Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
  1   2   3   4   5   6   7   8   9   ...   30


 

 

 

AZƏRBAYCAN AġIQLAR BĠRLĠYĠ 

 

 



           

 

 



OZAN DÜNYASI 

 

 

 

 

 

 

№ 4(19)  

2014


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



AZƏRBAYCAN  AġIQLAR BĠRLĠYĠ

 

 



Ozan dünyası   

                                             №4(19),

 2014


 

 

 



Millətimi saz anladar, saz anlar

Saza baxsın tariximi yazanlar. 

 

Zəlimxan Yaqub 

Xalq şairi 

 

 

Baş redaktor: Musa NƏBĠOĞLU 



 

 

REDAKSİYA HEYƏTİ: 



 

Zəlimxan Yaqub (məsləhətçi) 

Məhərrəm  Qasımlı (məsləhətçi)  

Həsən Mirzə 

Nizami Cəfərov 

Muxtar İmanov 

Qəzənfər Paşayev 

Qənirə Paşayeva 

İsmayıl Məmmədli 

Elxan Məmmədli 

İlyas Tapdıq 

Məmməd Aslan 

Seyfəddin Qəniyev 

Ədalət Nəsibov 

İsfəndiyar Rüstəmov 

Seyfəddin Altaylı (Türkiyə) 

Nizaməddin Onk (Almaniya) 

Çingiz Mehdioğlu (İran) 

Nazim İrfan Nəsrəddinoğlu (Türkiyə) 

Osman Əhmədoğlu (Gürcüstan) 

 

 

 

Jurnal 26 noyabr 2008-ci ildə Azərbaycan Respublikasının Ədliyyə 

Nazirliyində qeydə alınmışdır. Qeydiyyat nömrəsi: 2756 

Ünvan: Bakı, Zərifə Əliyeva küç. 53 

Əlaqə telefonları: 

( + 994 12) 493 86 61 

 (+994 50) 345 36 52 

 

musa58@bk.ru



   

    ISSN 2224-9257 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



 

Məhəhrrəm QASIMLI 

professor 

 

“AġIQ” VƏ “HAQQ AġIĞI”  

SƏNƏTKAR AD-TĠTULU KĠMĠ 

 

Ozan-aşıq  keçidi  başa  çatdıqdan  sonra  “haqq  aşığı”  və  “aşıq”  ad-



titulu xalq arasında öz nüfuzunu möhkəmləndirərək, heç bir başqa titulla 

müştərəkliyə  yol  vermədən  sərbəst  işlənmə  hüququ  qazandı

1

.  Folklor 



yaddaşı  və  yazılı  qaynaqlar  göstərir  ki,  “haqq  aşığı”  –  vergisi  olan 

sənətkardır.  Ona  aşıqlıq  haqq-ilahi  tərəfindən  vergi  kimi  verilmişdir,  bu 

səbəbdən də onlar kəramət sahibi hesab olunurlar.  

Bədahətdən  çalıb-çağırmaq,  sinədən  söz  söyləmək,  qaibdən  xəbər 

vermək,  Tanrı  dərgahından  soraq  gətirmək,  müşkül  mətləbləri  yüngül 

eləməyə qadir olmaq kəramət sahibinin – “Haqq aşığı”nın əsas əlamətlə-

ridir. Haqq aşıqlarının ilham mənbəyi ilahi-qudsal /müqəddəs/ aləm oldu-

ğu üçün onları heç kəs bağlaya bilmir

2

. Bu qisim  sənətkarların üzərində 



haqq  nuru,  Tanrı  nəzəri  dayandığına  görə,  dünyadan  köçdükdən  sonra 

onların dəfn olunduqları yer müqəddəs ocaq sayılır, qəbirləri pir kimi zi-

yarət edilir. Bu baxımdan Laçın rayonu ərazisində – Həkəri çayı sahilin-

də “Haqq aşığının qəbri” adıyla məşhur olan Sarı Aşıq məzarının ziyarət-

gah hesab olunması barədə Salman Mümtazın 1927-ci ildə yazdığı “Aşıq 

Abdulla”  başlıqlı  məqalədəki  qeyd  maraq  doğurur:  “Əhalinin  bir  qismi 

aşığı  “Haqq  aşığı”  adıyla  yad  edərəк  ziyarətinə  gəlirlər”

3

.  Cəbrayıl 



rayonu  ərazisindəki  Diri  dağında  “Aşığın  qəbri”  adlanan  pir-ziyarətgah 

da haqq aşığı Dirili Qurbaninin dəfn olunduğu yerdir

4

.  


Belə bir diqqətçəkən cəhətə də nəzər yetirmək yerinə düşər ki, “haqq 

aşığı” ad-tituluna yiyələnmiş klassik sənətkarların əksəriyyəti barədə das-

tan yaradılmışdır. Həmin dastanlarda aşiqlik /sevgi/ və aşıqlıq /sənətkar-

lıq/ onlara yuxuda ikən buta kimi, vergi kimi  İlahi tərəfindən /bəzi das-

tanlarda nurani dərviş, bəzilərindən Xızır, bir başqa qismində isə Həzrət 

Əli vasitəsilə/ verilir, buna görə də onlar toxunulmaz, söz-sənət meyda-

nında yenilməz və məğlubedilməz olurlar. Tanrı vergisinin qüdrəti ilə bü-

tün  müşküllərdən  qurtara  bilirlər.  “Qurbani”,  “Abbas-Gülgəz”,  “Xəstə 

                                                 

1

 Bilgə Seyidoğlu. Xalq şairlərində təsəvvüf, s. 135 



2

 Bilgə Seyidoğlıı. Xalq şairlərində təsəvvüf, s. 135 

3

 S.Mümtaz. Azərbaycan ədəbiyyatının qaynaqları. Bakı, “Yazıçı”, 1986, s. 17 



4

 Qurbani. /toplayıb tartib edən və ön söz yazan Qəzsnfər Kazımov/, Bakı, ADU 

nəşriyyatı, 1990, s.20 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



Qasım” dastanları bu baxımdan xüsusi əhəmiyyətə malik olan folklor ör-

nəkləridir.  Hətta  tarixi  şəxsiyyətlə  bağlı  olub-olmadıqları  bilinməyən 

“Aşıq Qərib”, “Seydi-Pəri”, “Yetim Aydın”, “Novruz-Qəndab” və başqa 

dastanların qəhrəmanları /Qərib, Novruz, Seydi, Yetim Aydın/ məhz ilahi 

vergiyə  malik  haqq  aşıqları  olduqları  üçün  hər  cür  maneəni  dəf  edərək 

istəklərinə  çata  bilirlər.  “Əsli-Кərəm”  dastanında  isə  Кərəm  buta  və 

“haqq  vergisi”  almadığından  “haqq  aşığı”  səviyyəsinə  qalxmır  və  buna 

görə də sonuncu maneədən /tilsimli don/ keçə bilmir. Kərəmlə bağlı olan 

dastandakı məhəbbət /müsəlman-türk oğluyla xristian erməni qızı arasın-

dakı sevgi/ xalq tərəfindən təqdir olunmur, əksinə, folklor təfəkkürü belə 

bir izdivacın qəbuledilməzliyini özünəməxsus tərzdə irəli sürür. Ona görə 

də  “Əsli-Kərəm”  dastanının  əvvəlində  başqa  məhəbbət  dastanlarından 

fərqli  olaraq  Kərəmə  buta  verilmir,  həm  butanın  verilməməsi,  həm  də 

sonluqda  arzuolunmaz  qovuşuğun  –  Kərəmin  Əslinin  vüsalına  yetmə-

sinin qarşısının alınması – Kərəmin yandırılaraq cəzalandırılması xalqın 

bu hadisəyə tarixi-estetik münasibətini əks etdirir. Haqqında danışılan və 

tutuşdurmaya cəlb olunan dastanların ümumi mənzərəsindən də göründü-

yü kimi, qəhrəmanları “haqq aşığı” olan dastanlarda dini-təsəvvüf ruhlu 

şeirlər-deyişmə, qıfılbənd və müəmmalar xeyli yer tutur və bu istiqamət-

də  gedən  bütün  sınaq  məqamlarında  haqq  vergisinə  malik  olan  aşıqlar 

neçə-neçə aşığın aça bilmədiyi ən çətin bağlamaları belə çətinlik çəkmə-

dən asanlıqla açıb şərh edərək qalibə çevrilirlər. Yəqin ki, Kərəmə haqq 

vergisi  verilmədiyindən  onun  taleyindən  danışan  dastanda  təriqət  səciy-

yəli dini-ürfani sorğu-deyişmələr yox dərəcəsindədir.  

Ənənədən  gələn  keyfiyyət  göstəricisi  kimi,  qam-ozan  –  baxşı  kom-

pleksində  mövcud  olan  görücülük-baxıcılıq  qabiliyyəti  haqq  aşıqlarında 

da təzahür edir. Təsadüfi deyildir ki, dastanlarda  bir qayda olaraq, sınaq 

aktı  kimi  dastan  qəhrəmanının  “haqq  aşığı”  olub-olmadığını  yoxlamaq 

üçün onun gözlərini dəsmalla bağlayıb müxtəlif sorğular aparırlar. Məsə-

lən, gözübağlı Qurbanidən Qara Vəzirin əlində nə tutduğu soruşulduqda 

o,  həmin  şeyin  “alma”  olduğunu  şeirlə  söyləyir.  “Novruz-Qəndab”  das-

tanında  Novruzun  gözlərini  bağlayıb  qabağından  gözəl  qızları  növbəylə 

keçirirlər.  Novruz  onların  kimliyini,  hətta  əyinlərindəki  geyimləri  və 

zinət  şeylərini  tam dəqiqliyi ilə  bir-bir deyir və  ən nəhayət, növbə  gəlib 

çatanda  öz  sevgilisini  tanıyır.  “Seydi-Pəri”  dastanında  haramı  quldurlar 

Seydidən təpənin arxasında gizlənənlərin kimliyini soruşurlar. Seydi kişi 

paltarında olan qızları şeirlə təsvir edərək adbaad sadalayır. Bütün bunlar 

haqq aşığında görücülük-baxıcılıqla əlaqədar olan qam-şaman keyfiyyəti-

nin yaşadığını göstərir. Aşıq Ələsgərin aşıqlığın mahiyyətini əks etdirən 

məşhur ustadnaməsində:  




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə