Еколоэийа вя ятраф мцщитин мцщафизяси dos. A. B. Dolxanov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix04.02.2018
ölçüsü0,55 Mb.
#24375
  1   2   3   4   5   6   7   8   9   ...   14


Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

ЕКОЛОЭИЙА ВЯ ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИ 

 

 

dos. A. B. DOLXANOV 

 

BDU 

 

KÜR – ARAZ OVALIĞINDA, TUQAY MEŞƏ FONDU TORPAQLARINDA MEŞƏ 

EKOSISTEMLƏRININ  TƏBII - TARIXI  ŞERAITININ  QIYMƏTLƏNDIRILMƏSI  

VƏ MÜASIR EKOLOJI VƏ IQTISADI TƏLƏBLƏRƏ UYGUN BƏRPA METODLARI 

 

Təbiət bizi əhatə edən canlı dünyadır, böyük 

və  mürəkkəb  sistemdir,  bir-biri  ilə  əlaqəsi  olan 

kosmik  planetar,  planet  daxili,  fiziki,  kimyəvi, 

bioloji  və  digər  sistemdən  asılıdır.  Onların  hər 

biri özlərinin parametrləri və element tərkibi ilə 

bir-birinə  təsirinə  və  bir-birindən  asılılığına 

görə fərqlənən ətraf mühitin ən vacib elementi və 

sərvətlərindən  biridir. 

Təbii  sərvət  olan  bitki  aləminin  ən  yüksək 

forması ağaclıqdır. Meşələr insanlara neinki bö-

yük  xeyir  gətirir,  torpaqları  bəzəyir,  sağlamlaş-

dırır,  təmiz  və  bol  su  sərvətini  yaradır.  O,  həm 

də  planetin  havasını  oksigenlə  zənginləşdirir, 

yer  kürəsində  həyatın  özünü  qoruyub  saxlayır. 

Bitki  çeşidlərinin  (müxtəlifliyinin)  qorunması  və 

onun  daima  səmərəli  istifadə  olunması  bizim 

epoxanın    çox  vacib  və  Azərbaycan  Respublika-

sının bütün ərazisinin qlobal problemidir. 

Hərçənd ki, təbii sərvətlərə qayğı ilə yanaş-

maq, yer kürəsinin genetik fondunun qorunması, 

ekoloji  sağlamlıq  və  başqa  qlobal  problemlər  

hər bir ölkəni ayrı-ayrılıqda fikirləşməyə məcbur 

edir.  Yalnız  birgə  səylərin  nəticəsində  bunların 

hamısını həll etmək mümkündür. 

Heydər Əliyev 

  

 

   



Aran  zonasında  meĢələrin  paleocoğrafi-

yası. Paleocoğrafi tədqiqatlardan aydın olmuşdur 

ki,  təxminən  25-30  milyon  il  bundan  qabaq, 

üçüncü  dövr  adlanan  geoloji  mərhələnin  ikinci 

yarısında  bütün  Aran  zonası  (Kür-Araz  ovalığı) 

o  zamankı  Sarmat  dənizinin  suları  altında  ol-

muşdur. 


Geniş  dəniz  ayrı-ayrı  adalar  kimi  yüksələn 

Böyük və Kiçik Qafqaz və Talış dağlarında xeyli 

yumşaq  və  rütubətli  iqlim  şəraiti  yaratmışdır. 

Belə iqlimin təsiri nəticəsində dağların yamacları 

zəngin subtropik bitki ilə örtülməyə başlamışdır. 

Sonralar  dəniz  sahəsinin tədricən  kiçilməsi  nəti-

cəsində  su  altından  çıxan  düzənliklərdə  isti  və 

quru iqlim yaranmışdır. Düzənlik rayonların qu-

ru və isti iqlimi bunlarla yanaşı olan dağətəyi zo-

nanın  zəngin  subtropik  bitki  örtüyünə  öz  mənfi 

təsirini  göstərmiş  və  bu  rayonların  iqlimi  tədri-

cən  quraqlaşmışdir. 

Eramızdan  əvvəl  13-7-ci  minilliklərdə,  yəni 

daş dövründə havalar yenidən istiləşməyə başla-

mışdır. Heyvanat və bitki aləmi yeni şəraitə uy-

ğunlaşmış və təxminən müasir dövrün növlərinə  

çox oxşamışdır. Beləliklə bitki və heyvanat alə-

minin buzlaşmalar dövründən sonrakı inkişafı əl-

verişli  iqlim  şəraitinə  malik  olmuşdur.    Tarixçi 

Plutarxın yazdığına  görə Makedoniyali Iskəndər 

ordusu ilə indiki Şimali Azərbaycanın istiqamət-

lərindən  Arazı  keçərkən    qalın  bataqlıq  və  sıx 

meşədən ibarət ərazinin keçə bilməyərək hərəkə-

tinin istiqamətini dəyişmişdir. Sonralar respubli-

kamızın  bir  sıra  rayonlarında,  xüsusilə  düzənlik 

zonada insan fəaliyyətinin güclənməsi nəticəsin-

də bitki və heyvanat aləmi xeyli  dəyişikliyə uğ-

ramışdır. 

Əlverişli  iqlim  şəraiti  qədim  Azərbaycanda 

bağ və bostançılığın yayılmasına imkanlar yarat-

mışdır. Tarixçilərin  göstərdiyinə  görə  IX-X  əsr-

lərdə    Azərbaycanda  bağ  və  bostan  sahələri  bö-

yük ərazini tuturdu. Ölkədə üzümçülüyun, bağçı-

lığın  yetişməyinə  şərait  yaranmışdır.  Yuxarıda 

göstərildiyi  kimi  respublikamızın  ərazisinin  ək-

sər  hissəsi  vaxtilə  sıx  meşə  ilə  örtülü  olmuşdur. 

Zaman  keçdikcə  təbii  və  ictimai  amillərin  təsiri 

nəticəsində bu meşələrin xeyli hissəsi məhv edil-

miş və beləliklə də meşə sahələri gözə çarpacaq 

dərəcədə azalmışdır. 

Tarixi sənədlərdən məlumdur ki, Sasanilərlə 

Bizans  arasında  mübarizə  meydanına  çevrilən, 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №3, oktyabr, 2014 - жц ил 

 

 



 

ərəblərin,  monqolların,  İran  şahlarının  basqınla-

rına məruz qalan  Azərbaycanın ərazisində şəhər 

və kəndlərlə yanaşı meşələr də qırılır, yandırılır, 

məhv edilirdi. Dövlətlər arasında gedən mühari-

bələrdən meşələrin necə ziyan çəkdiyini M.Kiril-

lov  1915-ci  ildə  yazırdı  ki,  -«müharibə  zamanı 

hər yerdə, hər addımda qoşunların yolunu kəsən 

və əməliyyatlarına maneçilik törədən meşələrədi 

də qırmaq və yandırmaqla mübarizə etmək lazım 

gəlirdi.  Bu  məqsədlə  meşələrə  odla  və  balta  ilə 

hücum edilir, qədim keçilməz  meşələr dağıdılır-

dı». 

A.A.Yaşenko- Xmelevski  və Q.V.Kandela-



ki  göstərirlər  ki,  köhnə  Gəncədə aparılan arxeo-

loji qazıntılar zamanı XII əsrə aid Eldar şamının 

oduncağı tapılmışdır. Müəlliflər hesab edirlər ki, 

ola bilsin, Gəncədən 20 km şimalda yerləşən, in-

di  tamamilə  meşəsiz  Bozdağda  XII  əsrdə  Eldar 

şamı bitirmiş. 

Akad.A.A.Qrossheym

 

yazırdı  ki,



 

insanlar 

ayrı-ayrı meşə və meşə massivlərini tələf etmiş-

lər. Meşələrin tələf edilməsi və əkin yerləri üçün 

təmizlənməsi  insanın  ovçuluqdan  əkinçiliyə  ke-

çilməsi ilə əlaqədardır. O, daha sonra göstərmiş-

dir  ki,  həmçinin  Kiçik  Qafqazın  şimal  yamac-

larında,  Gədəbəy  rayonunda    ümumi  meşə  fon-

dunda  olan  meşəsiz  yerlərdə  və  şübhəsiz,  möv-

cud  vəziyyət  meşələrin  insan  tərəfindən  məhv 

edilməsinin təzahürüdür. 

1861-ci il Rusiyadakı islahatdan sonra Azər-

baycanda  yaxşı  torpaqların  hamısı  xanlara,  bəy-

lərə, varlı ailələrə verilmişdi. Bu zaman kəndlilər 

meşələri qırıb, yerində taxıl və başqa kənd təsər-

rüfatı  bitkiləri  əkmək  məcburiyyətində  idilər. 

Kasıb  vəziyyətə  düşmüş  kəndlilər  dolanışıq  yo-

lunu  yalnız  meşələrin  qırılmasında  və  meşə  tor-

paqlarının  əkilməsində  tapırdılar.  Otlaq  yerləri-

nin olmaması yaxud  azlığı kəndlilərin mal-qara-

sını meşələrdə otarmağa məcbur edirdi. 

Hələ XIX  əsrdə  Həsən  bəy  Zərdabi  1899-

cu  ildə  «Kaspi»  qəzetində  «Zaqafqaziya  bozqır-

larının meşələşdirilməsi» adlı məqaləsində ətraf-

lı yazmışdır: təəssüf ki, vilayətin tarixi, xüsusən 

onun  topoqrafiyası  naməlum  qaranlıqla  örtülü-

dür  və  ona  görə  də  qədimdə  olan  meşələrimiz 

barəsində ətraflı danışmağa mümkünatımız yox-

dur, lakin Muğan, Mil, Küdrü-Şirvan və bozqır-

larında  köhnə  suvarma  kanallarının,  qədim  şə-

hərlər və kəndlərin qalıqları, eləcə də Mil düzü-

nün bəzi yerlərində, xüsusi ilə Örənqala adlanan 

ərazidə  müsəlmanların  «peyğəmbər»  deyərək 

saxladığı  ağaclar  onu  göstərir  ki,  burada  həyat 

vaxtilə bulaq kimi qaynayırdı, ucaboy ağaclar bi-

tirdi. 


Akad.  A.A.Qrossheym  qədim  dövrlərin  qa-

zıntılarından  tapılan  bitki  qalıqlarının  təhlilinə 

aid  materiallara  əsaslanaraq    göstərir  ki,  Zaqaf-

qaziyada  təbaşir  dövründə  sekvoya,  şam,  çinar, 

qovaq,  evkalipt  və  s.  ağaclar  bitirmiş.  Üçüncü 

dövrün başlanğıcına yaxın zamanlarda bitki örtü-

yünün  tərkibində  idi,  yalnız  tropik  yerlərdə  rast 

gələn  formalar  üstünlük  təşkil  edirmiş.    Üçüncü 

dövrün müxtəlif mərhələlərində meşələrdə əksə-

rən həmişə yaşıl ağaclar bitirmiş. Sonralar, mate-

rikin (Qafqazın) böyüməsi, müxtəlif iqlim şərai-

tinin  yaranması  və  digər  materiklərin  təsiri  ilə 

əlaqədar olaraq əsrlər keçdikcə  üçüncü dövr flo-

rası  tədricən  dəyişmiş,  Şimal,  Cənub  və  Aralıq 

dənizi rayonlarından gələn növlərin hesabına da-

ha  da  zənginləşmişdir.  Lakin,  buzlaqlar  dövrün-

də bü zəngin flora əlverişsiz iqlim şəraitinə düş-

müş,  nisbətən  kasıblaşaraq  Qafqaz  ərazisində 

yalnız iki guşədə Talış və Kolxidada qalmış, qa-

lan sahələrdə  isə tələf olmuşdur. Yalnız buzlaq-

lardan  sonrakı  dövrdə  hazırkı  floraya  oxşarlığı 

olan flora meydana çıxmış, meşələrin əksəriyyəti 

qışda yarpağını tökən ağaclar təşkil etmişdir. 

Beləliklə,  geoloji  dövrlərin  inkişafı  və  iqli-

min  kəskin  dəyişilməsi  ilə  əlaqədar  olaraq  Yer 

kürəsində, o cümlədən Avropanın əksər rayonla-

rında bitki örtüyünün əsaslı surətdə dəyişməsinə 

baxmayaraq  arkto-üçüncü,  cənub-üçüncü  və 

Aralıq dənizi florası məhv olmamış, keçmiş təbi-

ətin  canlı  yadigarı  olaraq  bizim  dövrümüzə  qə-

dər gəlib çıxmışdır. Deməli, Azərbaycanda səhra 

və  yarımsəhra  iqliminin  hakim  olduğu  bəzi  ov-

alıqlarında və düzənliklərdə aran (ovalıq) meşə-

ləri adı ilə məşhur olan meşələr inkişaf etmişdir. 

İran  tarixində  göstərilir  ki,  Nadir  şahın  tac-

qoyma mərasimini öz tacını başına 200 il bundan 

qabaq  Muğanda    həyata  keçirilmişdir.  Deməli 

200 il bundan qadaq Muğanda abad şəhərlər və 

kəndlər  olmaqla  yanaşı  yaşıl  meşələr  olmuşdur. 

Əlbəttə ki, əhalinin bağı və s. var idi. Beləliklə, 

bizim  şərqi  Zaqafqaziyanın  bozqırları  (çölləri) 

yaxın keçmişdə meşə ilə örtülü imiş. Bu meşələr 

buranın  yarımköçəri  sakinləri  və  mal-qara  tərə-

findən  məhv  edilmişdir.  Tuqay  meşələrinin  Kür 

qırağı boyunca Xəzər dənizinə qədər uzanıb ya-

yılması  prof.  L.T.Prilipko  tərəfindən  də  təsdiq 

edilir. O yazır ki, Tuqay meşələri Xəzər dənizinə 

qədər  çatırdı.  İndi  də  Qızılağac  qoruğunda  allü-

vial  torpaqların  altında  qalan  qatlarda  vaxtilə 

başdan-başa  meşə  massivləri  əmələ  gətirən  ağ-

yarpaq  qovaq  ağaclarının  yarımçürümüş  kötük-

ləri tapılır. 

Məlum  olduğu  kimi    ölkəmizin  nəinki  dağ-

ları,  düzənlikləri  də  vaxtilə  qiymətli  meşələrlə 

zəngin  olmuşdur.  Bu  meşələr  təxminən  100  il 

bundan  qabaqkı  dövrə  qədər  xeyli  hisəsini  ya-

radır. 1950-1960-ci illərdən sonrа Tuqay meşələ-

ri, Qarabağ-Şirvan  düzündəki Lək və Soltanbud 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə