Əhməd Cavad Kiçik çillə



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü5,04 Kb.
#23750

background image
Əhməd Cavad 

Kiçik çillə 

 

Böyük tufan başlayır 

Böyük qardaş gedən tək. 

Şaxta tüğyan eləyir; 

Kollar yerə sinərək, - 

Vıyıldayır küləklər 

Budaqları əyərək. 

Miyoldayır pişiklər 

Bəzən gecə sübhəcən. 

Yeri, göyü bürüyür 

Dörd tərəfdən duman-çən. 

Ocaqlar bərk qalanır, 

Qazanda hədik bişir. 

Pəncərələr açılmır, 

Qapılar tamam şişir. 

Küçə, bayır görünmür, 

Aynalar naxış olur. 

Heç bilmirsən, haradan, 

Otağa soyuq dolur. 

Kiçik qardaş zalım olur 

Böyük qardaşdan yüz yol. 

Başını da qaldırmır 

Nə bir ağac, nə bir kol. 

Dəliqanlıq eləyir 

İki qat az ömrünü. 

Tezcənə başa vurur 



Yarıda öz ömrünü! 

 

Cavad Ə. Kiçik çillə : şeir // Seçilmiş əsərləri. – Bakı : Şərq-Qərb , 2005. – S. 

197.  

 

 

Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə