«Dövlət və Din». 2010.№2(16). S. 67-69. Novruz tüRKÜN «yeni GÜN» bayrami vüqar ziFƏROĞLU



Yüklə 195,85 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü195,85 Kb.
#76959


«Dövlət və Din».-2010.-№2(16).S.67-69.

NOVRUZ - TÜRKÜN «YENİ GÜN» BAYRAMI

VÜQAR ZİFƏROĞLU, 

BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi

Bahar bayramı bəşər tarixinin ən qədim bayramlarındandır, hətta birincisi sayıla bilər. Bəlkə də ona görədir

ki, bir çox xalqlar bu bayramı müxtəlif rəvayət və bağlarla «özünküləşdirməyə» çalışırlar. E.ƏIibəyzadə qeyd edir

ki,  qədim  şumer  eposunun  «Bilqamıs»  dastanında  bahar  bayramı «yeni  il»,  «yeni  gün»,  «yazın  ilk  günü»,  «bahar

bayramı»  kimi  adlandırılır,  bolluq,  bərəkət  rəmzi  kimi  xatırlanır.  Çin  qaynaqlarından  Kutadqu  Biliyə,  Kaşqarlı

Mahmuddan  Biruniyə,  Nizamül  Mülkün  «Siyasətnamə»sindən  Məlikşahın  təqviminə,  Ağqoyunlu  Uzun  Həsənin

qanunlarınadək davam edən çoxəsrlik silsilə boyu Novruzla bağlı qeydlərə rast gəlmək olar. Digər tərəfdən, Sivas

hökmdarı  Qazi  Bürhanəddin  Əhməd,  osmanlılarda  Sultan  I  Əhməd  və  Sultan  IV  Murad,  Səfəvi  imperiyasının

qurucusu Şah  İsmayıl kimi türk hökmdarlarının, din adamlarından Baki Əfəndi və  Şeyxülislam Yəhya  Əfəndinin,

şairlərdən  Pir  Sultan  Abdal,  Füzuli,  Şəhriyar  və  Mahdumqulu  Novruz  bayramının  gəlişini  «Novruziyyə»  və  ya

«Bahariyyə» deyilən şerlərlə tərənnüm etmişlər. Novruzun türk musiqisinin ən əski mürəkkəb məqamlarından biri

olaraq  da  mədəniyyətimizdə  7  əsrdən  artıq  bir  tarixə  sahib  olduğunu  bilirik.  Bu  məqam  ilk  dəfə  Urmiyəli

Səfiyəddin  Abdulmömin  Urməvi  (1224-1294)  tərəfindən  istifadə  edilmişdir.  Hazırda  bu  formada  iyirmiyədək

məqam istifadə edilməkdədir.

Təbiətlə iç-içə, qucaq-qucağa yaşayan, torpağı «ana» olaraq vəsfləndirən türkün düşüncə sistemində baharın

gəlişi  önəmli  yer  tutur.  Qədim  türklərdə  digər  adı  «Yörük  bayramı»  olan  Novruz,  Türk  dünyasının  quzeyindən

güneyinə, batısından doğusuna qədər uzanan böyük coğrafi arealda yaşayan topluluqların bir çoxu tərəfindən qeyd

edilən bahar bayramıdır. Bütün bayramların dini və milli inancdan, o topluma aid ortaq xatirələrdən, gələnəklərdən,

duyğulardan və təbiətin insanlara təsirlərindən meydana çıxdığına inanılır.

Bu  coşğunu türk  qamları dualarında,  niyazlarında  bu  cür  ifadə  edirdilər:  «...Uca  Göy  Tanrının  iradəsilə  ilk

dəfə dünyanın altmış cür çiçəyə bəzəndiyi, altmış növ heyvan sürülərinin kişnədiyi və mələdiyi zaman sən (Türkün

Atası) yaradıldın!».

Bu sözlər türkün yaradılış fəlsəfəsinin, inancının, həyat tərzinin ifadəsidir. Novruz, müxtəlif mədəniyyətlərdə,

etnik  qruplarda  fərqli  mənalar  daşıyır.  Tarixi  qaynaqlar  Novruzun  ən  qədim  türk  adətlərindən,  bayramlarından

olduğu  qənaətindədir.  Elməddin  Əlibəyzadə  «Azərbaycan  xalqının  mənəvi  mədəniyyət  tarixi»  əsərində  yazır:

«Şumer-türk ağlı və zəkasının kəşfi yeni ilin ilk gününün - yazın, baharın təntənə ilə qarşılanması, bayram edilməsi

türk  xalqlarının  Ata  ruhunun  yaşantısıdır...  Hələ  12  min  il  bundan  əvvəl  yeni  il  şənliyi  xatırlanır,  hörmətlə  yad

edilirdi».

Bu səbəbdən Novruzun hər hansı hind-avropa etnosuna aid edilməsi heç bir tarixi-mədəni köklərə söykənmir:

«Midiya dövlətinin süqutu ilə «Avesta» İran imperiyasının dini-hüquqi qanunlar kitabı olduqda, bu qədim ye ni il

bayramı farslara da keçərək «Novruz» kimi qəbul edilib. Yəni, məzmun qalıb, adı tərcümə olunub, məşhurlaşıb və

bizə  də  yenidən  bu  cür  -  «Novruz»  şəklində  qayıdıbdır...».  Türk  alimi  Z.Makas  Novruz  haqqında  yazır:  «Təbiri

caizsə, cocuğun ana və atası biz, ad atası isə fars oldu».

Ən  qədim  türk  bayramı  olan  Novruz  elə  türklərin  vasitəsilə  Avrasiyaya  yayılmışdır.  Çin  qaynaqlarına

istinadən  miladdan  yüzlərlə  il  öncə  hunların  bahar  bayramını məhz  martın  21-də  keçirdikləri,  çillə  çıxardıqlarına

söykənərək,  indinin  özündə  əməl  etdiyimiz  Novruz  ənənələrinin  hələ  о dövrdə  mövcud  olduğunu  söyləyə  bilərik.

Eyni mərasimlər hunlardan sonra uyğurlar tərəfindən də keçirilmiş  və bugünədək keçirilməkdədir.  Eyni  zamanda,

dünyada ən qədim təqvimlərdən hesab olunan 12 heyvanlı türk təqvimi martın 21-dən başlayır.  Məlikşahın Cəlali

təqvimində  də  ilin  ilk  günü  məhz  mart  ayının  21-dir.  Sonrakı yüzilliklərdə  istər  Səlcuqilərin,  istər  Osmanlıların,

istər Səfəvilərin, istərsə də digər türk xanədanlarının dövründə Novruz öz əvvəlki rəngarəngliyini qoruyub saxlaya

bilib. Türk mühafizəkarlığı və adətlərə bağlılığı, bu milli bayramımızı hər cür məziyyətilə günümüzədək qo ruyub.

Qeyd  etmək  lazımdır  ki,  Novruzun  müəyyən  mənada  İslamla  əlaqələndirilməsi  də  türklərin  bu  dini  qəbul

etməsindən sonrakı dövrlərə təsadüf edir və bilavasitə onlarla əlaqəlidir.

Saxa  (yakut)  türklərinin  Novruz  adət-ənənələrini  bugünədək  qoruyub  saxlamaları  diqqətçəkən  məqamdır.

Doğrusu,  əgər  Novruz  hind-avropa  mənşəlidirsə,  onun  uzaq  Saxalara  necə  gedib-çıxdığını  və  1200  ildir  türk

dünyasından təcrid edilmiş vəziyyətdə mövcudluqlarını qorumaq mücadiləsi aparan Saxa türklərinin indi də onu ən

müqəddəs bayram kimi keçirdiklərini izah etmək lazım gəlir. Hazırda bu müqəddəs bayram bütün türk dünyasında

sevilməkdə və yaşadılmaqdadır.

Qədim  Çin  qaynaqlarında  türk  imperiyalarının  dövründə  Novruzun  rəsmi  dini  bayram  olduğu  göstərilir.

Maraqlıdır ki, «Avesta»da Novruz ayinlərilə bağlı qeyd edilən mərasimlər, çin qaynaqlarında təsvir edilən mərasim



və ayinlərlə eynilik təşkil edir. Bundan böyük sübut ola bilərmi?

ƏDƏBİYYAT


1. Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. «Gənclik» nəşriyyatı. Bakı, 1998.

2. Qumilyov L.N. Qədim türklər. Bakı, «Gənclik» nəşriyyatı, 1993.

3. Məmmədov Altay. Oğuz səltənəti. Bakı, «Azərnəşr», 1992.

4. Мери Бойс, Верования и обычаи. М.,1987.

5. Turan т. tarihi kaynaklar ışığında Nevruzun menşei meselesi, milli folklor. A., 1998.

6. Zifəroğlu V. Tarixin qapanmış səhifəsi: arilərin etnik kimliyinə bir baxış. (əlyazma), 18 ç.v.

РЕЗЮМЕ

Новруз - Тюркский праздник «Нового дня».

Это статья о древнетюркском празднике Новруз. Автор в статье дает краткий экскурс в историю

древнего праздника Новруз.

Автор  на  основе  фактических  материалов  отмечает,  что  Новруз  исконный  древнетюркский

праздник.

В статье также отмечена влияния древнего праздника на культуру тюркских народов. Связи с этим

В. Зифероглы дает краткую информацию о сфере влияния, проводит ряд примеров.

SUMMARY

Nowruz - Turks holiday «New day».

This  scientific  article  about  old  turks  holiday  Nowruz.  The  author  in  this  article  considers  history  of  this

historical holiday.

The author, informs that Nowruz origin old turkish holiday, on the basis of the factice materials.

In this article, looked through influence this holiday to the ethnic culture turkish nations. In connection with

it, V. Ziferoglu puts short information about influence sphere, and gives several examples.

Yüklə 195,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə