"Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin



Yüklə 17,13 Kb.
tarix01.11.2017
ölçüsü17,13 Kb.
#7754
növüQaydalar

"Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarında dəyişikliklər edilməsi barədə


 AZƏRBAYCAN RESPUBLIKASI

NAZIRLƏR KABINETI

QƏRAR

 160

Bakı şəhəri, 7 oktyabr 2011-ci il

"Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 452 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 865; 2001, № 1, maddə 75; 2002, № 11, maddə 675; 2006, № 5, maddə 472; 2008, № 1, maddə 37, № 10, maddə 927, № 11, maddə 1042; 2009, № 9, maddə 737; 2010, № 8, maddə 769) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərarla təsdiq edilmiş "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları"nın:

1.1.1. 1.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

 "Əcnəbilərə fərdi icazələr Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. ";

1.1.2. 2.2-ci bənd üzrə:

1.1.2.1. birinci və ikinci abzasları aşağıdakı redaksiyada verilsin:

 "Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 (iyirmi) iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü, 2.1.6-cı və 2.1.8-ci yarımbəndlərində göstərilən sənədlər haqqında məlumatları rəy verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 (beş) iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 (beş) iş günü ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir. Fərdi icazənin verilməsi haqqında qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fərdi icazənin müəyyən olunmuş qaydada doldurulmasını və işəgötürənə təqdim olunmasını təmin edir.";

1.1.2.2. üçüncü abzasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin" sözləri "Dövlət Miqrasiya Xidmətinin" sözləri ilə əvəz edilsin və həmin abzasdan "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən" sözləri çıxarılsın;

1.1.3. 2.3-cü bəndinin ikinci abzasından "bu fərdi icazənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada qaytarılmasını təmin edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri çıxarılsın;

1.1.4. 2.8-ci bəndinin ikinci cümləsində "əmək və əhalinin sosial müdafiəsi naziri" sözləri "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi" sözləri ilə, "nazirliyin" sözü "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin" sözləri ilə əvəz edilsin;

1.1.5. 3.4-cü bəndinin ikinci abzasından "bu fərdi icazənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi qaydada qaytarılmasını təmin edir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri çıxarılsın;

1.1.6. 4.1-ci bəndinin ikinci abzasının ikinci cümləsi çıxarılsın;

1.1.7. 4.4-cü bəndində "öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti həyata keçirirlər" sözləri "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir" sözləri ilə əvəz edilsin;

1.1.8. 4.5-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 "4.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzarət qaydasında aşağıdakıları həyata keçirir:";

1.1.9. 4.5.3-cü yarımbəndində "akt" sözü "protokol" sözü ilə əvəz edilsin və həmin yarımbənddən "və ya xəbərdarlıq etmək" sözləri çıxarılsın;

1.1.10. 4.5.5-ci yarımbəndi ləğv edilsin;

1.1.11. 4.6-cı bəndindən "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ya" sözləri çıxarılsın;

1.1.12. 4.7-ci bəndində ismin müvafiq hallarında "akt" sözü "protokol" sözü ilə əvəz edilsin, həmin bəndin ikinci cümləsindən "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və ya" sözləri çıxarılsın;

1.1.13. 4.8-ci bəndindən "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ya" sözləri çıxarılsın, "bilərlər" sözü "bilər" sözü ilə əvəz edilsin;

1.1.14. 5.1-ci və 5.2-ci bəndlərində "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin;

1.1.15. 6.2-ci bəndindən "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və" sözləri çıxarılsın;

1.2. həmin qərarla təsdiq edilmiş "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazə"nin nümunəsində "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin.



2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə

Yüklə 17,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə