Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?



Yüklə 187,66 Kb.
səhifə1/16
tarix25.07.2018
ölçüsü187,66 Kb.
#58835
  1   2   3   4   5   6   7   8   9   ...   16

Əczaçılıq (ali)


Səhiyyə təşkilinin əsasları.

1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?

A) Analitik uçot, idarəetmə uçotu, mühasibat uçotu

B) Operativ teхniki uçot, mühasibat uçotu, idarəetmə uçotu

C) Aktivlərin uçotu, statistik uçot, maliyyə uçotu

D) Statistik uçot, maliyyə uçotu, idarə etmə uçotu

E) Operativ teхniki uçot, statistik uçot, mühasibat uçotu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
2) Operativ teхniki uçotun хarakterik хüsusiyyəti hansıdır?

A) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət göstəricilərinin təhlilini verir

B) Təsərrüfat əməliyyatlarını pul ölçüsündə əks etdirir

C) Təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi anında proseslərə nəzarət etmək üçün tətbiq edilir

D) Təsərrüfat əməliyyatları haqqında göstəricilərin dinamikasını əks etdirir

E) Təsərrüfat proseslərinin nəticələrini ümumiləşdirir


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
3) Aşağıda göstərilən aptek müəssisələrindən hansı daxili strukturuna və işçi tərkibinə görə ən mürəkkəb hesab edilir?

A) Aptek məntəqəsi

B) Aptek köşkü

C) Aptek anbarı

D) Aptek mağazası

E) Aptek
Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007


4) Statistik uçotun хarakterik хüsusiyyəti nədən ibarətdir?

A) Aptekdə malın hərəkətinə nəzarət etmək üçün tətbiq edilir

B) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət göstəricilərinin təhlili ilə məşğul olur

C) Aptekin təsərrüfat fəaliyyətini pul ifadəsində əks etdirir

D) Aptekin təsərrüfat fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin хarakteristikası haqqında məlumat verir

E) Aptekin təsərrüfat fəaliyyətinin keyfiyyət göstəricilərinin təhlili ilə məşğul olur


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
5) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 98 saylı 1998-ci il tarixli qərarı nə barədədir?

A) Reseptlərin buraxılması qaydaları barədə

B) Zəhərli dərman vasitələrinin uçotu barədə

C) Narkotik dərman vasitələrinin saxlanması barədə

D) Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq olunması barədə

E) Əczaçılıq mallarının saxlanması barədə


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
6) Dərman vasitələrinin dövlət qeydiyyatının həyata keçirilməsi hansı təşkilatın əsas vəzifələrinə daxildir?

A) Səhiyyə Nazirliyinin

B) Şirkət və firmaların

C) Vergi müfəttişliyinin

D) Statistika idarəsinin

E) Rayon icra hakimiyyətinin


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun 06.02.2007
7) Mühasibat uçotunun əsas növləri hansılardır?

A) Maliyyə uçotu və mühasibat uçotu

B) Operativ uçot və teхniki uçot

C) Statistik uçot və idarəetmə uçotu

D) Maliyyə uçotu və idarəetmə uçotu

E) Operativ-teхniki uçot və statistik uçot


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
8) Hüquqi şəxslərin lisenziya alması üçün hansı faktorlar vacibdir?

A) Aptekin işçilərinin sayı

B) Əczaçılıq müəssisəsinin (aptek) təchizatı haqqında

C) Əczaçılıq müəssisəsinin (aptek) sahəsi

D) Hüquqi şəxsin adı, təşkilatı-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü

E) Əczaçı olması barədə məlumat


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
9) Hansı müddət ərzində hüquqi şəxs tərəfindən (onun adının dəyişdirilməsi, fiziki şəxsin şəxsiyyətinin təsdiqi haqda şəhadətnamənin dəyişdirilməsi və ya lisenziyanın itirilməsi zamanı) lisenziyanın təkrar qanuniləşdirilməsi barədə ərizə təqdim olunmalıdır?

A) 5 gün


B) 18 gün

C) 15 gün

D) 30 gün

E) 10 gün


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
10) Lisenziya almaq üçün aşağıdakı sənədlərdən hansı vacibdir?

A) Malların alınması haqqında qaimə-faktura

B) Keyfiyyət sertifikatı

C) Müəssisənin təsis sənədlərinin surəti

D) Qiymət cədvəli

E) Nəqliyyat qaiməsi


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
11) Lisenziya almaq üçün aşağıdakı sənədlərdən hansı mütləq təqdim edilməlidir?

A) Malın alınma sənədi

B) Aptek işçisinin şəxsi vərəqi

C) Distillə suyunun analiz aktı

D) Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti

E) Dərman vasitələrinin qiymət vərəqi


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
12) Lisenziya almaq üçün aşağıdakı sənədlərdən hansı mütləq təqdim edilməlidir?

A) Dərman vasitələrinin siyahısı

B) Malın keyfiyyət sertifikatı

C) Malın alınma sənədi

D) Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd

E) Rayon İcra başçısından arayış


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998, N 98
13) Aptekin təsərrüfat fəaliyyətində uçotun hansı ölçülərindən istifadə olunur?

A) Əmək normaları, bir işçiyə düşən normalar

B) Vaхt ölçüsü, pul ölçüsü, keyfiyyət ölçüləri

C) Natural ölçü, pul ölçüsü və əmək ölçüsü

D) Miqdar ölçüsü, kəmiyyət, keyfiyyət ölçüləri

E) Əmək məhsuldarlığı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
14) Müəssisənin aktivləri hansı əlamətlərə görə təsnifatlaşdırılır?

A) Əmələ gəlmə mənbələrinə görə və cəlb edilmiş vəsaitlərə görə

B) Aktivlərin tərkibinə yerləşməsinə görə və aktivlərin əmələgəlmə mənbələrinə görə

C) Dövriyyədə yerləşməsinə görə, dövriyyədən kənarda olmasına görə

D) Normalaşmasına və normalaşmamasına görə

E) Müəssisənin хüsusi vasitələrinə və cəlb edilməsinə görə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
15) Aşağıda göstərilənlərdən hansı dövriyyədənkənar aktivlərə aid deyildir?

A) Patent kəşf

B) Əsas vəsaitlər

C) Pul vəsaiti

D) Qeyri- maddi aktivlər

E) Bina, nəqliyyat, təsərrüfat inventarı


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
16) Hansı fəaliyyət aptekin idarə edilməsinin təkmilləşdirilməsinə xidmət edir?

A) Qabaqcıl aptek müəssisələrinin iş təcrübəsinin öyrənilməsi və aptekin fəaliyyətində yeni tipli avadanlığın tətbiqi

B) Dərman preparatının bioekvivalentliyinin müəyyən edilməsi

C) Farmakodinamik tədqiqat

D) Farmakokinetik tədqiqat

E) Resursların tədqiqi


Ədəbiyyat: Багирова В.Л. Управление и экономика фармации // под ред. проф. В.Л.Багировой. М., 2005, 390 с.
17) Apteklərin fəaliyyətinin əsasını nə təşkil edir?

A) Əhalini və müalicə- profilaktika müəssisəələrini dərman vasitələrivə tibbi- texnika məhsulları ilə təmin etmək

B) Əhalini və müalicə-profilaktika müəssisələrini pəhriz vasitələri ilə təmin etmək

C) Elmi- tədqiqat müəssisələrini və əhalini tibbi - texnika məhsulları ilə təmin etmək

D) Əhalini qidaya bioəlavələrlə təmin etmək

E) Əhalini və müalicə-profilaktika müəssisələrini fasiləsiz olaraq müxtəlif çeşidli aptek malları ilə təmin etmək


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
18) Aptekin satış şöbəsində işləyən əczaçının əsas vəzifəsi nədən ibarətdir?

A) Reseptlərin düzgün yazılışına nəzarət etmək

B) Dərman vasitələrinin biomənimsənilməsinin tədqiq etmək

C) Aptek şəbəkəsinin planlaşdırılması işinidə iştirak etmək

D) Apteklərin avadanlıqla təminatını həyata keçirmək

E) Apteklərdən dərmanların buraxılmasını həyata keçirtmək, alıcılara dərman çeşidləri haqqında məlumat vermək, dərmanın istifadə qaydası, rejimi və dozası barədə izahat vermək


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 20
19) Dərman vasitələrinin istehsal strategiyasının maliyyələşdirilməsi kimin vəzifəsidir?

A) Aptek məntəqəsinin

B) Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM)

C) Aptek anbarlarının

D) Vergi orqanlarının

E) Səhiyyə Nazirliyinin


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
20) Əhalinin hansı qrupuna dərman vasitələri pulsuz verilir?

A) Böyük Vətən müharibəsi əlillərinə

B) Neft daşlarında işləyənlərə

C) Xəstəxanada işləyənlərə

D) Müəyyən mövsüm ərzində tarlalarda işləyənlərə

E) Məktəblərdə uzun müddət xidmət göstərənlərə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80
21) Bunlardan hansının aptek müəssisələrinin fəaliyyətinə müdaxiləsi qadağandır?

A) Səhiyyə Nazirliyinin

B) Vergi orqanlarının

C) İqtisadi İnkişaf Nazirliyinin

D) Siyasi partiyalar və ictimai birliklərin

E) Prokurorluq orqanlarının


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları” 01.05.1998 N 98
22) Əczaçılar daimi fasilədən nə qədər müddət sonra, öz ixtisasları üzrə məşğul olmağa icazə almaq üçün, xüsusi müəssisələrdə təcrübə dövrü keçməli və ya attestasiya imtahanı verməlidirlər?

A) 8 il


B) 4 il

C) 2 il


D) 5 il

E) 3 il
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 80


23) Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanununa əsasən dərman vasitələrinin reklam edilməsinə icazə verilir?

A) Apteklərdə hazırlanan dərman vasitələrinin reklamı aparıla bilər

B) Azərbaycan Respublikasında qeydiyyata alınmış bütün dərman vasitələrinin

C) Reseptsiz buraxılan dərman vasitələrinin

D) Resept əsasında buraxılmalı olan dərman vasitələrinin

E) Psixotrop dərman vasitələrinin


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında qanunu”u, 06.02.2007
24) Aşağıdakı orqanlardan hansı Azərbaycan Respublikasında əczaçılıq fəalliyyətinə rəhbərliyi həyata keçirir?

A) Baş əczaçılıq və tibb texnikası idarəsi

B) Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM)

C) İnnovasiya və təchizat idarəsi

D) Səhiyyə Nazirliyi

E) Təhsil Nazirliyi


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
25) Aptekin fəaliyyətə başlaması üçün lazım olan sənədlər toplusu hansıdır?

A) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət yanğına Nəzarət orqanının rəyi

B) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət sanitar nəzərət orqanının icazəsi

C) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya

D) Müvafiq əczaçılıq fəaliyyəti növü ilə məşğul olmaq üçün Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya, Dövlət sanitar nəzərət orqanının icazəsi, Dövlət yanığına Nəzarət orqanının rəyi

E) Dövlət sanitar nəzərət orqanının icazəsi, Dövlət yanğına Nəzarət orqanının rəyi


Ədəbiyyat: Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” qanun, 06.02.2007
26) Fiziki şəxsin lisenziya alması üçün təqdim etdiyi ərizədə hansı məlumat öz əksini tapmalıdır?

A) Şəxsin adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar, fəaliyyət növü

B) Avadanlıq alınması haqqında məlumat

C) Aptekin sahəsi

D) Əczaçı olması barədə məlumat

E) Aptekin sanitar vəziyyəti


Ədəbiyyat: Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı “Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları”, 01.05.1998, N 98
27) Təsərrüfat əməliyyatlarının balansda əmələ gətirdiyi dəyişikliyə dair verilmiş variantlardan hansı səhvdir?

A) Təsərüfat əməliyyatları aktiv vəsaitləri dəyişdirir

B) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini sabit saxlayır

C) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini artırır

D) Təsərrüfat əməliyyatları aktivlərin və onların mənbələrinin həcmini azaldır

E) Təsərrüfat əməliyyatları passiv vəsaitlərin dəyişməsinə səbəb olur


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
28) Boks hansı aptek təşkilatının tərkibinə daxildir?

A) Aptek mağazasının

B) Hazır dərman formaları aptekinin

C) Aptek köşkünün

D) Aptek məntəqəsinin

E) Aseptik bloku olan aptekin


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
29) Avtoklav otağı hansı aptek təşkilatlarında olur?

A) Aptek mağazalarında

B) Aptek məntəqələrində

C) Hazır dərman vasitələri apteklərində

D) Optika mağazalarında

E) İstehsalat apteklərində, aseptik bloku olan apteklərdə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva,. Əczaçılığın menecmenti I hissə, 2002, c. 7-12
30) İnyeksiya məhlullarına hansı nəzarətlərin aparılması vacibdir?

A) Sorğu nəzarəti

B) İlkin və ikincili nəzarətlər

C) Kütlələrinin yoxlanmasına nəzarət

D) Yazılı nəzarət

E) Fiziki nəzarət


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002.
31) İnyeksiya məhlulları sterilizasiyadan sonra hansı növ yoxlamaya cəlb olunmalıdır?

A) Sorğu nəzarətinə

B) Yazılı nəzarətə

C) Kütlənin yoxlanmasına

D) Eyniliyin yoxlanmasına

E) Apirogenliyin yoxlanmasına


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002.
32) Əsas vəsaitlər təsnif edilərkən hansı əlamət nəzərə alınmır?

A) Vəsaitin köhnəlməsi

B) Vəsaitin funksional təyinatı

C) Vəsaitin işlənməsi

D) Vəsaitin mənsubiyyəti

E) Vəsaitin növü


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004.
33) Dərman vasitəsinin ikinci qablaşdırılmasına aid olan qablaşdırma hansıdır?

A) Kapsul

B) Qutu

C) Ampul


D) Blister

E) Flakon


Ədəbiyyat: С.З.Умаров, И.А.Наркевич, Н.Л.Костенко, Т.Н.Пучинина Медицинское и фармацевтическое товароведение, Учебник для ВУЗов, 2-е изд., 2004
34) Əczaçılıq mallarının qablaşdırılması zamanı nəzərə alınmayan amil hansıdır?

A) İstifadə edilən miqdar

B) Əczaçılıq malının qalınlığı

C) Materialı

D) Dərman vasitəsi ilə təması

E) Bərkliyi


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
35) Markalanmanın hansı iki əsas növü mövcuddur?

A) Xarici və milli markalanma

B) Xarici və daxili markalanma

C) Rəsmi və qeyri-rəsmi markalanma

D) Yazılı və şifahi markalanma

E) İstehsalat və əmtəə markalanması


Ədəbiyyat: Zülfüqarova N.S., İsmayılova L.N. Əczaçılıqda reklam-məlumat fəaliyyətinin təşkili və əczaçılıq mallarının markalanma prinsipləri, tədris-metodiki vəsait, Bakı, 2004
36) Aptekdə əsas vəsaitlər ( ƏV ) köhnəldikdə amortizasiya normaları hansı uçota aid edilir?

A) Tədavül хərclərinə

B) Aptekin fonduna

C) Ticarət əlavəsinə

D) Ehtiyat fonduna

E) Aptekin gəlirinə


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti II hissə. B., 2004, s. 7
37) ATC təsnifatı neçə pillədən ibarətdir?

A) 7


B) 4

C) 2


D) 5

E) 6
Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 15


38) ATC kodunda birinci latın hərfi nəyi ifadə edir?

A) Terapevtik qrupu

B) Farmakoloji qrupu

C) Kimyəvi substansiyasını

D) Farmakoterapevtik qrupu

E) Anatomik qrupu


Ədəbiyyat: С.З.Умаров и др. Медицинское и фармацевтической товароведение м., ГЭОТАР-Мед, 2004, с. 15
39) Müxtəlif şirkətlər tərəfindən istehsal edilən eyni tərkibli dərman vasitələrinin ATC kodları necə olacaqdır?

A) Fərqli olacaq

B) Bir-birindən sonuncu rəqəmləri ilə fərqlənəcək

C) Eyni olacaq.

D) Bir-birindən birinci hərfləri ilə fərqlənəcək

E) Bir-birindən hərflərin sayı ilə fərqlənəcək


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov. Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
40) Əczaçılıq mallarının təsnif edilməsi nə üçün vacibdir?

A) Əczaçılıq mallarının sertifikatlaşdırılması üçün

B) Əczaçılıq mallarının standartlaşdırılması sisteminin təkmilləşdirilməsi üçün

C) Əcazaçılıq mallarının keyfiyyətinin yaxşılaşdırılması üçün

D) Əczaçılıq mallarının səmərəli istifadəsi üçün

E) Bioekvivalentliyinin təyin edilməsi üçün


Ədəbiyyat: N.Ə.Əzizadə, M.Q.Aslanov Əczaçılıq mallarının kodlaşdırılması, metodik tövsiyyə, Bakı, 2006
41) Aptekin ümumi gəliri nəyin hesabına formalaşır?

A) Dərmanların daşınmasına çəkilən xərc hesabına

B) Tədavül xərcləri hesabına

C) Aptek işçilərinə verilən əmək haqqı hesabına

D) Əhaliyə göstərilən pullu xidmətdən gələn gəlir

E) Aptekin icarə haqqı hesabına


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 242
42) Narkotik və psixotrop dərmanların alınması üçün müalicə-profilaktika müəssisələrindən aptekə verilən vəkalətnamənin qüvvədə olma müddəti nə qədərdir?

A) 2 həftə

B) 7 gün

C) 5 gün


D) 15 gün

E) 1 ay
Ədəbiyyat: “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutlmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 57 №-li qərarı”.


43) Əczaçılıq mallarının qablaşdırılması hansı tələblərə cavab verməlidir?

A) Təhlükəsizlik

B) Etibarlılıq

C) Sadalananların hamısı

D) Ekoloji təhlükəsizlik

E) Uyğunluq


Ədəbiyyat: N.Ə.Əzizzadə, M.Q.Aslanov Əczaçılıq mallarının qablaşdırılması və markalanması, metodik tövsiyyə, Bakı, 2006
44) Hansı variant aptekin ticarət - maliyyə fəaliyyətini göstərir?

A) Mühasibat balansı

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Tədavül хərcləri

E) Inventarizasiya, mal dövriyyəsi, ticarət əlavəsi


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
45) Mal dövriyyəsini hansı faktor sürətləndirir?

A) Konsiqnasiya ilə malın alınması

B) Aptekin ümumi mal dövriyyəsində dərman vasitələrinin xüsusi çəkisinin artması

C) Mal haqqında informasiya

D) Tədarükçülərdən aptekə malın daxil olma müddətinin azalması

E) Yeni dərman vasitələrinin olması


Ədəbiyyat: Т.И.Тольцман, С.Г.Сбоева, Н.А.Голосова и др. Организация и экономика фармация, 2002, с. 60
46) Aptekin rentabilliyi nədir?

A) Maliyyə planının göstəricisidir

B) Ticarət əlavəsinin tərkibinə daхildir

C) Xalis gəlirin məbləğ ifadəsidir

D) Xalis gəlirin mal dövriyyəsinə olan nisbətinin faizlə ifadəsidir

E) Tədavül хərclərinə aiddir


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, A.Ş.Əlizadə. Əczaçılığın menecmenti, II hissə B, 2004.
47) Bu dərman vasitələrindən hansının aptekdən buraxılması üçün reseptdə müalicə-profilaktika müəssisəsinin ştampı, möhürü və həkimin şəxsi möhürü və imzası olmalıdır?

A) Analgin

B) Diazepam

C) Parasetamol

D) İndometasin

E) Asetilsalisil turşusu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
48) Müalicə-profilaktika müəssisələrinin şöbələrində saxlanılan narkotik dərman vasitələrinin ehtiyatı nə qədər olmalıdır?

A) 1 həftəlik tələbatdan çox olmamalıdır

B) 5 günlük tələbatdan çox olmamalıdır

C) 3 günlük tələbatdan çox olmamalıdır

D) 10 günlük tələbatdan çox olmamalıdır

E) 1 aylıq tələbatdan çox olmamalıdır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
49) Müalicə-profilaktika müəssisələrinin aptek şöbəsində narkotik dərman vasitələrinin ehtiyatı nə qədər olmalıdır?

A) 1 həftəlik tələbatdan çox olmamalıdır

B) 5 günlük tələbatdan çox olmamalıdır

C) 10 günlük tələbatdan çox olmamalıdır

D) 15 günlük tələbatdan çox olmamalıdır

E) 1 aylıq tələbatdan çox olmamalıdır


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. 2002, s. 15
50) Aşağıdakı tibbi məmulatlardan hansıların aptekdən buraxılması üçün resept tələb olunmur?

A) Qlükometr

B) Cib inhalyatorları

C) Tibbi termometr

D) Sadalananların hamısı

E) Tanometr


Ədəbiyyat: M.N. Vəliyeva, Ş.A. Cabbarova, E.A. Quliyeva, Əczaçılığın menecmenti, İ hissə B, 2002, s. 22
51) Hansı qrup xəstələr xəstəlikləri ilə əlaqədar dərman vasitələrini pulsuz əldə edə bilər?

A) Şəkərsiz diabeti olan xəstələr

B) Şəkərli diabeti olan xəstələr

C) Böyrəklərin funksional pozğunluğu olan xəstələr

D) Ambulator xəstələr

E) Qaraciyərin funksional pozğunluğu olan xəstələr


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. Əczaçılığın menecmenti I hissə. B., 2002
Yüklə 187,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə