ƏDƏBİ TƏnqidimiz barəDƏ BƏZİ FİKİRLƏR



Yüklə 59,25 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü59,25 Kb.
#8312
növüYazı


ƏDƏBİ TƏNQIDIMIZ BARƏDƏ BƏZİ FİKİRLƏR

 

Mən bu yazıda demək istədiyim fıkirləri son vaxtlarda nəşr edilmiş tənqidi məqalələrdən birinin 



təhlili  ilə  izah etmək  istəyirdim. Sonra  fıkirləşdim ki, bu  məsələlər  yalnız  bir  və  ya  iki  məqalə 

müəllifınə aid deyil (əlbəttə, bütün tənqidçilərimizə eyni qüsurları yapışdırmaq ədalətsizliyindən 

də tam uzağam). 

Məlumdur ki, tənqidçinin vəzifəsi bədii əsəri təhlil eləyib, kəsirlərini, yaxşı cəhətlərini öz şəxsi 

zövqü  və  qabiliyyəti  miqyasında  meydana  çıxarmağa  çalışması  ilə  bitmir.  Tənqidçi  həqiqi 

sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər, yazıçı bıı kəşfə 

layiqdirsə).  Tənqidçinin  həqiqi  sənətkarı  kəşf  etməsi  Ko-umbun  Amerikanı  kəşf  etməsi  qədər 

maraqlı bir hadisədir. Ədəbiyyat tarixində buna ən parlaq misal Puşkinlə Belinskinin əhvalatıdır. 

Məlum olduğu kiıni, o zaman Rusiyada ən böyük yazıçı  «Molla Nur»un müəllifı sayılırdıOnu 

Balzakla  müqayisə  edirdilər.  Lakin  günün  birində  gənc  Belinski  meydana  çıxıb  sübut  etdi  ki, 

həqiqi  sənətkar  Puşkindir!  Sübut  etdi  ki,  rus  bədii  ədəbiyyatına  rus  ruhunun  dərin  şeriyyətini

yüksək  poetik  qüvvəyə  malik  həqiqi  xalq  dilini  Puşkin  gətirmişdir.  Belinski  Puşkin  lirasının 

avazındakı  nəhayətsiz  ülviyyəti,  qəlbin  dərinliklərinə  nüfuz  eləyib,  insanı  sanki  bir  an  başqa 

dünyaya qanadlandıran duyğuları bir sehrkar kimi açıb göstərdi... 

Bir  dəfə  mən  bu  barədə  bir  tənqidçi  dostumuzla  söhbət  eləyəndə,  o,  zarafatyana  dedi:  «Hamı 

Belinski olmaz ki...» 

Doğrudur, hamı Belinski olmaz... Çünki Belinski müstəsna istedad sahibi idi və o zamankı dünya 

ədəbiyyatının bütün ədəbi prosesləri ona məlum idi. Bədii «yaxşının» və bədii «pisin» nə demək 

olduğu ona bəyan idi. 

Həqiqi  yazıçı,  zəhmətkeş  bir  bəndə  olan  yazıçı  həmin  dostumuza  deyə    bilər  ki,    «əziz    dost,  

əgər,  sən  Belinski  olmayacağını  hiss edirsənsə, nə üçün kustarçılıqla məşğulsan? Axı, müdrik 

atalar deyib ki, pis papaqçı olmaqdansa, yaxşı palanduz olmaq yaxşıdır». 

Azərbaycanda  bədii  nəsrin  böyük  novator  nümayəndəsi  Cəlil  Məmmədquluzadə  öz  hekayə  və 

felyetonları  ilə  sənətimizə, tamamilə  yeni  yazı tərzi gətirdi. Onun  hekayələrində Şərq  nəsrində 

ilk  dəfə  müəllifın  bilavasitə  müdaxiləsi  olmadan  tiplər,  surətlər  öz  hərəkət  və  rəftarları  ilə 

təəccüblü  bir  aydınlıqla  dərhal  oxucunun  gözləri  qarşısında  canlanırdı,  həm  də  öz  fərdi 

psixologiyası,  öz  koloritilə  canlanırdı.  Bu  hekayələr  sadəlövh,  quraşdırma  süjetlərdən  uzaq  idi. 

Adi  insanlardan,  adi  hadisələrdən  bəhs  edən  bu  hekayələrin  yaradılışında  bədii  dərinlik,  həqiqi 

sənətkarlıq  var  idi.  Bu  cür  hekayəçiliyin  Qərbdə  Mopassan,  Rusiyada  Çexov  kimi  güclü 

nümayəndələri var idi. Biz böyük iftixar hissilə onu da qeyd etməliyik ki, Mirzə Cəlilin hekayə 

və  felyetonları  bədii  dəyəri  və  ictimai  təsir  qüvvəsi  etibarilə  müxtəlif  milliyətli  məşhur 

sələflərinin  əsərlərindən  heç  də  geri  qalmırdı.  Əlbəttə,  Mirzə  Cəlil  haqqında  dəyərli  tədqiqat 

əsərləri yazılmışdır. Lakin onun Azərbaycan nəsrinin yazı tərzinə gətirdiyi böyük yenilik ədəbi 

tənqıd tərəfındən vaxtında təhlil və təbliğ edilməmişdir. Bəlkə, bir də buna görədir ki, bu tarixi 

yenilik uzun zaman sonrakı nasirlərimiz tərəfindən davam etdirilmədi və bu da nəsrimizin kəsir 

cəhətlərindən  biri oldu. Ədəbi tənqid  isə, Mirzə  Cəlilin  müasir  Azərbaycan ədəbi  prosesindəki 

rolunu  müəyyənləşdirməli,  bu  barədə  öz  tutarlı  sözünü  deməlidir.  Deməlidir...  Bəs,  nə  vaxt 

deyəcək? Nə üçün xarici ölkələrin ədəbi tənqidi Bulqakov, Kafka, Prust kimi yazıçıların müasir 

ədəbi prosesdəki roluna  monoqrafıyalar  həsr edir, bizim  ədəbi tənqid öz böyük klassiklərimizə 

bu  nöqteyi-nəzərdən  baxmağı  bacarmır?  Aydın  məsələdir ki,  həm  siyasi-ictimai,  həm  də  bədii-

estetik  baxımdan  Mirzə  Cəlil  Kafkadan  da,  Prustdan  da  uzaq  bir  yazıçıdır.  Lakin  onun  müasir 

ədəbi prosesdəki iştirakı faktdır. Ədəbi tənqidimiz ara-sıra bu faktı qeyd edir. Qeyd edir və belə 

bir quru qeydiyyatla da kifayətlənir. 

Tənqiddən isə çox şey asılıdır. 

Hər  hansı  bir  ədəbi  novatorluğun  vaxtında  dərk  və  təqdir  edilməməsi  çox  təəssüf  ediləcək  bir 

haldır.  Çünki  bu  elm  sahəsində,  texnikada  olduğu  kimi,  həqiqi  sənətin  inkişafına  mane  olur. 

Yerində saymağa, ətalətə, əyalətçiliyə gətirib çıxarmaq təhiükəsi yaradır. 

Cəfər  Cabbarlı  bizim  dramaturgiyamıza  Şekspir,  Şiller  ehtirası  ilə  daxil  oldu.  Onun  «Aydın», 

«Oqtay Eloğlu», «Od gəlini».  «1905-ci  ildə» pyesləri  yüksək emosionallıqla qanadlanan güclü 

istedad  nümunələri  idi.  Bu  əsərlərdə  həqiqi  sənətkar  ehtirası  var  idi.  Ədəbi  tənqid  bunu  təqdir 




etmək, bu  nadir  istedada  layiq olmaq əvəzinə  bir  sıra  hallarda gənc dramaturqun üstünə düşüb, 

Allah  bilir  ki,  onu  necə  əcaib  şeylərdə  təqsirləndirmədi...  Əlbəttə,  belə  bir  tənqid  öz  mənfi 

təsirini göstərməyə bilməzdi. Lakin böyük istedad öz şəfəqini harada isə yenə də göstərməli idi. 

«Yaşar»dakı təkcə İmamyar surəti müəllifin necə istedad sahibi olduğundan xəbər verirdi. Heç 

təsadüfi  deyil  ki,  İmamyar  surəti  geniş  xalq  arasında  ikiüzlülük,  hiyləgərlik  timsah  kimi  zərb-

məsəl  olmuşdur.  O  da  təsadiifi  deyil  ki,  bəzi  üzdəniraq  tənqidçilərin  saxta  ittihamlarına, 

böhtanlarına baxmayaraq, xalq həmişə Cəfər Cabbarlını sevmişdir. Xalq həqiqi sənətkarını, onun 

səmimiyyətini, öz vətəninə olan məhəbbətini həmişə hiss edib qiymətləndirmişdir. 

Həqiqi  sənəti  və  onun  səmimiyyətini  duymaqda  xalq  fovqəladə  həssaslığa  malikdir 

(semimiyyətsiz  isə,  həqiqi  sənət  yoxdur!).  Mən  indi  düşiinürəm  ki,  əgər,  ədəbi  tənqid  Cəfər 

Cabbarlını  vaxtında  qiymətləndirib,  ona  qol-qanad  versəydi,  bizim  dramaturgiyamız  daha  nə 

qədər böyük əsərlərlə zənginləşərdi! Təəssüf ki, tənqid öz səhvini başa düşəndə, artıq Çəfər bu 

dünyada yox idi. 

Əlbəttə, ədəbi tənqidimiz inkişafdadır. O, niüsbət cəhətlər əldə edir, lakin bununla bərabər, bəzi 

zərərli  cəhətlər də tamam  silinib getmir. Bəzi  hallarda tənqid  istedadlı  yazıçıların  əsərlərindəki 

maraqlı  yeni  cəhətləri,  keçilmiş  yollardan  keçməmək  cəhdini  nəinki  duyub  müdafiə  eləyir, 

əksinə,  lazımsız  bir  hay-küylə  «tənqid  atəşinə»  tutur.  Buna  misal  Mövlud  Süleymanlının 

əsərlərinə yaxın keçmişdəki münasibəti göstərmək olar, 

Mövlud  Süleymanlının  dilində,  ifadə  tərzində  nöqsanlar  olduğu  şübhəsiz  idi.  Tənqid  bunları 

düzəltməkdə istedadlı müəllifə kömək etməli idi. Söhbət tənqidin səhvindən, bəzi hallarda onun 

hələ də vulqar sosiologizm əhvali-ruhiyyəsindən xilas olmamağından, müasir proqressiv dünya 

ədəbiyyatının yeni ab-havasından, yeni nailiyyətlərindən xəbərsiz olmasından gedir. 

Məlumdur ki, bizdəki neqativ hadisələrlə cəmiyyətin böyük ideaında kəskin bir ziddiyyət vardır. 

Mövlud  bu  ziddiyyəti  həqiqi  sənət  dili  ilə  ifadə  etmək  üçün  həmin  neqativ  hadisələri  açıb 

göstərməyə  cəhd  etmişdir.  Cəmiyyətin  başına  bəla  olan  neqativ  hadisələrlə,  bu 

hadisələri..törədən  yeni  donda  yeni  psixologiya  ilə  meydana  çıxan  İmamyaria  gizlənpaç 

oynamaq olmaz! Demək, həqiqətin gözünə  cəsarətlə baxmaq Iazımdır. Xışı dərindən götürmək 

lazımdır.  Əgər,  gənc  müəlliflər  hər  cür  sadəlövh  öyüd  nəsihətçilikdən,  primitiv  müəllif 

müdaxiləsindən qaçırlarsa, həyatm ğozəllikləri, yüksək idealı ziddinə olan rəzaləti, eybəcərlikləri 

və bunları törədənləri bütün ikiüzlülüyü, saxtakarlığı, biqeyrətliyi, paxıllığı, yaltaqlığı ilə təsvirə 

cəhd  edirlərsə,  bu,  təqdirəlayiqdir.  Ədəbi  tənqid  bütün  bunları  şərh  etməli  və  müəllifləri, 

yuxarıda  dediyim  kimi,  dil-ifadə  qüsurlarından,  yaradıcılıqlarında  bəzən  naturalizm 

təzahürlərindən saqındırmalıdır. 

Vaqif Cəbrayılzadənin şeirləri ilə mən bu yay tanış oldum. Və bir oxucu kimi elə hesab eləyirəm 

ki,  onun  da  yaradıcılığı  bizim  şeirimizdə  maraqlı  bir  hadisədir.  Mən,  Vaqifin  yaşının  və 

təcrübəsinin azlığına  baxmayaraq, «onun da»  ifadəsini  işlətdim, çünki  mənim üçün bir  həqiqət 

şübhəsizdir:  hərgah  bizdə  bir  tərəfdən,  misal  üçün,  Bəxtiyar  Vahabzadə,  yaxud  Nəriman 

Həsənzadə  qələmi  hərəsi  öz  fərdi  poetik  sözünü  deyirsə,  bir  tərəfdən  Qabil,  yaxud  Məmməd 

Araz  qələmi,  bir  tərəfdən  də  deyək  ki,  Fikrət  Qoca,  yaxud  Məmməd  İsmayıl  qələmi  eyni  işi 

görürsə - belə bir müxtəliflik yalnız və yalnız poeziyamızın xeyrinədir! 

Məni  maraqlandıran  Vaqifın  hansı  vəznlə  yazması  deyil.  Bu,  hər  şairin  öz  işidir.  Hər  şeydən 

əvvəl,  mənə  təsir  eləyən  Vaqifin  tərənnüm  etdiyi  hisslərdəki  dərinlik  və  təzəlikdir.  Sanki  şair 

insan  qəlbinin,  insan  ruhunun  təhtəlşüur"  sarsıntılarını;  həyat  hadisələri  ilə  münasibətindəki 

ziddiyyətlərini,  assosiasiyalarını  həssaslıqla  duyur,  həqiqi,  yaxşı  insan  qəlbinin  dramatizmində 

belə bir ülviyyət görür. 

Vaqifm  müharibədə  həlak  olanların  xatirəsinə  həsr  etdiyi  şeirində  ölüm  yarası  almış  oğul 

nənəsinə deyir: 

 

- Qarı nənə, qarı nənə,



 

            Qara yaylığın düşdü, nənə. .  ,

 

         - Qara yaylıq ölümdü, oğul, 



                                                                              Ört üstünə.

 

- Qarı nənə, qarı nənə, 




        Bağlama gözümü, nənə, 

bir damla göz yaşı  

                                                                               incidir məni.

 

        - Gözümün son damlasıdı,  



                                                                                oğul,

 

                                                                                incidir səni, 



                                                                                O son damla yaş 

                                                                                Hələ illərcə saxlayacaq 

                                                                                 Gözlərinin çiçəyini, 

                                                                                qoy örtüm gözünü, oğul.

 

 

Və biz ananın ahsız-ufsuz faciəsini nə qədər dərindən hiss edirik. Burada nə müəllif müdaxiləsi 



var, nə də sabun köpüyütək qavazaq deklomasiya! Ana ürəyinin dəhşətli sarsıntısı var! O da çox 

maraqlıdır ki, Cəbrayılzadənin tərənnüm etdiyi faciələrin, dramatik hadisələrin o tayında həmişə, 

nə  isə,  bir  işıq  hiss  edirsən.  Elə  bil  ki,  heç  bir  iztirab,  heç  bir  kədər  o  işığın  ülviyyətini, 

gözəlliyini poza bilmir; elə bil ki, o işıq adi insan hisslərinin, adi insan taleyinin simvoludur. 

Vaqif Cəbrayılzadənin şeirləri sözçülükdən, sadəlövh heyrançılıqdan, öyüd-nəsihətçilikdən, eyni 

fıkri  yüz  dəfə  təkrar  eləyib  oxucunu  təngə  gətirən  gurultudan  uzaqdır.  (Şeirimizdə  xeyli  kök 

salmış  bu  son  dərəcə  ciddi  nöqsanlara  ədəbi  tənqidin  necə  dözdüyü  də  mənim  üçün  qəribə 

hadisədir.) 

Vaqif şeir kitabçasını mənə təqdim eləyəndə, zarafatyana dedim ki: «Nə balaca kitabdır...» O da 

ciddi cavab verdi ki, «şeir kitabı gərək kiçik ola». 

Bu sözlər mənə simvolik təsir bağışladı. Taxçalarda heç kəsin oxumadığı toz basmış qalın-qalın 

«şeir»  kitabları  yadıma  düşdü.  Şeir  çox  yazıla  bilər,  amma  pis  yazıla  bilməz!  Pis  şeir  nifrətə 

layiqdir!  Çünki  o,  həqiqi  şeriyyətin  müqəddəs  gözəlliyini  ucuzlaşdırır.  Hazırlıqsız  oxucunun 

zövqünü korlayır. 

Cəbrayılzadə  vətənpərvər  şairdir.  Lakin  o,  «vətən,  sevirəm  səni»  deyib  qışqırmır.  Vətən,  xalq 

sevgisi cazibə qüvvəsinə malik gözəgörünməz bir xətt kimi onun bütün yaradıcılığından keçir. 

Bu  istedadlı  şairin  də  ifadə  tərzində  qüsurlara  rast  gəlirsən.  Bəzən  onun  özünə  mənası  məlum 

olan ifadələr oxucuya çətin çatır. Bəzən sözlər yerinə sərrast düşmür... Bütün bunları ona indidən 

demək  lazımdır.  Yaxşısını  da,  pisini  də,  həm  də  obyektivcəsinə,  necə  deyəriər,  «sevə-sevə» 

demək lazımdır. İndidən demək lazımdır ki, sonra gec olmasmın. 

Bizim  altmışıncı,  səksəninci  illərdə  meydana  çıxan  əsərlərimizlə,  həmin  illərdə  Rusiyada  və 

eləcə də başqa respublikalarda meydana çıxan yaxşı əsərlərin arasında istər forma və istərsə də 

məzmun  etibarılə  səsləşmə  vardır.  (Əlbəttə, təqlid  və  ya  oxşarlıq  etibarilə  deyil!)  Bu  səsləşmə 

yeni  forma  və  məzmun  axtanşlarındadır,  köhnəlmiş,  standartlaşdırılmış  formalar  çərçivəsindən 

daha  genişliyə  çıxmaq  cəhdindədir.  Ədəbi  tənqidimiz  isə,  bu  məsələyə  lazımınca  fıkir  vermir. 

Əlbəttə, uzaq zamanlardan bəri xalqın qəlbinə yol tapmış bədii formaları unutmaq olmaz. Lakin 

məlumdur  ki,  dövrün  ictimai  məzmunu  dəyişdikcə,  bədii  əsərin  ifadə  tərzində  də  müəyyən 

dəyişiklik tələb olunur  və bu dəyişiklik  həmişə  inkişafa doğru gedir. İstedadlı  yazıçı  bunu hiss 

etməyə  bilməz,  buna  biganə  qala  bilməz.  Həqiqi  ədəbi  tənqid  də  bunu  hiss  edir  və  əsərə  bu 

nöqteyi-nəzərdən  yanaşır.  Lakin  elə  tənqidçilər  də  vardır  ki,  onlar  üçün  köhnə  formalar 

toxunulmazdır.  Daha  doğrusu,  onlar  özləri  bu  köhnəliyin  çərçivəsindən  çıxmaq  iqtidarında 

deyillər. 

Amerika  ədəbiyyatının  kamil  əsərlərindən  biri  olan  «Heklberri  Finnin  sərgüzəşti»  povestinin 

üstündə Mark Tvenin belə zarafatyana bir yazısı var: 



«Xəbərdarlıq. 

Bu hekayədə motiv tapmağa cəhd eləyən şəxslər məhkəməyə veriləcək, moral axtaranlar sürgün 

ediləcək, süjet tapmaq istəyənlərsə güllələnəcək. 

Müəllifin əmrilə.» 

Yəqin məsələ idi ki, həqiqətdə Mark Tven bədii əsərdə nə motivin, nə əxlaqi nəticənin və nə də 

süjetin  əleyhinə  idi.  Lakin  məhz  «Heklberri  Finnin  sərgüzəştləri»  haqqında  belə  yazmasının 

mənası  var  idi.  Bu  ölməz  əsər  süjet  barədəki  ənənəvi  sxem  əsasında  yazılmamışdır.  Povest 

assosiativ  tərzdə  əlaqələndirilən  bir  sıra  sərgüzəştlərdən,  bir  sıra  personajların  fəaliyyətindən 



ibarətdir. Müəllif «Heklberri Finnin sərgüzəştləri»ni, onun dolaşdığı həyatı, bu həyatla bilavasitə 

və  ya  dolayısı  ilə  əlaqədar  hadisələri,  adamları  təsvir  edirdi.  Heç  bir  oxucu  da  bu  gözəl  əsəri 

oxuyarkən, onun vahid bir süjet əsasında yazılmaması barədə diişünmürdü. 

Əlbəttə, vahid süjet sxemini inkar etmək olmaz. Yüzlərlə gözəl əsərlər vahid bir süjet sxemində 

yazılmışdır və bundan sonra da yazılacaqdır. Lakin bu o demək deyil ki, heç bir yazıçı bu sxem 

çərçivəsindən çıxmasın. Hansı formada yazırsansa, yaz, lakin sənətkarlıqla, ürəklə yaz! Həyatı, 

onıın  doğurduğu  psixologiyanı  duyaraq,  onun  dərinliklərinə  nüfuz  edərək  yaz!  Həyatın  təbii, 

amansız dramatizminə göz yummayaraq yaz! Əsl sənətin məlum devizi belədir və əlbəttə ki, bu, 

yazıçıdan güclü istedad istəyir. 

Bəzi tənqidi məqalələrdə filan şairin (nasirin və ya dramaturqun) öz əsərlərində «fəisəfı fıkirlər» 

söylədiyi  yazılır. Lakin  bu  «fəlsəfənin»  nədən  ibarət olduğu,  müəllifin  bu  «fəlsəfəsində»  hansı 

təzə  bir  söz  dediyi  tənqidçi  tərəfindən  izah  olunmur.  Əslində,  görürsən  ki,  həmin  «fəlsəfə» 

çeynənmiş köhnə söhbətlərdən ibarətdir. 

Bütün bunlar baqqında düşiinərkən, təkrar bu nəticəyə gəlirsən ki, tənqidçi yoldaşlar istər forma 

və  istərsə  də  məzmun  barədə,  ümumiyyətlə,  bədii  əsər  barədə  hokm  verərkən  diqqətli 

olmalıdırlar,  bizim  ədəbiyyatın  və  eləcə  də  dünya  ədəbiyyatının  təcrübəsindən  çıxış  etməyi 

bacarmalıdırlar. Bunun bir gizlini yoxdur ki, dayaz sadəlövh tənqidin tərifləyib göyə qaldırdığı 

elə  əsərlər  var  ki,  bu  gün  heç  kəsin  yadına  düşmür  və  yeni  nəsil  də  onların  nə  üçün  vaxtilə 

tərifləndikIərinə təəccüb edir. 

Ədəbi  tənqidin  ayrı-ayrı  dövrlərdəki  səhvləri  haqqında  düşünərkən,  onun  işıqlı  cəhətlərini, 

ədəbiyyatımızın, ictimai fıkrimizin inkişafinda dəyərli xidmətləri olan nümayəndələrini, təbii ki, 

unutmaq  olmaz.  ƏIi  Nazim,  Mikayıl  Rəfıli,  Məmməd  Arif,  Məmməd  Cəfər,  Cəfər  Cəfərov, 

Mehdi  Hüseyn,  Əziz  Mirəhmədov,  Abbas  Zamanov,  Əli  Sultanlı,  Əkbər  Ağayev,  Kamal 

Talıbzadə,  Mehdi  Məmmədov,  Kamran  Məmmədov,  Cəlal  Məmmədov  kimi  veteranların, 

onlardan  sonra  gələn  tənqidçilər  nəslinin  istedadlı  nümayəndələrinin  təmkinli  ziyalı  xidmətləri 

təqdirəlayiqdir.  Bu  gün  gənc  tənqidçilər  nəsli  də  yetişməkdədir  ki,  onların  bədii  əsəri  başa 

düşmək, onun  müvəffəqiyyət və  nöqsanlarını düzgün  hiss etmək  istedadı, ümumi  mədəniyyəti, 

dünya  ədəbiyyatına  bələdliyi,  müasirliyi, ədəbiyyatımızm ən  yaxşı tənqidçilərinin əsərlərilə  bir 

sırada  dura  bilən  ağıllı  məqalələri  çox  fərəhli  haldır.  Bu,  sübut  edir  ki,  tənqidimiz  inkişaf 

yolundadır. 

Lakin  bir  həqiqət də vardır ki,  indi  hələ də elə tənqidi  yazılara rast gəlirik ki, ədəbiyyatımızın 

yüksəlişi naminə onlarla qəti mübarizə aparmaq lazımdır. Belə məqalələrdə zəif yazılar, heç bir 

bədii  dəyəri  olmayan  əsərlər  təriflənir.  Çünki  həqiqəti  söyləməyə  nə  savad,  nə  istedad,  nə  də 

cəsarət çatır! Ona görə də redaksiyalarda ədəbi tənqid sahəsində  işləyən  yoldaşlara qarşı tələbi 

artırmaq  lazımdır.  Sənətirn  amansız  bir  qanunu  var:  zəif  əsər,  pis  əsər  nə  qədər  təriflənirsə-

təriflənsin, nə qədər qaldırılırsa-qaldırılsın, kimsəyə lazım olmayan cansız bir şey olaraq qalır ki, 

qalır. 

Bunu  da  unutmaq  olmaz  ki,  yaxşı  tənqid  yaxşı  əsərlərin,  həqiqi  sənətin  düzgün  izahı  ilə,  pisin 



isə, inandırıcı ədəbi ifşası ilə yüksəlir. 

Biz  istəyirik  ki,  ədəbi  tənqidin  yaxşı  cəhətləri  inkişaf  etsin.  Onun  səhvləri  ədəbiyyatımızın 

inkişafına  mane  olmasın.  Ədəbi  tənqid  arxaizm,  məhdudluq,  bəsitlik  kimi  ciddi  qüsurlardan, 

arxiv iyi verən mühakimələrdən, tamamilə, xilas olsun. 

Bunun üçün bizdə tənqidlə məşğul olan müasir ruhlu, istedadlı, bilikli, təravətli qələm sahibləri 

vardır. Qoy onlar mədəniyyətimizin tərəqqisi naminə öz fəaliyyətlərini artırsınlar. 



«Ədəbiyyat və incəsənət» qəzeti, 28 yanvar 1983-cü il. 

 

 

 

 

 

 

 

Yüklə 59,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə