Əhməd Cavad Böyük çillə



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü5,41 Kb.
#19996

background image
Əhməd Cavad 

Böyük çillə 

Onun ömrü qırx gündür, 

Payızın davamıdır. 

Uzun qış əyyamıdır... 

Qar səpir asta-asta, 

Gülür tanışa, dosta. 

Darıxdırmır heç kəsi, 

Quyudan gəlir səsi. 

Yorğan salır şum üstə, 

Qarğalar dəstə-dəstə 

Uçub yerə qonurlar, 

Sanki qohumluğu var. 

Qara qarğa gətirib 

Dimdiyində ilk qarı. 

Yolub yerə tökübdür 

Ağacdan yarpaqları. 

Ölmüş qurd-quş olubdur 

Qarğaların yeməyi. 

Qış öyrədib onlara: 

“Qar-qar”, “Qar-qar” deməyi. 

Qarğa hara, qar hara? 

Çox mahaldır, - deyirəm. 

Ağ qar üstündə qarğalar 

Qara xaldı, - deyirəm! 

Ağ libasda düymə tək, 

Parıldayır qarğalar! 

Qar kəsəndə “qarr” deyə, 

Qarıldayır qarğalar. 

Sonu çatır çillənin, 

Çaylar buz altda axır. 

Qar getdimi, görməzsən, 

Qarğalar yoxa çıxır. 



 

Cavad Ə. Böyük çillə : şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb, 2005. – S. 

196.  

 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə