Əkilən zəfəran orta temperaturlu subtropik rayonlarda qışın birinci yarısında təxminən + 15



Yüklə 16,33 Kb.
tarix30.12.2023
ölçüsü16,33 Kb.
#167641
Zəfəran


əkin---Əkilən zəfəran orta temperaturlu subtropik rayonlarda qışın birinci yarısında təxminən + 150 temperaturda və qışda – 200 aşağı olmayan temperaturda becərilir.
Orta illik temperatur + 120 C az olmayan yerlərdə o daha yaxşı bitir və məhsul verir. Zəfəranın çoxlu miqdarda çiçək açması üçün daha əlverişli iqlim şəraiti + 150 C yaxın temperaturda isti günəşli payızdır; qışda isə şaxta - 120 C çox olmamalıdır. Zəfəran rütubətə o qədər də tələbkar deyil. O Abşeronun
quraqlıq iqlimində özünü çox yaxşı hiss edir, burada illik yağıntılar nadir hallarda
200 mm artıq olur. Bu yağıntıların 19 mm yaxın olduğu ilin ən quru dövründə
belə zəfəranın sakit vəziyyətdə olan bioloji xassələri ilə izah edilir. Zəfəran torpağa xüsusilə tələbkar deyil. O Abşeronun
qumlu gilli torpaqlarında - çoxlu miqdarda əhəng olan torpaqlarda özünü çox
yaxşı hiss edir. O xalis qaratorpaqda dözmür. Onun başlıca tələbi torpağın yaxşı
su keçiriməsidir. Suyun durğunluğu soğanaqların yumrularının çürüməsinə səbəb
olur. Buna görə də zəfəran yüngül, yumşaq torpaqları sevir.


çiçəkləmə----Zəfəranın çiçəklənməsi oktyabrın ikinci yarısından başlayır və noyabrın
sonuna qədər, bəzən isə dekabrın əvvəlinə qədər davam edir. Zəfəranın vegetasiya dövrü sentyabr ayının ikinci yarısından başlayaraq may ayının ikinci yarısına qədər (8 aya qədər) davam edir.
Zəfəranın normal inkişafı və ondan yüksək məhsul almaq üçün payızın axır ayları torpaqda istənilən qədər rütubət və istilik olmalıdır. Payız yağışlarının tez başlaması soğanaqların vaxtında cücərməsinə səbəb olur. Çiçəkləmə dövründə günlər isti və günəşli keçərsə, plantasiyalarda kütləvi çiçəkləmə başlanır.
Payız aylarında yağmur az olduqda və plantasiyalar süni yolla suvarılmadıqda zəfəranın çiçəkləmə dövrü uzanır.
Uzun illərin müşahidəsinə əsasən, müəyyən edilmişdirki, zəfəran oktyabrın ikinci yarısından çiçəkləməyə başlayır. Bitkilərin çiçəkləmə dövrü noyabrın axırına, bəzi hallarda isə dekabrın əvvəllərinə qədər davam edir.
Payızda yağışlar tez başlayanda zəfəran əvvəlcə çiçək, sonra isə yarpaq açır. Yağışlar gec başlayanda isə əvvəlcə yarpaq açır, sonra çiçəkləyir. Çiçəkləmə müddəti meteoroloji şəraitdən asılı olaraq 20-30 gün davam edir. Çiçəyin inkişafını iki əsas dövrə bölmək olar: çiçəyin yeraltı və yerüstü inkişaf dövrü. Çiçəyin yeraltı inkişaf dövrü 25-30 gün, yerüstü inkişaf dövrü isə 1-2 gün davam edir.


Yığımı---Zəfəran çiçəkləri kütləvi şəkildə oktyabr-noyabr aylarında yığılır. Sonra bütöv
çiçəklərdən dişiçikləri əl ilə ayırıb götürürlər və xüsusi quruducularda qurudurlar.
Sonra – qurudulmus çiçəklər (saçaqlar) kisələrə, onları isə xüsusi dəmir qablara
yerlışdirib satışa göndərirlər. Hesabatlar nəticəsində müəyyənləşdirilmişdir ki, 1 kq
zəfəran saçaqı əldə etmək üçün 200000-ə qədər çiçək toplamaq lazımdır.

Zəfəran əkiləcək sahə əvvəlcədən dərin şumlanıb gübrələnməli, arata qoyulmalı, yazın ortalarında alaq otları toxumlamazdan əvvəl nisbətən dayaz şumlanmalı, yay aylarında suvarmadan bir neçə dəfə yumşaldılmalıdır.


İstismar müddəti (4-5 il) başa çatmış əkin sahəsindən çıxarılan soğanaqların standarta uyğun olanları (diametri 2-3 santimetr) seçilir, cərgə araları 50 santimetr, soğanaqların arası 8-10 santimetr olmaqla dərin şumlanmış, kifayət qədər üzvi və mineral gübrələrlə zənginləşdirilmiş, əkin ərəfəsində təkrar yumşaldılmış torpağa 18-20 santimetr dərinlikdə basdırılır, eyni sahədə beşinci ilədək saxlanılır.
Həmin istismar müddəti başa çatdıqdan sonra mayın axırı, iyun ayının əvvəllərində soğanaqlar çıxarılır, bir neçə gün kölgədə qurudulduqdan sonra hava keçirən qutulara yığılıb nəm çəkməyən kölgə yerdə saxlanılır. Növbəti əkin avqustun üçüncü ongünlüyünə yuxarıdakı qaydada aparılır. Standarta uyğun olmayan xırda soğanaqlar ayrı sahədə sıx cərgələrlə basdırılır, bir ildən sonra əsas sahəyə köçürülür.



  1. Zəfəran yumru soğanaqlar vasitəsilə artırılır. Mayın axırı, iyun ayının əvvəllərində soğanaqlar çıxarılır, bir neçə gün kölgədə qurudulduqdan sonra hava keçirən qutulara yığılıb nəm çəkməyən kölgə yerdə saxlanılır. Növbəti əkin avqustun üçüncü ongünlüyünə aparılır. Standarta uyğun olmayan xırda soğanaqlar ayrı sahədə sıx cərgələrlə basdırılır, bir ildən sonra əsas sahəyə köçürülür.

  2. Zəfəranın çiçəklənməsi oktyabrın ikinci yarısından başlayır və noyabrın sonuna qədər, bəzən isə dekabrın əvvəlinə qədər davam edir.

Yüklə 16,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə