Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə1/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
  1   2   3   4   5   6   7   8   9   ...   272


 

DÜNYA ƏDƏBİYYATI

 

KLASSİKLƏRİ

 

Azerbaycan Respublikasının Prezidenti 

İlham Əliyevin 

“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin 

əsərlərinin Azərbaycan dilində nəşr edilməsi 

haqqında” 2007-ci il 24 avqust tarixli 

sərəncamı ilə nəşr olunur. 



‘Şərq-Qərb” 

Bakı-2010 

downloaded from KitabYurdu.org




V i c t o r 

HÜGO 


 

NOTRE-DAME DE PARİS 

downloaded from KitabYurdu.org




Vi kt o r 

HÜQO 


1802-1885 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

ÜÇ CİLDDƏ 

III CİLD 

 

PARIS NOTR



-

DAM KILS


Ə

SI

 



“Şərq-Qərb 

Bakı-2010 

downloaded from KitabYurdu.org




ISBN 978-9952-448-69-6 

T

ə



rcüm

ə

 



ə

d

ə



nl

ə

r: 



R

ə

daktor: 



B

ə

ydulla 



Musay

ə



Mikayıl Rə

fili 


İlham 

Ç

ə



rk

əzoğlu


 

Korrektor:

 

 

L



ə

taf


ə

t S


ə

m

ə



dova

 

B



ə

dii t


ə

rtibat v


ə

 

 



 

dizaynın müə

llifi:

   


T

ə

rlan Qorçu



 

Kompüter düzümü: 

A

ydınoğlu


 

H

ə



s

ə

n Yaqubov 



Bu kitab “Viktor Hüqo. Sə

fill

ə

r. B

əşinci hissə” 

(Bakı, “Öndə

r", 2005) v

ə

 

“Viktor Hüqo. 

Parts 

Notr-Dam kils

əsi" (Bakı, “Şə

rq-Q

ə

rb", 2007) 

n

əşrlə

ri 

əsasında çapa hazırlanmışdır

 

Viktor Hüqo. Seçilmiş ə

s

ə

rl

ə

ri, üç cildd

ə

, III cild 

(“Sə

fill

ər”, V hissə; “Paris Notr

-Dam kils

əsi”).

 

Bakı: “Şə

rq-Q

ərb”, 2010, 816 sə



h. 

M

ətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2010 



B

ə

dii t



ə

rtibat, s

ə

hif


ə

l

ə



nm

ə: ‘Tutu” nəşriyyatı, 2010 © 

“Şə

rq-Q


ə

rb" ASC, 2010 

downloaded from KitabYurdu.org



Səfillər 

 

downloaded from KitabYurdu.org




 

 

downloaded from KitabYurdu.org




Birinci kitab 

DÖRD DİVAR ARASINDA 

MÜHARİBƏ 

Birinci fəsil 

SENT-ANTUAN CİVARINDAKI XARİBDA, 

TAMPL CİVARINDAKI STSİLLA 

BARRİKADASI 

İctimai  xəstəliklər  tədqiqatçısının  qeyd  edə  biləcəyi  iki  ən  çox 

yaddaqalan barrikada bu kitabda təsvir olunan hadisələrin baş verdiyi 

dövrə  aid  deyil.  Qorxunc  dövrün,  bir  növ,  simvolu  olan  bu 

barrikadalar  1848-ci  ilin  faciəli  iyun  üsyanında,  sanki,  yer  altından 

çıxmışdı, bu üsyan tarixin şahid olduğu bütün küçə vuruşmalarının ən 

böyüyü idi. 

Bəzən elə olur ki, qara camaat - bu böyük qiyamçı - hətta yüksək 

prinsiplər  əleyhinə,  azadlıq,  bərabərlik,  qardaşlıq  əleyhinə,  seçki 

hüququ  əleyhinə,  ali  xalq  hakimiyyəti  əleyhinə  çıxır,  məyusluq, 

kədər,  boşa  çıxmış  ümidlər,  təşviş,  məhrumiyyət,  üfunət,  cəhalət, 

nadanlıq girdabından qalxaraq üsyan edir; elə də olur ki, avam camaat 

xalqa müharibə elan edir. 

Sərsərilər  ictimai  hüquqa  hücum  edir;  oxlokratiya  demosun 

üzərinə qalxır. 

Bu  günlər  müsibətli  günlərdi;  bu  cür  ağılsızlığın  özündə  də 

həmişə  bir  qədər  ədalət  olur;  belə  bir  duel  adamın  öz-özünü  öldür-

məsinə  bənzəyir;  “sərsərilər”,  “qara  camaat”,  “oxlokratiya”,  “avam 

camaat”  kimi  təhqiredici  sözlər,  əfsus  ki,  əzab  çəkənlərin  deyil, 

hökmranlıq 

edənlərin,  bədbəxt  edilmiş  məzlumların  deyil, 

imtiyazlıların müqəssir olduğunu sübut edir. 

downloaded from KitabYurdu.org



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mənə gəlincə, mən bu sözləri ürək ağrısı ilə və hörmətlə söyləyi-



rəm, çünki fəlsəfə bu sözlərə uyğun olan hadisələrin dərinliyinə varsa

orada çox vaxt əhəmiyyətsiz şeylərlə bərabər, böyük şeylər də görər. 

Afinada  oxlokratiya  vardı,  gezlər  Hollandiyanı  yaratdı;  plebeylər 

dəfələrlə Romanı xilas etmişlər, qara camaat İsanın ardınca getmişdir. 

Hansı mütəfəkkir cəmiyyətin səfalət içində yaşayan təbəqələrinin 

əzəməti haqqında bəzən düşünməmişdir?! 

Bu  qara  camaat,  bütün  yoxsullar,  sərsərilər,  səfillər  içərisindən 

həwarilər,  din  yolunda  əzab  çəkən  müqəddəs  adamlar  çıxmışdır; 

Müqəddəs  İyeronim  bu  sirli  “Fex  urbis,  lex  orbis

r

  kəlamını  söylə-

yəndə,  yəqin  ki,  bu  qara  camaatı,  bütün  bu  yoxsulları,  sərsəriləri, 

səfilləri düşünmüşdür. 

Əzab  çəkən,  qanı  tökülən  bu  qara  camaatın  həyəcanı,  onun  öz 

həyatı  üçün  zəruri  olan  prinsiplər  əleyhinə  mənasız  qiyamı,  onun 

qanunsuz  hərəkəti  -  dövləti  yıxmaq  təşəbbüsüdür,  buna  görə  də  bu 

qiyam  yatırılmalıdır. Vicdanlı adam bu işə girişir, qara  camaatı istə-

diyi üçün onunla mübarizəyə başlayır. O, qara camaata qarşı dursa da, 

ona  böyük  rəğbət  göstərir!  Onu  dəf  etsə  də,  ona  böyük  hörmət 

bəsləyir!  Burada  da  biz  nadir  hallardan  biri  ilə  üz-üzə  gəlirik:  biz 

haqlı hərəkət etdiyimiz halda təşviş duyuruq və sanki, işi sona yetir-

məyə  qərarımız  çatmır;  biz  inad  edirik,  çünki  bu,  zəruridir,  lakin 

təmin  olunmuş vicdanımız  kədərlənir;  biz  öz  vəzifəmizi  yerinə  yeti-

ririk, lakin qəlbimiz sızıldayır. 

Bir  şeyi  qabaqcadan  qeyd  etməliyik:  1848-ci  ilin  iyun  hadisəsi 

müstəsna  bir  hadisə  idi,  bu  hadisə  tarix  fəlsəfəsinin  təsnifinə  çox  az 

uyğun  gəlir.  O  yerdə  ki  bu  eşidilməmiş,  görünməmiş  qiyamdan 

söhbət  gedir,  onda  yuxarıda  dediyimiz  bütün  sözləri  geri  götürmə-

liyik,  çünki  bu  qiyamda  öz  hüququnu  tələb  edən  əməyin  müqəddəs 

qəzəbi  özünü  göstərirdi.  Qiyamı  yatırtmaq  lazım  gəldi,  bunu  vəzifə 

tələb  edirdi,  çünki  qiyam  respublikanı  təhlükə  altına  alırdı.  1848-ci 

ilin iyun qiyamı əslində nə idi? Bu, xalqın öz-özünə qarşı üsyanı idi. 

0

 



şey  ki  əsas  məzmuna  aiddir,  ondan  bəhs  etmək  mətləbdən 

uzaqlaşmaq  deyil;  buna  görə  də  qoy  bizə  icazə  verilsin,  oxucuların 

diqqətini  az  da  olsa,  öz  mahiyyəti  etibarilə  yeganə  olan  iki  barrika-

daya cəlb edək, biz indicə bu barrikadaların adını çəkmişdik, həm də 

onlar bu silahlı üsyan üçün çox səciyyəvidir. 

1

 



Romanın rəzaləti dünyanın qanunudur, 

{lat.)

 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə