Dünyəvilik prinsipi



Yüklə 32,5 Kb.
tarix30.10.2018
ölçüsü32,5 Kb.
#76170

Dünyəvilik prinsipi

Türkiyə konstitusiyamızda ifadə edildiyi kimi, dünyəvi bir dövlətdir. Dünyəvilik tarixdə və dövrümüzdə zamanla səhv başa düşülmüş və səhv tətbiq olunmuş bir prinsipdir. Buna görə, bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.

İfadə etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi həqiqətdə inancı azad etməkdir. Dünyəvilik dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin gərəklərini yerinə yetirmə və ya yetirməmə mövzusunda öz vicdanları ilə baş-başa buraxmaq və onlara azad seçim şansı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə imtiyaz vermədiyi üçün, hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.

Diqqət edilsə, əslində Türkiyə Cümhuriyyəti dövlətinin sahib olduğu bu dünyəvilik modeli İslam dininin özünə də son dərəcə uyğundur. Çünki İslam inanc üçün azad iradəni və vicdani qəbulu şərt qoyur. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz. Yaxud dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

Bunun əksinə olan bir dövlət modelindən danışaq. Məsələn, insanların zəruri olaraq müsəlman və ya xristian edildiyi bir ölkəni düşünək. Bundan başqa, bu dinlərə inananların dinlərin qaydalarına görə yaşamaları üçün məcbur edildiklərini fərz edək. Deyək ki, söz mövzusu dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin. Yaxud bir az daha "mülayim" bir üsuldan istifadə edib namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi bir dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd olar.

Bunun səbəbi zorla və ya mənfəət qarşılığı əldə edilən bir dini inancın, yaxud ibadətin İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadətin yalnız Allah üçün olduğunda dəyəri vardır. Əgər dövlət insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə uyğunlaşdığı üçün, hər Türkiyə vətəndaşının mənimsəməsinin və müdafiə etməsinin lazım olduğu bir prinsipdir.
Yüklə 32,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə