ƏCNƏBİLƏRƏ azərbaycan diLİNİn təDRİSİNDƏ oxu dərsləRİNİn təŞKİLİ VƏ yazili rabiTƏLİ NİTQİN İNKİŞafi



Yüklə 238,56 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix02.01.2018
ölçüsü238,56 Kb.
#19443
növüDərs
  1   2   3   4   5   6   7   8


100                    

                                                               

Journal of Azerbaijani Studies

 

ƏCNƏBİLƏRƏ AZƏRBAYCAN DİLİNİN TƏDRİSİNDƏ 



OXU DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ YAZILI RABİTƏLİ 

NİTQİN İNKİŞAFI 

 

Elza İsmayılova 

Xəzər Universitəsi 

 

İngilisdillilərə  Azərbaycan  dillini  öyrətmək  üçün  oxu  dərsləri 



mühüm vasitədir.Onlar oxu dərslərində ən çox Azərbaycan ədəbiyyatı 

nümunələri, Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə aid mətn 

və hekayələr, ailə və məişət, siyasət və s. ilə tanış olurlar.Bu cür dərs-

lərdə tələbələrin nitqi inkişaf edir, lüğət ehtiyatı zənginləşir. Ona görə 

də oxu dərsləri səmərəli təşkil edilməli və şifahi nitqdən sonra aparıl-

malıdır. 

Tələbələr oxu üzrə aşağıdakıları bilməli və bacarmalıdırlar

1



 

Azərbaycanın  tarixi  və  mədəniyyətinə  aid  mətn  və  hekayələri 



oxumağı; 

 



şeir və nəsr parçalarını oxumağı; 

 



ailə və məişət, siyasət və s. aid mətnləri oxumağı; 

 



dialoqlu kiçik mətnləri rollar üzrə oxumağı; 

 



suallara oxu mətnlərindən istifadə etməklə şifahi şəkildə cavab 

verməyi; 

 

mətni ingilis dilindən Azərbaycan dilinə və əksinə, şifahi tərcü-



mə etməyi; 

 



oxunan mətnlərə suallar verməyi; 

 



oxunmuş parçaların məzmununu nağıl etməyi; 

 



kiçik şeirləri əzbər söyləməyi

 



Azərbaycan  dilinə  məxsus  spesifik  səsləri  düzgün  tələffüz  et-

məyi; 


 

tələffüz normalarına, intonasiya və vurğuya riayət edərək mətn-



ləri oxumağı; 

 



mətndən irəli gələn fikri müəyyənləşdirməyi; 

 



sadə qəzet və jurnal məqalələrini oxumağı. 

Oxu prosesi aşağıdakı ardıcıllıqla getməlidir: 

                                                           

1

Azərbaycan dili proqramı. Təlim rus dilində olan məktəblərin 3-11-ci sinifləri 



üçün.//Azərbaycan dili və ədəbiyyat tədrisi. – B., 1988, №2, s.54-66. 


Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...       

 101 


101 

 



 

lüğət üzərində iş

 

mətnin oxusu: a) cümlə-cümlə oxusu; b) hissə-hissə oxusu;  



c) bütöv oxusu; 

 



mətnə aid sualların verilməsi; 

 



mətnin nağıl edilməsi. 

Oxu zamanı mətnin xarakteri nəzərə alınmalıdır. Dialoqlar, təm-

sillər kollektiv (rollar üzrə) oxunmalıdır. Hekayələrin, mənzum parça-

ların tədrısındə isə tələbələrin monoloji oxusuna üstünlük verilməlidir. 

Oxu dərslərində aşağıdakı qaydalara riayət etmək yerinə düşər: 

(1) Mətn həcmcə kiçik olmalıdır. 

(2) Oxu üçün elə  mətnlər seçilməlidir ki, orada  məlum sözlərin 

sayı çox olsun, tələbə onun məzmununu lüğətsiz başa düşsün. 

(3)  Oxu  dərslərində  ixtisasauyğun  mətnlərdən  istifadə  edilmə-

lidir. 


(4) Mətnlər tələbənin anlaq səviyyəsinə uyğun seçilməlidir. 

(5)  Material  cansıxıcı  və  maraqsız  olmamalıdır.  Müasir  bədii 

ədəbiyyatdan, tələbələrdə maraq oyadan gənclik, ailə, dostluq, siyasət, 

biznes  və  s.  kimi  sahələrdən  götürülməli,  tələbələri  maraqlandıran 

bədii parçalardan seçilməlidir. 

(6) Mətndəki yeni sözlər izah edilməlidir. 

(7)  Tələbələr  oxuduğu  materialın  məzmununu  başa  düşməli-

dirlər. 


(8) Oxu texnikasının inkişafı üçün çalışmalar üzərində iş aparıl-

malıdır. 

(9)  İfadəli  oxu  məqsədilə  texniki  vasitələrdən  istifadə  edilmə-

lidir. 


(10) Oxunmuş material müzakirə obyektinə çevrilə bilər. 

(11)  Şeirlərin  oxusu  tələbələrin  ifasında  ya  maqnitofon  lentinə, 

ya da kompakt diskə (Compact Disc –  CD) yazdırıla və aktyor oxusu 

ilə müqayisə edilə bilər. 

Mətni ilk dəfə müəllim oxumalıdır. Odur ki, hər bir müəllim öz 

nitqi  üzərində  çalışmalıdır.  Müəllimin  nöqsanlı  tələffüzü  tələbələrdə 

yanlış tələffüz vərdişləri yarada bilər.Onun nitqi gözəl, məzmunlu və 

ifadəli  olmalıdır  ki,  tələbələr  ondan  nümunə  götürə  bilsinlər.  Müəlli-

min  gözəl  və  təsirli  danışığı,  aydın  diksiya  və  rəvan  tələffüzlə  oxusu 

tələbələr üçün həmişə nümunədir. Hər hansı bir hekayəni, şeiri ifadəli 




102                    

                                                                                 

 Elza İsmayılova

 

oxumaq müəllimdən pedaqoji ustalıq tələb edir.Bunun üçün müəllim-



də hazırlıq və qabiliyyət olmalıdır. 

    Gözəl,  aydın  və  ifadəli  oxunu  hər  müəllim  bacarmır.Əgər  müəllim 

mətni,  xüsusilə  şeiri  təsirli  oxuya  bilmirsə,  onda  o,  tanınmış  bir  akt-

yorun, yaxud da səlis səsi olan bir tələbənin ifasında lent yazısını dər-

sə gətirə biilər. Əgər bunlar varsa, müəllimin oxusuna ehtiyac azalır. 

     Müəllim  tələbənin  mətnin  məzmununu  başa  düşüb-düşmədiyini 

bilmək üçün aşağıdakıları nəzərə almalıdır: 

 



lüğət üzrə iş aparmağı; 

 



oxunmuş mətndəki ayrı-ayrı ifadələrin mənasını, həmçinin bü-

tövlükdə onun məzmununu açan sual - cavab təşkil etməyi; 

 

oxunmuş mətni nağıl etdirməyi. 



Oxu dərslərində lüğət üzrə işin əhəmiyyəti çoxdur. Bu, tələbələ-

rin  qavrama  prosesinin  tamlığı  üçün  çox  yaxşıdır.Tələbələr  yeni  söz-

lərlə tanış olduqdan sonra sözlərin düzgün tələffüzünə fikir verirlər. 

Bəzi müəllimlər qeyd edirlər ki, yeni sözlərin izahı oxu prosesin-

də  və  ondan  sonra  olmalıdır.  Mənə  görə,  yeni  sözlər  oxudan  əvvəl 

izah  olunmalıdır.Əgər  tələbə  sözün  mənasını  bilmirsə,  həmin  mətn 

üzərində iş aparılarkən işin səmərəliliyinə necə inanmaq olar? 

Ancaq bəzən elə sözlərə rast gəlmək olur ki, onun mənası mətnin 

və  ya  işləndiiyi  cümlənin  məzmunundan  aydın  olur.  Belə  sözlər  oxu 

prosesi zamanı izah edilməlidir. 

Müəllim yeni sözləri həm lövhədə yazar, həm şifahi deyər, həm 

də proyektorla ekrana sala bilər. 

Yeni sözlər aşağıdakı üsullarla öyrədilir: 

 



tərcümə ilə; 

 



əyaniliklə;

 



 

müqayisə  yolu  ilə  (Bu,  çətin  sözlərin  sinonimləri,  antonimləri 

ilə izah yolu da adlandırılır). 

Bu üsulların içərisində, məncə, ən əhəmiyyətlisi tərcümə  üsulu-



dur.Yeni  sözləri  bu  üsulla  öyrədərkən  müəllim  yeni  sözləri  ya  hərfi 

tərcümə edir (kök– fat, baxmaq – to look, dost-friend), ya da tərcüməsi 

mümkün  olmayan  sözlərin  ingiliscə  izahını  verir  (məsələn:  danışdı, 

alaram, yazdırsan və s.). 

Yeni sözlərin ingilis dilinə tərcümə edilməsi həm birbaşa məqsə-

də nail olmağa imkan yaradır, həm də az vaxt aparır.Təcrübə göstərir 



Yüklə 238,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə