Ekologiya və torpaqşünaslıq fakültəsi



Yüklə 66,42 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü66,42 Kb.
#37844


Dekan: prof.N.T.Şəmilov

 


Ekologiya və torpaqşünaslıq fakültəsi 

2011-ci 


ildə

 

yaradılmışdır






Dekanlıq 

Kafedralar 



Ekoloji 

kimya 

Bioeko-

logiya 

Coğrafi 

ekologiya 

Torpaq-

şünaslıq 

Yerquru-

luşu və 

kadastr 

ETL 


Ekologiya 

və ətraf 

mühitin 

mühafizəsi 


Fakültədə tədris əyani və qiyabi şöbədə 

 

3 dildə 



azərbaycan, rus və ingilis dillərində aparılır.

 

 

Bakalavr pilləsi üzrə təhsil 



ixtisas üzrə aparılır: 

 

*

 Ekologiya 

*

 

Torpaqşünaslıq və aqrokimya

 

*

 



Yerquruluşu, torpaq və şəhər kadastrı

 


Magistratura pilləsi üzrə təhsil 8 ixtisas üzrə aparılır



  

*

 



Ətraf mühit kimyası

 

*

 Ekoloji kimya 

*

 

Ekoloji kimyəvi monitorinq

 

*

 Ekoloji biologiya 

*

 

Ətraf mühitin mühafizə metodları və bərpası

 

*

 



Yerquruluşu və torpaq müfəttişliyi

 

*

 



Torpaqların ekoloji monitorinqi və qorunması

 

*

 



Torpaq kadastrı

 

 


2011-ci 

təqvim


 

ilində


 

əldə


 

edilmiş


 elmi-

tədqiqat


 

işlərinin

 

yüksək


 

nəticələrinə

 

görə


 

fakültəmiz

 

İlin fakültəsi



 elan 

edilmişdir




2012-ci 

təqvim

 

ilində

 elmi 

işlərin

 

yüksək

 

nəticələrinə

 

görə

 "Ekoloji 

kimya 



 

ətraf

 

mühitin

 

mühafizəsi



ETL Elmi-

tədqiqat

 

strukturları

 

arasında

 I yeri 

tutmuşdur



Beynəlxalq

 elmi 

əməkdaşlığın

 

inkişaf

 

etdirilməsindəki

 roluna 



 

yüksək

 

elmi 

nailiyyətlərinə

 

görə

 Mahmudov 

Kamran 

Talıb

 

oğlu

 

Fəxri

 

Fərmanla

 



 

pul 

mükafatı

 

ilə

 

təltif

 

olunmuşdur




Professional fəaliyyət sahəsi:  

ekologiya, ətraf mühitin mühafizəsi.  

 

Professional fəaliyyət obyektləri: 

Məzunlarımızın professional fəaaliyyət obyektləri aşağıdakılardır:  

 Ekologiya v

ə Təbii Sərvətlər Nazirliyi və onun müvafiq qurumları 

 ARDNŞ v

ə onun müvafiq qurumları 

 Ekoloji t

əhsil müəssisələri 

Ətraf mühitin mühafizəsi ilə məşğul olan müəssisələr və s. 



 

Professional fəaliyyətin predmetləri: 

Ekosistemlər,  orqanizmlər,  populyasiyalar,  insan  və  onun  ətraf  mühitlə 

qarşılıqlı təsiri, ekoloji monitorinq, ekoloji ekspertiza və ətraf mühitə təsirin 

qiymətləndirilməsi. 


Professional fəaliyyətin növləri 

 

Ekologiya ixtisasını bitirmiş bakalavrlar aşağıdakı sahələrdə professional 



fəaliyyətlə məşğul ola bilərlər: 

- Ekspert – müxtəlif sahələrdə ekoloji ekspertizalar aparan komissiyaların 

işlərində iştirak; 

- Proqnozlaşdırıcı – ekoloji proqnozlaşdırmanın həyata keçirilməsinin təşkili, 

qəzaların nəticələrinin aradan qaldırılmasında iştirak; 

- Nəzarət – nəzarət yoxlamalarının aparılmasının təşkili, ekoloji 

qanunvericiliyin, təbiəti mühafizə üzrə proqramların həyata keçirilməsinə 

nəzarət etmək; 

- Mühəndis – təbiətin çirklənməsinə və bunun nəticələrinə dair hesablamaların 

aparılması; 

- Idarəetmə - təbiəti mühafizə təşkilatlarının fəaliyyətini idarə etmək, 

kadrların professional səviyyəsinin müəyyən edilməsində v artırılmasında 

iştirak etmək; 

- Texniki – ekoloji məlumatların müxtəlif kompüter proqramları vasitəsilə 

işlənməsi

- Tədris-tərbiyə - ekoloji profilli tədris müəssisələrində pedaqoji fəaliyyət.  




Ekologiya ixtisasına sahib olan bakalavr bunları bilməlidir: 

- ekologiya ilə əlaqəli fənlərin (biologiya, coğrafiya, kimya və s.) əsaslarını; 

- ekoloji qanunvericiliyin əsaslarını; 

- regionda  ətraf  mühiti  mühafizə  sahəsinə  aid  hansı  orqanların  mövcud 

olduğunu; 

- təbiəti mühafizə tədbirlərini; 

- ekoloji monitorinq metodlarını; 

- müxtəlif müəssisələrin istehsalat prosesinin və təşkilinin qaydalarını; 

- ekoloji standart və normativlər sistemini; 

- müxtəlif materialların ekoloji ekspertizasının aparılma ardıcıllığını; 

- hesablama texnikası, kommunikasiya və rabitə vasitələrini; 

- iqtisadiyyatın əsaslarını; 

- ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində yerli 

və xarici ölkələrin təcrübəsini; 

- ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə üzrə normativ 

və metodik materialları; 

- əməyin mühafizəsi qaydaları və normalarını. 



Bunları bacarmalıdır: 

- ekoloji  ekspertizaların  aparılmasında  iştirak  etməli,  ekoloji  komissiyaların  işini 

təşkil etməlidir; 

- təbii  və  süni  obyektlərin  kimyəvi,  fiziki  və  bioloji  göstəricilərinin  laborator 

analizini həyata keçirməlidir; 

- ekoloji  qanunvericiliyin,  təbiəti  mühafizə  üzrə  proqramların  və  planların  yerinə 

yetirilməsinə nəzarət etməlidir; 

- təbii mühitdə çirklənmənin yayılma dərəcəsinin hesablanmasını aparmalıdır; 

- sənaye  tullantılarının  yerləşdirilməsi  və  istifadəsinin  ekoloji-iqtisadi  baxımdan 

əsaslandırılmasında iştirak etməlidir; 

- ekoloji 

sistemlərin 

modelləşdirilməsində 

və 


təbiətdən 

istifadənin 

optimallaşdırılması metodikalarının hazırlanmasında iştirak etməlidir; 

- müəssisələrdə təbiəti mühafizə sxemlərinin təşkilində iştirak etməlidir; 

- müasir  kompüter  texnikasından  istifadə  etməli,  ekoloji  informasiya  bazalarının 

yaradılmasında  və  istifadəsində  iştirak  etməli,  təbiətə  vurulan  ziyanın, 

tullantıların  yol  verilən  maksimal  miqdarının,  buna  uyğun  cərimələrin  və  s. 

müəyyənləşdirilməsində iştirak etməlidir. 

- ekoloji  biliklərin,  ekoloji  mədəniyyətin  və  ekoloji  təfəkkürün  artırılması  üzrə 

məşğələlərin,  kütləvi  və  individual  təbiəti  mühafizə  tədbirlərinin  (ağacların 

əkilməsi, ərazinin və akvatoriyaların təmizlənməsi, müxtəlif müsabiqələrin təşkili 

və s.) təşkilində iştirak etməlidir. 




Ekologiya ixtisası üzrə təhsil alan tələbələr 

 

Xızı rayonunda çöl

-

tədris təcrübəsində

 


ARDNŞ

-

ın Ekoloji parkında

 


Professional fəaliyyət sahəsi:  

kənd təsərrüfatı, bioloji sfera.  

 

Professional fəaliyyət obyektləri: 

Məzunlarımızın professional fəaaliyyət obyektləri aşağıdakılardır:  

 Dövl

ət Torpaq və Xəritəçəkmə Komitəsi və onun müvafiq qurumları 



 AMEA Torpaqşünaslıq v

ə aqrokimya institutu 

 Aqrar t

əhsil müəssisələri 

 K

ənd təsərrüfatı obyektləri və s. 



 

Professional fəaliyyətin predmetləri: 

Torpaq,  bitkilər,  gübrələr,  kimyəvi  meliorantlar,  intensiv  istifadə  olunan  kənd 

təsərrüfatlı  torpaqlarda  gübrələrin  tətbiqinin  və  kimyəvi  meliorasiyanın 

aparılmasının texnoloji üsulları. 




Professional fəaliyyətin növləri 

 

Torpaqşünaslıq və aqrokimya ixtissını bitirmiş bakalavrlar aşağıdakı sahələrdə 



professional fəaliyyətlə məşğul ola bilərlər: 

- təşkilati-texnoloji – rayon, bölgə, respublika miqyasında aqrokimyəvi 

xidmətin və torpaq işlərinin təşkili

- istehsalat-idarəetmə - kənd təsərrüfatı istehsalatına gübrələrin qabaqcıl 

tətbiq texnologiyalarının daxil edilməsi və onların sınanması, aqrokimyəvi 

xidmət sahələrinin təkmilləşdirilməsi; 

- təcrübi-tədqiqat – gübrələrin və meliorantların müxtəlif növlərinin təsirinin 

qiymətləndirilməsi məqsədilə vegetasion, çöl və istehsalat təcrübələrinin 

aparılması; torpaqların müasir ekspress analiz metodlarının, torpaq 

xəritələrinin və aqrokimyəvi kartoqramların tərtibi metodlarının işlənməsi;  

- tədris (pedaqoji) – aqrar profilli təhsil müəssisələrində müəllim. 



Torpaqşünaslıq və aqrokimya ixtisasına sahib olan bakalavrın aşağıdakı sahələrdə təsəvvürü 

olmalıdır: 

- torpağın tərkibi və xassələri; 

- kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətləri və onların qidalanması; 

- mineral və üzvi gübrələrin növləri; 

- torpaqların bonitetinin işlənməsi və torpaqların aqroistehsalat qruplaşması; 

- torpaq xəritələri və aqrokimyəvi kartoqramlar. 

Bunları bilməlidir: 

- Yerin quruluşu və tərkibi, ekzogen və endogen proseslər, yer qabığının inkişaf mərhələləri; 

- əsas minerallar, onların xassələri, təsnifatı; 

- əsas dağ süxurları, onların təsnifatı və xassələri; 

- torpaqəmələgətirən süxurların əsas tipləri; 

- torpaqların tərkibi, xassələri, təsnifatı, coğrafiyası və kənd təsərrüfatında istifadəsi; 

- torpaqların qiymətləndirilməsi, torpaq xəritələrinin tərtibi prinsipləri və metodları; 

- bitkilərin qidalanma xüsusiyyətləri; 

- gübrələrin xassələri, təsnifatı, torpağa verilmə vaxtları və üsulları; 

- torpaqlardan səmərəli istifadə üsulları; 

- aqrokimyəvi analiz metodları, aqrokimyəvi xəritələrin tərtibi; 

- əkinçiliyin qanunları, bitkilərin həyat faktorları və onların nizamlanması; 

- kənd təsərrüfatı bitkilərinin biologiyasının, toxumçuluğun və bitkişünaslığın nəzəri əsasları; 

- təcrübi nəticələrin statistik işlənməsi; 

- əmək qanunvericiliyi. 




Bunları bacarmalıdır: 

- Torpaq kəsiminin götürülməsi, torpaq profilinin morfoloji əlamətlərinin 

müəyyənləşdirilməsi; 

- Torpaqların aqrokimyəvi tədqiqinin aparılması, torpaqların, bitkilərin və gübrələrin 

kimyəvi analizinin aparılması; 

- Torpaqların qida elementləri ilə təmin olunma kartoqramlarının qurulması; 

- Tədqiq olunan torpaqların keyfiyyətcə qiymətləndirilməsi; 

- Torpaqların gübrələrə olan ehtiyacını, gübrələrin verilmə vaxtının, üsullarının və 

texnologiyasının müəyyən edilməsi; 

- Torpaqların laborator tədqiqinin nəticələrinin analiz olunması; 

- Bitkilərin, torpaqların, gübrələrin və meliorantların kimyəvi tərkibinin müəyyən edilməsi 

üçün müasir cihazlarda işləməli; 

- Müasir hesablama, rabitə və kommunikasiya texnikasında işləməli. 



Fakültənin Torpaqşünaslıq ixtisası üzrə təhsil alan  

tələbələri Quba, Şamaxı, Xızı və İsmayıllı rayonlarında  

çöl-tədris təcrübələrində 


Professional fəaliyyət sahəsi:  

Torpaq-mülkiyyət  münasibətləri;  torpaq  resursları  və  daşınmaz  əmlak  obyektlərinin 

idarəolunması  sistemi;  torpaqdan  istifadənin  təşkili,  planlaşdırılması  və  proqnoz-

laşdırılması;  daşınmaz  əmlak  obyektlərinin  uçotu,  kadastr  qiymətləndirilməsi, 

qeydiyyatı,  inventarlaşdırılması;  yerquruluşunun  və  kadastrın  topoqraf-geodezik  və 

kartoqrafik təminatı; daşınmaz əmlak obyektlərinin vergi təminatı; torpaq-mülkiyyət 

kompleksi sferasında rielter, qiymətləndirmə və konsaltinq fəaliyyəti, torpaq hüququ.  

 

Professional fəaliyyət obyektləri: 

Məzunlarımızın professional fəaliyyət obyektləri aşağıdakılardır:  

 Dövl


ət Torpaq və Xəritəçəkmə Komitəsi və onun müvafiq qurumları 

Əmlak Məsələləri Dövlət Komitəsi 



 Geodeziya v

ə topoqrafiya  üzrə xidmət göstərən təşkilatlar 

 Müvafiq t

əhsil müəssisələri və s. 

 

Professional fəaliyyətin predmetləri: 

torpaq resursları və digər təbii resurslar, torpaq fondu, administrativ qurumların 

əraziləri, Ərazi zonaları (ərazilərin xüsusi istifadə şəraitinə malik zonalar, xüsusi 

hüquqi rejimli zonalar, torpaq uqodiyaları və s.), daşınmaz əmlakın informasiya 

sistemləri və kadastr texnologiyaları. 



Professional fəaliyyətin növləri 

 

Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasını bitirmiş bakalavrlar aşağıdakı  



sahələrdə professional fəaliyyətlə məşğul ola bilərlər: 

- istehsalat-texnoloji – torpaq kadastrı və yerquruluşu işlərinin məqsədləri 

üçün araşdırma işlərinin təşkili və aparılması, torpaqların uçotu və 

qeydiyyata alınması, torpaqların qiymətləndirilməsi, dövlət torpaq və şəhər 

kadastrı işlərinin aparılması; 

- təşkilati-idarəetmə - müxtəlif səviyyədə kadastr işlərinin təşkili, sənədləşmə 

işlərinin idarəolunması, kadastr və yerquruluşu işləri ilə məşğul olan 

müəssisələrin işinin təşkili; 

- elmi-tədqiqat – yerquruluşu və kadastrın müxtəlif sahələrində elmi-tədqiqat 

işlərinin aparılması; 

- layihələndirmə - təsərrüfatdaxili, təsərrüfatlararası yerquruluşu işlərinin və 

müxtəlif növ kadastr işlərinin layihələndirilməsi. 




Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisasına sahib olan bakalavr bunları bilməlidir: 

- müasir mülki, əmək və ekoloji hüquq; 

- torpaqların monitorinqində torpaq kadastrının məqsədləri, prinsipləri və tərkibi; 

- torpaq resurslarından səmərəli istifadənin təşkili üzrə mühəndis qərarlarıın qəbul 

edilməsi metodları; 

- üzərində tikililər olan ərazilərin mühəndis təchizatı, yolların, xarici mühəndis 

şəbəkələrinin, rabitə sistemlərinin layihələndirilməsi prinsipləri; 

- yaşayış məntəqələrinin planlaşdırılmasının əsasları; 

- informasiyanın toplanması, sistemləşdirilməsi, işlənməsi və istifadəsi, kadastr 

sənədlərinin hazırlanması; 

- mühəndis-geodeziya və tədqiqat işlərinin aparılma metodları, geoinformasiya 

sistemləri, sahələrin müəyyən olunması və layihələrin həyata keçirilməsi üsulları; 

- aero və komsik obyektlərin deşifrə olunma texnologiyaları; 

- mühəndis qrafikası və topoqrafik rəsmxəttin, müxtəlif mövzulu planların və xəritələrin 

qurulmasının texnologiyaları və üsulları və s. 



Bunları bacarmalıdır: 

- daşınmaz əmlak obyektlərinin kadastrı üzrə işlərin təşkili və planlaşdırılmasının həyata 

keçirməlidir; 

- daşınmaz əmlakın qiymətləndirilməsini aparmalıdır; 

- şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədlərinin müəyyən edilməsini, müxtəlif 

təşkilatlara, müəssisələrə torpaq ayrılmasını texniki-iqtisadi baxımdan 

əsaslandırmalıdır; 

- iqtisadi, kadastr, geodeziya və digər məlumatların işlənməsi üçün kompüter 

proqramlarından istifadə etməli, informasiya verilənlər bazalarını analizə etməli, 

müasir geoinformasiya sistemləri ilə işləməlidir; 

- topoqrafik-geodeziya işlərini həyata keçirməlidir; 

- layihə-planlaşdırma sənədlərini və şəhərlərin və digər yaşayış məntəqələrinin inkişaf 

istiqamətlərini analiz etməlidir; 

- yaşayış məntəqələrinin ərazilərinin sosial-iqtisadi inkişaf proqramlarının ekspertizasını 

aparmalıdır; 

- ərazinin istifadəsinin effektivliyini artırmaq məqsədilə sənaye, aqrosənaye və digər 

istehsalat obyektlərinin iqtisadiyyatını analiz etməlidir; 

- şəhərlərin və digər yaşayış məntəqlərinin torpaqlarından istifadənin 



optimallaşdırılması məsələlərini həll etməlidir. 


DTXK-

nin nəzdində olan Aerogeodeziya 

müəssisəsində təcrübə zamanı

 




Yüklə 66,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə