ƏHLİ SÜNNƏ VƏl cəmaatin



Yüklə 423,9 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix16.11.2017
ölçüsü423,9 Kb.
#10520
  1   2   3   4   5   6   7   8   9   ...   16


 



ƏHLİ SÜNNƏ VƏL 



CƏMAATIN 

ƏQİDƏSİ 

MUHƏMMƏD B. SALEH ƏL-USEYMİN 

 

 

 



 

 

 



 

Türkcədən çevirən 



İsbarxanlı Ramin 

Redaktə edən 



K. Hüseyn 

 

 



İSRA 

BAKI 2005 


 



 




 



ÖN SÖZ 



XUTBƏTUL-HACƏ 

Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 

diləyirik.  Nəfslərimizin  şərindən  və  pis  əməllərimizdən  Allaha  sığınırıq. 

Allah  kimi  hidayətə  yönəltmişsə,  onu  heç  kəs  azdıra  bilməz,  kimi  də 

azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, 

Allahdan  başqa  ibadətə  layiq  haqq  məbud  yoxdur,  O,  təkdir,  şəriki  də 

yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.  

“Ey  iman  g



ətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman 

olduğunuz halda ölün”. (Ali İmran 102). 

 

“Ey  insanlar!  Sizi  t



ək  bir  şəxsdən  (Adəmdən)  xəlq  edən,  ondan 

zövcəsini  (Həvvanı)  yaradan  və  onlardan  da  bir  çox  kişi  və  qadınlar 

törədən  Rəbbinizdən  qorxun.  (Adı  ilə)  Bir-birinizdən  (cürbəcür  şeylər) 

istədiyiniz  Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).

 

 

“Ey iman g



ətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər 

belə  etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar. 

Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə  (Cənnətə) 

nail olar”. (əl-Əhzab 70-71)

1

.

 

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi 



Muhəmməd – sallallahu aleyhi və səlləm –

 

in yoludur. Əməllərin ən pisi 



sonradan  uydurulanlardır.  Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl 

(iş) bir bidət, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir (sapıqlıq) isə 

oddadır

2



                                                

1

 XUTBƏTUL-HACƏ  adı  ilə  məşhur  olan  bu  duanı,  cümə  və  s.  Xütbələrdə  Peyğəmbər  oxumuşdu. 



Səhabələrinə  də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk  hissəsini  bizə:  Əhməd 

1/392,293,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104,105, 6/69, və “Əməlil  Yəum  vəl Leyl” 

488,  İbn  Məcə  1892,  Darimi  2202,  Tayalisi  “Musnəd”  1557,  AbdurRazzaq  “Musənnəf”  10449, 

Bəzzar  “Musnəd”  –  “Kəşful  Əstar  1/314,  Əbu  Yəla  “Musnəd”  5233,5234,5257,  Tahavi  “Şərhul 

Muşkilil  Asar”  1-3,  Təbərani  “Məmuul  Kəbir”  10/10079,  Həkim  “Mustədrək”  2744,  Beyhəqi 

“Sunnənul Kubra” 3/214,215, Bəğavi “Şərhus Sunnə” 2268 İbn Məsud – radıyallahu anhu - yolu ilə, 

Muslim  “Şərhu  Nəvəvi”    6/156-158,  Əhməd  1/302,350,  Nəsəi  6/89,90,  İbn  Məcə  1893  və  Tahavi 

“Şərhul Muşkilil Asar” 4 – İbn Abbas – radıyallahu anhu - yolu ilə, Təhavi “Şərhul Muşkilil Asar” 5, 

Beyhəqi “Sunnənul Kubra” 3/215 – Nubeyt b. Şərit – radıyallahu anhu - yolu ilə, Əbu Yəla “Musnəd” 

7221, Nəsəi “Sunnənul Kubra” bax: “Tuhfetul Əşraf” 6/472 H. 9148 – Əbu Musa əl-Əşari yolu ilə.  

2

 HƏDISIN  IKINCI  HISSƏSINI  –  Muslim  “Şərhu  Nəvəvi”  6/153-156,  Əhməd  3/319,  371,  Nəsəi 



3/188,189, Beyhəqi “Sunnənul Kubra” 3/214, - Cabir b. Abdullah 

– rad


ı

yallahu anhu - 

yolu ilə. Bu 

ləfz Nəsainin  ləfsizid. Hədisi Əhməd 3/371 və Muslim “Sözlərin  ən doğrusu” ləfzi yerinə: “Sözlərin 

ən  xeyirlisi”  ləfsiylə  rəvayət  etmişdir.  İmam  Əhmədin  digər  rəvayətlərində  3/319  –  “Sözlərin  ən 

gözəli” şəkilindədir. Müslim: “Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir”ləfsi yerinə: 

“Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)” ləfsiylə rəvayət edilmişdir. Bu beş səhabədən başqa hədisi: 

Aişə  –  rahmətullahi  aleyhi  - 

Səhl  b.  Sad  –  rahmətullahi  aleyhi  -  mərfu  olaraq.  Hədis  səhihdir. 



Muhəddis  Muhəmməd  Nəsrəddin  əl-Albani  –  rahmətullahi  aleyhi  -  hədisin  bütün  rəvayətlərini  bir 


 



Ey  R

əbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki 

düyünü aç ki, sözümü yaxşı anlasınlar”. (Ta ha 25-28). 

 

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın 



salamı  ilə  salamlayıram.  Allahın  Kitabı  Rəsulullah  in  yoluna  uyaraq  öz 

risaləmi  “Bismilləh”  ilə  başlayıram.  Çünki  Allah  Rəsulu  –  sallallahu 



aleyhi  və  səlləm  –

 

də  öz  məktublarını  “Bismilləh”  ilə  başlamış  və 



buyurmuşdu:  “Hər  mühüm  bir  işə  “Bismilləh”  ilə  başlanılmazsa  o,  işin 

sonu kəsikdir”

3

.

4



  

AbdulƏziz b. Baz – rahmətullahi aleyhi -



 

nin müqəddiməsindən sonra 

bizim  burada  bir  şeylər  söyləməyimizə  əsla  yer  qalmır.  Sadəcə  həmd 

olsun aləmlərin Rəbbi olan Allaha! Həmd olsun ki, Onun izni və rəhmətilə 

qardaşımız Saleh əl-Useymin – rahmətullahi aleyhi - nin “Əhli Sünnə Vəl 

Cəmaatın  əqidəsi”  ilə  bağlı  bu  dəyərli  kitabı  tərcümə  edib  başa  çatdıra 

bildik.  

İlk növbədə Allahdan bu çalışmamın dolğun, düzgün şəkildə tərcümə 

edib  başa  çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı 

olmasını,  məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını 

diləyirəm.  Əgər  hardasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır. 

Burda  düzəldilməzi  mühüm  olan  yerləri  tapdıqdan  sonra  mənə  öyüd-

nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm.  

Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona 

arxalanıram.  Həmd  və  nemət  yalnız  Onadır.  Müvəfəqiyyət  bəxş  edən  və 

xətalardan  qoruyan  odur.  “Məni  yaradan  və  məni  doğru  yola  yönəldən 



Odur!  Məni  yedirdən  də,  içirdən  də  Odur!  Xəstələndiyim  zaman  mənə 

yalnız  O,  şəfa  verir.  Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və 

Qiyamət  günü  xətamı  bağışlayacağına  umid  etdiyim  də  Odur!  Ey 

Rəbbim!  Mənə  hikmət  bəxş  et  və  məni  salehlərə  qovuşdur!  Sonra 

gələnlər  arasında  mənə  yaxşı  ad  qismət  et!  Məni  Nəim  Cənnətlərinin 

varislərindən et!”. (əş-Şüəra 78-85). 

 

Allahın  salat  və  salamı  Onun  Peyğəmbəri  Muhəmməd  –  sallallahu 



aleyhi və səlləm –

 

ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər 



onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!  

 

Bitirdim: Hicri 1426 - cı il 21 Ramazan 



Miladi 2005 - ci il 24 Oktyabr

 

H

əmd olsun aləmlərin Rəbbi olan Allaha.

 (Yunus 10) 

                                                                                                           

yerə toplayaraq “Xutbətul Həcə” isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca 

bax: əl-Albani “Muxtəsər Səhih Muslim” 409, “Mişkətul Məsabih” 3149,5860.  

3

 Əbu Davud.  



4

 Azərbaycan  dilinə  tərcümə  olunmuş  bu  əsərin  əsası  kimi  istifadə  olunmuşdur:  “Biz  Böyle 

İnanıyoruz”  Quraba  yayınları,  çevri:  Muhəmməd  Şahin  2003,  “Əsli  Sünnətin  İman  Əsasları” 

UmmulQura, çevri: Necmi Sarı 2005.  




Yüklə 423,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə