Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
  1   2   3   4   5   6   7   8


Ə

HL -BEYT K MLƏRD R? 

 

 



Ə

rəb dili mütəxəssisləri və islam alimləri Əhli-beyt məfhumunun mənasını geniş şəkildə 

şə

rh  ediblər.  Onlar  yalnız  dörd  nəfərin  –  Əli,  Fatimə,  Həsən  və  Hüseynin  (Allah  onlardan  razı 



olsun!)  Əhli-beytdən  olduğunu  iddia  edənlərin  əksinə  olaraq,  bu  məfhumun  ən  əvvəl 

peyğəmbərin  (s.a.v.)  həyat  yoldaşlarını  əhatə  etdiyini  bildiriblər.  Əhli-beytin  yalnız  dörd 

nəfərdən  ibarət  olduğunu  söyləmək  dilçi  alimlərin  və  din  alimlərinin  bu  məsələ  ilə  bağlı 

söylədikləri fikirlərə, eləcə də Quran və Sünnəyə ziddir. 

bn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mənasında 

işləndiyini,  kişinin  əhli  onun  arvadına  və  ona  ən  yaxın  insanlara,  evin  əhli  onun  sakinlərinə, 

islam  əhli  onu  qəbul  edib  Allah-təalanın  qoyduğu  qayda-qanunlara  əməl  edən  insanlara»  – 

deyildiyini bildirir.

1

 

Dilçi  alim  ər-Rağib  əl- sfahaninin  bu  məsələyə  münasibəti  belədir:  «Kişinin  əhli  onun 



qohumlarına  və  onunla  eyni  dində  olan  insanlara  deyilir.  Həmçinin  bu,  sənətləri  eyni  olan,  bir 

evdə və ya ölkədə yaşayan insanlara da aiddir. Əslində isə kişinin əhli onunla bir yerdə yaşayan 

şə

xslərdir. Sonralar bu məna daha da genişlənərək aralarında qohumluq əlaqəsi olan insanlara da 



ş

amil  edilmişdir.  Qeyd  edək  ki,  Quranın  «əl-Əhzab»  surəsinin  33-cu  ayəsinə  görə  Əhli-beyt 

deyildikdə peyğəmbərin ailəsi nəzərdə tutulur. Həmin ayədə deyilir: 

"…Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" 

(«əl-Əhzab», 33). 

Beləliklə,  kişinin  əhli  dedikdə  zövcəsi,  islam  əhli  dedikdə  isə  onun  qayda-qanunlarına 

ə

məl edən insanlar nəzərdə tutulur. Sonra o bildirir ki, ərəbcə, kişi evlənərsə ona ailə sahibi oldu 



deyilir və birinə Allah-təala səni Cənnətdə evləndirsin dedikdə həmin məna nəzərdə tutulur».

2

 



bn  Manzurun  «Lisən  əl-arab»  kitabında  qeyd  edilir  ki,  «Məzhəb  əhli  onun 

ardıcıllarına,  islam  əhli  onun  qayda-qanunlarına  əməl  edənlərə,  əmr  əhli  hakimlərə,  ev  əhli 

onun  sakinlərinə,  kişinin  əhli  ona  ən  yaxın  insanlara  deyilir  və  Peyğəmbərin  (s.a.v.)  Əhli-

beyti  onun  zövcələri,  qızları  və  kürəkəni  Əlidir.  Peyğəmbərin  Əhli-beytinin  yalnız  onun 

zövcələrindən ibarət olduğu da nəql edilmişdir. Sonra o bildirir ki, ərəb dilində «ət-təəhhul» 

sözü evlənmək mənasında işlədilir və arvadı, uşaqları olan kişiyə  «əhil»,  evlənməyən şəxsə 

«azəb»,  kişiyə  ən  yaxın  insanlara  onun  əhli,  Allah-təalaya  və  peyğəmbərinə  yaxın  olan 

insanlara isə övliyalar deyilir».

3

 

«Təc  əl-arus»  kitabında  bu  məsələ  ilə  bağlı  deyilir  ki,  «Məzhəb  əhli  onu  qəbul  edib 



inanan  insanlar,  kişinin  əhli  zövcəsi  və  övladlarıdır.  Quranın  «əl-Qəsəs»  surəsinin  29-cu 

ayəsində də həmin bu məna nəzərdə tutulur. Bu ayədə belə qeyd olunur: 



"Musa  (onillik  xidmət)  müddətini  başa  vurub  ailəsi  ilə  birlikdə  (Misirə  tərəf)  yola 

çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü…" («Əl-Qəsəs», 29). 

Ayədəki  ailə  sözü  ilə  Musa  peyğəmbərin  zövcəsinə  işarə  olunur.  Məhəmməd 

peyğəmbərin  əhli  dedikdə  də  onun  zövcələri,  qızları  və  kürəkəni  Əli  (Allah  ondan  razı  olsun!) 

qəsd olunur. Həmçinin onun əhlinin ona yaxın kişi qohumlarını, nəvələrini əhatə etdiyi də qeyd 

olunmuşdur.  Aşağıdakı  ayələrdə  də  yuxarıda  qeyd  etdiyimiz  məna  nəzərdə  tutulur.  Allah-təala 

Quranda buyurur: 



«Əhlinə  namaz  qılmağı  əmr  et,  özün  də  ona  (namaza)  səbrlə  davam  et»  («Taha», 

132). 


Digər Quran ayəsində isə belə deyilir: 

«…Ey  Əhli-beyt!  Allah  sizdən  çirkinliyi  yox  etmək  və  sizi  tərtəmiz  (pak)  etmə

istə(«əl-Əhzab», 33). 

Başqa bir ayədə Allah-təala buyurur: 

                                                 

1

 Ибн Фарис. «Мягайис ял-луьа», ъ.1, сящ.150. 



2

 Яр-Раьиб ял-Исфащани. «ял-Муфрадат фи ьариб ял-Гуран», сящ.29. 

3

 Ибн Манзур. «Лисян ял-араб», ъ.11, с.29-30. 




«… Ey ev əhli! Allahın mərhəməti və bərəkəti sizin üstünüzdə olsun…»(«Hud», 73). 

Beləliklə hər peyğəmbərin əhli onun ümməti və millətidir. Allah-təala Quranda buyurur: 



«O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi…» («Məryəm», 55). 

Ayədə  smayıl  peyğəmbərdən  bəhs  edilir  və  oradakı  «əhl»  sözü  yuxarıda  qeyd 

etdiyimiz mənanı ifadə edir. 

Həmçinin  «əl-Misbah  əl-munir»  kitabında  bu  məsələ  ilə  bağlı  deyilir:  «Kişinin  əhli 

onun qadınlarına, ev əhlinə və tərəfdarlarına deyilir».

4

 



Bununla da dilçi alimlərin qeyd etdiyi dəlillərdən peyğəmbərin (s.a.v.) Əhli-beyti dedikdə 

kimlərin  nəzərdə  tutulduğu  bizə  aydın  oldu.  Beləliklə,  peyğəmbərin  (s.a.v.)  Əhli-beytinə  onun 

zövcələri,  sonra  uşaqları  və  qohumlar  daxildir.  Quranda  bir  neçə  yerdə  bu  mənaya  işarə 

olunmuşdur. Allah-təala Quranda Xəlilullah  brahim peyğəmbərin hekayətində mələklərin onun 

yanına mücdə ilə gəlməsindən bəhs edərkən buyurur: 

«(

brahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu 

sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında 

oğlu  olacağına  təəccüblənərək)  güldü.  Bundan  sonra  Biz  onu  shaqla,  shaqın  ardınca  Yəqubla 

( shaqın,  ondan  sonra  Yəqubun  dünyaya  gələcəyi  ilə)  mücdələdik.  ( brahimin  arvadı)  dedi:  "Vay 

halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu 

çox təəccüblü bir şeydir!"» («Hud», 71-72). 

Bu  ayələrin  davamı  olan,  yuxarıda  göstərdiyimiz  «Hud»  surəsinin  73-cü  ayəsində  qeyd 

olunan  Əhli-beyt  ifadəsində  də  brahim  peyğəmbərin  (ə)  zövcəsi  nəzərdə  tutulur.  Həmçinin 

Allah-təala Quranda Musa peyğəmbər (ə) haqqında danışarkən buyurur: 



«Musa  (onillik  xidmət)  müddətini  başa  vurub  ailəsi  ilə  birlikdə  (Misirə  tərəf)  yola 

çıxdığı  zaman  Tur  dağı  tərəfdə  bir  od  gördü.  O,  ailəsinə  dedi:  "Siz  (mən  qayıdanadək 

burada) durun. Mən bir od gördüm…"» («əl-Qəsəs», 29). 

Bu  ayədə  də  Əhli-beyt  dedikdə  Musa  peyğəmbərin  (ə)  həyat  yoldaşı  nəzərdə  tutulur. 

Çünki,  həmin  vaxt  Musa  peyğəmbərin  (ə)  yanında  həyat  yoldaşından  başqa  heç  kim  yox  idi. 

Bundan  əlavə  Quranda  peyğəmbərin  (s.a.v.)  zövcələrinə  xitabən  Əhli-beyt  ifadəsi  işlədilir. 

Allah-təala Quranda buyurur: 



«Evlərinizdə  qərar  tutun.  lkin  Cahiliyyət  dövründəki  kimi  açıq-saçıq  olmayın.  (Bər-

bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat 



verin, Allaha və Rəsuluna itaət  edin. Siz ey (Peyğəmbərin)  ev  əhli!  Allah sizdən  çirkinliyi yox 

etmək  və  sizi  tərtəmiz  (pak)  etmək  istər!  Allahın  evlərinizdə  oxunan  ayələrini  (Quranı)  və 

Hikməti  (Peyğəmbərin  qoyduğu  qayda-qanunu)  xatırlayın.  Allah  (möminlərə)  lütfkardır, 

(bəndələrinin bütün əməllərindən) xəbərdardır!» («əl-Əhzab», 33-34). 

Quran elmləri haqqında azacıq məlumata malik olan insan ayədə qeyd olunan Əhli-beyt 

ifadəsinin peyğəmbərin (s.a.v.) zövcələrinə  aid olduğunu başa düşər. Çünki ayənin  əvvəlindəki 



"vaqarnə"

  (evlərinizdə  qərar  tutun)  sözü,  ondan  əvvəl  və  sonra  gələn  ayələrin  möminlərin 

analarına (Allah onlardan razı olsun!) xitabən deyildiyinə dəlalət edir. 

Təfsir  alimi  əl-Qurtubi  öz  kitabında  bu  ayənin  mənasını  belə  şərh  edir:  «Ayədən  aydın 

olur ki, Əhli-beyt anlamı peyğəmbərin (s.a.v.) zövcələrini və ona yaxın digər insanları əhatə edir. 

"Yutahhirakum"

  felinin  kişi  cinsində  işlədilməsi  peyğəmbərin  (s.a.v.),  Əli,  Həsən  və  Hüseynin 

Ə

hli-beytdən olmasından irəli gəlir. Çünki, ərəb dilində kişi və qadına birlikdə müraciət edildiyi 



zaman fel kişi cinsində işlədilir. Ayənin mənasından aydın olur ki, peyğəmbərin (s.a.v.) zövcələri 

onun Əhli-beytindən sayılırlar. Ona görə ki, bu ayə onlar haqqında nazil olub və onlardan bəhs 

edir. Dediklərimizi ayənin mənası da təsdiqləyir!»

5

 



Quranda buyrulan “əhli-beyt” kimdir məsələsində alimlər ixtilaf etmişlər: 

1)  bn  Abbas,  krimə,  Miqatil,  Səid  bin  Cübeyr  (Allah  onlardan  razı  olsun!)  kimi  böyük 

səhabələrə görə əHli-beytə Peyğəmbərin (s.a.v.) arvadları daxildir. Çünki «əl-Əhzab» surəsinin 28-34-

cü ayələrində müraciət peyğəmbərin (s.a.v.) arvadlarına edilir: 



“Ya  Peyğəmbər!  Arvadlarına  belə  de:  “Əgər  siz  dünya  həyatını  və  onun  dəbdəbəsini 

                                                 

4

 «Тяъ ял-арус», ъ.7, сящ. 217. 



5

 Ял-Гуртуби. «Ял-Ъями ли-ящкям ял-Гуран», ъ.14, сящ. 183. 




Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə