Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi



Yüklə 31,3 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü31,3 Kb.
#43605


Dünya Azərbaycanlılarının  

Haqlarını Müdafiə Komitəsi

 

 



 

 

 



 

 

Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com 



Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com 

 

 



 

 

The Committee for the Defence of the 



Rights of the World Azerbaijanis

  

 

 



 

Say (No.): 553/2012 

İlaygün (Date): 29.08.2012

 

 



 

Hörmətli Ban Ki-moon, BMT-nin Baş Katibi, və 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq  

 

 



 

Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın: 

 

Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər 



 

Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup 



 

Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis və başqa raporterlər 



 

Üzü     Dyke bəy, Xanım Harrison, Amnesty International, London 

 

Habelə  Beynəlxalq İnsan Haqları üzrə Federasiya (Oslo Şöbəsi); 



 

   İnsan Haqlarını Gözətən; və İnsan Haqlarına Qulluqçu 

 

Sayın Baş Katib, cənab Ban Ki Moon, 



 

Genəl İlətişmə: Qaradağ deprəmi Güney Azərbaycana iki  qat fəlakət gətirdi, İran yetkililərində 

olan irqçilikdən bir daha pərdə götürdü. Güney Azerbaycan ilə İran arasında uçurumu daha da 

genişləndirdi və geoloji tektonikini, toplumsal tektonik hərəkatına çevirməyə bir addım oldu. 

 

Genəl  İlətişmə  2012/1-i  hüzurlarınıza  sunuruq  ki,  Güney  Azərbaycanın  Qaradağ  bölgəsində  11  Avqust  2012-də 



baş  vermiş  seysmik  silkələnmə  diqqət  mərkəzinizə  gətirilsin.  Birinci  silkələnmə    Rixter  ölçüsündə  (şkala)  6.4 

gücündə idi və 11 dəyqə sonar 6.2 gücündə idi. Qeribədir ki, bu ortabab deprəm geniş surətdə uçuntuya yol açmış 

və çoxlu can itgisinə nədən olmuşdur. 

 

Bu ilətişməyə bir yığcam raport əklənmiş ki, orada İran yetkililərinin buraxdığı statistik bilgini gözdən keçirir və 



onların bu irəli gəlmiş böhran durumunu örtbasdır etmələrini incələyir. Raportumuz İranın taktiklərini təhlil edir 

və  onların  törətdiyi  bilgi-qıtlığını  və  bilərəkdən  tədbirsizliklərini  aşkarlayır  ki,  onların  utanmazcasına  mövcud 

durumu yayalamaqlarını göstərir. Raportumuzun başlıca bilgiləri bunlardır: 

1. 


Yanlış bilgi: Qaradağ  deprəmində ölülərin sayı hələ də bəlli deyil, axı İranın buraxdığı rəqəmlər həqiqi 

mənada “Ittilaat Nazirliyi”-nin təndirində yapılmışdı. İran yetkililəri həqiqi məlumatlarda əl-gəzdirəndən 

sonra bu hadisəni 13 Avqust 2012-də bu rəqəmlər ilə ifadə etdi:- Ölülər 227; yaralılar 1380; xəstəxanaya 

qəbul olmuşlar 480 nəfər. Doğru rəqəmlər bir yaxud iki qatdan daha çox olmalıdırlar. Deprəmdən 24 saat 

sonra bölgəyə gələn İran daxili işlər naziri, Nəccariyan İran televizyonundan elan etdi ki, uçuqlar təmizlənib, 

dam duvar altında qalanların hamısı çıxarılıb, ölılər quylanıb, yaralılar dərman edilir. Halbuki, 5 gün ondan 

sonra da ölülər çıxdı, bir həftə sonra bəzi kəndlərə birinci dəfə ulaşım xəbərləri kəndlilər tərəfindən bəlləndi. 

2. 


Qorumaq  üzrə  sorumluluq  görəvini  pozmaq:  Nəyinki  arama-qurtama  əməliyyatı  yalnız  beynəlxalq 

mediyasını  aldatma  niyyəti  ilə  televiziya  üçün  tərtib  edilmişdi,  biz  İran  yetkililərini  ölümlərin  artmasında 

günahkar  bilirik.  Beynəlxalq  norma  və  anlaşmalara  görə  İran  yetkililəri  Güney  Azərbaycanlıları  qorumağa 

sorumlu olsalar da, onlar bu mükəlləfiyyəti yerinə yetirməyiblər. 

3. 

Bilgi  qıtlığı:  İran  yetkililəri  bu  təbii  hadisəni  qəsdən  fəlakətə  çevirməklərini  ört-basdır  etmək  üçün,  onu 

kiçiltmək  ilə  gözdən  salmaq  istəyirlər  və  buna  görə  bilgi  qıtlığı  yaradırlar.  Güney  Azərbaycan  vətəndaşı 

deprəm  xəbərini  öz  təcrübələrindən,  Şikaqodan  yayımlanmış  GünAzTV-dən  və  başqa  radio/televizia 

verilişlərindən öyrəndilər. 

4. 

Beynəlxalq  İnsansevərlik  Yardımları  Əngəlləmək:  İran  yetkililəri  Azərbaycan  Respublikasından  və 

Türkiyyədən  gələn  yardımları  əngəlləməkdə  inanılmaz  dərəcədə  şəfqətsizliklərini  göstərdilər.  Hələ  Qırmızı 

Ayparanın 

(Hilal 


Əhmər) 

başqanı 


tərəfindən 

cənab 


Fəqih 

elan 


etdi 

ki 


(

http://www.ndmo.org/NewsBody.aspx?id=474

) bizim xarici ölkələrdən gələn yardımlara ehtiyacımız yoxdur. Bu 

sadəcə “qanqaraldıcı qədər yalan” idi. 

5. 

Aldatmacalar:    İran  yetkililəri  deprəmə  görə  bir  neçə  bəyaniyyə  buraxdılar  və  burada  hətta  xarici 

jurnalistlərin  bölgəni  ziyarət  etmələrindən  söz  açıdılar.  Burada  yalan  bilgilər  verərək    etdikləri  çirkin  işləri 

ört-basdır edirdilər. 

Bu ilətişmənin diqqət mərkəzi, yuxarıdakı qərəzli tutumları sübut üçün gərəkən bəlgələri təqdim etməkdir ki, bir 

daha göstərir, İran yetkililəri güney Azərbaycanı qoruma görəvindən boyun qaçırırlar. Eləcə də bu bəlgələr aydın 



Dünya Azərbaycanlılarının  

Haqlarını Müdafiə Komitəsi

 

 



 

 

 



 

 

Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com 



Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com 

 

 



 

 

The Committee for the Defence of the 



Rights of the World Azerbaijanis

  

edir ki,  İran  yetkililəri beynəlxalq anlaşmaları tapdamağa  əcayib dərəcədə  tutqunluqları var. Onda  ki,  deprəmin 

qurbanları  itgilərinin  ucbatından  ruhi  sıxıntıya  məruz  idilər  və  hətta  ibtidai  ehtiyaclarının  belə  öhdəsindən  gələ 

bilmirdilər, İran yetkililəri onlara qarşı qeyri insani cinayətdən də çəkinmədi. Bu cinayətlər ancaq irqçilikdən irəli 

gələbilərdi. 

 

Qaradağ  deprəmi  Azərbaycan  millətini  və  Güney  Azərbaycanı  dehşətli  çaxnaşdırdı  ki,  bunun  da  səbəbi  İranı 



yoluxduran irqçilik məfkurəsidir. Bu müşahidədən sonra Güney Azərbaycan daha eyni ola bilməz. İndi hamı bilir 

ki,  İran  yetkililəri,  çoxlu  uçuq  altında  qalanların  qətlinə  bais  oldu.  Deprəmdən  irəli  gələn  acıları  bilərəkdən 

çoxaltdı, iftira quraşdırıb qurbanlara yaxdı, beynəlxalq anlaşmaları pozmaqdan heç də belə çəkinmədi. Bu millət 

indi qoruyucu nemətindən məhrum olduğunu bilir. Üstəlik, şərəfli tarixi olan bu millət indi öz gizil gücünü bilir və 

bilir  ki,  dələduzların  öhdəsindən  gəlməlidir.  Bu  gün  siz  bu  millətin  həmrəyliyinin  şahidi  oldunuz  ki,  tektonik 

silkələnmənin öhdəsindən gəldi, deməli vaxtı ilə tektonik toplumsal hərəkatın da öhdəsindən gəlməlidir. 

 

Şaşdırıcıdır  ki,  demokratik  ölkələrin  qurumları  İranın  bilgi  qıtlığı  yaradaraq  çirkin  siyasətlərinə  görə  heç  bir 



kritika  göstərmir,  bu  da  İranda  gedən  qəddar  irqçiliyin  barınmasına  gətirib  çıxarır.    İranda  fars  hakimiyətlərinin 

irqçilik  qəddarlığı  aydındır,  ancaq  demokratik  ölkələrin  ilgisizliyi  də  bu  canavara  meydan  verir.  Bu  qurumlar 

yanlış  olaraq  İranı  bulaşdıran  irqçilik  siyasətini  milli  siyasət  kimi  görməkdədirlər.  Biz  ap-açıq  bildiririk  ki, 

İrandakı irqçilik qəddarlığı insaflı beynəlxalq qurumları saymamazlıqdan gəlir və onların zəkavətinə ağız büzür. 

Bu yol ilə onlar əvrənsəl İnsan Haqları Bildirgəsini puçluğa çıxardırlar. 

 

İran  yetkililəri  sürüşkən  dağ  döşlərində  büdrəməkdə,  lakin  onlar  olduqları  durumu  anlamaqdan  acizdirlər.  Sizə 



müraciət  edərək  Qaradağ  qurbanlıqlarının  durumlarını  yüngüllətmək  üçün  kampaniya  etməyinizi  xahiş  ederdik. 

Özəlliklə,  Güney  Azərbaycanda  yaxınlaşan  ağır  qışı  nəzərdə  alaraq  Tehran  hakimiyətinin  əhalini  köçürtmə 

siyatsətinin  qarşısını  almaq  üçün  təcili  evlərin  tikilməsinə  yardımcı  olmanızı  ciddən  xahiş  edirik.Üstəlik,  İranda 

gedən irqçiliyə qarşı yalnız sizin təmsilçilik etməyə mandatınız var və bu mandatlarınızı işlətmək üçün onlara ap-

açıq bildirməniz gərəkməkdədir. Yoxsa, o ölkədə Fars irqçiliyin çirkin sifəti bundan da bətər qatılaşacaqdır. Bu 

sizə  bir  daha  fürsətdır  ki,  Güney  Azərbaycanda  insani  və  milli  haqların  dirçəlişini  müdafiə  edəsiniz.  Əyər 

sükutunuza davam etsəniz İranda  müəssisələnmiş irqçilik barınacaq və sizə  minnətdar olacaq. Hər halda, Güney 

Azərbaycandakı fəlakət uğrunda aparacağınız kampaniya üçün qabaqcadan minnətdarlığımızı bildiririk. 

 

Hörmət ilə 



 

Böyük Rəsuloğlu 



 

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi 



Yüklə 31,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə