Bakı - 2017
Əfqanıstan:
Sovet işğalından
Amerika müdaxiləsinə
Məsiağa
Məhəmmədi
Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar
Mərkəzi
- 2 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Elmi redaktor:
Gülşən Paşayeva,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru
Elmi rəyçi:
Vidadi Mustafayev,
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu İran tarixi
və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru
Məsiağa Məhəmmədi. Əfqanıstan: Sovet işğalından Amerika
müdaxiləsinə. Bakı: 2017, 220 səh.
Kitabda 1978-ci il aprel çevrilişindən XXI əsrin əvvəllərinə qədər Əfqanıs-
tanda və onun ətrafında baş verən hadisələrdən bəhs olunur.
Müvafiq fəsillərdə SSRİ-nin Əfqanıstana hərbi təcavüzünün gedişi və nə-
ticələri, işğal illərində ölkədə gedən hərbi-siyasi proseslər, silahlı əfqan
müxalifətinin tərkibindəki qruplaşmalar, Sovet qoşunlarının çıxmasından
sonrakı mərhələdə baş verən olaylar, mücahidlər və Taliban hakimiyyəti
dövründəki durum və nəhayət, ABŞ-ın Əfqanıstana müdaxiləsinin doğur-
duğu situasiya təhlil edilir. Bütün bu məsələlər Böyük oyunun yeni mərhələsi
kimi - Əfqanıstanda regional və qlobal güclərin geosiyasi mübarizəsi kon-
tekstində nəzərdən keçirilir.
© Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzi
- 3 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Son təqribən qırx il ərzində Əfqanıstanda və onun ətrafında
baş verən hadisələrin təhlili çağdaş beynəlxalq münasibətlərdə
gedən prosesləri dərk etmək baxımından böyük əhəmiyyət daşı-
yır. Xüsusən 1979-cu ildə sovet qoşunları Əfqanıstana yeridildik-
dən sonra həmin proseslərin bir növ latent qatları üzə çıxmağa
başladı və böyük güclərin, regional oyunçuların bu ölkədə geo-
siyasi mübarizəsi açıq müstəviyə keçdi. Əlbəttə, o vaxtlar sovet
adamları qapalı cəmiyyət şəraitində proseslərin mahiyyətini
adekvat şəkildə anlamağa çətinlik çəkirdilər və bir çoxları səmi-
mi şəkildə inanırdılar ki, sovet hökuməti həqiqətən öz azadlığı
uğrunda mübarizə aparan və sosialist inkişaf yolu seçmiş qardaş
əfqan xalqına yardım etmək və onu dünya imperializminin hü-
cumundan qorumaq üçün bu ölkəyə qoşun göndərib və oradakı
sovet əsgəri, o zamanlar deyildiyi kimi, öz beynəlmiləl borcunu
yerinə yetirir.
Lakin SSRİ-nin süqutundan sonra hamıya məlum oldu ki,
sovet rəhbərliyi Əfqanıstanda ideoloji pərdə arxasında gizlədilən
tamam başqa hədəfləri güdürmüş
və bu ölkə uğrunda mübarizə
əslində bir vaxtlar çar Rusiyası ilə Britaniya imperiyası arasında
gedən Böyük oyunun yeni şəraitdə davamı imiş. Yeni şəraitin
özəlliyi bunda idi ki, Britaniyanın yerini ABŞ tutmuş və oyuna
Çin, Pakistan, Səudiyyə Ərəbistanı, İran və s. kimi yeni aktorlar
(ön söz)
Əfqanıstan düyünü
- 4 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
qoşulmuşdu, bu da ona daha mürəkkəb səciyyə bəxş edirdi.
Başqa sözlə, 1980-ci illərdə Əfqanıstanda gedən qanlı mü-
naqişə sadəcə Soyuq müharibənin təzahürü deyil, daha qlobal
geostrateji mübarizənin ifadəsi idi. Bunu belə bir fakt da təsdiq
edir ki, sovet qoşunları ölkədən çıxarıldıqdan, Soyuq müharibə
başa çatdıqdan və nəhayət, mücahidlər Əfqanıstanda hakimiy-
yətə gəldikdən sonra da orada sabitlik və sülh yaranmadı.
1996-cı ildə Əfqanıstanda “Taliban” adlanan neofundamenta-
list qüvvənin hakimiyyətə gəlişi, ölkənin tədricən radikal islamçı
cərəyanların, o cümlədən, “Əl-Qaidə” qlobal terror təşkilatının
səngərinə çevrilməsi, 2001-ci ilin 11 sentyabr hadisələri və nə-
hayət, ABŞ və müttəfiqlərinin Əfqanıstana hərbi müdaxiləsi onu
göstərdi ki, burada baş verənlər lokal xarakterli münaqişə deyil,
beynəlxalq səviyyədə gedən mürəkkəb proseslərin başlanğıc
nöqtəsidir. Belə ki, Əfqanıstanda müşahidə olunan hadisələr son-
radan fərqli formalarda İraqda,
Şimali Afrikada, Suriyada davamı-
nı tapdı; aydın oldu ki, Əfqanıstan düyünü Orta Şərqi, Mərkəzi
və Cənubi Asiyanı əhatə edən geniş bir regiondakı geosiyasi pro-
seslərin tərkib hissəsidir.
Bu mənada son onilliklərdə Əfqanıstanda baş verənlərin öy-
rənilməsi təkcə həmin ölkənin müasir tarixi baxımından deyil,
qlobal siyasətin açar məqamlarından birinin aydınlaşdırılması,
günümüzdə regionda və dünyada şahidi olduğumuz hadisələrin
adekvat dərki nöqteyi-nəzərindən də əhəmiyyət kəsb edir. Məhz
bu cür yanaşma səbəbindən, yəni 2001-ci ildən sonrakı proseslər
hələ bitmədiyindən, regionda hansı düzənin formalaşacağı bəlli
olmadığından biz XXI əsrin ötən illərində Əfqanıstanda və onun
ətrafında baş verən hadisələrdən
ümumi şəkildə bəhs etmiş, əsas
diqqəti onların köklərinin gizləndiyi əvvəlki dövrlərə vermişik.
Əlbəttə, bu zaman ölkədəki durum daxili və xarici faktorların dia-
lektikası əsasında nəzərdən keçirilmişdir.
Nə üçün onilliklər keçsə də, Əfqanıstanda sülh və sabitlik
- 5 -
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bərqərar olmur? Nə üçün bütün siyasi dəyişikliklərə rəğmən,
istedadlı və cəsur əfqan xalqı öz ölkəsində dinc birgəyaşayışın
formulunu tapa bilmir? Nə üçün çoxsaylı beynəlxalq səylər Əfqa-
nıstan düyününün açılmasına gətirib çıxarmır? Yoxsa bir neçə il
Əfqanıstanda yaşamış və Kabulu yüksək poetik misralarla vəsf
etmiş böyük Azərbaycan şairi Saib Təbrizinin (1601-1677) tə-
birincə, heç kəs bu düyünü açmaq istəmir və hərə gəlib onu bir
az da dolaşıq salır?! Kitabda bu suallara cavab tapılmasına cəhd
göstərilmişdir.
Nəzərdən keçirilən dövrdə Əfqanıstanda baş verənlərin Azər-
baycana bilavasitə aidiyyəti var. Əfqanıstan coğrafi baxımdan
Azərbaycandan çox da uzaqda yerləşmir və iki ölkə arasında
tarixən çeşidli əlaqələr mövcud olmuşdur. Sovet işğalı zamanı
SSRİ-yə daxil olan digər respublikaların
nümayəndələri kimi,
azərbaycanlılar da Əfqanıstanda hərbi xidmət keçmişlər. Təq-
ribən 200 nəfər azərbaycanlı Əfqanıstandakı döyüşlərdə həlak
olmuşdur. Hazırda ölkəmizdə Əfqanıstan müharibəsinin izlərini
canında və yaddaşında gəzdirən çoxsaylı veteranlar – sıralarında
bu sətirlərin müəllifinin də olduğu “əfqanlar” yaşamaqdadır.
Müstəqillik illərində Azərbaycanla Əfqanıstan arasında si-
yasi-diplomatik və iqtisadi əlaqələr genişlənmişdir. Əfqanıstan
daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində
ölkəmizin haqlı mövqeyini dəstəkləmişdir. Azərbaycan hərbçilə-
ri ISAF qüvvələri və daha sonra NATO-nun “Qətiyyətli dəstək”
missiyası çərçivəsində Əfqanıstanda xidmət edirlər. Əfqan or-
dusuna yardım göstərilməsi və təlim keçilməsində, eləcə də bu
ölkəyə beynəlxalq daşımaların tranzitində
Azərbaycan əhəmiy-
yətli rol oynayır. Azərbaycan ikitərəfli, çoxtərəfli və regional for-
matlarda Əfqanıstanla əməkdaşlıq edir. Bu baxımdan 2011-ci
ildə yaradılmış “Asiyanın Ürəyi – İstanbul Prosesi” adlı platfor-
mada Azərbaycanın iştirakı xüsusi qeyd olunmalıdır. Bütün bu
məsələlər nəzərə alındıqda, Əfqanıstandakı proseslərin tədqiqi