Ədliyyə Nazirliyi Mərkəzi Bankının



Yüklə 123,46 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü123,46 Kb.
#69667


Dövlət qeydiyyatına alınmışdır”                          “Təsdiq edilmişdir”  

Azərbaycan Respublikasının                                 Azərbaycan Respublikası 

Ədliyyə Nazirliyi   

                                         Mərkəzi Bankının  

                                                                                  İdarə  Heyəti 

Qeydiyyat № 3098 

 

 

 

 

Protokol № 20 

                                                       

“30” noyabr 2004-cü  il                                           “18” noyabr 2004-cü il 

 

Nazir                                    

 

                      İdarə Heyətinin sədri 

 

____________ F.F.Məmmədov 

                    ____________ E.S.Rüstəmov 

 

 



 

 

                                          



 

 

 



 

Azərbaycan Respublikasında 

xatirə sikkələrinin tədavülə buraxılması 

Q A Y D A L A R I 

 

(15 aprel 2010-cu il tarixli dəyişikliklərlə) 



 

 

 



 

 

 



 

Bakı 2004

 

 

 


 

 

 



2

 

1. 



Ümumi müddəalar

 

1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əsasən  hazırlanmışdır  və 

Azərbaycan Respublikası ərazisində xatirə sikkələrinin tədavülə buraxılması 

qaydalarını müəyyən edir.  

1.2.  Azərbaycan  Respublikasının  ərazisində  xatirə  sikkələrinin  istehsal 

edilməsi  və  tədavülə  buraxılması  hüququ  müstəsna  olaraq  Azərbaycan 

Respublikası Mərkəzi Bankına (bundan sonra Mərkəzi Bank) məxsusdur. 

1.3.  Xatirə  sikkələri  Azərbaycan  Respublikasının  qanunu  ödəniş 

vasitəsidir,    respublikanın  bütün    ərazisində  manatla  ifadə  olunan  nominal 

qiymətləri  ilə  hər  növ  ödənişlərin  həyata  keçirilməsi,  hesablara  daxil 

edilməsi və pul köçürmələri zamanı qəbul edilməlidir.  

1.4. Mərkəzi  Bank tərəfindən  tədavülə buraxılan xatirə sikkələri tarixi, 

ədəbi və mədəniyyət abidəsi əhəmiyyətini kəsb etmir.  

1.5.  Xatirə  sikkələri  istehsal  üsulları  və  keyfiyyətinə  görə  bu 

Qaydalardakı kimi təsnifləşdirilir. 

 

 

2. 



Anlayışlar

 

2.1.  “Xatirə  sikkələri”  –  istehsalında  bahalı  metallardan  (xüsusən 



qiymətli  metallardan),  mürəkkəb  döymə  texnologiyalarından,  bədii  tərtibat 

elementlərindən  istifadə  edilən,  onlara  xüsusi  xassə  verən,  dövriyyədə 

nominal  dəyəri  və  nominal  dəyərindən  fərqli  olan  digər  qiymətlə  istifadə 

edilməsinə imkan yaradan sikkələr aid edilir.  

2.2.  “Pruf”–  ən  yüksək  keyfiyyətdə  “proof”  döymə  texnologiyası  ilə 

istehsal edilmiş, səthi tamami ilə düz, parlaq, üzərində yalnız tutqun təsvirlər 

olan, gözlə görünən cızıq, xətt, əl izləri və digər qüsurları olmayan və relyefi 

ən xırda detallarınadək dəqiq olan proof keyfiyyətli xatirə sikkələridir. 

2.3.  “Parlaq”–  yüksək  keyfiyyətli,  döymə  texnologiyası  ilə 

hazırlanmış,  səthi  düz,  parıldayan,  relyefi  dəqiq  olan,  üzərində  gözlə 




 

 

 



3

 

görünən  cızıq,  xətt  və  digər  qüsurları  olmayan  parlaq  keyfiyyətli  xatirə 



sikkələridir.

                    

 

3. Xatirə sikkələrinin hazırlanması və tədavülə buraxılması. 

 

 

 

3.1.  Xatirə  sikkələrinin  dizaynının  mövzusu,  texniki  göstəriciləri  və 

buraxılış limiti Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir. 

3.2.  Hər  bir  pruf  və  parlaq  keyfiyyətli  xatirə  sikkələri  üçün  təsdiq 

edilmiş  hər  mövzu  üzrə  Mərkəzi  Bankın  İdarə  Heyəti  sədrinin  imzası  ilə 

həqiqilik  sertifikatı  hazırlanır.  Sertifikatda  müvafiq  xatirə  sikkələrinin 

dizaynının mövzusu barəsində ümumi məlumat, onların texniki göstəriciləri 

və buraxılış limiti göstərilir. 

3.3.  Xatirə  sikkələri  müəyyən  olunmuş  limit  həddində  bir  neçə  dəfə 

istehsal edilə bilər. 

3.4.  Buraxılan  xatirə  sikkələrinin  sifarişini,  onların  hazırlanıb 

respublikaya  gətirilməsini  və  tədavülə  buraxılmasını  Mərkəzi  Bank  təşkil 

edir. 

3.5.  Hüquqi  və  fiziki  şəxslərə,  əhaliyə  xatirə  sikkələrinin  texniki 



göstəriciləri, satış qiymətləri  və sair haqqında məlumat  verilməsini  Mərkəzi 

Bank təşkil edir. 

3.6.  Xatirə  sikkələrinin  satış  qiymətləri  Mərkəzi  Bank  tərəfindən 

istehsal  xərcləri,  qiymətli  metalların  bazar  qiymətləri  və  digər  xərcləri 

(daşınma, sığorta və sair) və  keyfiyyəti nəzərə alınmaqla  müəyyən edilir  və 

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilir. 

3.7.  Xatirə  sikkələri  müvafiq  qaydada  Mərkəzi  Bankın  pul  və  digər 

qiymətlilər saxlanılan anbarında saxlanılır. 

3.8.  Hüquqi  və  fiziki  şəxslərə  (o  cümlədən  banklara)  xatirə  sikkələri 

Mərkəzi  Bankın  kassa  xidməti  göstərən  struktur  bölmələrində  və 

qurumlarında nağd və köçürmə yolu ilə satılır.  

3.9.  Xarici  hüquqi  və  fiziki  şəxslərdən  sifariş  daxil  olduqda  Mərkəzi 

Bank  tələb  olunan      xatirə  sikkələrinin  mövcud  olduğunu  təsdiq  edir  və 



 

 

 



4

 

sifarişçi tərəfindən müvafiq məbləğin ödənilməsini təşkil edir. Satış qiyməti 



və  daşınma  xərcləri  ödənildikdən  sonra  tələb  olunan  miqdarda  xatirə 

sikkələrinin sifarişçiyə göndərilməsini təşkil edir. 

3.10.  Hüquqi  və  fiziki  şəxslər  xatirə  sikkələri  ilə  Azərbaycan 

Respublikasınin  qanunvericiliyinə  uyğun  olaraq  alqı-satqı  və  digər  

əməliyyatları  həyata  keçirə  bilərlər.  Bu  zaman  xatirə  sikkələrinin  alqı-satqı 

qiymətləri tərəflər arasında sərbəst müəyyən edilir. 

3.11. Xatirə sikkələri ilə aparılan əməliyyatların uçotu Mərkəzi Bankın 

müəyyən etdiyi qaydada aparılır. 

 

4. Yekun müddəalar                

 

                 4.1 Bu Qaydalar dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yüklə 123,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə