31524
33
2
/
/
Əbülfəz Bərəkət
(Qasımov)
<3
ŞƏRQİN QAPISI
NAXÇIVAN DİYARI
(sosial-iqtisadi oçerk)
I C İ L D
Рпкй*А«(Ип
İttotlıtomi
Wte2tt>fcNT KİTABXANASI
"AZƏRBAYCAN”
NƏŞRİYYATI
BAKI - 2006
q 7 i r
Ə 31(06)
Kitab Azərbaycan Dövlət İqtisad Universitetinin
Elmi-Metodik Şurasının qərarı ilə nəşr olunur.
Kitabın metodik rəhbəri və elmi məsləhətçisi:
ŞƏMSƏDDİN HACIYEV
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru,
millət vəkili, iqtisad elmləri doktoru, professor
Buraxılışına məsul:
ƏLİ HƏSƏNOV
tarix elmləri doktoru
Redaktorlar:
NİZAMİ CƏFƏROV
Millət vəkili, AMEA-nın miixbir üzvii,
fdologiya elmləri doktoru, professor
MÖHSÜN NAĞISOYLU
fdologiya elmləri doktoru
QAFAR ƏLİYEV
siyasi elmlər namizədi
Elmi məsləhətçilər:
CƏMİL QULİYEV
akademik
ASƏF NADİROV
akademik
Əbülfəz
B ərək ət (Q asım ov)
Ə 31(06) Şərqin qapısı Naxçıvan diyarı (sosial-iqtisadi oçerk). I cild. - Bakı,
“Azərbaycan” nəşriyyatı, 2006 — 340 səh.
4804000000 - 031(06)
Ə
M 670(07) - 2006
Sifarişlə
© “Azərbaycan” nəşriyyatı, 2006.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM HEYDƏR OĞLU ƏLİYEVİN
ANDİÇMƏ MƏRASİMİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzə
rinə qoyaraq dedi:
- Azərbaycan Respublikası Prezidentinin səlahiy
yətlərini həyata keçirərkən Azərbaycan Respublikası
nın Konstitusiyasına əməl edəcəyimə, dövlətin müs
təqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa
ləyaqətlə xidmət edəcəyimə and içirəm!
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basa
raq dedi:
- Əlimi Qurani-Şərifə basaraq and içirəm, Azərbay
can xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyər
lərə və ənənələrə sadiq olacağam, onları daim uca tuta-
cağam!
3
Əbülfəz Bərəkət (Qasımov)
HÖRMƏTLİ PREZİDENT
CƏNAB İLHAM ƏLİYEVİN
NAXÇIVAN DİYARI BARƏDƏ
S Ə R Ə N C A M I
Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab
İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 80
illik yubileyinə həsr olunmuş sərəncamında deyilir ki,
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azər
baycan xalqının həyatında böyük tarixi-siyasi əhəmiy
yətini nəzərə alaraq Azərbaycan Respublikasının Pre
zidenti Heydər Əliyev 1999-cu il fevralın 4-də “Nax
çıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi
haqqında” geniş məzmunlu Fərman imzalamışdı. Fər
mana əsasən yaradılmış Dövlət komissiyası yubiley
tədbirləri hazırlayaraq onların həyata keçirilməsini
təmin etmişdir. Naxçıvanda və Azərbaycanın başqa
şəhər və rayonlarında Naxçıvan Muxtar Respublika
sının 75 illiyinə həsr edilmiş çoxsaylı yubiley tədbir
ləri, o cümlədən elmi-praktik konfranslar, festival,
müsabiqə və sərgilər keçirilmiş, “Naxçıvan Ensiklo
pediyasının, digər elmi, ədəbi və publisistik əsərlə
rin nəşri təmin edilmiş, Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan bölməsi yaradılmış, Naxçı-
6
_________________________ ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
vanın tarixinə, maddi mədəniyyətinə və memarlıq
məktəbinə həsr edilmiş televiziya verilişləri hazırlan
mış və sair mühüm işlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd
olunması ilə bağlı həyata keçirilmiş tədbirlərin təhlili
göstərir ki, olduqca mühüm və səmərəli olan bu işin
davam etdirilməsinə ehtiyac vardır. Ermənistanın apar
dığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan
qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində
yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qon
şuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın
tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhi
fələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə,
mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə ma
lik olan bu diyarının tam dolğun, obyektiv tarixi xal
qımıza, habelə ictimaiyyətə olduğu kimi çatdırılmalı,
erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdləri
nə tutarlı cavab verilməlidir.
7
Əbülfəz Bərəkət (Qasımov)
REDAKTORLARDAN
Göydə ulu Tanrının mərhəmətinə, Yerdə ülvi, pak
və müqəddəs bir varlığa istinad edərək tədqiqatlar
apardıq, axtarışlar etdik və nəhayət, bu sosial-iqtisadi
oçerki yazdıq. Arzumuz da bu idi ki, Allah bizə bir o
qədər ömür bəxş etsin ki, doğulduğumuz, boya-başa
çatdığımız, sərin bulaqlarından su içdiyimiz, təmiz
havasını udduğumuz Naxçıvan diyarı barədə, onun ta
rixi şəxsiyyətləri barədə öz ürək sözlərimizi qədirbi
lən oxucularla bölüşə bilək.
Şükürlər olsun ki, Ulu Tanrı bu fürsəti bizə ver
di. Bu diyarda dünyaya göz açmış, bəşər dünyasın
da tanınmış, xeyirxah, ülvi və nurlu insanlar barədə
öz düşüncələrimizi çox yığcam da olsa açıqlaya bil
dik.
Bu kitabın müəllifi “Şöhrət” ordenli, əməkdar elm
xadimi, iqtisad elmləri doktoru, professor, Azərbay
can Yazıçılar Birliyinin üzvü, «Qızıl qələm» mükafa
tı laureatı, Əbülfəz Bərəkət (Qasımov) çox dəyərli
tədqiqatlar aparmış, Şərqin qapısı Naxçıvan diyarı ba
rədə ikicildlik sosial-iqtisadi oçerk yazmışdır. Bizə
elə gəlir ki, qədirbilən oxucularımız bu dəyərli ensik
lopedik sosial-iqtisadi oçerkin tam dəyərini verəcək,
öz arzu və təkliflərini bildirəcəklər.
8
ŞƏRQİN QAPISI NAXÇIVAN DİYARI
Oxuculara təqdim olunan bu kitab müəllifin şəxsi
təşəbbüsü, onun ürəyinin hökmü ilə qələmə alınmış
dır. M üəllif haqlı olaraq etiraf edir ki, o, bu kitabı yaz
maya bilməzdi. Obrazlı desək, əsər qələmlə deyil,
müəllifin ürəyi ilə, mürəkkəb ilə deyil, damarlarında
axan azərbaycançılıq qanı ilə yazılmışdır. Çünki müəl
lif əm ək fəaliyyətinə başladığı dövrdən bu günə qə
dər öz həmyerlilərinin ictimai-siyasi fəaliyyəti, döv
lətçiliyimizə, xalqımıza göstərdiyi sədaqət və qayğı
keşliyinin canlı şahidi olmuşdur.
Həqiqətən də, kitabı oxuyarkən hiss edirsən ki,
m üəllif çox həssas müşahidəçidir. Onların keçdikləri
acılı-şirinli həyat yollarını dərindən öyrənir, həmyer
lilərimiz xalq qarşısında göstərdiyi böyük xidmətləri
qələmə alır, çox dəyərli ümumiləşdirmələr aparır.
Kitabda ümummilli liderimiz Heydər Əliyevin qlo
ballaşma şəraitində, beynəlxalq aləmdə müdrik siya
sətçi kimi şöhrət tapmasından, respublikamızın hör
mətli Prezidenti İlham Əliyevin ulu öndərimizin
layiqli varisi kimi çoxşaxəli fəaliyyətindən, mahir
diplomatiyasından və idarəçilik psixologiyasından
canlı dəlillərlə söhbət açılır. Prezidentimizin həyat
yoldaşı Mehriban xanımın dünya miqyaslı ictimai fə
aliyyəti, onun xeyirxah qayğıları haqqında dəyərli
məlumatlar verilir.
Tanınmış təbiət vurğunu, Azərbaycan meşələrinin
böyük qayğıkeşi akademik Həsən Əliyevin, görkəmli
seliksioner akademik Cəlal Əliyevin, AMEA-nm müx
9
Dostları ilə paylaş: |