Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə1/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
  1   2   3   4   5   6   7   8   9   ...   36



 
ƏFRAHİM HÜSEYNLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
HƏKİMLƏRİN   
SÖZ DÜNYASI 
Həkim-yazarların ilk poetik toplusu 
1-ci kitab 
 
 
 
Bakı–2016 



 
Tərtib edən və redaktor: 
Əfrahim Hüseynli həkim-şair   
AYB-nin üzvü 
   
       
Ön sözün müəllifi: 
Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru   
AYB-nin üzvü 
           
Naşir: 
Müşfiq XAN 
       
Korrektor: 
Asifə Əfəndi 
     
Mətn tərtibatı: 
Bəxtiyar Ələkbərov 
     
Dizayn və qrafika: 
Teymur Fərzi 
     
Əfrahim Hüseynli. Həkimlərin söz dünyası 
Bakı–2016. 256 səh. 
 
 
 
 
 
 
 
 
ISBN: 9000000060089 
Bakı / 2016 



 
 
 
 
 
 
 
REDAKTORDAN 
 
  Ədəbiyyatımız  orta  əsrlərdən  indi  yaşadığımız 
günlərə qədər uzun bir yol keçmişdir. Bu uzun-uzadı 
yolda ədəbiyyatımız haqsızlığın nə demək olduğun-
dan  tutmuş  haqqın  ölməzliyinə  qədər,  paklığın  nə 
demək olduğundan tutmuş əxlaqi meyarlarımızın nə 
demək  olduğuna  qədər,  vətənsevərlikdən  tutmuş 
insan aliliyinə qədər, ata-ana məhəbbətindən tutmuş 
sevgi müqəddəsliyinə qədər, nə varsa, zaman-zaman 
insanlara aşılanmasında misilsiz bir rol oynayıb. Kiçik 
məclislərdə, qonşu-qohum arasında, el məclislərində, 
saraylarda  sözlərini  deyən  yazarlarımıza  əsrlər  öt-
dükcə  böyük  auditoriyalarda  –  kitablarda,  qəzet  və 
jurnallarda,  telekanallarda,  internet  saytlarında  söz 
demək nəsib olmuşdur.   
  Əsl  söz  sahiblərini  nə  bəylər,  nə  xanlar,  nə 
hökmdarlar tarixdən  silə  bilməyib.  Azərbaycan  ədə-
biyyatının  dünya  ədəbiyyatına  verdiyi  söz  ərmə-
ğanını qiymətləndirmək üçün günlərlə, aylarla danış-
saq  bitib-tükənməz.  Zaman-zaman  yaşamağa  haqqı 
olan  bu  ölçüyəgəlməz  söz  xəzinəzinə  həkim-yazar-



 
larımızın  bəxş  etdiyi  əsərlər  saysızdır.  Nizami  Gən-
cəvidən tutmuş Əkmələddin Naxçıvaniyədək, Mirzə 
Əirzə  dan  tutmuş  Abbas  Səhhətə  qədər,  Məhəm-
mədhüseyn  Şəhriyardan  tutmuş  çağdaş  ədəbiyyatı-
mızda  olan  neçə-neçə  qələm  əhlinə  qədər  zamanın 
ələyindən  keçərək  ədəbiyyata  öz  möhürlərini  vuran 
həkimlərimiz az olmayıb...   
  Belə  həkim-yazarlarımızı  bir  daha  ədəbiyyat-
sevərlərə,  el-obaya  tanıtmağı  özümüzə  mənəvi  borc 
bilib bu layihəni həyata keçirmək qərarına gəldik. Bu 
kitabın,  əlbəttə,  qiymətini  oxucular  verəcək.  Bu  top-
lunun  ədəbiyyatsevərlərə,  eləcə  də  ədəbiyyatımıza 
gözəl bir töhfə olacağına inanırıq.   
  Bu  layihənin  ərsəyə  gəlməsində  əsaslandığımız 
mənbə müəlliflərinə, dəyərli məsləhətlərini əsirgəmə-
yənlərə, eləcə də bu layihəyə qoşulanlara dərin min-
nətdarlığımızı  bildiririk.  Yardımçı  olduqlarına  görə 
dünyasını  dəyişmiş  yazarlarımızın  övladları  Rəşad 
Kərimli,  Qüdsiyyə  Əhmədova,  Əli  Davud  və  baş-
qalarına da təşəkkür edirik.   
Açığını deyək ki, bəzi səbəblər üzündən bu kitab-
dan kənarda qalan yazarlarımız da var. Ona görə bu 
kitabın 2-ci hissəsini də hazırlamaq qərarımız var.   
 
Əfrahim Hüseynli, 
AYB-nin üzvü, həkim-şair 
 
 



 
 
 
 
 
İNCİ SAFLIĞI 
(Ön söz) 
  
Azərbaycan klassik ədəbiyyatında dərdlərə dəva 
edən şəxs kimi təbibə yüksək qiymət verilir. Poeziya 
tibbə və təbabətə biganə qalmır, bəlkə də buna görə 
şairi  insan  dərdlərinin  loğmanı  sayırlar.  Şair  məs-
ləhəti  həkim  məsləhətinə  tən  tutulur. Ulu  Nizami-
nin bu  misraları  isə  ağızdan-ağıza  keçir,  nəsildən-
nəslə müdrik kəlam kimi ötürülür: 
  
Bir inci saflığı varsa da suda, 
Artıq içiləndə dərd verir o da. 
  
   El  yaddaşı  möhkəm  olur.  Deyilənə  görə, Niza-
mi  Gəncəvi və Saib  Təbrizi kimi  klassik  şairlərimiz 
insanların mənəvi sağlamlığı ilə yanaşı, fiziki sağlam-
lığının da qayğısına qalmışlar. Tarixin dərinliklərinə 
endikcə  hər  şeydən  başı  çıxan  müdrik  adamların 
filosof,  loğman  adlanmasının  şahidi  oluruq.  Bunun 
başlıca səbəbi onunla bağlıdır ki, elmlərin diferensa-
siyası  baş  verməmişdi,  xalq  öz  bilicilərini  uca  tutur, 
hər şeyi, hətta sağlamlığı ilə bağlı məsələləri də bu ka-
mil  insanlarla  məsləhətləşirdi.  Orta  yüzilliklərdə 



 
Azərbaycanda bütün Şərqdə məşhur olan çoxlu sayda 
görkəmli  həkimlər  yetişmişdir.  Onlar  Azərbaycanda 
və  Azərbaycandan  kənarda  həkimliklə  məşğul  olur, 
tibbə  dair  araşdırmalar  aparırdılar. İsa  Ər  Ragi  Tif-
lisi,  Ömər  İbn  Osman  Kafiəddin,  Əbu  Abdulla 
Məhəmməd  Bin  Nəmvar  Təbrizi,  Əbdül  Məcid 
Təbib,  Nəcməddin  Əhməd  Naxçıvani,  Nəsirəddin 
Tusi, Rəşidəddin, Mahmud İbn İlyas, Yusif İbn İs-
mayil  Xoyi,  Mahmud  İbn  Məhəmməd  Dilşad  Şir-
vani,  Məhəmməd  İbn  Mahmud  Şirvani,  Mirzə 
Məhəmməd  Təbrizi,  Əbülfət  Təbrizi,  Ələddin 
Həkim Təbrizi, İmadəddin Mahmud, Şükrüllah Şir-
vani, Yusif İbn Məhəmmədcan Qarabaği, Əbu Talib 
Təbrizi, Heydər Həkim, Həkim Məhəmməd Əmin, 
Həkim Məhəmməd Bəqər, Həkim Cəbrayıl, İbrahim 
Zeynalabdin  oğlu  Naxçıvani,  Məhəmməd  Tağı 
Tufarqanlı,  Məhəmməd  Həkim  Ərdəbili,  Rüknəd-
din Məsud Məsihi, Murtuza Qulu Xan Şamlu, Hacı 
Sülеyman  İrəvani,  Həsən  İbn  Rza  Şirvani,  Mirzə 
Həsən  Şirvani,  Məhəmməd  Yusif  Şirvani,  Əbül-
həsən  Marağayi,  Ağa  Seyid  Əli  Təbrizi,  Mahmud 
Şirvani, Yusif Məhəmməd Təbib və başqa həkimlər 
həm də öz dövrünün ictimai xadimləri kimi tanınır-
dılar. Dövrünün məşhur təbiblərindən biri Əkmələd-
din Naxçıvani idi. Əkmələddin Müəyyəd bin Əbu-
bəkr  bin  İbrahim  əl  Naxçıvani  ət-Təbib  xalq  ara-
sında “Bəy  həkim” təxəllüsü  ilə  tanınırdı,  onun  tik-
dirdiyi məscid və dəfn olunduğu məzar-türbə səlcuq-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə