Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans



Yüklə 257,27 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix15.03.2018
ölçüsü257,27 Kb.
#31557
  1   2   3   4   5   6


Dünyanın  tanınmış  ekspertləri 

ATU-nun qonağı olub

Tibb 

Universitetində 

elmi-praktik 

konfrans

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 19 (1615) 16 noyabr 2015 - ci il                           Qiyməti 40 qəpik

“REANİMASİYA 

VƏ İNTENSİV 

TERAPİYA: 

GÜVƏNƏ 

BİLƏRİKMİ?”

BU  SAYIMIZDA 

3

7

5

Bakıda gənc həkim və tələbələrin 

II  Beynəlxalq konqresi keçirilib

2

Tədris Cərrahiyyə Klinikada koxlear 

implantasiya əməliyyatı aparılıb

Tibb Universitetinin Kardioloji 

Akademiyasının toplantısı

3

Amerikalı professor 

akademik Əhliman 

Əmiraslanovla 

görüşüb

 

“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və 



şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 

2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan 

Respublika-

sı  Konstitusiyasının  109-cu 

maddəsinin  32-ci  bəndini 

rəhbər 


tutaraq, 

təhsilin 

keyfiyyətini  yüksəltmək  üçün 

təhsilalanlar arasında rəqabət 

mühiti  yaratmaq,  onların 

tədris  prosesində  fəallığını 

artırmaq  və  təhsilə  marağını 

stimullaşdırmaq  məqsədi  ilə 



qərara alıram:

1. “Doktorantlara, ali təhsil, 

orta  ixtisas  və  ilk  peşə-

ixtisas təhsili müəssisələrinin 

tələbələrinə  və  şagirdlərinə 

verilən təqaüdlərin artırılması 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 

nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, 

№ 8, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat



magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat



bakalavriat səviyyəsi üzrə

:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.

1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində 

əyani  təhsil  alan  tələbələrə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  təqaüdlər  dövlət 

sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, 

ümumi  orta  müvəffəqiyyət  göstəricisi  nəzərə  alınmaqla,  fənlər  üzrə  akademik 

nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş 

məbləğlərdə ödənilsin.”.

1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2.  Müəyyən  edilsin  ki,  təqaüdlərin  ödənilməsi,  ali  təhsil  və  orta  ixtisas  təhsili 

müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı 

saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata ke-

çirilir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin 

tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay 

müddətində hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 10 noyabr 2015-ci il.

3

7


http://www.amu.edu.az

16 noyabr 2015-ci il

2

Konqres  iştirakçıları    əvvəlcə  



ulu  öndər  Heydər  Əliyevin 

Azərbaycan  Tibb  Universiteti-

nin  foyesindəki  büstünün  önünə 

əklil  qoymuş  və  gül  dəstələri 

düzmüşlər. Bundan sonra  tədbir­

də  Azərbaycan  Respublikasının 

dövlət himni səsləndirilib. 

Konqresin  açılış  mərasimində  

çıxış  edən  akademik    Əhliman  

Əmiraslanov  belə  beynəlxalq  

əhəmiyyətli 

tədbirlərin 

Tibb 

Universitetində  keçirilməsi  ar-



tıq  bir  ənənəyə  çevrildiyini  bil-

dirib.    Bir  il  bundan  öncə    uni­

versitetimizdə    keçirilən  gənc 

həkim və tələbələrin 1­ci beynəl­

xalq 

konqresini 



xatırlayan  

Ə.Əmiraslanov    vurğuladı  ki, 

Tələbə Elmi Cəmiyyəti belə konf-

ransları ənənəvi olaraq hər il ke-

çirir. “Lakin iki il bundan öncə bu 

cəmiyyətə rəhbərlik edən profes-

sor  Amalya  Əyyubova  ilə  qərara 

gəlindi  ki,  bu  konfrans    yalnız  

universitet  çərçivəsində  deyil, 

beynəlxalq səviyyədə qeyd olun-

sun. Çünki bu konqres vasitəsi ilə 

gənclərimiz  dünya  universitetləri 

ilə geniş əlaqə yaradar, gələcəkdə 

elmi  tədqiqat  işlərini  davam 

etdirmək  üçün  bu  imkanlardan 

yetərincə 

faydalana 

bilərlər. 

Bununla  yanaşı  gənclərimizin 

elmi  tədqiqatlarının  nəticələrinin 

müzakirəsi  sayəsində  diskussiya 

mədəniyyəti  formalaşır.    Əlbəttə, 

hər  bir  gəncin  arzusu  oxuyub 

yüksək 


səviyyəli 

mütəxəssis 

olmaqla    yanaşı,  həm  də    öz 

gələcək 


karyerasını 

quraraq  

doğma  vətəninə və ailəsinə fay-

da  verməkdən  ibarət  olmalıdır.  

Müstəqil  Azərbaycan  dövlətinin 

qurucusu və memarı, millətimizin 

ümummilli  lideri  Heydər  Əliyev 

gələcəyimiz  olan    gənclərə  son 

dərəcə  böyük  qiymət  verdi  və 

onlara  daim    diqqət  göstərdi. 

Onun 

gəncliyimizə 



qayğı-

sı  sayəsində    elmin  müxtəlif 

sahələrində    bir  çox  yüksək  ix-

tisaslı  mütəxəssislər  yetişmiş-

dir  ki,  bu  gün  onlar  Azərbaycan 

dövlətinə  layiqincə  xidmət  edir­

lər.  Fəxrlə  qeyd  etməliyik  ki,  ulu 

öndərin elmə, təhsilə, səhiyyəyə, 

mədəniyyətə və eləcə də müxtəlif 

sahələrə  olan  diqqət  və  qayğısı 

bu  gün  də  möhtərəm  Prezidenti-

miz  tərəfindən uğurla davam et-

dirilir.  Bu  konqresin  belə  yüksək 

səviyyədə    keçirilməsi  də  məhz 

cənab  İlham  Əliyevin  bu  sahəyə 

olan diqqətinin bariz nümunəsidir. 

Bu  il  olduğu  kimi  ötən  il  də  dün-

yanın  10­a  qədər  ölkəsindən, 

xeyli  sayda  yüksək  ixtisaslı,  öz 

sahəsində  kifayət  qədər  tanın-

mış  professor­müəllim  heyəti  və 

tələbələr gəlmişdilər. Qeyd etmək 

lazımdır  ki,  ölkəmizə  gəlmiş 

bu  nümayəndə  heyəti  təkcə  bu 

konqresdə iştirak etmir, həmçinin 

onlar  respublikamızda  gedən 

inkişafla  tanış  olur,  təhsilimizin 

nailiyyətlərini  görür,  millətimizin 

mədəniyyəti və adət­ənənələri ilə 

yaxından  tanış  olurlar.  Onlar  öz 

ölkələrində Azərbaycan haqqında 

fikir formalaşdırırlar.”  

Sözünə  davam  edən  aka-

demik    Ə.Əmiraslanov  TEC­in 

elmi  rəhbəri,  professor  Amal-

ya  Əyyubovanın  bu  sahədəki 

uzun  illik  fəaliyyətini  yüksək 

qiymətləndirərək    noyabrın  7­ 

dək  davam  edəcək  konqresdə 

təbabətin  aktual  problemlərinə 

həsr  olunmuş  elmi  müzakirələrin 

aparılacağını  və  bu  beynəlxalq 

tədbirin  gənc  həkim  və  tələbələr 

üçün  faydalı  olacağına  əminliyini 

söylədi:  “Konqresdə  həmçinin 

qardaş  Türkiyə,    Almaniya, 

İtaliya, 

Rusiya, 


Gürcüstan, 

İran  və  İngiltərənin      nüfuz-

lu 

universitetlərindən 



gəlmiş  

nümayəndələrin 

onkologiya, 

cərrahiyyə, mikrobiologiya, histo-

logiya,  əczaçılıq,  stomatologiya, 

pediatriya,  genetika,  tibbi  sta-

tistika  və  ümumi  mövzular    üzrə 

elmi  məruzələri  dinləniləcəkdir. 

Eyni  zamanda,  yerli  və  xari-

ci  tələbələr  təqdimatlarla  çıxış 

edəcəklər.  Bu  isə  ölkələrimiz 

arasında  yeni  elmi  əlaqələrin 

qurulması,  tibb  sahəsində    möv-

cud  əməkdaşlığın  və  gələcək 

əlaqələrinin  möhkəmlənməsində   

mühüm rol oynayacqdır.”

Türkiyənin İstanbul Universiteti-

nin professoru  Cavit Avçı çıxışın-

da  konqresdə  ikinci  dəfə  iştirak 

etməsindən  məmnun  qaldığını 

qeyd  edərək  bildirdi  ki,  konqre-

sin keçirilməsi ilə bağlı  dəfələrlə 

TEC­in  sədri,  dosent  Müşfiq 

Həsənovla  əlaqə  saxlayıb  və 

geniş  fikir  mübadiləsi  aparıblar.  

Türkiyəli  alim  çıxışında  vurğula-

yıb  ki,  gənc həkim və tələbələrin 

elmi  tədqiqat  işlərinə  cəlb  olun-

masında  və  onlarda  diskussiya 

mədəniyyətinin formalaşmasında 

belə tədbirlərin böyük əhəmiyyəti 

vardır.    Bu  cür  beynəlxalq 

tədbirlərin  keçirilməsi  ölkələrimiz 

arasında  təhsil  əlaqələrimizin 

inkişaf  etməsində  səmərəlidir 

və  gənclərimizin  dünyaya  inteq-

rasiyası  istiqamətində  böyük  rol 

oynayır,  dünya  ölkələrinin  tibb 

təhsili üzrə təcrübə mübadiləsinin 

aparılmasında  mühüm  yer  tutur. 

Azərbaycanın sürətlə inkişaf etdi-

yini  və  günü­gündən  gözəlləşən 

Bakını    İstanbul  qədər  sevdiyini 

söyləyən  türkiyəli  alim,  profes-

sor    Cavit  Avçı  ATU­ya  xatirə 

hədiyyəsini də təqdim edib.

Sonra  universitetin  elmi  işlər 

üzrə  prorektoru,  professor  İb-

rahim  İsayev  reqlamenti  elan 

edərək    plenar  iclasda    çıxış 

etmək üçün sözü gənc həkim və 

tələbələrə verdi. 

ATU­nun  psixiatriya  kafedra-

sının  müdri,  professor  Gəray 

Gəraybəyli  və  İsmayıl  Atayev  

“Dissosiativ  pozuntularda  psi-

xoloji  korreksiyanın  istifadəsi,” 

Türkiyənin  Acıbadem  Universi-

tetinin  Tibb  Məktəbindən  gəlmiş 

Murat  Aksoy  və  Turqut  Ekici 

“Türkiyədə  tibb  tələbələri  arasın-

da  səriştəsizliyə  münasibət”  və 

bu    kimi  aktual  mövzularla  çıxış 

etdilər. 

Konqresin  bədii  hissəsində 

2  saylı  Bakı  musiqi  məktəbinin 

şagirdləri  tərəfindən  ifa  olunan  

Azərbaycan və dünya xalqlarının 

musiqilərini  iştirakçılar  alqışlarla 

qarşıladı.

İki  gün  davam  edən    “Gənc 

həkim 


və 

tələbələrin 

2­ci 

beynəlxalq konqresi” öz işini ple-



nar və bölmə iclaslarında davam 

etdirmişdir.    Sonda  qaliblər    dip-

lom  və  sertifikatlarla  təltif    olun-

muşlar.


MƏNSUR

Fotolar Cənnətalı Çingizindir



Noyabrın 6- da Azərbaycan Tibb Universitetində gənc həkim və tələbələrin 2- ci 



beynəlxalq konqresi keçirilib. Konqresə  ATU-nun müəllim və tələbələri, eləcə də dünyanın 

7- dən artıq ölkəsinin onlarla aparıcı universitetlərinin professor – müəllim heyəti və tələbələri 

qatılıblar. 

Bakıda gənc həkim və tələbələrin II  Beynəlxalq 

konqresi keçirilib


Yüklə 257,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə