Mündəricat
05
BİD-dan ismarıc
06
Təqdimat
09
1. İş yerində dürüstlük
10
1.1 Sağlamlıq və Təhlükəsizlik (S və T)
12
1.2 Müxtəliflik, ədalətlilik və hörmət
14
1.3 Şirkət aktivlərimizin qorunması
16
1.4 Məlumat sistemləri, e-poçt və sosial media
19
2. Biznes təcrübəsində dürüstlük
20
2.1 Rüşvətxorluq və korrupsiyaya qarşı siyasət
22
2.2 Hədiyyələr və qonaqpərvərlik
24
2.3 Ədalətli rəqabət
26
2.4 Dəqiq qeydlərin aparılması və hesabatların verilməsi
28
2.5 Maraqların toqquşması
30
2.6 İnsayder ticarəti
32
2.7 Beynəlxalq biznes əlaqələri
33
2.8 Çirkli pulların yuyulmasının qarşısının alınması
35
3. İcmada dürüstlük
36
3.1 Ətraf mühit
37
3.2 İnsan hüquqları
38
3.3 İcmanın həyatında iştirak
40
Məsləhət, təlimat və hesabatlar
03
LafargeHolcim Biznes Davranış Kodeksi
BİD-dan ismarıc
Əziz həmkarlar,
Biz yüksək nailiyyətlər qazanmış yeni və güclü inşaat materialları şirkəti olan LafargeHolcim-i
dünyaya təqdim etmişik. Biz daima inkişaf edən və artan şəhərlər və dünyanın tələblərinə
cavab verən geniş çeşidli məhsul və xidmətlər təklif edirik. Bizim hər baxışdan yeniliklər
gətirmək və öz sənayemizdə lider olmaq üçün unikal imkanımız vardır. Lakin, bu imkanın
arxasında ciddi məsuliyyət dayanır.
90 ölkədə milyonlarla müştəriyə xidmət edən 115 000-dən çox əməkdaşımızın davranışı
səhmdarlarımız, cəmiyyətimiz və biznesimizin sənayedəki yerinə ciddi təsir edir.
Dürüst davranmaq və düzgün hərəkət etmək bizim işlədiyimiz icmalarda yaxşı korporativ
vətəndaş kimi rolumuzu yerinə yetirməyimiz və onların sağlam inkişafını dəstəkləməyimiz
üçün çox vacibdir.
Dürüstlük kim olduğumuzu, nə etdiyimizi və necə davrandığımızı təsvir edən yeni korporativ
mədəniyyətimizin qurulması üçün əsas bünövrə daşı kimi müəyyən etdiyimiz dəyərlərimizdən
biridir. Bir təşkilat kimi biz inanırıq ki, dürüstlük təşkilati uğurun təməlidir. Bu Kodeks
dürüstlüyün bizim təcürbəmizdəki rolunun təcəssümüdür. Bu hər zaman dürüst, ədalətli
və şəffaf davranmaq deməkdir. Bu, başqasına hörmət etmək deməkdir. Bu, fəaliyyət
göstərdiyimiz icma və ətraf mühitə hörmət etmək və həyatlarına təsir etdiyimiz insanlara
hörmət etmək deməkdir.
Biz cəmiyyətin inkişaf edə biləcəyi bünövrəni qururuq. Bunu bir deyil, bir neçə yolla edə
bilmək bacarığı bizim üstünlüyümüzdür. Mən bu Kodeksi yerinə yetirirəm və Sizdən də bunu
gözləyirəm.
Hörmətlə,
Eric Olsen
Qrupun Baş İcraçı Direktoru
05
LafargeHolcim Biznes Davranış Kodeksi
Təqdimat
Bizim Kodeksimiz təlimatdır və Sizə gündəlik işinizdəki tapşırıqların öhdəsindən gəlməyə kömək etmək
üçün nümunələr göstərir. Burada eyni zamanda LafargeHolcim siyasətləri, müvafiq qanunlar və
təlimatlara istinadlar verilmişdir, çünki bu, bizim Kodeksimiz və Komplayens Proqramımıza daxil edilən
bir çox mövzuların fonunu təmin edir.
LafargeHolcim gələcəkdə təlimat kimi
istifadə edilə bilən yeni korporativ
siyasətləri yeniləyir və inkişaf
etdirir, odur ki, zəhmət olmasa, yerli
intranetinizi, eləcə də LafargeHolcim-in
qlobal saytının siyasətlər bölməsini
mütəmadi olaraq yoxlayın.
Dürüst davranış
LafargeHolcim dürüstlük və
məsuliyyətin ön planda olduğu və
komplayensin əsas diqqət mərkəzinə
alındığı bir mühit yaratmağa çalışır.
Kodeksimiz və LafargeHolcim
siyasətləri və bəyannamələri ilə
bərabər ümumi hiss və müsbət
mühakimədən istifadə etmək çox
vaxt biznesin dürüstlük əsasda yerinə
yetirilməsini təmin etmək üçün kifayət
olacaq. Bizim Kodeksimiz iş yerində
yaranan hər bir vəziyyətə uyğun
olmaya bilər, lakin bizə məsələni
anlamaq və əxlaqi qərarlar verməyə
kömək edəcək. Biz əməkdaşlarımızın
hətta təzyiq altında olduqda belə əxlaqi
prinsiplərə əsasən düzgün qərarlar
verə bilməsini gözləyirik.
Hər kəs, hər yerdə
LafargeHolcim şirkətlərinin hamısında
və bizim birgə müəssisələrimizdə
nəzarətimiz altında olan hər bir
əməkdaş, direktor və məmurumuz
("əməkdaşlar") LafargeHolcim adından
çıxış etdikdə və ya işlədikdə hər
zaman bu Kodeksə əməl etməlidir.
Nəzarətimiz altında olmayan şirkətlərdə
biz bu Kodeksə qeyd edilən davranış
standartlarının tətbiq edilməsinə
çalışırıq. Xidmət təchizatçıları,
podratçılar və biznes ortaqları kimi
hər kəsdən bizim adımızdan çıxış edən
zaman bu Kodeksə əməl etmək tələb
ediləcəkdir.
Təlim və tədris
Bütün əməkdaşlar giriş və ətraflı
komplayens təlimlərinə cəlb edilir. Bu
sessiyalar Sizin üçün maraqlandığınız
məsələləri qaldırmaq və bu Kodeksi
gündəlik işinizin bir hissəsi etmək
barədə müzakirələr aparmaq imkanıdır.
Rəhbərlər üçün daha yüksək
standartlar
Hər səviyyədə rəhbərlərin bu Kodeksə
əsasən əlavə məsuliyyətləri vardır ki,
buraya da əməkdaşların sual verəcək,
onları narahat edən məsələlər barədə
danışacaq və pozuntular barədə
məlumat verə biləcək mühit yaratmaq
daxildir. Dürüst rəhbərlərə dəyər verilir
və onlar təşkilatda təşviq edilir.
Kodeksimizin tələblərinin pozuntusu
Biz Kodeksimizə ciddi əməl etməliyik.
Kodeksimizin, siyasətlərimizin,
bəyannamələrimizin və ya qanunun
pozuntusu intizam tədbiri və işdən azad
edilmə daxil olmaqla ciddi nəticələrə
gətirə bilər, eləcə də şirkət və fiziki
şəxslər üçün mülki və ya cinayət
məsuliyyəti yarana bilər.
Rəhbərlərdən aşağıdakılar
gözlənir:
• Nümunə olaraq rəhbərlik
etmək - başqa sözlə desək,
davranışı ilə dürüst olmağın nə
demək olduğunu göstərmək.
• Əməkdaşların Kodeksin
tələblərini anlamasını təmin
etmək üçün ona hesabat
verənlərlə əlaqə saxlamaq
və onları müvafiq vəsaitlərlə
təmin etmək.
• Dürüst şəkildə hər hansı sual
qaldıran və ya narahatlığını
bildirən əməkdaşları
dəstəkləmək.
Kodeksi müvafiq şəkildə tətbiq
etmək.
Addım atmazdan öncə həmişə
özünüzə aşağıdakı sualları verin
• Mənim davranışım qeyri-
dürüst, qeyri-əxlaqi və ya
qeyri-qanuni ola bilərmi?
• LafargeHolcim və ya onun
nüfuzuna ziyan vura bilərmi?
• LafargeHolcim şirkətinin
əməkdaşları, müştəriləri,
səhmdarları və ya icmanın
hörmətini itirməsinə səbəb ola
bilərmi?
• Həmkarlar, müştərilər və
ya səhmdarlar kimi başqa
şəxslərə ziyan vura bilərmi?
Bu suallardan hər hansı birinin
cavabı "BƏLİ" və ya hətta "OLA
BİLƏR" olarsa, Siz potensial
problemi müəyyən etmiş
olursunuz və Sizin üçün mövcud
olan bir sıra resurslardan
(rəhbərlər, İnsan Resursları,
Hüquq Departamenti, Daxili
Nəzarət, Daxili Audit, Daxili
Təhlükəsizlik, eləcə də yerli
Komplayens mütəxəssisləri)
təlimat almalısınız.
06
LafargeHolcim Biznes Davranış Kodeksi