Ekologiya və Ətraf müHİTİn mühafiZƏSİ uot 624. 131. 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/14
tarix08.04.2018
ölçüsü0,54 Mb.
#36729
  1   2   3   4   5   6   7   8   9   ...   14


Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 





 

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 

 

UOT  624.131.1 

 

URMİYA ŞƏHƏRİNİN «ŞEYX TƏPƏ» DAĞLARININ ƏTƏYİNDƏKİ 

 

ƏRAZİLƏRDƏ BAŞ VERƏN TORPAQ SÜRÜŞMƏLƏRİNİN GEOMEXANİKİ 

 

XÜSUSİYYƏTLƏRİNİN ARAŞDIRILMASI

 

 

Ə.M. QUŞÇİ



 

  

Bakı  Dövlət  Universiteti, phdgeo1974@yahoo.com            

 

Urmiya şəhərinin «Şeyx təpə» dağları-

nın  ətəyindəki  ərazilərdə  baş  verən  torpaq 

sürüşmələrinin  geomexaniki  xüsusiyyətləri-

nin  araşdırılması  məqsədilə  məntəqənin 

ümumi geoloji, hidroloji və metereoloji şəra-

iti,  seysmikliyi  öyrənilmiş,  geomexaniki  təd-

qiqat  aparılmış, qeyri-stabil zonaların meli-

orasiya  edilməsi  və  stabilləşdirilməsi  üçün 

təkliflər  verilmişdir. 

Açar  sözlər:  geomexanika,  maksimum 

üfüqi  sürətləndirmə,  hidro-geologiya,  qırıl-

ma. 

Problemin  qoyuluşu.  Torpaq  sürüşmə-

ləri  əsasən enişli məntəqələrdə, təbii və süni 

amillərin  təsiri ilə  baş verir.  Artıq şəhərlərin 

inzibati ərazisinin inkişaf edərək dağətəyi əra-

zilərədək genişlənməsini nəzərə alsaq, burada 

torpaq  sürüşmələrinin  qaçılmaz  olduğunu  an-

lamaq olar. Ona görə də  həmin yamacları təş-

kil edən  süxurların  geomexaniki xüsusiyyət-

lərinin öyrənilməsi zəruri hesab olunur. «Şeyx 

təpə» dağlarının yamac hissələrinin geomexa-

niki xüsusiyyətlərini araşdırarkən, məlum olur 

ki,  həmin  ərazilərdə  süxurların  bir  hissəsi  gil 

və əhəng qarışıqlı gillərdən təşkil olunmuşdur 

və  bu  da  həmin  ərazilərdə    süxurlarda    infil-

trasiyanın  yüksək  olmasını  göstərir.  Məhz  bu 

səbəbdən sözügedən məntəqədə torpaq sürüş-

məsi problemi  yaranmışdır. Ona görə də təq-

dim  olunan  təkliflər  əsasında  bu  sahələrin  

meliorasiya  edilərək  möhkəmləndirilməsi  və 

stabil  vəziyyətə  gətirilməsi  istiqamətində  zə-

ruri  addımlar atılmalıdır. 

Yuxarıda    qeyd  edildiyi  kimi,  torpaq 

sürüşmələri təbii və süni amillə-rin  təsiri ilə  

baş  verir.  Burada  təbii  amillər  sırasına:  zəl-

zələ,  qrunt  sularının  torpağın  alt  qatlarına 

nüfuz etməsi, yüksək sukeçiricilik qabiliyyə-

tinə malik qatların altında zəif sukeçirici qat-

ların  mövcudluğu  və  s.,  süni  amillər  və  ya-

xud insan amilləri sırasına isə:  enişli  torpaq 

sahəsində kənd təsərrüfatı işlərinin aparılma-

sı, tikintiinşa işləri nəticəsində enişli sahələr-

də olan dayaq nöqtələrinin məhv edilməsi və 

s.  daxil    edilir.    «Şeyx  təpə»  dağlarının  ya-

maclarında torpaq sürüşmələrini şərtləndirən 

amillərin hər iki növü mövcuddur. Buna gö-

rə  də  hazırkı  məqalədə  həmin  məntəqələrdə 

baş  vermiş  torpaq  sürüşmələrinin  geomexa-

niki xüsusiyyətlərini  araşdırmaq  nəzərdə  tu-

tulmuşdur. 

Tədqiqatın  obyekti,  məsələləri  və 

metodikası. Hazırkı məqalənin  hazırlanması  

üçün  nəzəri və elmi araşdırmaların aparılması 

ilə yanaşı, həm də həmin  sahədə çöl tədqiqat-

ları  da  həyata  keçirilmişdir.  Sahənin  tarixi 

keçmişi, əvvəlki vəziyyəti ilə onun hazırkı və-

ziyyətinin  müqayisəli    analizi  və  s.  kimi  mə-

sələləri  nəzəri,  kameral  və  elmi  mənbələrin 

araşdırılması  üzrə  olan  tədqi-qatlar sırasına 

daxil  etmək  olar.  Çöl    tədqiqatlarına  gəldikdə 

isə, burada söhbət ərazinin geoloji və mühən-

disi-geoloji nöqteyi-nəzərdən öyrənilməsi, əra-

ziniun müxtəlif sahələrinin vizual müşahidəsi, 

fotoşəklinin çəkilməsi, lazımı süxur nümunə-

lərinin götürülməsi və həmin ərazidə məskun-

laşmış əhali ilə müsahibədən gedir. 

Təhlil  və  müzakirə.  Kameral  və  çöl 

tədqiqatlarının məlumatları  toplandıqdan son-

ra  aşağıdakı  mühüm  araşdırmalar  da  həyata 

keçirilmişdir:  



Məntəqənin  ümumi  geoloji  araşdırıl-

ması.  Tədqiq  edilən  ərazi  geoloji  cəhətdən 

«Sənəndəc-Sircan»  zonası  hüdudlarında  yer-

ləşir  və  nahamar  olması  ilə  yanaşı,  həm  də 

özünün  heterogenliyi  ilə  seçilir.  Burada  tor-




Ekologiya və su təsərrüfatı  jurnalı, №1, yanvar, 2016- cı il 

 

 



paq səthini təşkil edən süxurlar litoloji cəhət-

dən  əsasən    allüvial  və  dördüncü    dövr  çö-

küntülərindən, «qumu» formalaşdıran çökün-

tülərdən, o cümlədən qumdaşı, mergel  gil və 

əhəngdaşından  ibarətdir. Əhəngdaşı və qum-

daşı  eroziya prosesinə qarşı çox yüksək mü-

qavimətə malikdir. Halbuki gilli mergel  ero-

ziyaya  asan  uğrayır.  Həmin  məntəqədə  tor-

paq sürüşmələrinə səbəb olan amillərdən biri 

də məhz mergel-gil süxurlarıdır. 

Tədqiq  edilən  zonanın  hidroloji  və 

meteoroloji  şəraitinin  araşdırılması.  Eroziya 

prosesinin araşdırılması məqsədilə «Mirabad» 

və «Bəndər Urmiya» meteorologiya stansiya-

larından  son    ildə  əldə  edilmiş  məlumatlar  1 

saylı cədvəldə təqdim edilir. 

Cədvəl 1

    


Atmosfer çöküntülərinin miqdarı

 

 



Stansiyalar

 

Atmosfer çöküntülə-



rinin orta illik miqdarı 

(mm)


 

Atmosfer çöküntü-

lərinin illik maksimal 

miqdarı (mm)

 

Atmosfer çöküntü-



lərinin illik minimal 

miqdarı (mm)

 

1

 

Mirabad


 

659


 

974


 

290


 

2

 

Bənd Urmiya

 

420


 

624


 

191


 

                                                 

 

     Cədvəldən göründüyü kimi, sözügedən  



ərazidə  illik  yağıntının  orta  miqdarı  659  mm 

təşkil  edir  ki,  bu  da  ərazinin  yağıntıların  çox 

olduğu zonalar sırasına daxil edilməsini  şərt-

ləndirir.  Nəticədə  bu  ərazidə  əhəmiyyətli  də-

rəcədə  eroziyalar  baş  verməkdədir.  Digər  tə-

rəfdən, yamaclar üzrə yuxarı qatlara infiltrasi-

ya olunmuş  yağış suları   aşağı hissələrdə bu-

laq şəklində özünü büruzə verir və enişli yer-

lərdə, eləcə də mənzillərin zirzəmilərində  üzə  

çıxmağa başlayır.  



Ərazinin  seysmikliyinin  araşdırılması

Seysmik  araşdırmalardan  əldə  edilmiş  nəti-

cələri  nəzərə  alaraq  demək  olar  ki,  həmin 

ərazidə mövcud olan böyük çatların inkişafın-

dan irəli gələn maksimum üfqi sürətlənmə və 

yaxud  (g) g=0/3 bərabərdir. 2  saylı cədvəldə 

sözügedən  ərazidə  mühüm  torpaq  çatlarının 

törətdiyi ən güclü zəlzələlər əks etdirilmişdir. 



Tədqiq  edilən  məntəqənin  geomexa-

niki  tədqiqatı.  Dağətəyi  zona  və  yamacları 

formalaşdıran  ünsürləri,  yəni  daş  və  torpağı 

sabilt vəziyyətdən çıxarıb, müxtəlif növ hərə-

kət, titrəmə, axma, daş parçaları və qayaların 

çevrilməsinə  və  s.  səbəb  olan  bütün  amillər 

yamacların qeyri-sabitliyini şərtləndirən amil-

lər sırasına daxildir. Tədqiq  etdiyimiz zonanı 

formalaşdıran  süxurların    eynicinsli  olmama-

sını, bu yamacların daşla torpağın sintezindən 

əmələ  gəldiyini  və  vahid  quruluşa  malik  ol-

madığını (şək.1) nəzərə alsaq, bu zonada möv-

cud  olan  torpaq  və  qaya  daşlarının  geomex-

aniki xüsusiyyətləri ayrı-ayrılıqda və müstəqil 

şəkildə araşdırılmışdır.  



Süxur kütləsinin təsnifatı. Tədqiqat sa-

həsində aparılmış  araşdırmalar və ölçü işləri-

ni,  həmçinin  təsnifatlaşdırma  üzrə  norveçli 

Barton və onun həmkarları tərəfindən irəli sü-

rülmüş məşhur Q metodunun geniş şəkildə is-

tifadə edilən digər təsnifat metod-larına nisbə-

tən daha dəqiq və mükəmməl olduğunu nəzə-

rə alaraq, aşağıdakı cədvəl (cəd.3) tərtib edil-

mişdir. 

Qayaların  təsnifatı.  Yerində  aparılmış 

araşdırmaları  nəzərə  alaraq  demək  olar  ki, 

tədqiq edilən qeyri-stabil yamacları formalaş-

dıran  torpaq  iki  növdən  ibarətdir.  Birincisi, 

həmin yerin səthini və üst hissəsini təşkil edən 

torpaq  layı,  onun  qalınlığı  təxminən  1-3  m-

dir.  Bu  torpaq  qatı  gil  və  daş  qırıntılarından 

təşkil olunmuşdur və nizamsız kolleksiya şək-

lindədir. Bu kütlənin böyük bir hissəsi yarım-

həssas  gillərdən  təşkil  olunmuşdur  və  daim 

yamac hissənin üst qatlarındakı sularla birba-

şa təmasda olur (nümunə 1). İkincisi isə dağə-

təyi  zonanın  daha  dərin  qatlarında  olan  açıq 

yaşıl və boz rəngli mergel-gil qatından ibarət-

dir və aparılmış araşdırmaların nəticələri  onu 

göstərir  ki,  bu  qat  birinci  nümunəyə  nisbətən 

daha  həssasdır  (nümunə  1).  Atterbergin  (At-

terberg,  1990)  apardığı  araşdırmalar  gilin  ak-

tivliyinə, ələk analizinə və digər geomexaniki 

xüsusiyyətlərə aydınlıq gətirir və bu göstərici-

lər  4-7  saylı  cədvəllərdə  təqdim  edilmişdir. 

Plastiklik  indeksi  (Plasticity  Index)  axıcılıq 

həddi  ilə  plastiklik  həddi  arasındakı  münasi-

bətdən (Pİ=LL-PL) ibarətdir və 1 və 2-ci nü-

munələrdə sıra etibarilə 14 və 15-ə bərabərdir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə