Dünyanin yeniDƏn formatlaşmasi və MƏNƏVİyyat abbasov Əbülhəsən Fərhad oğlu



Yüklə 114,26 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü114,26 Kb.
#7913


“Qanun”.-2014.-№ 7(237).-S.3-12.

DÜNYANIN YENİDƏN FORMATLAŞMASI

VƏ MƏNƏVİYYAT

Abbasov Əbülhəsən Fərhad oğlu,

fəlsəfə üzrə elmlər doktoru, professor,

AMEA-nın Fəlsəfə və Hüquq Institutunun baş elmi işçisi

Açar sözlər:

 dünya, qlobal kapitalizm, qlobal böhran, idarəetmə, mənəviyyat 

Ключевые

 слова: мир, глобальный капитализм, глобальный кризис, управление, нравственность

Keywords:

 world, global capitalism, global crisis, management, moral

Bəşəriyyət uzunmüddətli dərin böhran yaşamaqdadır. Bunun nüvəsini qlobal kapitalizmin və onun əsas ideoloji

dayağı olan oliqarxik liberalizmin böhranı təşkil edir. Dünyanı fəlakət astanasında saxlayan bu böhran günbəgün artan

xaos,  destruksiya,  deqradasiya  əlamətləri  ilə  müşayiət  olunur.  Durmadan  davam  edən  iqtisadi,  sosial-siyasi,  mənəvi

sarsıntılar,  dünya  miqyasında  sosial  təbəqələşmənin  və  inhisarçılığın  dərinləşməsi,  xalqların  rifah  halında,  maddi

durumunda  fərqlərin  bütün  hədləri  keçməsi,  sərvətlərin  ədalətsizcəsinə  bölüşdürülməsi  və  insafsızcasına  talan

edilməsi,  heç  bir  hüquqa,  əxlaqa  sığışmayan  qeyri-bərabərlik,  istismar,  insana  və  insanlığa  qarşı  aparılan  səlib

yürüşləri,  mənəvi-ruhi  aləmə  edilən  məqsədyönlü  qəsdlər  və  faktiki  olaraq,  İnsanın,  onun  Ruhunun  çökdürülməsi,

tənəzzülə və çürüməyə məruz qoyulması, etno-milli rəngarənglikdən, xalqların çox çeşidliyindən məkrli, qeyri-insani

məqsədlər  üçün  sui-istifadə,  siyasi-hüquqi  institutların,  media  şəbəkələrinin,  hətta  elm  və  incəsənətin  super  elita

deyilən nəsnənin xidmətçisinə çevrilməsi, idarəetmə sistemlərinin yalnız və yalnız həmin elitaların maraqlarının təmin

olunması  müstəvilərində  qurulması  (əlbəttə  ki,  sənədlərdə  və  təbliğatda  “hakimiyyətin  yeganə  mənbəyi  xalqdır!”

vurğulamaqla),  eyni  zamanda,  həmin  bu  vektor  üzrə  formalaşdırılan  idarəetmə  fəlsəfəsinin  dünya  ölkələrinə,  о

cümlədən  postsovet  “respublika”larına  transfer  edilməsi  və  bu  qlobal  hiylə  vasitəsilə  milli  dövlətləri,  onların  rəsmi

şəxslərini,  elitasını  ikili  basqı  altında  saxlaması  (yəni  bir  tərəfdən,  əzilən,  hüquqları  total  surətdə  pozulan

xalqın-vətəndaşların  artan  narazılığı  və  nifrətindən  yaranan  üsyan-inqilab  qorxusu,  digər  tərəfdən  isə  “başbilən”,

“ürəkləri-qəlbləri  insan  haqlarına  görə  od  tutub  yanan”  beynəlxalq  təşkilatların,  onların  arxasında  dayanan  hegemon

qüvvələrin,  ABŞ-ın  Dövlət  Departamenti,  Senatı  və  Konqresi,  Avropa  İttifaqının  Parlamenti  və  Komissiyası  kimi

qurumların, Avropa Şurasının, ATƏT-in hədə və təhdidləri) - bütün bu bədnam əlamətlər zülmləri ərşə qalxmış qlobal

böhranın,  bəşəri  burulğanın  əlamətləri  olmaqla  yanaşı,  maliyyə-sələmçi  kapitalizmin  və  onun  yüzilliklər  boyunca

gəlir-mənfəət-istismar  naminə  toxuduğu,  biçib-tikdiyi  ideoloji  konseptin  -  anqlosakson  liberalizmin  mənfur

məhsuludur. Oliqarxik qlobal kapitalizm bu gün о dərəcədə haqqa və ədalətə qarşı köklənib ki, hətta “hüquqi dövlət”

deyilən konsepsiya nə Con Lokkun, nə də Şarl Monteskyenin doğma vətənlərində artıq əməlli-başlı işləmir.

Ukrayna  ilə  bağlı  proseslərin  daha  da  mürəkkəbləşməsi,  hətta  bəzi  analitiklərin  fikrincə  (2,  s.7),  III  Dünya

müharibəsinin başlama- 

[səh. 3-4] 

sı ehtimalını vurğulaması indiki vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Bəli,

qlobal  fəlakətə  aparan  böhrandan  çıxış  yolu  -  dünyanın  yenidən  formatlaşmasındadır  və  bu  proses,  fıkrimcə,  artıq

başlayıb. Aydındır ki, hər bir proses enerji-yanacaq tələb etdıyi kimi, yenidən formatlaşma da “yem”, alovlanan sobaya

atmaq  üçün  qurbanlar  tələb  edir.  Qurbanlar  isə,  belə  qlobal  prosesdə,  -  xalqlar,  cəmiyyətlər,  dövlətlər  və  onların

maddi-mənəvi sərvətləri olur. Əlbəttə ki, hər bir xalq və dövlət yox, yalnız onlar ki, korrupsiya, sosial ədalətsizlik və

qeyri-bərabərlik,  yalan-böhtan  burulğanında  onsuz  da  can  verməkdədirlər  və  üstəlik  də,  “demokratiya  beşikləri”nin

fıtnə-fəsadına uyaraq daxildən bir- birini didib-çeynəməkdə, qırıb-çatmaqdadırlar.

İndiki  qlobal  kapitalizmin  “başını”  oliqarxiya,  “bədənini”  -  bürokratik  şəxsiyyət,  “mənəviyyatını”  -  şou,

abırsızlıq,  hoqqabazlıq,  riyakarlıq,  hiylə-intriqa  və  həyasızlıq  təşkil  edir.  Oliqarxik  kapitalizmin  oliqarxik

liberalizmində,  “şəxsiyyət  azadlığı”ndan  gen-bol  danışılsa  da,  real  fərdi  azadlıqlar,  haqqa  sahiblik,  firavan

həyat,  şan-şöhrət,  “mən”liyin  etirafı  yalnız  durmadan  varlanan  məhdud  təbəqə  və  superelita  üçün  nəzərdə

tutulub,  burada  zəhmətkeşə,  əmək  adamına,  acından,  imkansızlıqdan  ölən  şairə,  rəssama,  aktyora,  alimə,

müəllimə,  mühəndisə  yer  yoxdur.  Onlar,  ən  yaxşı  halda,  istismar  və  “züy  tutmaq”,  “don  geydirmək”,  “ilanı Seyid

Əhməd  əlilə  tutmaq”,  tərif  və  ya  nifrət  dolu  “ictimai  rəyi”,  “xalqın  səsini”  püskürmək  üçün  hesablanıb.  Oliqarxiq

kapitalizm  mühitində,  xüsusilə  periferik  ölkələrdə,  həqiqi  zəka  və  ədəb-ərkan  sahibi,  istedadlı  sənət  adamı,  əgər

“yuxarılara çıxışı” yoxdursa, nəinki dəbdə deyil, üstəlik, hər cür məhrumiyyətlərə, məşəqqətlərə duçar edilməlidir.

Oliqarxik kapitalizmin bəhrəsini dadanların fikrincə, kasıbçılıq-haqsızlıq əlindən cəhənnəm oduna yananlar dilə



gəlib yalvarmalıdırlar: “İmdadıma yetiş, Allahım!” - Necə ki, şair Fəzail İsmayıl deyir:

“Zülmün bünövrəsi niyə uçulmur? –

Mən də çıxam bir ağ günə, Allahım!

Dərdi-sərdən başım qəti açılmır,

Bürünmüşəm duman, çənə, Allahım!

Hər tərəfdə saysız illət görürəm,

Hey məşəqqət, əzab, zillət görürəm,

Kütlə adlı bədbəxt millət görürəm,

Şıllaq atır şeytan cinə, Allahım!”

Bəs,  görəsən,  əli  qələm  tutmayan,  şer  düzüb-qoşa  bilməyən  binəvalar  neynəsin?...  Nəsə,  qayıdaq  oliqarxik

kapitalizmə.  Ancaq,  deyim  ki,  bu  cəhənnəmdən  yazmaq,  xüsusən  də  “kapitalizm  karvanı”na  son  illərdə  qoşulmuş

ölkələrin timsalında, - elə orada yaşamaq kimi çətindir, başdan-ayağa ürək ağrısıdır. Əvvəla, haqlı iradları qarşılayaraq

deyim ki, bəli, göstərdiyim qəbahətlərin bəziləri elə yaxın keçmişdə qoyduğumuz Sovetlər quruluşuna da xas idi, ancaq

hər  halda,  vəziyyət  bu  dərəcədə  qeyri-insani,  ədalətdən  uzaq  deyildi.  Hətta,  üstəlik,  bir  çox  məlum  əlamət  və

göstəricilərinə görə “o dövr” indinin özündə də, yaxşı nümunə qismində, həsrətlə xatırlanır. Belə olan yerdə deyirlər:

“qaş düzəldəsi idilər - vurub gözü də çıxartdılar”. Bir sözlə, çirkabdan təmizlənməyimizə şübhələr varsa da, körpənin

su  ilə  bir  yerdə  atılması  yəqindir.  Guya  ki,  qabaqçıl  dünyanın  yolunu  getmək  istədik,  olanı  da  itirdik.  Sosializmin

“məngənəsindən” çıxmış böyük çoxluq, faktiki olaraq, özü üçün əhəmiyyətli bir şey qazanmadı. Düzdür, yaşam tərzi,

mövcudluq  üsulu  (həm  şəxsin,  həm  də  cəmiyyətin)  dəyişdi,  lakin  demokratiya,  haqq-ədalət  gözləntiləri,  azad

sahibkarlıq, xüsusi mülkiyyətçilik arzuları lazımınca  ödənilmədi.  Əvəzində  bir  məşum qüvvə  formalaşdı - indinin  və

gələcəyin  QORXUsu:  işsizlik,  qayğısızlıq,  biganəlik,  dolanışıqsızlıq,  xəstəliklər,  perspektivsizlik  qorxusu.  Nəhayət,

qaba  kütləviləşmədən,  “palaza  bürün  -  elnən  sürün”  imperativindən  törəyən  “hamı  kimi  olmaq”,  simasızlaşmaq,

bəsitləşmək,  “mən”liyi  itirmək  məcburiyyəti  və  

[səh.  4-5]

 yaxud  da,  bunlardan  qaçaraq,  özünə  qapanmaq,  mühitdən

uzaqlaşmaq. Bu iki bədnam alternativlərdən, özünüz fıkirləşin, düşünən insan, xüsusən də gənc adam, hansını seçməli,

hansı yolda öz perspektivini qurmalı, kimdən nəyi ummalıdır?

Bürokratik şəxslərdən ibarət oliqarxik idarəetmə və təsərrüfat ierarxiyasında ən ayıq, bilikli, işgüzar gənc belə,

mümkündürmü ki, öz  gücü-ağlı hesabına, hansısa  bir  “əl”  olmadan  “sosial  lift”in  “yuxarı”  apara  biləcəyi  sərnişininə

çevrilsin?!  Gəncin  layiqli  bugününü  və  gələcəyini  təmin  etməli  olan  sosiumda  onun  şəxsi  keyfiyyətləri,  istedadı və

əməksevərliyi  kifayətdirmi  ki,  mütərəqqi  sosial  mobilliyi  “əmisiz-dayısız”,  “pul-parasız”,  “tapşırıqsız-xahişsiz”

reallaşsın?  Yox,  əgər  mümkün  deyilsə,  yerlər  bəri  başdan  “bizimki”lərə  hesablanıbsa,  oliqarxların  və  onlara  yaxın

adamların  övladlarının  adına  “bron”  edilibsə,  gənc  neynəməli?  Ən  yaxşı  halda  xarici  kampaniyaların  birində  işə

düzəlib qazanc, ev-eşik əldə etmək arzularını həyata keçirməyə çalışmalıdır. Söz yox, bu da bir çıxış yoludur. Pis halda

isə  gənc(br)  çıxdaş  olmalı,  “sarsılmış  şüur”  sindromu  ilə  yaşamalı,  yaşadığı  cəmiyyətə,  dünyaya,  dövlətə  nifrət

bəsləməlidir.  Kütləviləşən  nifrət  də,  hamının  hamıya  qarşı  potensial  düşmənçiliyi,  məlumdur  ki,  hər  bir



cəmiyyəti  içindən  parçalayır,  pozitiv  duyğuları  söndürür,  milli  birliyi  mümkünsüz  edir,  çünki  RUH  sönür.

Söndükcə  də  təbii  təravətini  itirir  -  о  dərəcədə  ki,  artıq  bədbəxtliyi  hiss  etmir,  naqisliklərə  müxalif  olmaq

əvəzinə,  onlara  qahmar  çıxır.  RUH  u  təmsil  etməli  olan  bədii  yaradıcılıq,  elm  və  incəsənət,  musiqi,  poeziya,

nəsr-bütün bu “mənəvi həyat” toplusu get-gedə daha çox cırlaşır  və yalnız xüsusi maraqlarla,  ifrat  eqoistik  istəklərlə

yaşayır.  Hətta  dövlət,  xalq,  cəmiyyət  adından  təqdim  olunan  tədbir,  görülən  iş  və  yekun  məhsulun  təməlində  xüsusi

maraq - şəxsi və qrup istəkləri, ailə-tayfa-zümrə motivləri dayanır, ümumi məqsəd, hamı üçün xoşbəxtlik, xoş güzəran

təmin  edə  biləcək siyasət,  təsərrüfat  və  həyat  üsulu  bəri  başdan  unudulur,  bəlkə  də,  məqsədli  surətdə  qapadılır.  “E1

üçün  ağlayanın  gözü  kor  olar!”  deyimi  xəbərdarlıq  mesajına  və  sarsılmaz  “həyat  düsturu”na  çevrilir.  Eldən,

vətəndən,  millətdən,  ana  torpaqdan,  işğal  olunmuş  yurd-  yuvadan  gen-bol  danışa-danışa  divident  götürmək,

qazanmaq,  “qrant  yemək”,  gözə  kül  üfürmək,  nə  vaxtsa  Cıdır  düzündə  toy-bay-  ram  keçirmək,  “yaxın

gələcəkdə”  Şuş ada  qələbə  bayrağı  yüksəltmək  eşqiylə  süniləşən,  eqoistləşən,  insafsızlaşan  “mənəviyyat”ın

daşıyıcısı  və  iştirakçısı  olmaq  sərfəli,  təhlükəsiz  olur.  Yalnız  sərfəli  yox,  yuxarılardan  sanksiyalaşmış  yeganə

dolanışıq  yolu,  özünüqoruma  üsulu  olur.  Cəmiyyət-dövlət  deyilən  məkana  canavarlaşmadan  da  betər  durum,  yalnız

insan  bəndələrinə  məxsus  bir  hiyləgərlik,  biclik,  acgözlük,  vicdansızlıq,  hər  cür  xəyanətə  qadirlik  ab-havası hakim

kəsilir.  Böyük  Hegel  “Tarixin  fəlsəfəsi”  əsərində  əbəs  yerə  demirdi:  “Dövlət-mənəviyyatlı  həyatdır”(5,  s.37,47);

“Dövlət  о  vaxt  güclüdür  ki,  vətəndaşların  xüsusi  maraqları onun  ümumi  məqsədilə  birləşir”(5,  s.24);  “Dövlətə  aid



suallar  mədəniləşmiş  idrakın  predmetidir”  (5,  s.42).  “Hüququn  fəlsəfəsi”ndə  isə  o,  yazır:  “Dövlət,  özünü  dərk  edən

azadlığın  ağıllı  həyatıdır”  (6,  s.300).  Bəli,  dövlət  də,  həqiqi  azadlıq  da  özünüdərk,  ağıl,  məsuliyyət  və  vicdan  olan

yerdə qərarlaşır.

Ağrılı  olsa  da  deməliyəm  ki,  ağzı  bağlı  tövlədə  tövşüyən  mal-qaranı  qapıları  taybatay  açmaqla  “azadlığa”

buraxmaq  -  onlara  azadlıq  vermək  deyil!  -  Ümumiyyətlə,  azadlıq  verilmir,  qazanılır.  О  dərəcədə  ki,  insan,  toplum

özünü  dərk  edir,  maddi  istək-tələbatlardan  qaynaqlanan  öküz  tərsliyi  ilə  yox,  təfəkkür-qəlb  açıqlığından,  haqq-ədalət

eşqindən, mənəviyyat tutumundan pərvazlanan cəsarətli və məsuliyyətli iradə ilə yaşayır.  Azadlıq, vəhşi təbiiliyindən

çıxmağı bacaranların taleyi və qismətidir! Qaragüruhçuluq, hikkə, boşboğazlıq, sırtıqlıq, həyasızlıq, lovğalıq, qəddarlıq

və  sair  bu  kimi  əlamətlər  qətiyyən  azadlığın  yol  

[səh.  5-6]

 yoldaşı  ola  bilməz.  Bunlar  azadlığın  qəbirqazanıdır!

Azadlıq fədakarlıq, sərbəst (daxildən gələn) nizam, intellekt tutumlu qrup (icma) ruhu, birgəyaşayış mədəniyyəti, insaf,

qarşılıqlı  xoşniyyət  və  tələbkarlıq  hökm  sürən  yerdə  özünə  yurd-yuva  salır.  Bu  gün,  XXI  əsrdə,  kimlərsə  bir-birini

qırıb-çatırsa,  hansısa  dini  bayraq  altında  insan  qanı  axıdırsa,  öz  doğma  məmləkətində  körpələri,  uşaqlan,  gəncləri,

qadın  və  qocalan  başqa  inanc  sahibləri  olduqlarına  görə  güllələyirsə,  üstəlik  də  bu  qəddarlığı  Allah  yolunda  cihad

adına  yazırsa,  deməli,  Səddamlara,  Qəddafilərə  ehtiyac,  hələ  də,  varmış,  çox  da  ki,  buşlar,  sarkozilər  öz  şəxsi

mənafeləri  naminə  bu  bacarıqlı  diktatorların  qədir-qiymətini  bilmədilər  və  “qlobal  demokrasiya”  yolunda  alçaldıb

öldürdülər. Heç düşünmədilər ki, bəşəriyyət  belə nadir şəxsiyyətləri  asanlıqla əldə etmir, məcburiyyətdən hətta, “ana

an” yetişdirən kimi, “an südü” ilə bəsləməli olur. Mən hələ görkəmli dövlət adamı, dahi İosif Vissarionoviçi demirəm.

О  boyda,  top  dağıtmaz  möhtəşəm  dövlət,  iqtisadiyyat  yaratdı,  xalqlara  pulsuz  təhsil,  mədəniyyət,  elm  verdi,

maddiləşmiş  insan toplusundan ideya-ideala köklənmiş  şəxsiyyətlər yetişdirdi, sosial ədalət  qarşısında məmurları baş

əydirdi,  onlara  xalqın  qulluğunda  dayanmağı öyrətdi,  zəhmətkeşi, əmək  adamını yüksəklərə  qaldırdı, təkcə  Sovetlər

Birliyini yox, bəşəriyyəti nasizmdən-faşizmdən xilas etdi, viranə qalmış ölkəni paslı-çürük kotanla, idarəçiliklə qəbul

edib,  qabaqcıl  elmlə,  raket-atom  silahı  ilə  qoyub  getdi...Kişi  çox  düz  deyirmiş:  “Qorxuram  ki,  məndən  sonra

kapitalistlər  sizi  yesin!”  Yedilər  də!  Adını  da  demokratiya,  müstəqillik,  azadlıq,  insan  haqlan  uğrunda  mübarizə

qoydular. Tarixin ironiyasına bax, vaxtilə Stalinin hesabına dirçəlmiş, ayaq üstə durmuş xalqlar indi, səfıl vəziyyətinə

salındıqdan  sonra, dünya ağalarının ortaya çıxartdığı bir hiyləgərə, fəndgirə baş  əyməli, soyuqdan və acından ölsələr

də,  adam  yerinə  qoyulmasalar  da  “tarixi  Rusiya  torpaqları”  uğrunda  savaşa  girişməlidirlər.  Nə  yazıq  ki,  Rusiyanın“

əzəli-əbədi  torpaqları”nın  qayğısına  qalanlar  Azərbaycanda  da  varmış.  Görün,  Putinin  Azərbaycandakı  sözçüsü  -

“Novoe  vremya”  qəzeti  18  iyun  2014-cü  il  tarixli  sayında,  guya  Azərbaycanın  işğal  olunmuş  torpaqlarının

qayğısına  qalaraq,  nə  yazır:  “Krım  tarixən  Rusiyanın  olub.  Onlar  (yəni,  ABŞ  və  Avropa  -  Ə.A)  Krımda

keçirilmiş  referendumu-xalqın Rusiyanın tərkibinə daxil olması haqqında öz iradəsini bildirməsini - qara qəpik

yerinə qoymurlar”(8, s.l). Soruşan lazımdır: bu məntiqi rəhbər tutursansa, Qarabağ uğrunda niyə yalandan göz

yaşı  tökürsən? Dağlıq Qarabağ  erməniləri bu “xalq iradəsi”ni hələ xeyli əvvəl  ortaya qoymayıblarmı?  Vallah,

bizə  belə  mətbuat,  söz  azadlığı  lazım  deyil!  Məntiqsizlik,  tarixi  saxtakarlıq,  siyasi  biclik  bir  yana,  elementar

vicdanın olmamasına nə deyəsən?!

Bir bu qəzetin ictimai rəyə ötürdüyü viruslar olsaydı, nə dərd! Qərbdən, ABŞ-dan, həm də dövləti içindən yeyən

bəzi nankor, xain, acgöz məmurlardan qəpik-quruş uman siyasi təşkilatların, QHT-lərin, qəzet və saytların məntiq, ağıl,

vicdan  rəzalətini  kimin  adına  yazasan?  Biri  yazır  “Rusiya  tankları  Azərbaycana  daxil  oldu!”,  “Hakimiyyət  Qərblə

Rusiya məngənəsində”, digəri “ciddi” məsləhət verir “Tezliklə, təcili NATO-ya üzv olmaq üçün addımlar atılmalıdır”,

üçüncüsü  daha  möhtəşəm  “həqiqət”  ortaya  qoyur  “Azərbaycan  Avrasiya  İttifaqına  sürüklənir”,  dördüncüsü  “SOS

siqnalı” verir “Azərbaycan təcili seçim etməli - ya Qərbi, ya da Rusiyanı seçməli”...And olsun Allaha, bu “siyasətçilər”

üçün, rəhmətlik Əlağa Ağayev demişkən, ağıl, üstəlik də, məsuliyyət və mərifət duası yazmaq lazımdır. Hamısına yox,

yalnız məqsədli xainliyə, satqınlığa  getməyənlərə,  sadəcə,  savadsızlıqdan, təfəkkürü  gücsüzlükdən  səhvlərə  yol  verib

əziyyət  çəkənlərə.  Yaxşı  olar  ki,  onlara  bir  balaca  da  formal  və  qeyri-formal  məntiqdən,  mürəkkəb  proseslər

nəzəriyyəsindən,  geopolitikanın  əsaslarından  və  sair  sahələrdən  dərslər  keçilsin.  Necə  olmasa,  

[səh.  6-7]  

öz

balalarımızdı!  Vətən,  millət,  demokratiya,  azadlıq,  insan  haqlan  deyə-deyə  məmləkəti  içindən  ovanları,  “Qarabağ



kartı”ndan,  “xalq  diplomatiyası”ndan,  fəal  gənclərin  zindanlarda  şikəst  olmasından  qrant  yeyənləri  isə,  onlara  gizli

dəstək  verən  məmurlarla  birgə,  sadəcə,  “zabora”  almaq  məsləhətdir  -  həkimlərin  fikrincə,  quduzluq  simptomları üzə

çıxandan sonra, müalicənin faydası yoxdur.

Dövlətin,  iqtisadi  sistem  və  idarəetmə  fəlsəfəsinin,  bu  və  ya  digər  bəşəri  dəyərlərə  həssaslıq,  bütün  hallarda,

mədəniyyətlə,  xalqların  ruhu  ilə  bağlıdır  və  bu  həqiqət  dəfələrlə  mütəfəkkirlər  tərəfındən  vurğulanıb.  Elə  həmin

Hegelin “hər bir xalq özünə layiq hakimiyyətə malikdir” kəlamı çoxlarına məlumdur. Müasir sosiologiya və fəlsəfənin

ən  maraqlı simalarından  biri,  yapon  mənşəli  Amerika  alimi  Frensis  Fukuyama  isə,  məsələn,  yazır:  “Hər  bir  ölkənin

iqtisadi  quruluşu  onun  mədəniyyəti  haqda  maraqlı  çox  şey  söyləyə  bilər”  (9,  s.90).  Düzdür,  müasir  qloballaşma




ayn-ayn  mədəniyyətlərə  öz  təsirini  göstərir  -  bir  tərəfdən,  qarşılıqlı  surətdə  bəhrələndirir  və  universallaşdırır,  digər

tərəfdən,  səciyyəvi  elementlərdən  təmizləyir,  yəni  simasızlaşdırır.  Bununla  belə,  mədəni  qloballaşmanın  inadkar  və

ziddiyyətli  gedişinə,  müsbət  və  mənfi  nəticələrinə  baxmayaraq,  mədəniyyətlərə  xas  olan  “maya”  özünü  saxlamaq

cəhdindədir. Dünya xalqlarının mədəniyyətlərinə məxsus olan indiki üsyançılıq da daha çox bununla - özünü qorumaq

instinkti  ilə  bağlıdır.  Bu  taleyüklü  məsələ  ayrıca  söhbətin  mövzusudur,  burada  mənim  vürğulamaq  istədiyim  başqa

şeydir:  hər  bir  ölkənin  yeniliyə  doğru  transformasiyası,  dövlətçilik,  iqtisadiyyat,  sosial  həyat,  hüquqi  nizamlanma

baxımından  rekonstruksiyası,  bir  qayda  olaraq,  mədəniyyətlə  səciyyələnir  və  bu  danılmaz  həqiqət  mütləq  nəzərə

alınmalıdır. Əks halda, uğursuzluqlar, hətta faciələrə səbəb ola bıləcək qəbahətlər, əyriliklər qaçılmazdır.

Fikir verin, 41 müsəlman ölkəsindən elə biri yoxdur ki, iqtisadi inkişaf, hüquqi və sosial təminat, demokratiya və

insan  haqlarının  qorunması,  siyasi  hakimiyyətin  təmizliyi,  etibarlığı  və  məsuliyyəti  cəhətdən  müsbət  nümunə  kimi

göstərəsən. Az-çox Türkiyənin adını çəkmək olar, о da ki, həmin məsələlərdə kifayət qədər problemlər içindədir. Elə

2013-cü ilin dekabr ayında baş vermış hay-küylü qalmaqal bir daha sübut etdi ki, Türkiyənin siyasi hakimiyyəti etibarlı

surətdə korrupsiyadan sığortalanmayıb, bir dövlət olaraq onun cinayətə bərabər, milləti zəlil edən bu “ağac qurdu”ndan

immuniteti yoxdur.

Bu  gün  totalitarizm,  avtoritarizm,  imperializm  kimi  məfhumlardan  yox,  daha  çox  oliqarxiya  sözündən  istifadə

edirlər.  “Oliqarxik  kapitalizm”  ifadəsi  də  geniş  surətdə  işlədilir,  sanki  bununla  yırtıcılıqda  bütün  sərhədləri  keçmiş

maliyyə-sələmçi  kapitalizmə  “insan  sifəti”  vermək  istəyirlər.  Bir  çox  ölkələrin  idarəetmə  sistemlərində  qərarlaşmış

yüksək  çinli  məmurlar  öz  ünvanlarına  işlədilən  “nazir-oliqarx”  kimi  ifadələri  hətta  böyük  məmnunluqla,  fəxrlə

qarşılayırlar.  Bəlkə  də,  onların  əksəriyyəti  düşünür  ki,  nazir  və  yaxud  komitə  sədri  olaraq,  “oliqarx”  titulunu

daşımamaq təhqir və qəbahətdir: cəmiyyətdə və dünyada sanbalın, çəkin varsa, deməli, oliqarxsan!

Oliqarxiyanı,  ən  pis  idarəetmə  forması  kimi,  vaxtilə  böyük  mütəfəkkir  Aristotel  “Politika”  (4,  s.375-645)

əsərində  əsaslı tənqid  atəşinə  tutub.  Sonrakı dövrlərdə  də  bu  mövzu  bir  sıra  görkəmli  tədqiqatçılar  tərəfmdən  diqqət

mərkəzinə alınıb. Məsələn, Maks Veber oliqarxiyanı “kapitalizmin ruhu”nu söndürən, fərdi azadlıqlarin, mənəviyyatın

qəsdində duran məşum amillərdən sayırdı.  Çıxış yolunu o, Karl Marksdan fərqli olaraq, xüsusi mülkiyyətin ləğvində

yox, əksinə, mülkiyyətə sahibliyin hüquqi, idarəetmə, siyasi, iqtisadi, etik baxımdan daha etibarlı təminatında görürdü.

Elə  bu  səbəbdən  də  hakimiyyətdən  sui-istifadələrə  qadağa  qoyan  hüquqi  dövlət  konsepsiyasına  böyük  ümidlər

bəsləyirdi.  Onu  da  deyim  ki,  Veberin  “Protestant  etikası  və  kapitalizmin  ruhu”,  

[səh.  7-8]

 “Protestant  sektaları və

kapitalizmin  ruhu”  adlı  əsərləri,  bütün  başqa  dəyərlər  tutumundan  savayı,  məhz  xüsusi  mülkiyyətin,  rasional

fərdiyyətçiliyin, şəxsi azadlıların ədalətli-düzgün təşkilinə və qorunmasına həsr edilmiş kitablardır. M. Veberin indinin

özündə  də  çoxları  tərəfındən  dərk  olunmayan  və  dəyərləndirilməуən  misilsiz  rolu  ondan  ibarət  olmuşdur  ki,  həm

kapitalizm quruluşunun özünü təşkilinə və perspektiv inkişafına, həm də bu quruluşun insan və insanlıq, haqq-ədalət və

lütfkarlıq  naminə  cilovlanmasını təmin  etməli  olan  hüquqi  dövlət  konsepsiyasına  etibar  və  əminlik  gətirən,  ağıllı və

məsuliyyətli fərdiyyətçiliyə şərait yaradan, zəruri aksioloji, coğrafı və milli tələblərə cavab verən fundamental nəzəri

sistem  ortaya  qoymuşdur.  Bu  gün  biz  Avropa  ölkələrinin  qabaqçıl,  nümunəvi  olmasından,  orada  kapitalizmin  daha

məhsuldar,  sivil  və  demokratiya  ilə  bir  yerdə,  paralel  və  uzlaşmış  halda  inkişafından  danışıqsa,  ilk  növbədə,  Maks

Veberin  xidmətlərini  etiraf  etməliyik.  Analoji  olaraq,  Yaponiyada  milli  dəyər  və  ənənələrə  söykənən  sivil  və

məhsuldar kapitalizmin qərarlaşmasında böyük  mütəfəkkir,  konfutsian  kapitalizmin  nəzəriyyə  və  praktikasının banisi

Sibusava  Eydzini  (1840-1932)  xatirlamalı  və  minnətdar  olmalıyıq.  O,  Yaponiyanın  modemləşməsinə  və  müasir

menecmentin  təşkilinə  həsr  olunmuş  öz  nəzəriyyəsini  məhz  ənənəvi  Çin  mədəniyyətinin  nüvəsini  təşkil  edən  “Lun

yuy”un (Konfutsinin mülahizə və söhbətlərinin) reinterpetasiyası əsasında yaratmışdır. Qədim mətn yeniliyə can atan,

öz yolunu axtaran feodal Yaponiyasının modemləsən prosesinə cəlb edilmişdi. Bu mətn, həm də Meydzi islahatlarının

akkumulyatoru  olmuşdur  ki,  burada  da  Sibusava  Eydzinin  təşəbbüsü,  böyük  təbliğatçılıq  işi  əhəmiyyətli  rol

oynamışdır.  O,  əxlaqlı  kapitalizmin  təməlini  qoymuş  və  hesab  edirdi  ki,  bicliyə  əsaslanan,  əxlaqsız

kommersiya-diletantizm,  fəndgirlik,  sofistikadır;  belə  kommersiyanın  həqiqi  işgüzarlıq  istedadı  ilə  heç  bir  əlaqəsi

yoxdur; əxlaqi prinsiplərin, mənəvi meyarların gözlənilməsi məqbul təsərrüfatçılığın, yaxşı idarəçiliyin başlıca şərtidir

(3, s. 169-170).

M.  Veber,  S.  Eydzi,  eləcə  də  Den  Syaopin  nümunəsi,  hər  şeydən  əlavə,  ənənəyə  ağıllı,  həssas  və  tədbirli

münasibətin  reallaşdırılması,  ondan  indiki  həyat  və  gələcək  naminə  bacarıqlı istifadə  təcrübəsidir.  Bəşəri  miqyasda

təsdiqini  tapmış  həqiqət  bundan  ibarətdir:  müasir  olmaq  və  tərəqqiyə  qovuşmaq  istəyirsənsə,  ən  birincisi,  öz

mədəni-tarixi ənənə məsuliyyətli, yaradıcı yanaşmalısan, bu ənənəni tənqidi-sinergetik təfəkkür süzgəcindən keçirərək

işlək  vəziyyətə  gətirməlisən!  Bu,  böyük  yaradıcılıq  tələb  edir,  xüsusən  də  söhbət  sosial-iqtisadi,  siyasi-ideoloji,

mənəvi-psixoloji rekonstruksiyadan gedirsə! Əks halda ənənə hamıdan çox “milli olmaq” dəbində bulunan vicdansız

fırıldaqçıların, fəndgirlərin şəxsi istismar predmetinə, dilsiz-ağızsız qaravaşına çevrilir. Acınacaqlı belə vəziyyət uzun



müddət davam edirsə, “bütöv”ün maraqlan nəzərə alınmadan, “təkcə” və “xüsusi” xatirinə amansız sui-istifadə həyata

keçirilirsə,  bu  qaravaş, ümumən,  özünəməxsus  məzmun-mahiyyətini  itirir.  Başqa  sözlə,  adət-ənənə,  milli-mədəni  irs

daxili yaradıcılıq  qabiliyyətindən, həyatverici dinamikadan məhrum olur, bu günün və gələcəyin təşkilində rolunu və

yerini itirir, hətta keçmişi dəyərləndirmək baxımından əhəmiyyətsizləşir. Nəticə olaraq, ənənə müasirliklə əl-ələ gedə

bilmir,  qarşılıqlı  fayda  verən  sinergizm  alınmır,  mədəniyyət-mənəviyyat  zamanın,  tarixi  gedişatın  tələblərinə  uyğun

adaptasiya qabiliyyətini itirir. Bu halda  “milli”  sayılan dəyərlər  bəşəri  sərvətlərlə  (hüquqi  dövlət,  insan  haqları, azad

rəqabət,  pozitiv  liberal  dəyərlər  və  s.)  uyuşmur,  onlar  get-gedə  daha  çox  bir-birini  rədd  edirlər.  Beləliklə  də,  həqiqi

mənəviyyat, milli ruh və ənənə gücdən-taqətdən düşdüyü yerdə və zamanda, “qlobal demokratiya ideologiyası” ictimai

toplumu  tarixin  çıxılmaz  dalanlarına  salır,  “başını  ıtirmiş”  dünyada  itirib-batırır.  Bu  kontekstdə  düşünərkən,  gözəl

insan,  mərhum-yazıçı-publisist  Rafıq  Tağının  vaxtilə,  

[səh.  8-9]

 15  iyul  2001-ci  ildə,  “Millətin  səsi”  qəzetində

söylədiklərini  daha  adekvat  anlamaq  olur.  О  yazırdı:  “Azərbaycanın  keçmişi  bu  gün  işləmir  və  yaxud  keçmiş  ölü

sitatlar şəklində indiyə köçürülür, Nizami və Füzuli - ən yaxşı halda heykəllərdir. Heykəllər isə yeriyə bilmirlər. Şərqin

mədəniyyətində,  fəlsəfəsində,  elmində  hər  şey  təqribi  və  qeyri-dəqiqdir.  Bu  gün  Şərq  dünya  üçün  yalnız  tarixi

əhəmiyyət kəsb edir” (2, s. 10). Qeyd edim ki, burada söhbət bizim Şərqdən, yəni, müsəlman aləmindən gedir.

Müasirlikdə ənənə, milli mədəniyyət özünə etibarlı yer tapmırsa, zəmanə ilə üzvi əlaqəyə girə bilmirsə, hansısa

möhtəşəm  ictimai  rekonstruksiyadan,  mütərəqqi  struktur-funksional  dəyişikliklərdən  danışmaq  əbəsdir:  ya  kimlərisə

biabırçı formada  yamsılamaq,  ya  da  tədricən  süquta  uğramaq  olar.  Düzdür,  Şimali  Koreya  da  bir  əcaib  yoldur  –  nə

qədər  də  olmasa,  xoşbəxtlik  günəşinin  haradan  nur  əmdiyini  hamılıqla  bilirlər  və  qəbul  edirlər,

amerika-ingiltərə-fransasayağı demokratiyanı heç arzulamırlar da. Üstəlik də, qonşu-qardaş ölkədə, Cənubi Koreyada,

hansısa bədbəxt hadisəyə görə baş nazirin öz xoşu ilə istefa verməsini dəlilik əlaməti sayırlar. Keçmiş tələbə dostum,

görün, mənə uzaq Kimlər ölkəsindən nə yazır:

“Hər halda bu premyer də koreyalıdır və deməli, möhkəm olmalıdır, ikiyüz-üçyüz adamın ölümünə görə

sentimentallıq etməməlidir, çox da ki, uzaq Almaniyada polisin iki günahsız adamı döydüyünə görə nazir istefa

vermişdir, bizə  və  bizimkilərə,  yəni,  koreyalılara belə  mərifət,  belə  incəlik,  bu  dərəcədə  ictimai  rəyə  həssaslıq

lazım deyil! Ərdoğandan nümunə götürsəydi, daha yaxşı olardı. Nə olsun ki, Avropada bir abzas plagiary görə

nazirlər  istefa  verir,  bizdə,  ümumiyyətlə,  öz  söz-flkrini  dəbərdən  adam  tapmazsan,  hamı  dadə  Kim  İr  Senin

dediyini  deyir,  başqa  nə  deyib-yazmalısan,  uzaqbaşı  genetik  xələflərindən  -  oğlundan  və  yaxud  nəvəsindən

iqtibas  gətirə  bilərsən.  Belə  baxanda  iş imiz  rahatdır,  demək  olar  ki,  cənnətdə  yaşayırıq,  əziyyət  çəkib

düşünməyə, şəxsi fikir söyləməyə ehtiyac qalmır. İndi kimlərsə söyləsin ki, biz kütləvi plagiatla məşğuluq?! Odu ey,

döşünə  döyən  qonşu  Yaponiyada  baş  nazir  vardı,  bizi  lağa  qoyurdu,  total  manqurtlaşmada  suçlayırdı,  guya  ki,  biz

simasızlaşmış məxluqlarıq, sonralar onun axın nə oldu? - tutub damladılar, sən demə kişi korrupsiyaya yol veribmiş.

Bəs bilmirdi ki, hər yerindən qalxan cırt-qozluq eləsə, “mən də varam” desə, başbilənləri  yaxşı aqibət  gözləmir? Hə,

biz əsl cənnətdəyik, - həm də ona görə ki, bəzi məmləkətlərdə olduğu kimi, camaatın başını yalançı “insan haqlar ilə,

“söz azadlığı” kimi cəfəngiyatlarla qatmırıq, ABŞ-ın Dövlət departamentinə, nə bilim, AŞPA-ya, hansısa “beynəlxalq”

deyilən təşkilata da məlumat, izahat-hesabat verməyə borcumuz yoxdur. Onlar, dahi rəhbərimiz Kim Çen In demişkən,

adam olsaydılar aranı qarışdırıb о boyda Ukraynanı “hiylə dağarcığı” Putinin caynağına verməzdilər. Ancaq deyəsən,

bu  anadangəlmə  fəndgir  elə  Rusiyanın  özünü  də  bitirəcək,  ölkənin  Rasputindən  başlamış  ölümünü  tamamlayacaq.

Yaxşı ki, Rasputin - Putin intervalında, dopinq nəzəriyyə olsa da, marksizm özünü yetirdi, kara gəldi, üstəlik də Lenin,

Stalin kimi dahilər ortaya çıxdı, ölən ölkəni yığıb-yığışdırdılar, ayaq üstə qoydular. İndi bu Putindən soruşan yoxdur -

özün  nəsən,  ideologiyan  nədir?!  Quduzlaşmış  oliqarxların  əlində  qalan,  özü  başda  olmaqla,  korrupsiya,  talançılıq,

mənimsəmələr içində batan iqtisadiyyatın da ki, pərçimləndiyin maliyyə-sələmçi kapitalizmin ən zəif həlqəsi, onsuz da

mitili atılıb, - elə rus toplumunun özü kimi! Hətta “cəmiyyət”də demək olmur. Bu toplumun  da  ki,  guya,  özəyi-özəli

olası  etnos,  xəyalında  tutduğun  gələcək  imperiyanın  aparıcı  demoqrafik,  etno-milli  layı  nə  gündədir?  Axı,

əvvəldən-ıbtidaidən içkiyə meylli olan bu bədbəxtləri həmin maliyyə-sələmçi kapitalizmin öndərləri məqsədli surətdə

“araq  dəlisi”,  narkoman,  pozğun  edib.  Stalindən  sonra,  Xruşşovdan  

[səh.  9-10]

 üzü  bəri,  xüsusən  də  brejnevizm

durğunluğunda  ruslar  məqsədli  destruksiyaya  məruz  qoyulub,  bir  tarixi  birlik  kimi  içindən  çürüməyə  başlayıb  -  о

dərəcədə  ki,  hətta  Baş  katibin  doğmaca  qızı  əməlli-başlı  “alkaşka”  kimi  ömrünü  başa  vurub.  Bunlar  bir  yana,  son

onilliklərdə  “rus”  dediyin  kəslər  nə  günə  düşüb  və  düşməkdədir.  Sən  Jirinovski  kimi  həşəratları  baş-başa  yığıb  bu

yazıqlardan,  tamamilə  çıxdaş  olmuş,  mənəviyyatını  itirmişlərdən  imperiya  düzəltmək  istəyirsən?  A.S.  Puşkinin

təbirincə  desək,  ay  polukommunist,  polukapitalist,  poludemokrat,  kormpsionerlərlə,  yırtıcılarla  belə  mübarizə

apararlar? Bədbəxt rusu aldatdın, bəs bütün dünyanı necə, aldada bilməzsən ki! Mübarizə aparan nəvə Kim kimi olar -

heç  doğma  əmisindən  də  yan  keçmədi,  diri-diri  pulemyotun  qabağına  verdi,  yandırıb-parçaladı.  Sən,  guya,  belə

humanistsən?  Azcana,  polukommunist  olsan  da,  Lenini  oxusaydın,  bilərdin:  xalqın  malına  əl  uzadanın  əli  yox,  başı



kəsilməlidir.  О  ki  deyirdi:  məhkəmələr,  “spekulyant”lan  yerindəcə  güllələmək  əvəzinə,  iki-üç  il  azadlıqdan  məhrum

etməklə  kifayətlənirlər.  Deməli,  niyyətin  hiylə,  şəxsi  maraq  üzərində  qurulub.  Ölkədə  cinayətkar  məmurlar

cəzalanmasa, aydındır ki, son nəticədə xalq güllələnir - özü də bir-birinin əli ilə! Bir bax, gör İraq-Şam İslam Dövləti

hansı  qəddarlıqlar  edir!  Sən  ağıllı,  vicdanlı  başçı,  həqiqi  dövlət  adamı  olsaydın  о  boyda  nəhəng  resurslara  malik

ölkədən cəzbedici, xoşbəxt Rusiya yaradardın, qonşulara da baş ağrısı olmazdın”.

Putin  Rusiyasında  “ümumi  ruh”  deyilən  nəsə  qalmayıb.  Elə  digər  postsovet  (xüsusən,  müsəlman)  ölkələrinin

əksəriyyəti  bu  gündədir.  Cəmiyyətdə  ümumi  ruh  yoxdursa,  deməli,  ailə,  məktəb,  ordu  ruhu  da,  birgə  fəaliyyət  və

birgəyaşayış mədəniyyəti də diskretləşir və zəifləyir. Hətta qohumluq, dostluq, qonşuluq, məhəlləlik, ellilik ruhu puça

çıxır,  adam  adamdan  yad  düşür,  faciəvi  özgələşmə  baş  verir.  Belə  yerdə,  ruhun  “tam”,  “xüsusi”  və  “təkcə”

təqdimatında  (ifadəsində)  “ocaq”  sönürsə,  yeniyetmə,  gənc  adam  neynəməlidir?  -  Bu  yalançı dünyadan  bezib  özünə

qapılmalı və  intihara  sürüklənməli,  ya  da  dəstəksiz  qalmış gənclik  passionarlığını, fəallığını Suriya,  Əfqanıstan,  İraq

cəngəlliklərində  ödəməlidir.  Onu  da  nəzərə  alaq  ki,  gəncin  yalnız  ruhi  nəfəsliyi  kəsilmir,  onun  fizioloji  mövcudluğu

oliqarxlar,  müftəxorlar,  kinli-hikkəli,  eqoist-sürüşkən  siyasət  aktyorları,  qısır  “lider”lər  əlində  girinc  qalıb.  Gənc,

“imtiyazlı eşalon”a  aid  deyilsə,  nə  ev  ala  bilir,  nə  təminedici  iş  tapa  bilir,  əgər  iş  tapırsa  belə;  evlər  də  ki,  insafsız

monopolistlərin  bazarında  od  tutub  yanır.  Ona  uzaqdan-yaxından  gen-bol  sərvətə  sahib  olmuşların  göydələnlərinə,

otellərinə,  şadlıq  evlərinə,  imarətlərinə,  bahalı  maşınlarına  baxmaq  və  onların  yalançı  vətənpərvərliyə,  dözülməz

bayağılığa,  alverçiliyə  köklənmiş  özəl  teleradio  kanallarmı seyr  etmək,  dinləmək  və  “müstəqil”  qəzetlərini  oxumaq

qalır.  Yazıq müsəlman  gənci,  gör  sən  nə  gündəsən!  Hələ  bir  addımbaşı  səni  terrorda  da  suçlayırlar.  Bu  azmış  kimi,

gündə bir təriqətə, bir məzhəbə səcdə də qıldırırlar.

Vaxtilə,  tələbəlik  illərində,  Maks  Gendeli  gizlin  oxuyarkən,  “insana  verilən  dinin  onun  cahilliyinə  müvafiq

olması  zərurətdir”  (7,  s.290)  fıkrini  elə  də  anlamırdım,  indi-indi  mənimsəyirəm.  Həqiqətən,  cahil,  qaba,  insani

keyfiyyətlərdən  məhrum,  “uf  ’  demədən  günahsız  adamın  başını  kəsən,  yazığı  gəlmədən  kimsəsizi  özünə  qul  edən

kəslərin  və  yaxud  gözü  açılmamış  (təzəcə  doğulmuş  pişik  balası  kimi)  gəncə  7,  8,  9  il  iş  (dustaq  həyatı)  oxuyan,

vaqonlarla  talayanlan  qoyub,  bədbəxt  jurnalisti  “rüşvət  alıb”  deyə  damlayan  hüquq-mühafizə  başbilənlərinin,  bu

oliqarxiya, haram kapital müdafiəçilərinin başı üstə elə güclü Allah olmalıdır ki, qorxsunlar, tir-tir əssinlər. Belə kəslər

sevgi-məhəbbətlə, iffət-izzətlə dolu Allahdan çəkinən deyillər ki! Bu keyfiyyətlər onlar üçün zəiflik əlamətidir. Cahil

adam, patoloji  cinayətkar  yalnız güclüyə  və  bu  gücü  işlədə  bilənə  tabe  olur.  Özü  də  göydə  olana  yox,  yerdə  taxt-tac

qurana.  Bu  mənada,  koreyalı  dostum-  

[səh.  10-11]  

la  məcburam  razılaşam:  “Bizim  vəziyyət  siz  müsəlmanlarla

müqayisədə  qat-qat  yaxşıdır.  Yerdə  gəzənimiz  də,  göydə  uçanımız  da  bir  ali  bəndəyə  səcdə  edir,  onu  sevir,  ondan

qorxur və onun göstərişlərinə sözsüz, durmadan əməl edir. Adını kvazimarksizm qoysanız da, sarsılmaz ideologiyamız

da var - çuçxeizm. Bəlkə, deyirəm, müsəlmanlar da bundan yapışsın, onsuz da Avropanın о incə-mincə nəzəriyyələri,

idarəetmə  fəlsəfələri  sizlik  deyil.  Bir  də  ki,  müsəlmana  idarəetmə  nəzəriyyəsi,  ideologiya-  zad  işləyib-hazırlamaq

düşərli  olmur,  özündən  “üçüncü  yol”  ixtira  edən  M.  Qəddafini,  görmədin,  nə  günə  qoydular?  “Yaşıl  kitab”ını

birdəfəlik  örtdülər!  Vaxtında  müsəlman  liderləri  anlasaydılar  ki,  öndə  özləri  yox,  ideya,  nəzəriyyə  və  mütəfəkkir

dayanmalıdır, bəlkə də, belə olmazdı.  Bu işdə, yəni ideya-nəzəri sistemlər qurmaqda, azı, 400-500 il geridə qalmısız,

indi kim sizə izn verər ki, güclülərin, imtiyaz sahiblərinin sərəncamında olan bostana girəsiniz!”

Vurğulamaq  istəyirəm:  dünya  yenidən  formatlaşma  prosesini  yaşayır,  böyük  enerji,  resurs  aparan  bu  proses

artıq Ərəb ölkələrini, Ukraynanı, Putin Rusiyasını öz qurbanına çevirmiş və çevirməkdədir. Belə olduqda, hikkəsindən,

Merkel demişkən, “ağlını itirmiş” Rusiya ilə necə davranmalı?- Ağıllı və məsuliyyətli postsovet siyasətçilərindən olan

Nazarbayev və Lukaşenko Putinlə birgə 29 may 2014- cü il tarixində Avrasiya Iqtisadi İttifaqını təsis etdilər. Ona görə

yox  ki,  Putin  Rusiyasının  gələcəyi  barədə  nikbin  fıkirdədirlər,  xeyr,  çox  ehtimal  ki,  bu  səbəblərdən:  birincisi,

davranışında artıq “qırmızı xətti” keçmiş və günbəgün itkiləri, yaraları artan, buna görə də daha da azğınlaşan, cırmaq

atan  “böyük  qonşu”dan  özünü  qorumaq,  mənasız  qurbanlar,  itkilər  verməmək,  eyni  zamanda,  elə  indinin  özündə  də

müəyyən iqtisadi fayda əldə etmək; ikincisi, çox da uzaq olmayan perspektivdə harınlaşmış məmurlar, dəlilər-təlxəklər

əlində  məhv  olan  ölkənin  sərvətlərindən  bəhrələnmək,  rusun  itirdiyinə,  о cümlədən,  mümkün olarsa,  bəzi  ərazilərinə

sahib çıxmaq. Ölkələrinin sosial və tarixi zaman baxımindan səciyyəvi xüsusiyyətini nəzərə alsaq, onların bu addımım

düzgün  milli  siyasətin  üzvi  təzahürü  kimi  anlamaq  və  dəyərləndirmək  olar.  Fikrimcə,  Belarus  (xüsusən!)  və

Qazaxıstan, bu gedişlə, nəticədə öz gözləntilərinə yiyələnəcəklər.

Müasir  geosiyasi  davranışın  tələbləri  baxımından,  əlbəttə,  məntiqli  olar  ki,  Azərbaycan  bu  İqtisadi  İttifaqa

münasibətini  özü  üçün  aydınlaşdırsın,  qoşulub-qoşulmamaq  barədə  düşünsün,  qoşularsa,  konkret  nə  zaman  və  milli

maraqlara cavab verən hansı şərtlər daxilində (ilk növbədə, Qarabağ probleminin həllini nəzərə almaqla!) zəruri addım

atmaq  fıkrindədir.  Prezident  İlham  Əliyevin  Azərbaycan  dövlətinin  dünya  birliyində  layiqli  və  özünəməxsus  yer

tutması  üçün  göstərdiyi  siyasi  iradəsini,  israrlı  və  qətiyyətli  cəhdlərini,  təşəbbüslərini  ardı-  cıl  və  məmnunluqla



izləyərək  düşünürəm  ki,  respublikamız  bu  məsələdə  optimal  çıxış  yolunu  müəyyənləşdirərək  öz  milli  maraqlarını

həyata keçirə biləcək. Dağılan qayadan nəsə qopartmaq onun daşqalağı altında əzilməkdən daha yaxşıdır.

Ən  vacibi  odur  ki,  cənab  İlham  Əliyevin  siyasəti  daxildən  güclü  dəstək  qazansın,  xarici  və  daxili  siyasət

bir-birini tamamlasın, ölkə zəmanənin tələblərinə cavab verən idarəetmə fəlsəfəsi ilə yaşasın. Məmurlar və siyasətçilər

“maddiləşmə  vektoru”nu  kənara  atıb, milli  mənafeni  rəhbər  tutsunlar,  öz  xırda  istək-arzuları naminə  ölkə  başçısı ilə

xalq arasında uçurum yaratmasınlar, dövləti cəmiyyətlə üz-üzə qoymasınlar. Bu gün, belə məsuliyyətli dövrdə, ölkə bir

vahid  qüvvə  kimi  hərəkət  etməlidir.  Ayn-ayn  siyasi  seqmentlər  üzrə  “vahid  namizəd”,  “lider”  sevdası yalnız  ziyan

gətirə bilər. Real liderə arxa olmaq, hərtərəfli kömək etmək lazımdır. Bunu zamanla şərtlənən milli maraqlarımız tələb

edir!

Layiqli  gələcək  istəyiriksə,  cəmiyyət  daxili  mənafe  və  baxışların  uzlaşdırılmasını bacar-  



[səh.  11-12]  

malıyıq,


bir-birindən  fərqli  qrupların  mövcudluğunu  qəbul  edərək,  mübahisəli  məsələlərin  hüquqi  vasitələrlə  ədalətli  həllini

təmin etməyə çalışmalıyıq. Cəmiyyətdə milli-demokratik konsensus yalnız rasional müzakirələrin, məhsuldar dialoqun,

bir-birinə  səmimi  münasibətin,  “eqoistik  məkan”ların  çərçivələnməsi  nəticəsində,  qarşılıqlı  fayda  verən  sinergizm

ab-havasında formalaşa  bilər. Bütün demokratik sistemlərdə olduğu kimi, idarə edənlərin sağlam ictimai rəyə, xalqın

səsinə ciddi əhəmiyyət verməsinin vacibliyi fundamental prinsip kimi qəbul olunmalıdır.

İstifadə olunmuş  mənbələr:

1.

Adıgözəlov  Kamal.  Azərbaycan-Aİ:  strateji  əməkdaşlığın  yeni  modelinə  doğru  //  “Yeni  Azərbaycan”  qəzeti.  04



iyun 2014-cü il

2.

“Millətin səsi” qəzeti. 15-21 iyul 2001-ci il.



3.

Аббасов А.Ф. Демократия: наличная и должная. Баку: «Адилоглы», 2007

4.

Аристотель. Сочинения в 4-х томах. Т.4. М.: «Мысль», 1984



5.

Гегель Г.В.Ф. Философия истории. M.-JL, 1935

6.

Гегель Г.В.Ф. Философия права. М.: Мысль, 1990



7.

Гендель М. Космогоническая концепция. СПб: АО «Комплект», 1994

8.

«Новое время» qəzeti. 18 iyun 2014-cü il



9.

Фукуяма Ф. Доверие: социальные добродетели и путь к процветанию. М.: «Ермак», 2004



Аббасов Абульгасан Фархад оглу 

НОВОЕ ФОРМАТИРОВАНИЕ МИРА И ДУХОВНОСТЬ

Резюме

Современный мир переживает глубокий кризис, ядром которого является общий кризис глобального капитализма и

ведущей  его  идеологической  основы  -  олигархического  либерализма.  Выход  из  кризиса  заключается  в  новом

форматировании мира, которое, в сущности, уже происходит. В этой ситуации национальные государства, в  том  числе  и

Азербайджанская Республика, вынуждены реагировать на вызовы времени, делать свой выбор, уточнять и корректировать

политический курс, заново пересматривать многие аспекты своей жизнедеятельности. Исходя из этих соображений, автор

представляет научно-политической общественности свое видение по ряду актуальных проблем.

Abbasov Abulhasan Farhad

REFORMING THE WORLD AND THE MORAL 

Summary

The modem world endures deep crisis the kernel of which is the general crisis of global capitalism and its ideological basis -

the  oligarchic  liberalism.  Recovery  from  the  crisis  is  in  re-formatting  the  world  which,  is  already  in  effect.  In  this  situation,  the

national states, including the Republic of Azerbaijan, are compelled to react to time challenges, make the choice, specify and correct

the political course, reconsider many aspects of the activity anew. Proceeding from these reasons, the author presents his vision on a

number of actual problems.

Təqdim edən: h. ü. e. d., prof. H.S. Qurbanov 

Daxil olma tarixi: 25.06.2014 

Təkrar işlənmə tarixi: göndərilməyib 

Çapa imzalanma tarixi: 16.07.2014 



[səh. 12]

Yüklə 114,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə