğlu Ağa Mәhәmmәd tikdirmişdir. Düzbucaqlı plana malik türbә bişmiş kәrpicdәn inşa

edilmişdir.  Şeyx  Cüneydin  mәzarı  üstündә  çәrçivә  içәrisinә  alınmış  bәrk  ağacdan  düzәldilmiş  sәnduqә  vardır.

Türbәnin  üzәri  böyük  günbәzlә  örtülmüşdür.  Türbәnin  qәrb  qapısında  yeddi  sәtirlik  әrәb  dilindә  nәsx  xәtti  ilә

yazılmış kitabә mövcuddur 

7



DƏDƏGÜNƏŞ PİRİ



Şamaxının  Dәdәgünәş  kәndinin  meşәliyindә  yerlәşir.  Yerli  әhali  buradakı  mәqbәrәni  «Piri  Sultan

Dәdәgünәş» adlandırmışlar.  «Dәdәgünәş» XII  әsrdә  yaşamış alim,  tәbib  vә  filosof  Kafiәddin  Ömәr  ibn  Osmanın

lәqәbidir.  Rәvayәtә  görә,  Dәdәgünәş  kәndinin  yaxınlığındakı Mәlhәm  kәndindә  vaxtilә  müalicәvi  xüsusiyyәtlәrә

malik kükürdlü su vә palçıq yataqları olmuşdur.  Dәdәgünәş insanları bu mәlhәmlәr vasitәsilә müalicә etdiyindәn,

ona «уеrin vә göyün günәşi» deyilmişdir.

AĞBİL PİRİ



Qubanın Ağbil kәndindәki qәbiristandadır. Şirvanşah II Xәlilullah vaxtında yaşamış Şeyx Mәzyәdin, Şeyx

Bayazidin,  sufi  Rәfiәddin  vә  şәhid  Şah  Muradın  burada  dini  fәaliyyәt  göstәrdiklәri  kitabәlәrdәn  aydın  olmuşdur.

«Şeyx  Mәzyәd»  türbәsi  Sultan  oğlu  Sultan  Xәlilullahın  vaxtında  sufi  Rәfiәddinin  oğlu  Şeyx  Mәzyәdin  qәbiri

üzәrindә (h. 940 /, m. 1533-1534) inşa edilmişdir.



SOFİ HƏMİD PİRİ

«Sofi  Hәmid  piri»  abidәlәr  kompleksi  Şirvan  şәhәri  әrazisindәdir.  Buradakı  türbәnin  XIV  әsrdәn  әvvәl

tikildiyi  ehtimal  edilir.  Türbә  qarşısında  Sofi  Hәmidin  bir  neçә  müridinin  abidәlәri  dә  mövcuddur.  Sofi  Hәmidin

Bektaşiyyә tәriqәtinin qollarından birinin şeyxi olduğu güman edilir.



ŞEYX BABA PİRİ

Qәbәlә şәhәrinin Hәmzәli kәndindәdir. Pirdәki mәqbәrә Seyyid Şeyx Mәhәmmәdә aiddir. Şeyxin vәfatı vә

pirin  inşa  tarixi  haqqında  dәqiq  mәlumat  yoxdur.  Türbәnin  әtrafında  XV  -  XVI  әsrә  aid  sәnduqә  formalı xatirә

abidәlәri  vardır.  Mәqbәrә  dini,  sosial-iqtisadi,  siyasi  mәrkәz  kimi  XIV  әsrin  әvvәllәrindәn  başlayaraq  fәaliyyәt

göstәrmişdir.

BABARATMA PİRİ

Şәki  şәhәri  Babaratma  kәndindәki  eyniadlı pir  kompleksinә  mәqbәrә,  mәscidlәr  vә  qәbiristanlıq  daxildir.

Mәscid-türbә  binasının  kitabәsindәn  alınan  mәlumata  görә,  buradakı qәbir  Seyyid  Hacı Ağa  Mәhәmmәdindir  (h.

1005 /, m. 1596-1597). Onun ulu babalarından birinin adı Seyyid Şeyx Dәdә Mürsәl  Şeyx Babarta idi. «Babarta»

«Baba ribat» sözünün tәhrif olunmuş şәklidir. Mәnası «хаnәgаһ şeyxi» demәkdir.

HACI RAMAZAN (ŞEYX ƏHMƏD ƏFƏNDİ) PİRİ

Zaqatalanın Tala kәndindәki qәbiristanlıqdadır. Türbәdәki epitafiyadan bәlli olmuşdur ki, bu mәqbәrә Bәsil

nәslindәn  olan  Hacı Ramazana  (h.  1308  /,  m.  1890)  mәxsusdur.  Hәmin  pi rin,  hәmçinin,  «Şeyx  Əhmәd  Əfәndi»

adıyla anılması bu şәxsin Hacı Ramazanın babası olması ilә bağlıdır.



BABA HƏLİM PİRİ

Oğuz rayonunun Vardanlı kәndindәdir. Kitabәdәki yazılardan pirin Dәrviş Hәlim ibn İshaq ibn Qәdir Zruği

әs-Sәburinin (h.1323 /, m. 1905-1906) adı ilә bağlı olduğu bilinir. Oğuz şeyxlәri Zaqatalanın Tala kәndindәn olan

Şeyx Əhmәd Əfәndinin müridlәri idi.



ŞEYX YUSİF PİRİ

Yevlaxın Ərәbbәsrә kәndindә yerlәşәn pirdә Mövlana Yusif Əfәndi ibn Mәhәmmәd   ibn   Yusif   әl-Bәsrәi

(h.1324/, m. 1906) dәfn edilmişdir. Şeyx Yusif Hacı Şeyx Yusif padar Hacı Əli Babanın müridi, o da dәrviş Evliya

Hәvinin  müridi,  o  da  Hacı  İsmayıl  Siracәddin  Şirvaninin  müridi  olmuşdur.  Şeyx  İsmayıl,  hәmçinin,  XIX  әsrdә

Dağıstanda Çar Rusiyasının müstәmlәkәçilik siyasәtinә qarşı çevrilmiş xalq hәrәkatına başçılıq etmiş Şeyx Şamilin

dә mürşüdi olmuşdur.



GƏNCƏ İMAMZADƏ PİRİ

Gәncә  şәhәrinin  tәqribәn  7  kilometrliyindә  yerlәşir.  Mәscid,  sәrdabә,  tәkyәlәr,  alaqapı,  türbәlәr  vә

karvansaraya bәnzәr evlәrdәn ibarәt kompleksdә 5-ci şiә imamı Mәhәmmәd Baqirin (ә) oğlu İbrahimin (h. 120 /, m.

740-741)  dәfn  edildiyi  türbә  mövcuddur.  Türbәnin  günbәzi  mavi  kaşıdan  ibarәt  olduğuna  görә  bu  abidәyә  «Göy

imam»  da  deyilir  

8

.  Türbәnin  XIV  әsrin  sonu  -  XV  әsrin  әvvәllәrindә,  kompleksin  isә  XVII  әsrdә  inşa  edildiyi



ehtimal olunur. Kәrpicdәn tikilmiş türbәnin hündürlüyü 12 m-dir. Mehrabi yoxdur.

1878-ci ildә namәlum şәxs tәrәfindәn çәkilmiş  fotoşәkildәn bәlli olmuşdur ki, bu tikililәr tәmir edilmiş  vә

bu zaman, İmamzadә türbәsinin günbәz vә silindr hissәsi üzәrindә xeyli dәyişikliklәr edilmişdir.

Türbә  1878-1879  -  cu  ildә  Azәrbaycan  ziyalısı,  rus  ordusunun  2-ci  atlı-müsәlman  polkunun  sәrkәrdәsi,

ge neral-mayor  İsrafil  bәy  Yadigarzadә,  1993-cü  ildә  isә  Hacı  Vaqif  Vәliyevin  tәşәbbüsü  ilә  bәrpa  edilmişdir.

İsrafil  bәy  Yadigarzadәnin  yaxın  qohumlarının  mәzarı  da  İmamzadә  kompleksindәdir.  Onlardan  rus  ordusunun

hәrbi sәrkәrdәlәri olmuş Calal bәy vә oğlu İsmayıl bәy Vәzirzadәlәri misal çәkmәk olar.

XIX  әsrdә  Gәncәdә  yaşamış tәbib,  şair,  nәqqaş-xәttat  Mirzә  Mehdi  vә  Axund,    alim  Mövlana  Hüseyn  dә




bura da dәfn edilmişlәr.

Gәncәdәn  әlavә,  Bәrdә  vә  Naxçıvanda  da  imamzadә  mәscidlәri  vardır.  Bәrdә  şәhәrindәki  memarlıq

kompleksi mәscid vә türbәdәn ibarәtdir. Türbәnin XIV әsrdә tikildiyi, XVIII әsrdә isә bәrpa edildiyi güman edilir.

Türbәnin әtrafındakı dörd minarәli mәscid 1868-ci ildә memar Kәrbәlayı Sәfixan tәrәfindәn inşa edilmişdir.



PİRİ MƏRDƏKAN

Şamaxının cәnubi-şәrqindәki  Göylәr  kәndindә,  qәdim  Şamaxı-Cavad-Ərdәbil  yolu  üzәrindә  xalq  arasında

«Piri Mәrdәkan» adı ilә tanınan dini abidә kompleksi vardır. Buradakı Şeyx Tair Tac әl-Hüda Mәdakani ibn Əlinin

dәfn olunduğu türbә (h. 600 / m. 1203-1204) Şirvanşah III Manuçöhrün oğlu Fәrruxzadın әmri ilә inşa  edilmişdir.

Bir  müddәtdәn  sonra  şeyxin  vә  türbәnin  adı  tәhrif  olunaraq  «Mәdakani»  sözü  «Mәrdәkan»  şәklinә  salınmışdır.

«Mәdәk» Cәnubi Azәrbaycanda, Hәsәnәbadın 27 km cәnub-şәrqindә yer adıdır. «Ani» isә mәkan şәkilçisidir.

Qәdim  Azәrbaycanın  sәnәt  vә  tarix  elmi  baxımından  çox  dәyәrli  olan  bu  memarlıq  nümunәlәrinin  inşa

edildiyi  vaxtdan  bizi  әsrlәr  ayırsa  da,  hәmin  abidәlәrdә  hәkk  edilmiş  dini  vә  mәnәvi  dәyәrlәrimiz  әks  etdirilәrәk

bizim dövrә qәdәr qorunub saxlanılmışdır. Dini abidәlәr yuxarıda qeyd edilmiş bir sıra xüsusiyyәtlәrlә yanaşı, eyni

zamanda, keçmişimiz barәdә misilsiz informasiya mәnbәyi rolunu daşıyaraq, gәlәcәk nәsillәrә ötürülmәsinә xidmәt



edir.

ƏDƏBİYYAT

1

. www.medeniyyet.az

2.

 Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı, İşıq, 1991.

3

. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı, Azərnəşr, 1992.

4.

 www.bizimasr.media-az.com

5

. Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1976.

6

. Əzizağa Məmmədov. Şah İsmayıl Xətai. Bakı, Yazıçı, 1988.

7

. www.ihq.az

8.

 Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1980.

Yüklə 222,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə