EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
  1   2   3   4   5   6   7   8   9   ...   32


73


76

EcoVision

BAŞLIQ



1


EcoVision

BAŞLIQ


Hörmətli oxucular!

“EcoVision” jurnalının 23-cü sayı Azərbaycanda elektron ticarət sektorunun vəziyyətinə 

həsr olunub. Bu sayımızda elektron ticarət sahəsindəki mövcud vəziyyət, bu sahənin inki-

şafına mane olan səbəblər, gələcək perspektivlərə dair fikirlərə nəzər salacağıq. Bununla 

yanaşı, jurnalımızın bu sayında maraqlı xəbərlər, müəllif yazısı və müsahibələr oxucuları-

mıza təqdim olunur. 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeyna-

lov jurnalımıza müsahibəsində ölkəmizdə İKT sahəsində sahibkarlığın inkişafına verilən 

dövlət dəstəyindən danışıb: “Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata 

keçirilməsinə  yardım  etmək,  sahibkarlıq  fəaliyyətini  dəstəkləmək,  innovasiya  və  elmi-

tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, ki-

çik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici 

investisiyaları cəlb etməkdən ibarətdir”.

“GoldenPay”  ASC-nin  təsisçisi  və  idarə  heyətinin  sədri  Fərid  İsmayılzadə  isə 

müsahibəsində  elektron  ticarət  sektorunun  inkişafı  üçün  vətəndaşlarda  elektron  ödəniş 

vərdişlərinin formalaşdırılmasının  və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması-

nın vacibliyini vurğulayıb: “Hesab edirəm ki, elektron xidmətlərdən istifadə vərdişləri olan 

təbəqəni yaratmaq lazımdır və bu, mümkündür.  Çünki son illərdə ölkəmizdə plastik kart 

istifadəçilərinin sayı xeyli artmışdır. Bu baxımdan problem yoxdur”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan 

İnternet Forumunun prezidenti Osman Gündüz də elektron ticarətlə bağlı fikirlərini bizimlə 

bölüşüb:  “Əvvəllər bizdə insanlarda plastik kartlar yox idi, problem idi, amma indi artıq 

hər  kəsdə  plastik  kart  var.  Deməli,  istəsə,  onlayn  ödəniş  edərək  müəyyən  xidmətlərdən 

yararlana, alış-veriş edə bilər. Hesab edirəm ki, kompleks tədbirlər görülsə, Azərbaycanda 

elektron ticarətin potensialı yüksəkdir.  Stimullaşdırıcı, motivasiyaedici, maarifləndirici ad-

dımlar atılsa, bir çox ölkələri bu sahədə qabaqlaya bilərik”.

İqtisadi  Araşdırmalar  və  Tədris  Mərkəzinin  prezidenti  Ruslan  Atakişiyev  isə  müəllif 

yazısında  qeyd  edir  ki,  elektron  satış  sistemlərinin  inkişafı  sahibkarlara  öz  əmtəə  və 

xidmətlərini  internet  üzərindən  satmağa  kömək  edir.  Bu  baxımdan  elektron  ticarət 

(e-ticarət) müasir dövrdə biznesin əmtəə və xidmətlərinin bazarda realizəsində müraciət 

etdiyi ən əlverişli satış vasitələrindən biridir. 

“PAŞA Həyat Sığorta” ASC-nin Strateji İnkişaf və Marketinq Departamentinin rəhbəri 

İsrail Qarayev müsahibəsində Azərbaycanda sığorta bazarının inkişafı və mövcud durumu 

ilə bağlı fikirlərini bölüşüb: “Son 10 ildə Azərbaycan sığorta bazarı özünün sürətli inkişaf 

dövrünü  yaşayır.  Ümumi inkişaf  həm  institusional,  həm  bazarın  genişlənməsi,  eyni za-

manda sığorta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin artmasında özünü 

göstərir. Ölkədə siyasi sabitliyin davam etməsi, həmçinin iqtisadiyyatın ümumi inkişafının 

təmin edilməsi əlverişli biznes imkanlarına əsas yaradıb”.

Ənənəvi  “Sahibkar”  rubrikasının  budəfəki  qonağı  "Coca-Cola  Bottlers  Azerbaijan" 

şirkətinin baş meneceri cənab Cem Beceldir. Bu müsahibədə oxucularımız  iş adamının  

uğur hekayəsi ilə tanış olacaqlar.

Əvvəlki saylarımızda olduğu kimi, bu dəfə də regionda, dünyada və ölkəmizdə baş 

verən hadisələri, ATİB-in və onun üzvü olan şirkətlərin fəaliyyəti ilə bağlı xəbərləri, habelə 

yenilənmiş ən son iqtisadi göstəriciləri diqqətinizə təqdim edirik. Həmçinin yeni nəşr edilən 

bir sıra maraqlı kitablar haqqında da qısa resenziyaları diqqətinizə çatdırırıq. Oxucuları-

mız ATİB-ə daxil olan biznes təklifləri və yaxın gələcəkdə ölkəmizdə və regionda planlaşdı-

rılan tədbirlər haqqında da anonslarla tanış ola biləcəklər. 

Oxucularımızın  maraq  və  istəkləri  bizim  üçün  hər  zaman  dəyərlidir.  Jurnalımızın 

hər sayında bunu nəzərə almağa çalışmışıq. Sizin fikir və təkliflərinizi eşitmək işimizi 

daha yüksək səviyyədə görmək üçün önəmlidir. Bu mənada bizə ünvanlayacağınız rəy 

və təkliflər jurnalın gələcək saylarında işimizi daha da asanlaşdırar. Təklif və iradlarını-

zı pr@atib.az elektron ünvanında böyük məmnuniyyətlə gözləyirik. Həmçinin ATİB-ə 

poçtla da müraciət edə bilərsiniz.

Hörmətlə,

Rəşad Rəsullu | Baş redaktor

EcoVision

23/2015


Təsisçi:

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB)



Baş redaktor:

Rəşad Rəsullu



Əməkdaşlar:

Eyvaz Qocayev

Gülnar Şirinova

Dizayner:

İntiqam Məhəmmədli



Korrektor:

Kəmalə Cəfərova



Reklam verən şirkətlər:

AXA MBASK

AtaBank

Adopen MMC



Azərbaycan Koka Kola Bottlers Ltd MMC  

FARMETİK


İLK İnşaat 

İstanbul Çarşı

Iteca CASPIAN

Kemal Aksezgin Pulluk Senaye

Qafqaz Tikinti Materiallrı A.Ş

Network Global Logistics MMC

PAŞA Həyat Sığorta

"RR" Şirkətlər qrupu

Türk Hava Yolları

YapıKrediBank Azərbaycan



Çap olunub:

“Letter Press” nəşriyyat evi

Jurnal Azərbaycan Respublikasının Ədliyyə 

Nazirliyində qeydiyyatdan keçmişdir: 3026

“EcoVision” jurnalına istinad zəruridir. 

* işarəli materiallar reklam xarakteri daşıyır.

Jurnaldakı mətn və ya illüstrativ 

materialların təkrar dərci yalnız redaksiyanın 

yazılı razılığından sonra mümkündür.

Jurnal dövlət və özəl strukturlar, yerli və 

xarici şirkətlər, beynəlxalq təşkilatlar və 

diplomatik nümayəndəliklərə pulsuz yayılır.

Reklam materiallarının məzmununa görə 

redaksiya məsuliyyət daşımır. 

Müəlliflərin nümayiş etdirdiyi mövqe ilə 

redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Bəzi xəbərlərin və məqalələrin 

hazırlanmasında APA, AzƏRTAC, 

və “Trend” informasiya agentliklərinin 

materiallarından istifadə edilib. 



Ünvan:

Bakı şəhəri, İstiqlaliyyət 21 

5-ci mərtəbə, Az1001

Tel: (994 12) 449 88 82/83

Faks: (994 12) 449 88 84

e-mail: pr@atib.az 

Baş redaktordan

2



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə