Əhatə olunan məsələlər



Yüklə 419,65 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix08.10.2017
ölçüsü419,65 Kb.
#3839
  1   2   3   4   5   6   7   8   9   ...   16


 

 

TƏHSİL SAHƏSİNDƏ DÖVLƏT STANDARTLARI, TƏHSİL PROQRAMI, TƏDRİS 



PLANI, TƏDRİS PROQRAMI VƏ TƏDRİS ƏDƏBİYYATI 

 

 

Əhatə olunan məsələlər: 

 

10.1. Təhsil sahəsində dövlət standartları, təhsil proqramı (kurikulum). 

10.2.Ümumi orta təhsilin məzmunu. 

10.2.1. Təhsilin məzmunu. 

10.2.2. Azərbaycanda ümumi orta təhsilin məzmunu sahəsində 

islahatlar. 

10.3. Tədris planı. 

10.4. Tədris fənni. 

10.5. Tədris proqramları. 

10.6. Dərslik, iş dəftəri və müəllim üçün metodik vəsait komplekti. 



 

10.1. Təhsil sahəsində dövlət standartları,  

təhsil proqramı (kurikulum) 

 

Təhsil  sahəsində  dövlət  standartları  fərdin,  cəmiyyətin,  dövlətin  tələbatına 

uyğun  olaraq,  elmi-pedaqoji  prinsiplər  əsasında  hazırlanan  və  müəyyən  dövr  (5 

ildən  az  olmayaraq)  üçün  vahid  dövlət  tələblərini  əks  etdirən  ümumi  normalar 

məcmusudur.  Dövlət  təhsil  standartları  təhsil  sahəsində  sınanmış  mütərəqqi 

meyarlar,  milli  və  ümumbəşəri  dəyərlər  nəzərə  alınmaqla  müəyyən  edilir.  Dövlət 

təhsil  standartları  və  onların  qüvvədə  olan  müddəti  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  olunur. Dövlət  təhsil standartları təhsilin  məzmununu, 

idarə 

olunmasını,  maddi-texniki  və  tədris  bazasını,  infrastrukturunu, 



təhsilverənlərin  keyfiyyət  göstəricilərini,  hər  bir  təhsil  pilləsində  təhsilalanların 

bilik,  bacarıq  və  vərdişlərinin  səviyyəsini  müəyyənləşdirir.  Təhsil  müəssisəsinin 

fəaliyyətinin,  təhsilin  səviyyəsinin  və  təhsilalanların  nailiyyətlərinin  qiymətləndi-

rilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas 

götürülür.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin  təhsili  üçün  xüsusi  dövlət 

standartları müəyyən edilir. 



Təhsil  proqramı  (kurikulum)  dövlət  təhsil  standartlarına  uyğun  ayrı-ayrı 

təhsil  pillələri  və  səviyyələri  üzrə  təhsilin  məzmununu  və  mənimsənilmə 

qaydalarını  müəyyən  edir.  Kurikulum  islahatını  zəruri  edən  səbəbləri  lakonik 

şəkildə belə təqdim etmək olar

 

cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; 




 

planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid; 

 

dünya təhsil sisteminə inteqrasiya; 

 

informasiya əsrinin tələbləri; 

 

təhsilin  məqsəd  və  vəzifələrinə  yeni  baxış  və  yanaşmaların 



formalaşması; 

 

mövcud  ümumtəhsil  proqramlarının  müasir  tələblərə  cavab 



verməməsi. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı  ilə  təsdiq  edilmiş 

“Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumları)” 

sənədinə əsasən ümumi  təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır: 

1.

 

Dinlədiyi və oxuduğu müxtəlif üslub və janrda olan mətnləri təhlil etməyi, 

onların məzmununu yığcam, həm də qismən geniş formada başqasına çatdırmağı; 

2.

 

Nitqin monoloq və dialoq formalarından istifadə etməyi; 

3.

 

Plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlamağı; 

4.

 

Nümunələr  və  dəlillər  vasitəsilə  fikirlərini  məntiqi  cəhətdən 

əsaslandırmağı,  müxtəlif  fikirlərdə  ifadə  olunan  başlıca  məqamları 

ümumiləşdirməyi;  

5.

 

Hesablamalar  və  proqramlaşdırma  aparmağı,  riyazi  dildən  istifadə 

etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sürməyi; 

6.

 

Ətraf  aləmi  dərk  etmək  üçün  müşahidə,  ölçmə,  hesablama,  təcrübə, 

qiymətləndirmə üsul və vasitələrindən istifadə etməyi; 

7.

 

Təbiətdəki  əsas  qanunauyğunluqların  mahiyyətini  və  onların  qarşılıqlı 

əlaqəsini izah etməyi; 

8.

 

Müxtəlif fakt, mülahizə və dəlilləri müqayisə, təsnif və təqdim etməyi

9.

 

Təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerinə yetirməyi; 

10.

 

Təlim  tapşırıqlarını  yerinə  yetirmək  üçün  müxtəlif  informasiya 

mənbələrindən istifadə etməyi; 

11.

 

Öz imkanlarını, meyl və marağını şüurlu olaraq müəyyən etməyi, iradi və 

qeyri-iradi keyfiyyətlərini nümayiş etdirməyi; 

12.

 

Gördüyü işlərin nəticələrini qiymətləndirməyi; 


13.

 

 İctimai  davranış,  habelə  müvafiq  təhlükəsizlik  və  tibbi-gigiyena 

qaydalarına, sağlam həyat tərzi normalarına əməl etməyi; 

14.

 

 Milli,  əxlaqi-mənəvi,  hüquqi,  estetik  dəyərlərə,  vətəndaşlıq  mövqeyinə, 

liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirməyi

15.

 

 Problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində 

özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi; 

16.

 

 Xarici dildə ünsiyyət qurmağı və sairə. 

Ümumi təhsilini  başa vurmuş şagirdin sadalanan bacarıqları – ümumi təlim 

nəticələri  ümumtəhsil  məktəblərində  tədris  olunan  bütün  fənlərin  (o  cümlədən 

riyaziyyatın)  tədrisi  prosesində  hədəflənən  nəticələrin  sintezi,  dialektik 

vahidləşməsi kimi formalaşır.  

 

 Təhsil  proqramına  tədris  planı,  fənlər  üzrə  tədris  proqramları,  metodik 



təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları 

daxildir.  Azərbaycan  Respublikasında  təhsilin  bütün  pillələrini  və  səviyyələrini 

əhatə  edən  təhsil  proqramları  həyata  keçirilir,  onun  müddəti  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əlavə təhsil, distant təhsil və digər 

xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Yuxarıda 

qeyd  olunduğu  kimi,  sağlamlıq  imkanları  məhdud,  uzun  müddət  müalicəyə 

ehtiyacı olan təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai 

həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları müəyyən edilir 

və həyata keçirilir. 

Azərbaycan Respublikasında beynəlxalq təhsil proqramları da həyata keçirilir. 

Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı müvafiq qanunvericiliyə və 

təhsil müəssisəsinin nizamnaməsinə əsasən tənzimlənir. 

 Təhsil  kurikulumları  xarakterinə  görə  iki  yerə  ayrılır:  fənyönümlü  və 

şəxsiyyətyönümlü. 

Fənyönümlü  kurikulumlar  məzmun  etibarilə  elm  sahəsini,  onun  mükəmməl 

anlayışlar  sistemini  əhatə  etməklə  bilavasitə  bu  anlayışların  mənimsənilməsinə 

istiqamətləndirilir.  Belə  kurikulumların  keyfiyyətində  biliklərin  həcmi  və  miqdarı 

əsas rol oynayır. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin 

möhkəmliyini,  davamlığını  artırmağa  xidmət  göstərməkdən  ibarət  olur.  Praktik 

əhəmiyyət  daşıyan,  bacarıq,  vərdiş  və  qabiliyyətlər  arxa  plana  keçir,  fənnin  elmi 

potensialı  artır,  məlumatlılıq  səviyyəsi  çoxalır.  Şagirdlər  özlərinə  praktik  cəhətdən 

lazım  olmayan  fundamental  bilikləri  öyrənmək  məcburiyyətində  qalırlar.  Belə 

kurikulumlardan  daha  çox  ixtisaslar,  təmayüllər üzrə  təhsilalma  prosesində  istifadə 

olunur. Eyni zamanda onlara ali təhsilin bakalavr və magistr pillələrində məzmunun 

formalaşdırılması, 

müxtəlif  elm  sahələrinə  aid  fənlərin  məzmununun 

müəyyənləşdirilməsi zamanı müraciət edilir. 



Yüklə 419,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə