Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
  1   2   3   4   5   6   7   8   9   ...   13


Uşaq Hüquqları  

Biznes Prinsipləri

12345678910

12345678910

©

 U



N

ICEF


/N

Y

HQ



2

0

0



9

-

0



8

7

0



/S

OK

OL




2  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



0

8-

1



7

7

5



/P

IR

O



Z

Z

I



Giriş

18 yaşınadək uşaqlar təqribən dünya əhalisinin üçdə birini təşkil edir. Bir 

çox ölkələrdə isə, uşaqlar və gənclər, demək olar ki,  mənsub olduqları 

ölkələrdəki əhalinin yarısını təşkil edirlər. Beləliklə, kiçik və ya böyük 

olmasından asılı olmayaraq, biznes strukturlarının uşaqlarla qarşılıqlı 

əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi 

qaçınılmaz hal alır. Uşaqlar istehlakçılar, çalışanların ailə üzvləri, gənc 

çalışanlar, eləcə də gələcəyin çalışanları və biznes liderləri kimi mövcud 

biznes strukturlarının əsas tərəfl əri arasında yer alırlar. Bununla yanaşı, 

onlar biznes strukturlarının fəaliyyət göstərdiyi mühit və icmaların da əsas 

üzvləridir.

Cəmiyyətdə hökumətlər və digər cəmiyyət-daxili quruluşların rolu ilə pa-

ralel olaraq biznes fəaliyyətlərinin də roluna diqqətin artması və biznes 

strukturları və insan hüquqları arasındakı əlaqələr haqqında məlumatlılığın 

artması fonunda biznes strukturlarının uşaqlara təsirinə yönəlmiş açıq diqqət 

də vaxtında müəyyən edilmiş yanaşma olar. Uşaqlar cəmiyyətin ən təcrid 

olunmuş və həssas üzvləri arasında yer alır və bu onların ictimai rəydən 

məhrum olmalarından bəlli olur. Bu hətta məktəblər və istirahət sahələri ilə 

bağlı planlaşdırma ilə əlaqədar olduqda belə icmalar tərəfi ndən qərarların 

qəbul edilməsi zamanı rəy bildirmələri üçün onlara çox nadir hallarda 

müraciət olunur. Bununla belə, uşaqlara iştirak etmək imkanı verildikdə onlar 

bu proseslərə faydalı və alternativ fi kirlər, həmçinin dəyərli töhfələr verə 

biləcəklərini nümayiş etdirmişdirlər. 



12345678910

12345678910

3  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Biznesin uşaqlar üzərindəki təsiri uzun-müddətli və hətta sarsılmazdır. Uşaqlıq 

sürətli şəkildə baş verən fi ziki və psixoloji inkişaf dövrüdür və bu dövrdə gənc 

insanların fi ziki, əqli və emosional sağlamlığı və rifahı müəyyən bir təsir nəticəsində 

daimi olaraq yaxşı və ya pisə doğru yönələ bilər. Uşağın bu inkişaf dövrləri ərzində 

adekvat ərzaq, təmiz su, qayğı və sevgi ilə təmin edilməsi onun həyatda qalaraq 

yaşaması və sağlamlığı üçün çox  böyük əhəmiyyət kəsb edir. 

Hətta gündəlik təhlükələrin də uşaqlara təsiri daha fərqli və yetkinlərə nisbətən 

daha sərt olur. Sahib olduqları fi ziologiyaya görə uşaqlar məruz qaldıqları 

çirkləndirici maddələrin böyük bir faizini mənimsəyirlər və, beləliklə, onların immun 

sistemi zəifl əyərək daha da həssaslaşır.

Müəyyən bir biznes strukturu tərəfi ndən işə götürülən və ya həmin strukturun 

təsirinə məruz qalan uşaqlar adətən gözə çarpmırlar. Bunun bariz nümunəsi kimi 

qeyri-qanuni şəkildə təchizat zəncirində işləyən uşaqları, şirkət müəssisələrində və 

ya onların ətrafında olan uşaqları, işəgötürənin ev təchizatında məişət işçiləri kimi 

işlədilən uşaqları, biznesin istehsal etdiyi məhsulların təsirinə məruz qalan uşaqlar, 

eləcə də təhlükəsizlik xidmətləri tərəfi ndən tutulan və ya saxlanılan uşaqları və 

miqrant işçilər tərəfi ndən evdə buraxılmış uşaqları göstərmək olar.

Bu günə kimi, biznes strukturlarının uşaqlara qarşı öhdəlikləri əsasən uşaq 

əməyinin qarşısının alınması və aradan qaldırılması üzərində cəmlənmişdir. Uşaq 

əməyinin qarşısının alınması və aradan qaldırılması üçün standartlar və tədbirlərin 

gücləndirilməsi zəruri olduğu kimi, Uşaq Hüquqları və Biznes Prinsipləri də öz 

növbəsində biznesin uşaqlara təsir göstərdiyi müxtəlif yolları göz önünə qoyur. 

Buna onların məhsulları və göstərdikləri xidmətlər, onların marketinq və distri-

busiya metodları, o cümlədən onların milli və yerli özünüidarəetmə orqanları ilə 

münasibətləri və yerli icmalara yatırdıqları sərmayələr də daxil olmaqla, sahib 

olduqları bizneslərin ümumi fəaliyyətləri daxildir.          

Uşaqların hüquqlarına hörmətlə yanaşmaq və bu hüquqları dəstəkləmək biznes 

strukturlarından eyni anda zərərin qarşısını almağı və fəal şəkildə uşaqların 

maraqlarını qorumağı tələb edir. Biznes strukturları, uşaq hüquqlarına qarşı hörmət 

və dəstəyi öz təməl strategiya və fəaliyyətlərinə daxil etməklə sahib olduqları korpo-

rativ davamlılıq təşəbbüslərini gücləndirə və beləliklə də, öz biznes fəaliyyətlərinə 

mənfəət gətirə bilərlər. Bu cür təşəbbüslər onların etibarını artıra, risklərin idarə 

edilməsini təkmilləşdirə və fəaliyyət göstərmələri üçün onları sosial etimad ilə təmin 

edə bilər. Bununla yanaşı, uşaqlara qarşı öhdəliyin olması işinə daha çox bağlı 

olan işçi qüvvəsini işə götürməyə və saxlamağa kömək edə bilər. Çalışanların 

öz işlərində valideyn və qayğı göstərən şəxslər kimi dəstəklənməsi, gənclərin və 

bacarıqlı nəslin işə qəbulunun təbliğ edilməsi biznes strukturlarının izləyə biləcəyi 

konkret addımlardan sadəcə bir neçəsidir. İstehsal edilən məhsulların və göstərilən 

xidmətlərin uşaqların ehtiyaclarını daha yaxşı necə qarşılaya biləcəyinin nəzərə 

alınması da yeni bir innovasiya mənbəyi ola və yeni bazarların yaranmasına gətirib 

çıxara bilər. Nəhayət, uşaqlar naminə çalışmaq sağlam və yaxşı təlim-tərbiyə almış 

icmaların yaranmasına kömək edir ki, bu da dayanıqlı, inklüziv və davamlı biznes 

mühitinin yaranması üçün böyük önəm daşıyır. 

Uşaq Hüquqları və Biznes Prinsipləri biznesin uşaqların hüquqları və rifahı 

üzərindəki təsirinin dərk edilməsi və buna qarşı cavab tədbirlərinin görülməsi üçün 

hərtərəfl i çərçivə ilə təmin edir. Save the Children, Birləşmiş Millətlər Təşkilatının 

Qlobal Saziş Şəbəkəsi və UNICEF ümid edir ki, bütün biznes strukturları uşaqlarla 

münasibətlərində bu Prinsiplərdən faydalanacaq və onları rəhbər tutacaqlar.         




Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə