Ekizler Layout 1



Yüklə 2,97 Kb.
Pdf görüntüsü
səhifə1/63
tarix04.11.2017
ölçüsü2,97 Kb.
#8440
  1   2   3   4   5   6   7   8   9   ...   63


ƏKİZLƏR 
RƏSSAM
Taras Şevçenko
«АСПОЛИГРАФ»
Бакы–2014


Tərcüməçi: 
Zakir Abbas
Taras Şevçenko
Əkizlər. Rəssam 
(povestlər)
.
Bakı, 
«
Aspoliqraf
»,
2014,
216 səh.
 
Kitaba Ukrayna ədəbiyyatının klassiki Taras Şevçenkonun
(Kobzar) müxtəlif illərdə qələmə aldığı, Azər baycan dilinə ilk dəfə
tərcümə olunan 
«Əkizlər» və  «Rəssam» povestləri daxil edil -
mişdir.
4702060201
T
2014
053
© «Асполиграф», 2014
T 22


ƏKİZLƏR
Bunu hamı bilir və dəfələrlə sınaqdan keçiriblər, həftənin ba -
zar ertəsi böhranlı və ya sadəcə olaraq, ağır gündür. Odur ki, az-
çox təhsil görmüş savadlı adam o gün əhəmiyyətli işə başlamaz.
Bütün günü çarpayıda uzanıb xumarlanmağa üstünlük verər. İş
onu yerindən oynadana qədər, necə deyərlər, barmağındakı üzüyü
də tərpətməz. Doğrudan-doğruya, əgər məsələni yaxşıca götür-
qoy etmiş olsaq, mənfur bir zərgərə görə keçmiş müqəddəs ənə -
nələri təhqir etsək, onda bizdən nə gözləmək olar? Sonra hansısa
bir fransız, ya da allah göstərməsin, lümək dovşana oxşayan bir
alman peyda olub bizə nəzər etmiş olsa, necə deyərlər, o tip
haqqında, eləcə də bizim milli fizionomiyamız barədə hansı fikrə
düşər? Mənə görə, millətin özünəməxsus, onu fərqləndirən xüsu -
siyyəti yoxdursa, o ən pis, dadsız kiselə bənzəyər.
Əfsuslar olsun, başqaları elə fikirləşmir. Məsələn, bizim hərbçi
təbəqəsi maariflənmə yolunda öz müasirlərindən çox-çox geri
qalır. Onlar bazar ertəsi haqqında söylənən müdrik deyimlərə
qətiyyən inanmayıb, atalarımızın, babalarımızın bu müqəddəs
və siy yətini yelbeyin qarıların sayıqlaması adlandırırlar. 
Aman Tanrım, bizi bağışla, gör nə günə qalmışıq! Mən bu
şələbığ zümrəyə məsləhət bilirəm ki, gedib məşhur Kurqanovun
“Pismovnik”inə nəzər yetirsinlər. Məhz orada yazılıb ki, hələ
qədim Gildəni (Xaldey ərəbləri) sehrbazları və rəmmalları, sonra
da Zərdüşt təliminin ardıcılları bazar ertəsinin böhranlı gün ol -
du ğuna qəlbən inanırdılar. İndi sən get bütün bunları o ədəbsiz
hərbçilərə qandır.
Hərbçi doğrudan-doğruya döyüş adamıdır. Ekkartsqauzenin
yazdığı və bizim məşhur rəssam Yeqorovun gözəl şəkillərlə bə -
3


zə diyi “Təbiətin sirlərinə açar” adlı ağıllı bir kitab hasilə gətir -
mək əvəzinə, onunku budur ki, gözü tutan hər hansı bir küncü
zəbt eləsin, yaxud yəhudinin əlindəki, necə deyərlər, “taxta biti”
adlanan rom şüşəsini tutub əlindən alsın. Bunlar adamı eşitmək
hayında deyillər. 
Mənim səbirli oxucuma bütün bunları ona görə deyirəm ki,
bazar ertəsinin ağır gün olduğunu dəfələlə təsdiq edən bizim ulu
əcdadlarımızın inancını saya salmayan, onu tapdalayan, adını bir
o qədər də dəqiq xatırlaya bilmədiyim, ya qusar, ya da ki, ulan
polku (nizəli süvari polk) P.. əyalətindən və yenə də P.. quberniya
şəhərindən bazar ertəsi günü hərbi yürüşə başladılar. Yaxşı xatır -
layıram, toplantı zamanı kərənay çalırdılar. Buna görə belə
qənaətə gəlmək olardı ki, bu, süvari polku olub. Əgər piyada
polku olsaydı, onda toplantı zamanı təbil döyərdilər. Kənddən və
ya şəhərdən polkun girib, çıxması iki böyük hadisəni bildirir.
Allah göstərməsin, əgər polk bir neçə müddət mənzillərdə yerləş -
dirilirsə, onun çıxıb getməsi göz yaşlarıyla, çox vaxt ən səmimi
göz yaşlarıyla müşayiət olunur. Mən bunu yalnız zərif cinsə şamil
edirəm. Kişilər və nişanlı oğlanlara gəldikdə, onlar barəsində bir
söz deyə bilmərəm. Eləcə də haqqında danışdığımız P... şəhəri
haqqında və sözü gedən süvari polkun oradan necə çıxması
barədə heç nə deməyəcəm. 
Polku yola salan təkcə bunlar deyildi. Rəhmətlik Qrebenko-
nun dediyi kimi, havanın əlverişsiz olmasına baxmayaraq, arvad-
lar da aldadıcı və aramsız yağan yağışın altında saatlarla dayanıb
öz şələbığ əsgərlərini N.. kəndinə yola salırdılar. Başqaları Boris -
pola, digər təmənnasız adamlar isə Kiyev ətrafına, Dnepr aşırı -
mına qədər polku müşayiət edərdilər. Əsgərlər çayı keçən kimi
bir qədər ağladıqdan sonra onlar Dnepri adlayıb böyük Kiyev
şəhərindəki hər cür əxlaqsızlıqla dolu gizli fahişəxanalarda öz
abırsızlıqlarını və cinayətlərini gizlədərdilər. Ən intizamlı polkun
davamlı olaraq bir yerdə qərar tutmasının aqibəti belə olur. 
Həmin bazar ertəsi günü axşamdan xeyli keçmiş gənc qadın
4
Taras Şevçenko


Kiyev yolu ilə Pereyaslav şəhərinə qayıdırdı. Şəhərə dörd verst
qalmış yoldan çıxıb Üçqardaş məzarlığının əks tərəfindəki yaşıl
biçənəklikdə gizləndi. 
Səhərə az qalmış gənc qadın oradan çıxıb yoluna davam etdi.
Əlində boz svitkaya (üst geyim) bükülmüş nəsə vardı. Böyük
yolla bir qədər gedəndən sonra o, döngənin yanında dayandı və
bir qədər fikirləşib, hansısa əhəmiyyətli qərara gəldiyi üçün
qətiyyətlə başını qaldırdı. Cəld addımlarla qoca yüzbaşı Soki ra -
nın xutoruna aparan kiçik cığırla getməyə başladı.
Ertəsi gün səhər tezdən, yəni çərşənbə axşamı gün çıxar-çıx -
maz pani Praskoviya Tarasovna Sokirixa həyət-bacaya baxmaq,
toyuq-cücəni yemləmək, işləri qaydaya salmaq üçün həyətə düşdü.
Firəng toyuqlarını, qazları və o birilərini öz əliylə yedizdirdi, gö -
yərçinləri isə yüzbaşı pan Nikifor Fyodoroviç Sokiranın özü yer -
bəyer edəcəkdi.
İndi siz pani Praskoviya Tarasovnanın hansı vəziyyətə düşdü -
yünü təsəvvürünüzə gətirməyə çalışın. O, dama çıxan zaman boz
rəngdə olan paltara bükülmüş bağlamanın içərisində nəsə bir
canlının tərpəndiyini gördü. Qorxduğundanmı, yoxsa nədənsə, ona
elə gəldi ki, bağlama uşaq kimi ağlayır. O, uzun müddət boz bağ -
lamaya baxdı, onun necə ağladığına qulaq asdı. Praskoviya nə
edəcəyini bilmirdi. Nəhayət, qərara gəldi ki, Nikifor Fyodoroviçi
çağırsın.
Nikifor Fyodoroviç, necə deyərlər, tuman-köynəkdə, geniş
balaqlı, qırmızı rəngli çin şalvarında çıxdı.
Qorxudan tir-tir əsən Praskoviya Tarasovna boz rəngli paltarı
göstərib dedi:
– Bax, mənim əzizim, bir bax, gör başımıza nə gəlir!..
– Burda nə var ki? Mən heç nə görmürəm.
– Məgər boz paltarı, o bağlamanı görmürsən?
– Paltarı görürəm.
– Məgər görmürsən ki, o tərpənir, elə bil canlıdır.
– Görürəm, Allah xatirinə, qoy tərpənsin...
5
Əkizlər


Yüklə 2,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə