E L e k t r o n b I z n e s



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
  1   2   3   4   5   6   7   8   9   ...   52


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________1___________________________ 
 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
 
 
 
 
ELEKTRON BİZNES
 
 
 
 
D
ərslik kimi tövsiyyə edilmişdir. 
 
 
 
B A K I – 2 0 1 6 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________2___________________________ 
 
 
 
 
 
 
 
Redaktoru: 
i.e.d., prof., İsayev Fəvrəddin Qurban oğlu 
Rəy verənlər  i.e.d., prof, Balayev Rəsul Ənvər oğlu 
 
f-
r.e.d., prof., Əliyev Ələkbər Əliağa oğlu   
 
p.e.n., prof., Məmmədov Əlif Məmmədhəsən oğlu 
Dizayner: 
Əliyev Zaur Nəsrəddin oğlu 
Naşir: 
Mayılov Valeh Bayram oğlu 
 
 
 
 
MUSAYEV İSA KƏRİM OĞLU 
ƏLİZADƏ MƏTLƏB NURUŞ OĞLU 
MAHMUDOV AKİF BİLAL OĞLU 
 
 
ELEKTRON BİZNES, Bakı 2016, “MSVNƏŞR“ nəşriyyatı, 
Dərslik, şəkilli, 200  səhifə. 
 
 
 
 
 
© Musayev İ.K. Əlizadə M.N., Mahmudov A.B.   2016 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________3___________________________ 
 
 
 
M Ü N D Ə R İ C A T 
 
Elektron biznes - xüsusi fenomen kimi ........................ 

Elektron biznesin əsas anlayışları................................. 

Elektron biznes sferasında biznes-həllərin 
komponentləri............................................................ 
27 
Elektron biznesin inteqrasiya səviyyələri.......................  39 
Satınalmaların elektron idarə edilməsi..........................  53 
Elektron hərraclar.......................................................  59 
Elektron birjalar......................................................... 
69 
Portallar.................................................................... 
77 
Elektron reklam..........................................................  87 
Elektron ticarət.......................................................... 
91 
Elektron biznes üçün texnoloji həllər............................  117 
Elektron biznesin ödəmə sistemləri..............................  155 
Mikroprosessorlu və plastik kartlar...............................  163 
Mikroprosessorlu kartlarda ödəmə sistemlərinin 
yaradılması prinsipləri................................................. 
181 
Ədəbiyyat..................................................................  199 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________4___________________________ 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________5___________________________ 
 
ELEKTRON BİZNES – XÜSUSİ 
FENOMEN KİMİ 
 
İnformasiya  texnologiyalarının  (İNTEX-lərin)  intensiv 
inkişafı və verilənlərin emalı və ötürülməsi vasitələrinin icmal 
dəyərinin əhəmiyyətli dərəcədə azalması informasiya fəzası 
və  ya  kiberfəza  adlanan  yeni  iqtisadi  fəaliyyət  sferasının 
yaranmasına  gətirib  çıxarmışdır. 
Kiberfəza  dedikdə,  qəbul 
edilmiş  texnologiya  şəraitində  biznes-partnyorların  və 
müştərilərin  müəssisənin  informasiya  resurslarına  müraciət 
edə  bilməsini  təmin  edən 
informasiya  serverləri  toplusu 
nəzərdə  tutulur.  İqtisadi  fəaliyyət  subyektlərinin  yeni, 
əhəmiyyətli  dərəcədə  genişlənmiş  və  avtomatlaşdırılmış 
qarşılıqlı  informasion  fəaliyyəti formalarının yaranması 
xüsusi 
fenomen  olan  elektron biznes  (Biznes-  ticarət,  saziş,  iş, 
sövdələşmə) meydana gətirmişdir.  
Verilənlərin  emalı  və  ötürülməsi  texnologiyalarının 
aparat  və  proqram  təminatlarının  inkişafı  ilə  bağlı  olaraq 
iqtisadi fəaliyyət subyektlərinin informasion infrastrukturunun 
dəyişilməsi  biznes  fəaliyyətinin  yeni  modellərinin  tətbiqinə 
imkan vermişdir. 
Dərslikdə  elektron biznesin B2B  (biznes-partnyorlara 
yönəlik  elektron  biznes  modelidir)  və  B2C  (əmtəə  və 
xidmətlərin  son  istifadəçilərinə  yönəlik  elektron  biznes 
modelidir)  kimi  əsas  modelləri  ətraflı  şərh  edilir.  Bütövlükdə 
dünya  əmtəə  dövrüyyəsinin  70%-dən  çoxu  biznes-partnyora 
yönəlik  elektron  biznes  sferasının  payına  düşür.  İqtisadi 
fəaliyyətin bu sahəsində satınalmaların (bazarlıqların) elektron 
idarə  edilməsi  texnologiyası  mühüm  yer  tutur.  Biznes-


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________6___________________________ 
 
partnyorların  birbaşa  qarşılıqlı  fəaliyyəti  ilə  yanaşı, 
satınalmaların  elektron  idarə  edilməsinə  elektron  birjaların 
(Birja  -  ticarət  və  maliyyə  sazişləri  bağlamaq  üçün  vasitəçi 
idarə) və hərracların (Auksion) modellərində də baxılır. 
Konkret  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  üçün 
İnternet  şəbəkəsindən  istifadə  məsələləri 
portallar  adlı 
mövzuda işıqlandırılır.  
Son  istifadəçilərə  yönəlik  elektron  biznes  modeli  (B2C) 
elektron ticarətin iqtisadi sxemləri və texnologiyalarını özündə 
əks etdirir. 
Elektron  biznesin  səmərəli  aparılması  adekvat  ödəmə 
(tədiyyə)  sisteminin  mövcudluğunu  nəzərdə  tutur.  Plastik 
kartlara  və  mikroprosessorlara  əsaslanan  ödəmə  sistemi  və 
onun  təhlükəsizliyinin  təmin  edilməsi  elektron  biznesin  çox 
vacib  elementləridir.  Konkret  ödəmə  sisteminin  tətbiqi  dəyər 
və  tranzaksiyaların  həcmi  baxımından  elektron  biznesin 
istifadə edilən modelinin reallaşdırılmasına müvafiq olmalıdır. 
“Elektron  biznes”  fənninin  məqsədi  müasir  şəraitdə 
iqtisadi  fəaliyyətin  mühüm  sferasına  çevrilən  biznes 
modellərinin  təhlili  və  tətbiqi  ilə  bağlı  problemlərin  sistemli 
şərhindən ibarətdir. 
“Elektron  biznes”  fənninin  məzmununa:  elektron 
biznesin  əsas  anlayışları,  elektron  biznesin  əsas  modelləri, 
elektron  biznes  üçün  texnoloji  həllər  və  elektron  biznesin 
ödəmə (tədiyyə) sistemləri kimi iri bölmələr daxildir. 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə