Düzəliş edilmiş və yenidən tərtib olunmuş AÇg hpbs-in imzalanması mərasimində Bob Dadlinin



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü22,81 Kb.
#11365


 

Düzəliş  edilmiş  və  yenidən  tərtib  olunmuş  AÇG 



HPBS-in  imzalanması  mərasimində  Bob  Dadlinin 

çıxışı – 14 sentyabr 2017-ci il 

Cənab  Prezident,  xanım  Birinci  vitse-prezident,  zati-aliləri, 

nazirlər, SOCAR-dan olan dostlarımız, möhtərəm qonaqlar. 

Hər birinizin sabahı xeyir. 

Ümid edirəm ki, hər kəsin foyedə təşkil edilmiş sərgiyə baxmaq 

imkanı  oldu  –  sərgidə  ötən  25  il  ərzində  baş  vermiş  bütün 

əlamətdar hadisələr öz əksini tapıb. 

Bu, kifayət qədər uzun bir tarixçədir. 

Möhtəşəm  nailiyyətlərə  görə  cənab  Prezidentə  və  onun 

hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. 

Eləcə də, Rövnəq Abdullayevə və onun SOCAR-dakı heyətinə və 

bu gün burada iştirak edən bütün tərəfdaşlarımıza da təşəkkür 

edirəm. 

Bütün bu nailiyyətlər yalnız mərhum Prezident Heydər Əliyevin 

uzaqgörən  siyasəti  sayəsində  mümkün  olmuşdur.  Onun  da 

xatirəsini  dərin  ehtiramla  yad  etmək  istəyirəm.  1994-cü  ildə 

imzalanmış  və  haqlı  olaraq  “Əsrin  Müqaviləsi”  adlandırdığımız 

saziş məhz onun uzaqgörənliyinin bəhrəsidir. 

Altı  fərqli  ölkədən olan  on  bir  şirkət  SOCAR  ilə  birlikdə  ölkənin 

enerji yolunda yeni bir səhifə açdı. 




 

1994-cü  ildə  sentyabr  ayının  məhz  həmin  əlamətdar  günündə 



mərhum Prezident Heydər Əliyev “Azərbaycanın həyatında yeni 

dövrün başlandığını” demişdir. 

O, haqlı idi. 

Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənməsində və eləcə 

də  həmin  ehtiyatların  dünya  bazarlarına  nəql  edilməsində 

möhtəşəm nailiyyətlər əldə olunmuşdur. 

Bu vaxtadək təxminən 33 milyard dollar investisiya qoyulmuş və 

3,2 milyard barel neft hasil edilmişdir. 

Həmçinin Azəri-Çıraq-Günəşli yatağından ümumilikdə 30 milyard 

kubmetr  səmt  qazı  hasil  edilərək  Azərbaycan  Hökumətinə 

verilmişdir. 

Buna görə də, haqlı olaraq qeyd etmək olar ki, cənab Prezident, 

məhz Sizin və mərhum atanız Prezident Heydər Əliyevin enerji 

sahəsində  verdiyi  qərarlar  bu  möhtəşəm  ölkənin  iqtisadi 

inkişafına  yol  açıb  və  dünyanın  enerji  xəritəsini  həmişəlik 

dəyişdirib. 

Və bu gün, biz sazişin müddətini əsrin ortasınadək uzadırıq və bu 

çox əlamətdar bir andır. Biz burada bu tarixi hadisəni qeyd etmək 

üçün toplaşmışıq və hesab edirəm, bunu “Yeni Əsrin Müqaviləsi” 

adlandırmaq düzgün olar. 




 

İcazə  verin  cənab  Prezident  Sizə,  Hökumətinizə,  SOCAR-a  və 



Türkiyə,  Norveç,  Yaponiya,  ABŞ  və  Hindistandan  olan 

tərəfdaşlarımıza  bu  vaxtadək  əldə  etdiyimizi  nailiyyətlər  və 

bugünkü tarixi imzalanma münasibətilə təbriklərimi bildirim. Bu 

sazişin imzalanması AÇG-nin tarixində növbəti mərhələyə qədəm 

qoymaqla tərəfdaşlığımızın yeni səhifəsini açmağa imkan verir. 

Növbəti 32 il ərzində birgə işləyərək və AÇG üzrə potential olaraq 

40  milyard  dollardan  artıq  həcmdə  yeni  sərmayə  qoyaraq,  biz 

Azərbaycanın  neft  və  qaz  hasilatının  uzunmüddətli  gələcəyini 

təmin etməyə davam edəcəyik. 

Və  bu  da  öz  növbəsində,  Türkiyə  və  Gürcüstan  əraziləri  ilə 

əlverişli  təchizat  marşrutlarına  malik  olan  bu  regionun  rolunu 

daha  da  gücləndirməklə,  onu  bütövlükdə  mühüm  beynəlxalq 

enerji mərkəzinə çevirir. 

Bütün bunlara dəstək olmaq üçün, BP şirkəti olaraq, biz dünyada 

aparıcı  mövqe  tutan  texnoloji  imkanlarımızla,  dünyanın  bir  çox 

yerindəki nəhəng yataqlar boyunca həyata keçirdiyimiz işlərdən 

qazandığımız  təcrübələr  və  xüsusi  biliklərimizlə  töhfə  verərək 

Azərbaycandakı 25 illik uğurlu təcrübəmizi davam etdirəcəyik. 

Xəzər dənizində də bu dünya səviyyəli infrastrukturun inkişafını 

davam etdirəcəyik. Elə ötən həftə Şahdəniz konsorsiumu ilə birgə 

sualtı tikinti işləri üçün dünyada ən qabaqcıl gəmilərdən biri olan 

“Xankəndi” gəmisini istismara verdiyimiz kimi. 




 

Cənab Prezident,  həmin mərasimində iştirak etdiyinizə görə Sizə 



təşəkkürümü bildirirəm. 

Həmçinin  qeyd  etmək  istəyirəm  ki,  BP-nin  Azərbaycandakı 

öhdəliyi genişlənərək biznes və sosial inkişafın digər sahələrini də 

əhatə etməyə davam edəcək. 

Cənab Prezident, Siz bir dəfə qeyd etmişdiniz ki, dünyada müasir 

inkişaf biliyə, texnologiyalara və təhsilə əsaslanacaq. BP şirkəti 

və bütün tərəfdaş şirkətlər, Azərbaycanda bu sahələrin hər birinə 

töhfə verməyimizdən qürur duyuruq. 

Bizim  Azərbaycan qarşısındakı  öhdəliyimiz  nəhəng  platformalar 

və uzun boru kəmərləri ilə bitmir. 

İqtisadiyyatı  quran  enerjini  istehsal  etdiyimiz  kimi,  biz  hər 

mərhələdə təhsilə dəstək olmaqla yerli potensialın yaradılmasının 

da önəmli olduğuna inanırıq. Bu, uşaq bağçalarındakı uşaqlardan 

tutmuş universitetlərdə, o cümlədən Bakı Ali Neft Məktəbindəki 

Layihələrin İdarə Edilməsi Məktəbində və ADA Universitetindəki 

“Big  Data”  Mərkəzində  yetişən  sənayedəki  yeni  nəsil  rəhbər 

şəxslərədək hər kəsi əhatə edir. 

Biz  bacarıqları  inkişaf  etdirməklə,  yeni  biznes  imkanları 

yaratmaqla  və  gəlir  mənbələrinin  formalaşdırılmasına  dəstək 

olmaqla,  yaşadığımız  və  fəaliyyət  göstərdiyimiz  regionlardakı 

icmalara yardım etməyin əhəmiyyətli olduğuna inanırıq. 



 

Biz mədəniyyətə və müxtəlifliyə hörmətlə yanaşmağın və idman 



sahəsindəki təşəbbüsləri dəstəkləməyin önəmli olduğunu hesab 

edirik. 


BP şirkəti olaraq, biz Bakı 2015 Avropa Oyunlarının və Bakı 2017 

İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqdan çox qürur 

duymuşuq. 

Biz  Azərbaycan  Milli  Olimpiya  və  Paralimpiya  Komitələri  ilə 

tərəfdaşlıq  sazişlərimizi  uzatmaqla  Azərbaycanın  istedadlı 

idmançılarına dəstəyi davam etdirəcəyimizə ümid edirik. 

Beləliklə, bir çox istiqamətlərdə Azərbaycanın gələcəyi parlaqdır 

və  BP  ölkənin  davamlı  inkişafının  bir  hissəsi  olmaqdan  qürur 

duyur. 

İcazə  verin,  qarşıdan  gələn  uzun  illər  ərzində  AÇG-də  yeni 



mühüm  mərhələlərin  təməlinin  qoyulmasına  başladığımız  bir 

vaxtda bütün tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirim. 

 

Təşəkkür edirəm! 



 

 

 



Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə