ƏFv olunmaq üÇÜn müraciƏt etmək hüququ bu hüquqdan necə istifadə etmək olar?



Yüklə 28,03 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü28,03 Kb.
#26213


ƏFV OLUNMAQ ÜÇÜN MÜRACİƏT ETMƏK HÜQUQU 

 

Bu hüquqdan necə istifadə etmək olar? 

 

 

Məhkəməyə təkrar müraciət hüququ 

Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə 

tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və 

cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. 

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 65.

 

 

 

BAKI-2012 

 

 

Əfv olunmaq üçün müraciət etmək hüququ 

 

Cəzaların İcrası Məcəlləsinin  10-cu maddəsində əks olunmuş məhkumların əsas hüquqlarından 

biri də,  əfv edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni 

nümayəndələrin vasitəsi ilə müraciət etmək hüququdur

.

 Yetkinlik yaşına çatmayan və ya 

fiziki qüsurlardan yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların 

müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsi ilə müraciət etmək hüququ vardır. 

 

Əfvetmə  həyata keçirilməsi və nəticələri 

Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən əfvetmə: 

 



Əfvetmə  fərdi  qaydada  müəyyən  edilmiş  şəxs  barəsində  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən həyata keçirilir. 

 

Cinayət  törətməyə  görə  məhkum  olunmuş  şəxs  əfvetmə  aktı  ilə  cəzanın  qalan  hissəsini 



çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və 

ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 

 

Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan 



müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər. 

 



Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. 

 

Konstitusiyada və qanunvericilikdə nəzərdə tutulan bu hüququn təmin olunması üçün 



Azərbaycan Respublikasının Prezidenti 18 iyul 2001-ci il tarixli fərmanı ilə 

Əfvetmə haqqında 



Əsasnamə”ni təsdiq etmişdir. 

 

Əfvetmənin tətbiq dairəsi 

Əfvetmə  Azərbaycan  Respublikası  məhkəmələri  tərəfindən  məhkum  edilmiş  şəxslərə  və  ya 

başqa  dövlətlərin  məhkəmələri  tərəfindən  məhkum  olunmuş  və  cəzalarını  Azərbaycan 




Respublikasında  çəkən  Azərbaycan  Respublikası  vətəndaşlarına,  əcnəbilərə  və  vətəndaşlığı 

olmayan şəxslərə tətbiq edilə bilər. 

 

Əfvetmə haqqında Prezident sərəncamının nəticəsində: 

 

 



Məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər

 



Məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər; 

 



Məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. 

 



Əfvetmə  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  həmçinin 

ömürlük  azadlıqdan  məhkum  olunmuş  şəxsin  cəzası  25  ildən  çox  olmayan  müddətə 

azadlıqdan  məhrum  etmə  cəzası  ilə  əvəz  edilə  bilər,  habelə  cəzanı  çəkmiş  şəxsin 

məhkumluğu götürülə bilər. 

 

Əfv üçün müraciət  

Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni 

nümayəndəsi tərəfindən verilə bilər

. 



 

Əfv olunmaq üçün müraciət üçün müddətlər 

Əsasnaməyə  görə  əfv  olunmaq  üçün  bir  qayda  olaraq  aşağıdakı  müddətlər  çərçivəsində 

müraciət etmək olar. 

 



İslah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma 

və  böyük  ictimai  təhlükə  törətməyən  cinayətə  görə  azadlıqdan  məhrum  etmə  növündə 

cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;  

 



Az  ağır  cinayət  törətməyə  görə  azadlıqdan  məhrum  etmə  növündə  cəzaya  məhkum 

edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra; 

 

Ağır və xüsusilə ağır cinayət  törətməyə  görə azadlıqdan məhrum  etmə növündə cəzaya 



məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra; 

 



Ömürlük  azadlıqdan  məhrum  etmə  növündə  cəzaya  məhkum  olunmuş  şəxs  barədə  – 

cəzanın on il müddətini çəkdikdən sonra; 

 

Məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra. 



 

Əfv olunmaq üçün edilən müraciətə hansı məlumatlar daxil edilməlidir? 

 

Əfv  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Prezidentinə  ünvanlanan  müraciətə 

aşağıdakılar daxil edilməlidir 

 

 



Məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı; 

 



Məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer; 

 



Məhkum  olunmuş  şəxs  barədə  hökmü  çıxarmış  məhkəmənin  adı,  hökmün  çıxarıldığı 

tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (işə yuxarı instansiya məhkəmələrində 

baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat); 

 



Məhkum  olunmuş  şəxs  barədə  cəzanın  növü,  həddi,  cəzanın  çəkilməmiş  müddəti  və 

cəza  çəkdiyi  yer  (məhkum  olunmuş  şəxs  azadlıqdan  məhrum  olunmamışdırsa, 

həmçinin onun yaşadığı yer); 

 



Məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün 

əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar; 

 

Törədilmiş  cinayətlərə  bağlı  şəxsin  peşmançılıq  çəkməsi,  vurulmuş  maddi  zərərin 



ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar. 


 

Əfvetmə  barədə  müraciət  məhkum  olunmuş  şəxsin  müdafiəçisi,  nümayəndəsi  və  ya  qanuni 

nümayəndəsi  tərəfindən  verildikdə,  onun  soyadı,  adı,  atasının  adı,  iş  yeri  və  ya  yaşadığı  yer 

göstərilməlidir. 

Əfvetmə barədə müraciət onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və 

yaxud  qanuni  nümayəndəsi  tərəfindən  imzalanmalıdır.  Müdafiəçi,  nümayəndə  və  ya  qanuni 

nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir. 

Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan 

hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da 

öz vəsatəti ilə qaldıra bilər. Cinayət törədərkən on dörd yaşından on səkkiz yaşınadək olmuş və 

Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması 

barədə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar da 

vəsatət verə bilər. 

Əfvolunma barədə müraciətdən imtinanın nəticəsi 

 Məhkum  olunmuş  şəxs  əfv  edilmədikdə,  təkrar  müraciətə  bir  qayda  olaraq,  bir  il  keçdikdən 

sonra  baxıla  bilər.  Göstərilən  müddət  qurtaranadək  Azərbaycan  Respublikasının  Prezidentinə 

ünvanlanmış  əfvetmə  barədə  təkrar  müraciətlər  baxılmış  əvvəlki  müraciətin  sənədlərinə  əlavə 

olunur. 

Əfv olunmuş şəxs bilməlidir ki, 

Əfvetmə  şəxsə  bəraət  qazandıran  və  cinayətin  törədilməsi  faktını  aradan  götürən  hal  deyil. 

Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür. 

 

Hər birinizə azad həyat arzu edirik. 



 

Yaddaş “Əfvetmə haqqında Əsasnamə”nin mətni əsasında hazırlanmışdır. 



 

 

 



Yüklə 28,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə