Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə1/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
  1   2   3   4   5   6   7   8   9   ...   175


 

 



 

 

 

 

Dr. Mustafa GÖRÜRYILMAZ 

 

 

 

 

 

 

 

 

 

 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ ERMƏNĠLƏR 

(1918) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – QĠSMƏT – 2009 


 

BBK53 



G-80 

 

 

 

Editor, Bədii və texniki redaktor:  



Halil ÖZTÜRK 

NəĢriyyatın direktoru: 



Zahid MƏMMƏDRZAYEV 

Redaktor: 



Azad AĞAOĞLU 

Korrektor: 

Yusif ƏFġAR 

 

G-80 Dr.Mustafa GÖRÜRYILMAZ, 



 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ ERMƏNĠLƏR (1918)  

Qismət, Bakı, 2009, 408 səhifə. 

 

TRT-nin  Bakı  nümayəndəsi  olmuĢ  Mustafa  Görüryılmazın  bu  kitabında, 



Türk  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycan  və  Dağıstanda  apardığı  hərbi 

əməliyyatlar və bu əməliyyatların nəticələri, Birinci Dünya müharibəsi dönəminin 

mürəkkəb  siyasi  və  hərbi  hadisələri  fonunda  ələ  alınmıĢdır.  Ermənilərin, 

Azərbaycanda əhaliyə qarĢı törətdikləri qətliamlar və Qafqaz Ġslam Ordusunun bu 

qətliamları nə Ģəkildə önlədiyi də kitabda öz əksini tapmıĢdır. 

 

0503000000  



M-085-62-09 

ĠSBN 10 9952-8082-5-9 

ĠSBN 13 978-9952-8082-5-4 

Qismət, 2009 



 

T Ə Q D Ġ M 



 

Azərbaycan  cəmiyyətinin  yaxĢı  tanıdığı  və  ölkəmizin  dostları  siyahısına  daxil  olan



 

TRT-nin Bakı ofisinin sabiq müdiri, Mustafa Görüryılmazın "Türk Qafqaz İslam Ordusu və 



ermənilər" adlanan kitabının mühüm əhəmiyyətə malik olduğunu düĢünürəm. 

Çünki  təxminən  70  il  ərzində  sovet  imperiyasının  əsarəti  altında  yaĢayan 

Azərbaycanda  Qafqaz  Ġslam  Ordusu  və  onun  fəaliyyəti  ilə  bağlı  həqiqətlərin  iĢıq  üzü 

görməsinə imkan verilmədi. Bir  sıra hallarda qəhrəman türk əsgərlərinə, onların Qafqazda 

bolĢevik-daĢnak  qüvvələrinə  qarĢı  mübarizəsinə  qərəzli  münasibət  göstərildi.  Ona  görə  də 

bu sahədə daha çox araĢdırmalar aparılmalı, real faktlar cəmiyyətə, Azərbaycan və Türkiyə 

ictimaiyyətinə təqdim olunmalıdır. 

Məhz  bu  səbəbdən  Mustafa  Görüryılmazın  gərgin  çalıĢmalarının  nəticəsi  olan 

kitabın  Türkiyə  türkcəsindən  Azərbaycan  türkcəsinə  uyğunlaĢdırılmasıyla  insanlarımız  bir 

daha  o  dövrün  hadisələrinə  obyektiv  qiymət  vermək  Ģansı  əldə  edəcəklər.  Kitaba  diqqət 

yetirdikdə  müəllifin  yalnız  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycandakı  fəaliyyətini 

araĢdırmaqla  qalmadığını,  eyni  zamanda  Dağıstan  hərəkatının  məqsədini,  məramını  da 

təqdim və təhlil etdiyini görmək mümkündür. 

Müəllifin  kitabda  Qafqazın  və  Azərbaycanın  coğrafi  mövqeyindən  ictimai-siyasi 

durumuna  qədər  olan  bütün  məsələləri  iĢıqlandırması,  I  Dünya  müharibəsi  ərəfəsində 

Osmanlı  imperiyasındakı  siyasi  vəziyyət,  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  bağlı  da 

oxucuya geniĢ informasiyalar verməsi onun məlumat dairəsinin geniĢliyindən, Azərbaycana, 

ümumən Türk Dünyasına olan sevgisindən irəli gəlir. 

Yazarın  kitabda  faktlara  istinad  etməklə  yanaĢı,  müasir  dövrdə  araĢdırma  aparan 

Ģəxslərin  fikirlərinə  nəĢrdə  yer  ayırması  onun  həm  keçmiĢ  nəsil,  həm  də  gələcək  nəslin 

arasında  məhz  Qafqaz  Ġslam  Ordusunun  vasitəsilə  vəhdət  yaratmaq  istəyindən  irəli  gəlir. 

Kitabda  həmin  hadisələri  gözləri  ilə  görmüĢ  Ģahidlərin,  Ģəhidlik  abidələri  komplekslərinin 

qurulmasında,  sovet  hakimiyyəti  illərində  türk  hərbiçilərinin  məzarlarının  qorunmasında 

böyük  səy  göstərmiĢ  insanların,  o  cümlədən  Ģairlərin  Ģeirlərinin  əks  olunması  xüsusi  bir 

vəhdət  yaradır.  Bununla  da  oxucu  Qafqaz  Ġslam  Ordusunun  fəaliyyəti  ilə  yanaĢı,  həmin 

tarixdə cərəyan edən hadisələr haqqında da ətraflı məlumat almaq imkanı əldə edir. 

Belə  sanballı  araĢdırmaların  sayının  artmasına  böyük  ehtiyac  var.  Çünki  bu 

araĢdırmalar  da  Azərbaycan-Türkiyə  əlaqələrinin  möhkəmlənməsi  istiqamətində  ciddi 

töhfələr  verir.  Bu  il  Qafqaz  Ġslam  Ordusunun  Bakı  Ģəhərini  azad  etməsinin  90  ili  tamam 

olduğu  bir  tarixdə  belə  bir  kitabın  çap  olunmasını  oxucular  üçün  yubiley  töhfəsi  saymaq 

olar.  Müəllifə  isə  Azərbaycan-Türkiyə  əlaqələrinin  möhkəmlənməsinə  xidmət  edəcək 

araĢdırmalarını davam etdirməsini arzulayıram. 



Nizami Cəfərov,  

professor, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin müdiri 


 

ÖN SÖZ 



 

Onlar: 

Qar-boran demədən, 

Toroslardan, Palantökənlərdən 

Qatar-qatar qopub gəldilər. 

Qartallar kimi 

Qanad çalıb Qafqazlara, 

Hiddətlə düşmənin başına 

endilər. 

 

TURQUT ƏR 

 

Birinci  Dünya  müharibəsinin  baĢlandığı  illərdə  yer  üzündə  türklərin 

qurduğu azad  və  müstəqil  iki dövlət  vardı. Bunlardan  biri  Osmanlı dövləti,  digəri 

bugünkü  Ġran  coğrafiyasında  vaxtilə  hakimiyyətini  sürdürən  Qacar  xanlığı  idi. 

Geridə  qalan  coğrafiyada  yaĢayan  türklər  Rus  çarlığı  və  Çin  idarəçiliyi  altında 

varlıqlarını qorumağa və yaĢatmağa çalıĢırdılar. 

Osmanlı  dövləti  və  Ġstanbul,  türk  ellərində  yaĢayan  soydaĢların  diqqət 

mərkəzi  idi.  Onlar  gözlərini  və  qulaqlarını  Türkiyəyə  çevirmiĢdilər.  Rusiyadakı 

ixtilal  çarlıq  idarəçiliyinin  basqı,  Ģiddət  və  zülmünə  məruz  qalan  türk  ziyalılarını 

hərəkətə gətirdi. Ancaq nə onların, nə də Osmanlı dövlətinin bir və bərabər olmaq, 

gələcəyi  birlikdə  qurmaq  üçün  heç  bir  hazırlığı  yox  idi.  Üstəlik  Birinci  Dünya 

müharibəsində imperialist qərb dövlətlərinin hədəfində Ģərq mədəniyyətinin (türk-

islam  dünyası)  öncüsü  və  təmsilçisi  olan  Osmanlı  dövləti  var  idi.  Müstəmləkəçi 

ölkələr  bu  türk  dövlətinin  yıxılması  və  bölüĢdürülməsinə  dair  planlar  qururdular. 

Müharibə baĢlayan kimi Osmanlı dövləti imperialist qərb qüvvələrinə qarĢı, baĢda 

Çanaqqala  və  Ģərq  cəbhəsi  olmaqla,  cənubda  Qut,  Bağdad,  Yəmən,  Hicaz  və 

Fələstin kimi bölgələrdə böyük hərbi uğurlar əldə etdi. 

Qəhrəman Türk Silahlı Qüvvələri Qafqazlarda da eyni üstün uğuru göstərdi. 

Türk Qafqaz Ġslam Ordusunun Azərbaycan və Dağıstandakı hərbi hərəkatı, böyük 

"Turan  Dövləti"  qurulması  üçün  ümidlərin  göyərdiyi  və  budaqlandığı  bir  dövrdə, 

ancaq  yetərincə  hazırlıq  görülmədən  və  çox  ağır  Ģərtlər  altında  gerçəkləĢdirildi. 

Birinci  Dünya  müharibəsi,  Ġttihad  və  Tərəqqi  Partiyası  iqtidarında  çökməyə 

baĢlayan Osmanlı dövlətinin yerinə yeni bir Osmanlı dövləti, ya da Ənvər PaĢa və 

silahdaĢlarının  söyləyiĢi  ilə  "Turan  İmperatorluğu"  qurmaq  istəyənlərin  dramına 

səhnə oldu. YaĢanan bu acıların qəhrəmanları bu dramın fədakar cəfakeĢləri, adsız 

əsgərindən  komandirinə  qədər  cahan  dövləti  Osmanlının  çökməsini  dayandırmaq 

istəyən  və  böyük  ideallarla  silahlanmıĢ  vətənsevərlər  idi.  Onlar  tarixdə  bir  neçə 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə