Efiopiyanın kənd təsərrüfatı



Yüklə 52,3 Kb.
tarix04.02.2018
ölçüsü52,3 Kb.
#23476

EFİOPİYA VƏ SOMALİNİN KƏND TƏSƏRRÜFATININ MÜQAYİSƏLİ SƏCİYYƏSİ

Efiopiyanın kənd təsərrüfatı.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir.Belə ki,ÜDM-un 50%-i, ixracatın isə 85%-i,ümumi məşğulluğun isə 80%-i bu sahəylə bağlıdır..Ölkə geniş əkinçilik sahələrinə,əlverişli iqlimə,heyvandarlığın inkişafı üçün otlaq sahələrinə malikdir.Kənd təsərrüfatının əsasını təşkil edən relyef və iqlim göstəricilərinə nəzər yetirək.

Relyefi:Efiopiya yüksək dağlıq ölkədir.O yüksəkliği 2000 ve 3000 metrlər arasında deyişən bir platoya sahiptir.Bu plato axar sularla intensiv parçalanmışdır. Ölkənin şimal-şərqindən başlayan ve mərkəzdən cənub-qərbə doğru genişləyən Rift Vadisi ölkəni iki hissəyə ayırır. Rift Vadisi ərazisində birçox göllər vardır. Vadinin şərqində qalan plato Somali Platosudur. Bura da axar sularla parçalanmıştır. Nil çayının bir qolu olan Mavi Nil ölkəni şimal-qərbdən kəsərək təxminən 800km davam edir.Omo çayı böyük göllərdəndir.O Tana Gölündən başlayır.Bundan başqa ölkədə bir çox kiçik,quruyan çaylar var.Ölkədən axan çaylar onun kənd təsərrüfatına müsbət təsir göstərir.Çay vadilərinin məhsuldar torpaqları əkinçilik üçün olduqca əlverişlidir.



Ölkədə bir neçə seysmik bölgə olmasına baxmayaraq aktiv vulkanlar yoxtur. Dağlıq ərazilər ölkənin şimalında yerləşir. Bu dağlar 4500 metr yüksəkliyə sahib olan Semien Dağlarıdır.Mərkəz bölgələrdəki yüksək ərazilərdə 4300 metrdən daha yüksək olan Batu ve Karra Dağlarının olduğu ikinci dağlık ərazi yerləşir.Dağlıq ərazilər əkinçilikdən daha çox maldarlıq üçün yararlıdır.Bu dağlarda heyvanların otarılması üçün qiymətli yaylaqlar vardır.

Eyni zamanda şimalda Eritreya ərazisində dniz səviyəsindən 120 m-ə qədər aşağıda yerləşən 150 kv.km ərazisi olan Afar düzənlyi də bu ölkədədir.Bu ərazilərin relyefi burada bir çox bitkilərin becərilməsi üçün əlverişlidir.

İqlimi: Efiopiya subekvatoral ve tropik iqlim qurşağında yerləşir. İqlimi quraq və istidir.İstilik və yağıntı yüksəklikdən asılı olaraq dəyişir.Məsələn, 1800 m yüksəklikdən aşağıdaki yerlərdə temperatur 40°C’yə çatır. 2400 m ilə 3200 m yüksəklikdə isə iqlim mülayimləşir. Burada orta temperatur 16°C’dir.

Yağıntılar müxtəlifdir. Cənubda 2500 mm olmasına baxmayaraq, şimalda 50mm-ə qədər aşağı düşür.

Əkinçilik ölkənin əhəmiyyətli gəlir mənbəyidir.Sənayenin yarıya qədəri bitki yağı,un və müxtəlif spirtsiz içkilərin istehsalından ibaretdir. Burada dənli bitkilərdən arpa,buğda,qarğıdalı,darı,texniki bitkilərdən qəhvə,pambıq,şəkər qamışı,tütün,çay və s. becərilir.Bundan başqa,yağlı və paxlalı bitkilər (əsasən lobiya) də əkinçilikdə xüsusi yer tutur.

Ölkənin iqtisadiyyatında qəhvə son dərəcə vacibdir.İxrac olunan az sayda məhsullardan biri də qəhvədir və ixracatın 40%-ni təşkil edir.Efiopiya qəhvə istehsalına görə dünyada 6-cı,Afrikada isə Fildişi sahili və Uqandadan sonra 3-cü yerdə durur (ildə 300min ton).Qəhvə ölkənin müxtəlif regionlarında yetişdirilsə də bu sahə üzrə ixtisaslaşan Oromiya regionudur.Əvvəllər qəhvə istehsalının 98%-i kənd əhalisi tərəfindən 1ha-dan kiçik ərazilərdə,yalnız 2%-i dövlətə məxsus ərazilərdə həyata keçirilirdi.Lakin daha sonra dövlət tərəfindən qəhvə istehsalını artırmaq məqsədilə Qəhvə və Çay İnkişaf Nazirliyi yaradıldı.

Burada qəhvənin xüsusi bir növü, Ərəb qəhvəsi yetişdirilir.Bu qəhvə növü xüsusi olaraq 1000-2000m yüksəklikdə yetişdirilir.

Çay da istehsal və ixracat baxımından potensiallı sahədir.Ölkənin əlverişli iqlimi daxili tələbatı ödəməklə yanaşı,ixrac edəcək qədər çay yetişdirməyə uyğundur.

Taxıl bütün dünyada olduğu kimi Efiopiyada da becərilir.Lakin becərilən taxıl sadəcə daxili tələbatı ödəyir.Lazım gəldikdə idxal edilir.Taxıl yeyinti sənayesinin əhəmiyyətli xammal bazasıdır.Ölkədə 100-dən çox un istehsal edən müəssisə olmasına baxmayaraq,makaron istehsalı ilə cəmi 6 müəssisə məşğul olur.

Pambıq iqtisadiyyatda xüsusi yer tutur və yüngül sənayenin xammal bazasıdır.Pambıq əkini üçün geniş imkanlar vardır.Efiopiyada pambıq əkini üçün yararlı 2,6mln.ha sahəyə malikdir. Bu sahənin yarıdan çoxu özəl sektorun əlindədir.Pambıq burada 1000-1500m arasında,əsaən Humera,Arba-Mınç və Bilat regionlarında becərilir.

İstehsal olunan pambıq yalnız daxili tələbatı ödəyir. Bu məhsul düzənlik ərazilərdə yetişdirildiyi üçün ən böyük problemi susuzluqdur.Pambıq becərilən sahələrdə süni suvarmaya ehtiyac var.

Bundan başqa, qarğıdalı,günəbaxan,soya kimi bitkilərdən yeyinti sənayesində yağ alınır.Lakin bu da daxili tələbatı ödəmədiyi üçün bu məhsullar İtaliya,BƏƏ kimi ölkələrdən idxal olunur. Qeyd edək ki,Efiopiya Afrikanın ikinci böyük qarğıdalı istehsalçısıdır.

Ölkənin əlverişli iqlimi bağçılıq və bostançılıq üçün də geniş imkanlar yaradır.Burada bir çox sitrus meyvələri,manqo,avokado,banan,ananas,bundan başqa,alma,üzüm,qarpız,yemiş; tərəvəzlərdən kartof,kələm,kök,soğan və s.yetişdirilir.Bu məhsullar daxili tələbatı ödəməklə yanaşı hətda ixrac olunur.

Efiopiyada istifadəyə yararlı torpaqların geniş sahə tutmasına baxmayaraq onların yalnız 5/1-i becərilir.Torpaqların becərilməsi üçün primitiv üsullardan(sadə əkinçilik alətlərindən,suvarma üçün qazma quyulardan və s.) istifadə olunur.Burda torpaqlar çox vaxt təbii yolla, yağış suları ilə sulanır.Əkinçilik üçün yararlı torpaq sahələri quraqlığa və sellərə məruz qalır.Həmçinin meşə sahələrinin azalması,səhra landşaftında güçlü küləklər və mal-qaranın həddən artıq otarılması ciddi torpaq eroziyasına səbəb olur.

Əkin-biçin işləri kiçik ərazilərdə fermerlər tərəfindən aparılır ki,bu da yalnız daxili tələbatı ödəyir. Bu fermerlər əsasən ölkənin dağlıq regionlarında (1500-3000m),kiçik ərazilərdə yaşayır.Çünki dağlıq ərazilərdəki qəhvəyi və qara torpaqlar əkinçiliyə yararlıdır və korrektor-drenaj sistemi ilə yaxşı təmin olunmuşdur.Bunun əksinə düzənlik ərazilərdə isə əkinə əlverişsiz qumlu səhra torpaqları yayılıb.Belə torpaqlar Efiopiya yaylasının ucqar şimal və cənub ətəklərində yayılıb.Çünki,bu ərazilərdə yağıntı ilin yalnız müəyyən dövründə düşür.

Ölkədə tez-tez baş verən quraqlıqlar da əkinçiliyə mənfi təsir göstərir.Bunun üçün müxtəlif ölkələrdən bura qida yardımı edilir.

Imperiya dövründə, kənd təsərrüfatı sektorunun inkişafına mənfi təsir edən amillər icarə və torpaq islahatı problemləri, kənd təsərrüfatı sektorunda hökumətin laqeydliyi (kənd təsərrüfatına büdcə ayırmaları 2 faizdən az idi), aşağı məhsuldarlıq və texnoloji inkişafın zəif olması idi.

Lakin 1995-1997-ci illərdən etibarən dövlət tərəfindən əkinçiliyi inkişaf etdirmək,ərzaq təminatını artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.Buna səbəb həmən dövrdə ölkədə baş verən aclıq idi.Bu məqsədlə əkin sahələri,gübrələrdən istifadə genişləndirilmiş,yamaclarda eroziyaya qarşı meşə zolaqları salınmışdır.

Daha sonra 1998-2000-ci illərdə Eritreya ilə müharibə və uzun quraqlıq dövründən sonra ölkə iqtisadiyyatı, xüsusilə qəhvə istehsalı yenidən tənəzzülə uğradı.Lakin Dünya Bankı ölkənin borcunu sildikdən və dövlətin kənd təsərrüfatı üzrə apardığı islahatlardan sonra iqtisadiyyat yenidən dirçəldi.

Ölkədə kənd təsərrüfatını daha da inkişaf etdirmək mümkündür.Bununla bağlı bir sıra alternativlər var.Məsələn,Efiopiya əkinçilikdə istifadə etdiyi kimyəvi gübrələri idxal etdiyi üçün bu gübrələri tədarük və ya istehsal etmək olkənin kənd təsərrüfatına müsbət təsir edəcəkdir.Bundan başqa,burada əkinçilik üçün geniş potensialın olması yerli və xarici kapital baxımından əlverişlidir.

Efiopiya əkinçilikdə istifadə olunan sulama maşınları,traktorlar,kimyəvi gübrələr,həmçinin daxili tələbat ödənmədikdə taxıl məhsulları xarici ölkələrdən (əsasən Çin) idxal edir.

Heyvandarlıq ÜDM-un 3/1 hissəsini tutur.Efiopiya sahib olduğu mal-qaranın sayına görə dünyada 9-cu,Afrikada isə 1-ci yerdə durur.Ölkədə 26mln.qoyun,23mln.keçi, 2,1 milyon at və qatır, 1 milyon dəvə 53mln.quş var.

Heyvandarlıqdan əldə olunan gön-dəri məhsulları ölkənin ən vacib ixracat mallarıdır.Bu sahə qəhvədən sonra ölkənin ixracatında 4-cü yerdə durur.Dəri və dəri məhsulları ölkənin yüngül sənayesində böyük əhəmiyyətə malikdir.Bu məhsullardan müxtəlif çanta,ayaqqabı,əlcək və s.hazırlanır.Burada 20 ədəd dəri istehsal zavodu fəaliyyət göstərir.

Lakin burada bir sıra problemlər mövcuddur.Belə ki,məhsul köhnə texnoloji avadanlıqlarla emal olunduğu üçün keyfiyyəti aşağı olur.Bunun üçün dəri emalında yeni maşın və avadanlıqlara ehtiyac var.

Ölkədə baş verən quraqlıqlar əkinçilik kimi heyvandarlığa da mənfi təsir göstərir.Həmçinin heyvanlar arasında yoluxucu xəstəliklər ciddi problemlərə səbəb olur.Bu xəstəliklərə bəzi infeksiya yayan ağcaqanadlar səbəb olur.Burada mal-qara ibtidai üsullarla saxlanılır.Bunun nəticəsində kifayət qədər gəlir əldə olunmur.

Balıqçılıq. Əhalinin qidayla təminatında balıqçılıq məhsullarının da böyük əhəmiyyəti var.Ölkənin dənizə çıxışı olmadığı üçün bu sahə yalnız göllərdə,çaylarda inkişaf etdirilir.Ölkənin ən böyük balıqçılıq gölü Tanadır.Bundan başqa,süni hovuzlarda,akvatoriyalarda da şirin su balıqları saxlanılır.Efiopiyada ildə təxminən 45min ton balıq istehsal olunur.

Arıçılıq. .Ölkə bal istehsalına görə Afrikada 1-ci yerdə durur.Bu sahədə əsasən qadınlar çalışır.

Efiopiya meşələrində arıçılığın inkişafı üçün geniş imkanlar var.Belə ki,ağaclarda ənənəvi arı yuvaları qurulur və bal əldə olunur.Lakin meşələr yalnız ölkənin cənub-qərbində,ümumi sahənin yalnız 4%-ni tutur.Arıçılıq və bal istehsalı üzrə ixtisaslaşan region Tiqraydır.

Tiqrayda arıçılıq müəssisəsi



Belə ki,ağaclarda ənənəvi arı yuvaları qurulur və bal əldə olunur.Lakin meşələr yalnız ölkənin cənub-qərbində,ümumi sahənin yalnız 4%-ni tutur.Arıçılıq və bal istehsalı üzrə ixtisaslaşan region Tiqraydır.

Somalinin kənd təsərrüfatı.

Somali Şərqi Afrikada Afrika buynuzu deyilən coğrafi bölgədə olan bir ölkədir. Qərbində Cibuti, Efiopiya və Keniya, şərqində Hind okeanı vardır. Paytaxtı Mogadişu'dur. Sahə 637.657 km ², əhalisi 8.6mln-dur.Afrikanın və dünyanın əhalisi çox,iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrindən biridir.ÜDM-u $ 2.372 milyon dur (2010). Ən çox xarici ticarət əlaqələri Səudiyyə Ərəbistan,İtaliya,ABŞ və İngiltərədir.

Ölkə iqtisadiyyatı heyvandarlıq və əkinçilikdən asılıdır.Ölkə əhalisinin 72%-i bu sahədə çalışır.İxrac etdiyi başlıca məhsullar ət və ət məhsulları,müxtəlif əkinçilik məhsulları,banan,gön-dəri və s.dir. Hətda ölkənin sənayesi də kənd təsərrüfatı xammalı əsasənda inkişaf edir.Burda konservləşdirilmiş ət, şəkər emalı, dəri aşılama istehsalı ilə məşğul olur. Ölkə əhalisinin 72%-i bu sahədə çalışır.İxrac etdiyi başlıca məhsullar ət və ət məhsulları,müxtəlif əkinçilik məhsulları,banan,gön-dəri və s.dir. Hətda ölkənin sənayesi də kənd təsərrüfatı xammalı əsasənda inkişaf edir.Burda konservləşdirilmiş ət, şəkər emalı, dəri aşılama istehsalı ilə məşğul olur.
1790-2011-ci illər arasında Somalidə kənd təsərrüfatının inkişaf dinamikası

Ölkədə tez-tez baş verən quraqlıqlar kənd təsərrüfatına mənfi təsir göstərir.Bunun nəticəsində Somali əhalisi aclıq problemilə üzləşir

Relyefi: Somalinin şimal bölgəsi dağlıq olub, orta yüksəklik 900-2000 m arasında dəyişir. Ölkənin ən hündür yeri Micirtein zirvəsi təxminən 2515 m hündürlüyə malikdir.
Bu dağın qərb ve cənubunda yerləşən Şəbəli çayının meydana gətirdiyi yayla 685 m hündürlükdədir. Şəbəli ilə Cuba çayları arasında əkinçilik üçün yararlı topraqlar mövcuddur. Keniya sərhəddinə doğru ərazi gettikcə alçalır. Ölkənin iki çayı da Etiopiyadan başlayır ve suvarmada geniş istifadə olunur.

Somali, kurak ve sıcak bir tropikal iklime sahiptir. Yağışlar oldukça azdır ve mevsimlere göre sıcaklık değişiklikleri yüksektir. Alçak ve düz olan güneydoğu bölgesiyle, Kenya sınırına yakın kısımlarda sıcaklık, ortalama 27°C ila 32°C arasında değişiklik gösterir. Daha yüksek bölgeler ve dağlık kuzey kesimlerde bu sıcaklık biraz daha düşer. Ülkedeki yağış ve sıcaklık miktarları büyük ölçüde güneybatı ve kuzeydoğudan esen muson rüzgarlarına göre değişir. Mart-mayıs ayları arası şiddetli ve eylül-kasım ayları arası hafif yağışlar olur. Yıllık yağış ortalaması yaklaşık 280 mm civarındadır.

İqlimi:Somalinin iqlimi quraq və istidir.Düzənlik ərazilərdə havanın temperaturu27-32C-dir.Yüksək dağlıq ərazilərə doğru temperatur azalır.

Yağıntılar olduqca az düşür.Ən çox yağıntı mart-may ayları arasında düşür.İllik yağıntı təxminən 280 mm-dir.Musson küləkləri və musson yağışları ölkənin iqliminə ciddi təsir edir.Bu küləklər şimal-şərq və cənub-qərbdən əsir. Somali, kurak ve sıcak bir tropikal iklime sahiptir. Yağışlar oldukça azdır ve mevsimlere göre sıcaklık değişiklikleri yüksektir. Alçak ve düz olan güneydoğu bölgesiyle, Kenya sınırına yakın kısımlarda sıcaklık, ortalama 27°C ila 32°C arasında değişiklik gösterir. Daha yüksek bölgeler ve dağlık kuzey kesimlerde bu sıcaklık biraz daha düşer. Ülkedeki yağış ve sıcaklık miktarları büyük ölçüde güneybatı ve kuzeydoğudan esen muson rüzgarlarına göre değişir. Mart-mayıs ayları arası şiddetli ve eylül-kasım ayları arası hafif yağışlar olur. Yıllık yağış ortalaması yaklaşık 280 mm civarındadır.

Əkinçilik.Somali torpaqlarının 15%-i əkinə yararlıdır.Lakin bunun 2%-dən istifadə olunur.Burada əsasən arpa,buğda,darı,qarğıdalı,pambıq,şəkər qamışı,banan kokos, düyü, manqo, küncüt toxumu, lobya və müxtəlif meyvə-tərəvəz yetişdirilir.Əkinçiliklə məşğul olan əhali ölkənin cənubunda,ovalıq və yaylalarda yaşayır.Cuba və Vəbbi-Şəbəli çayları ətrafəndakı əlverişli torpaqlarda şəkər qamışı,banan və pambıq əkilir.Bununla belə,tekstildə yerli pambıqla yanaşı xaricdən idxal olunan pambıqdan da istifadə olunur. Bununla belə,tekstildə yerli pambıqla yanaşı xaricdən idxal olunan pambıqdan da istifadə olunur.

Somalidə banan plantasiyası



Somali Şərqi Afrikada ən çox banan ixrac edən ölkədir.Yetişdirilən bananlar daha çox İtaliya və İran körfəzi ölkələrinə ixrac edilir.Burada 3000ha-dan çox ərazidə banan yetişdirilir.Ancaq davamlı inkişaf üçün lazımi vəsait və infrastrukturun təmin edilməsi lazımdır. Fermerlər yanacaq, gübrə və həm də suvarma kanalları ilə təmin olunmalıdır.

Heyvandarlıq.Somali iqtisadiyyatının əsasını təşkil edir (80%).Əhalinin 2/3 hissəsi bu sahədə çalışır. Burada dəvə,qoyun,keçi saxlanılır.Somali keyfiyyətli geniş otlaq sahələrinə malikdir.Adambaşına düşən mal-qaranın sayına görə Afrikada 1-ci yerdədir.Ölkədə mal-qara 5300, qoyun - 13 500 keçi - 12 500 və dəvə - 6100 başdır.

Ətlik istiqamətli maldarlıq inkişaf edib.Ölkənin şimalında və mərkəzində,dağlıq regionlarda əhali köçəri və yarım röçəri maldarlıqla məşğul olur.



Ətlik istiqamətli maldarlıq inkişaf edib.Ölkənin şimalında və mərkəzində,dağlıq regionlarda əhali köçəri və yarım röçəri maldarlıqla məşğul olur.

Balıqçılıq.Dəniz sərhədlərinin uzunluğu burada balıqçılığın inkişafına imkan yaradır.Somalinin dəniz sərhədlərinin uzunluğu 3000km-dir.Ancaq balıqçılıq yaxşı inkişaf etməmişdir.Ovlanan balıqların 98%-i dənizdən,cəmi 2%-i daxili sulardan (çay və göl) ovlanır.Dəniz sahilləri zəngin balıq,krevet və xərçəng ehtiyatına malikdir.Ovlanan balıqlar əsasən daxili tələbatı ödəyir.Balıq ovu paxtaxt Moqadişu da daxil olmaqla dənizkənarı şəhərlərdə həyata keçirilir.

Balıqçılığa mənfi təsir edən amil yaz aylarında burada musson yağışlarının yağmasıdır.Bundan başqa ölkədə olan bir sıra dini məzhəblərə görə Somalidə ovlanan balıqların əksəriyyətini təşkil edən tunes balığının haram hesab edilməsidir.Bu da ölkədə balıqçılığa mənfi təsir edən amildir.

Ölkədə tez-tez baş verən quraqlıqlar kənd təsərrüfatına mənfi təsir göstərir.Bunun nəticəsində Somali əhalisi aclıq problemilə üzləşir.Ölkəyə Dünya Bankı,Beynəlxalq Valyuta Fondu,BMT və digər təşkilatlar tərəfindən ərzaq və maddi yardım edilir.Lakin bu problemi həll etmir.

Somalinin kənd təsərrüfatının və dolayısıyla iqtisadiyyatının inkişaf edə bilməməsinin bir səbəbi də burada əkinçilik və heyvandarlıq sahələrinin olduqca primitiv,ibtidai üsullarla və köhnə texnologiyayla fəaliyyət göstərməsidir.Mənim fikrimcə,beynəlxalq təşkilatlar və İEÖlər Somaliyə ərzaq yardımı etmək əvəzinə burada perspektivli sahələri inkişaf etdirsə,fermer və əkinçiləri müasir texnoloji alətlərlə təmin etsə və hətda kənd təsərrüfatının inkişafı ilə bağlı maarifləndirmə işləri aparılsa daha əhəmiyyətli olar.Məsələn,Somalidə 2011-ci ildə baş verən quraqlıq zamanı Türkiyəyə məxsus bir təşkilat olan İHH bu cür bir fəaliyyət həyata keçirmişdir.

NƏTİCƏ
Efiopya və Somali ikisidə Şərqi Afrikada yerləşən və bir-birinə bir çox baxımdan oxşar ölkələrdir.İki qonşu ölkənin əhalisi olduqca çoxdur və qarışıq qəbilələrdən təşkil olunmuşdur.Demoqrafik göstəricilər yüksəkdir.Bunun əksinə hər iki ölkənin iqtisadiyyatı olduqca zəif inkişaf edib.Nəticədə,adambaşına düşən gəlir də azdır (100-200 dollar).Bu ğlkələrin iqtisadiyyatı kənd təsərrüfatı əsasında inkişaf edir.Ölkələrin ixrac etdiyi başlıca məhsullar əkinçilik və heyvandarlıqdan əldə olunur.Burada sənaye və xidmət sahələri olduqca zəifdir.Əhalinin çox olması təkcə adambaşına düşən gəlirə deyil,eyni zamanda əhalinin ərzaqla təminatına da mənfi təsir edir.Kənd təsərrüfatında əldə olunan məhsullar nə Efiopiya nə də Somalinin daxili tələbatını ödəmir.Ona görə də başda taxıl olmaqla bir çox ərzaq məhsulları idxal edilir.Əksər hallarda isə bu ölkələrə müxtəlif beynəlxalq təşkilatlar,xüsusilə Dünya Bankı,Beynəlxalq Valyuta Fondu,BMT tərəfindən ərzaq yardımı edilir.

Hər iki ölkənin quraq iqlimə sahib olması da ənd təsərrüfatının inkişafına mənfi təsir edir.Yağıntıların əsaən yaz aylarında düşməsi,temperaturun yüksək olması,quru tropik küləklər və s.iqlimi mürəkkəbləşdirən amillərdir.

Efiopiya və Somalidə əksər Afrika ölkələrində olduğu kimi kənd təsərrüfatının müxtəlif sahələrində ibtidai alətlərdən,primitiv üsullardan istifadə olunur.Eyni zamanda torpaqlar düzgün becərilmədiyi üçün arzu olunan məhsul əldə olunmur.Həmçinin istehsalda da olduqca köhnə texnikalardan istifadə olunur.

Hər iki ölkənin iqtisadiyyatını nisbətən canlandıran sahələrdən biri də heyvandarlıqdır.Xüsusilə Somalinin kənd təsərrüfatında onun xüsusi yeri var.Ölkədən ixrac olunan məhsullar əsasən ət və ət məhsulları,dəri,canlı heyvanlardır.Ölkədə süd istehsalı da geniş yayılıb.

Ümumilikdə baxdıqda,Efiopiya iqtisadi cəhətdən Somalidən nisbətən daha çox inkişaf edib.Onun iqtisadi göstəriciləri,əhalinin rifah halı nisbətən daha yaxşıdır.Somalidə ən böyük problem əhalinin ərzaqla təminatındadır.Burda tez-tez baş verən quraqlıqlar zamanı minlərlə insan aclıqdan ölür.Normal vaxtlarda isə əhali sağlamlıq üçün vacib olan əsas göstəricilərlə təmin olunmur.Efiopiyada isə bu cür problemlər o qədər də özünü göstərmir.

Bu iki ölkənin kənd təsərrüfatının gedişi,iqtisadiyyatda,məşğulluqda payı demək olar ki eyni olsa da müəyyən fərqlər gözə çarpır.Başlıca fərq ondan ibarətdir ki,Efiopiyanın Kənd təsərrüfatında əkinçilik daha qabarıq gözə çarpır. Sənayenin yarıya qədəri bitki yağı,un və müxtəlif spirtsiz içkilərin istehsalından ibaretdir. Burada dənli bitkilərdən arpa,buğda,qarğıdalı,darı,texniki bitkilərdən qəhvə,pambıq,şəkər qamışı,tütün,çay və s. becərilir.Bundan başqa,yağlı və paxlalı bitkilər (əsasən lobiya) də əkinçilikdə xüsusi yer tutur.



Ölkədən axan Mavi Nil,Omo,Cuma kimi iri çaylar bu ölkənin torpaqlarını əkinçilik üçün əlverişli edir.Əhali düzənlik ərazilərdə əkinçiliklə məşğul olur.

Efiopiyanın əksinə Somalinin kənd təsərrüfatında başlıca yeri heyvandarlıq tutur.Burda düzənliklər geniş sahə turmur və səhralaşma prosesi intensiv gedir.Lakin bunun əksinə olaraq Dağlıq ərazilərdə geniş yay və qış otlaqları mövcuddur.Dağlıq sahələr əsasən şimalda və mərkəzdə yerləşir.Adambaşına düşən mal-qaranın sayına görə Afrikada 1-ci yerdədir.Bunun müqabilində sənayedə istehsal olunan və ölkədən ixrac olunan malların əksəriyyəti də heyvandarlıq məhsullarıdır.
Yüklə 52,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə