«Əl-cəM’u beynəs-səlateyni Fİs-səFƏR»



Yüklə 61,52 Kb.
tarix16.11.2017
ölçüsü61,52 Kb.
#10507

Aşağıda sizə təqdim etdiyimiz hədislər əhli-sünnə aləminin ən məşhur və etibarlı hədis məcmuələrindən sayılan «Səhihi-Müslim»dəndir. Məlum olduğu kimi, əhli-sünnə məzhəbinin hədis elmində 6 hədis toplusu ən mötəbər sayılır; onları cəm halda «Sihahi-sittə» (altı səhih mənbə), yaxud «Kütübi-sittə» (altı kitab) adlandırırlar. Bunların içində ikisi xüsusilə etibarlı hesab edilir: «Səhihi-Buxari» və «Səhihi-Müslim». Əksəriyyət mötəbərlik baxımından «Səhihi-Buxari»ni birinci qəbul edir; amma bəziləri (xüsusilə məğrib – Şimali Afrika ölkələrinin əhalisi) «Səhihi-Müslim»i ondan da üstün bilirlər. Hətta əhli-sünnənin məşhur hədis alimlərindən biri Hafiz Əbu Əli Hakim Nişaburi demişdir: «Asimanın altında Müslimin «Səhih»i qədər mötəbər hədis kitabı görməmişəm».

Bütün klassik hədis məcmuələri kimi, «Səhihi-Müslim» də konkret mövzudakı hədisləri əhatə edən kitablara bölünmüşdür. Kitabların biri belə adlanır: «Kitabüs-səlatil-müsafirin və qəsriha» (Səfərdə olanların namazı və bu namazın qısa qılınması). Həmin kitabın 5-ci babı belə adlanır: «Əl-Cəm’u beynəs-səlateyni fis-səfər» (Səfər zamanı iki namazın birləşdirilməsi). 6-cı babın isə adı belədir: «Civazul-cəm’i beynəs-səlateyni fil-həzər» (Vətəndə olarkən namazların birləşdiril¬məsinin caizliyi). 5-ci babda yeddi, 6-cı babda isə on hədis vardır. Beləliklə, iki babdakı hədislərin ümumi sayı 17-dir. Aşağıda həmin iki babdakı hədislər barədə qısa məlumat verilir.

5-ci bab:

«ƏL-CƏM’U BEYNƏS-SƏLATEYNİ FİS-SƏFƏR»

(Səfər zamanı iki namazın birləşdirilməsi)

Bu babın ilk hədisini Abdullah ibn Ömər rəvayət edir: «Allahın Rəsulu səfərə tələsəndə məğrib və işa namazlarını birləşdirib ardıcıl qılırdı». Qeyd edirik ki, bu hədisin sənəd zəncirində Yəhya ibn Yəhya, Malik ibn Ənəs və Nafe kimi etibarlı ravilər vardır.

Müslim eyni məzmunlu hədisi cüzi fərqlə və başqa sənəd zənciri ilə daha üç dəfə də rəvayət etmişdir.

Növbəti hədis Ənəs bin Malikin dilindən verilir: «Peyğəmbər səfərə çıxarkən əgər Günəş hələ zavaldan meyl etməmişsə, zöhrün vaxtını əsrə kimi təxirə salar, sonra düşərgə salar, namazların ikisini ardıcıl qılardı. Əgər Günəş artıq zavaldan keçibsə, onda zöhr namazını qılıb sonra səfərə çıxardı».

Digər hədisdə (Ənəs vasitəsilə rəvayət edilir) buyurulur: «Peyğəmbər səfərə çıxarkən, iki namazı birləşdirmək istəsəydi, zöhr namazını əsr namazının ilk qılınma vaxtına kimi təxirə salar, sonra ikisini də birləşdirib ardıcıl qılardı».

Nəhayət, eyni ravidən söylənilən sonuncu hədisdə deyilir ki, Peyğəmbər səfərdə tələsəndə, zöhr namazını təxirə salıb əsr namazının ilk qılınma vaxtında ikisini də qılardı, məğribi də təxirə salıb, şəfəq gözdən itəndə işa namazı ilə birlikdə yerinə yetirərdi.

Beləliklə, göründüyü kimi, bu yeddi hədis Həzrət Məhəmməd Peyğəmbərin (s) səfərqabağı və səfər zamanı zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib qoşa qıldığını təsdiq edir. Hədislərin sayı, həmin rəvayətin təvatür həddində olduğunu sübuta yetirir, bununla da heç bir elmi etiraza yer qalmır.

Burada sual altında duran bir məsələ qalır. Mümkündür ki, bəziləri etiraz edib deyə bilərlər: «Həzrət Peyğəmbərin səfərdə namazları birləşdirməsi həqiqətdir. Lakin o həzrət bunu, səfər zamanı yaranan çətinliklərdən xilas olmaq naminə edirdi. Səfərə çıxmayan vaxtlar isə Peyğəmbər hər namazı ayrı-ayrılıqda qılırdı. Ona görə də bu gün evdə, yaxud məsciddə zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirib ardıcıl qılmaq üçün icazəmiz yoxdur».

Bu sualı cavablandırmaq üçün 6-cı babın hədislərinə nəzər salmaq kifayətdir. Dediyimiz kimi, həmin babda 10 hədis vardır.

6-cı bab:

«CİVAZUL-CƏM’İ BEYNƏS-SƏLATEYNİ FİL-HƏZƏR»

(Vətəndə olarkən namazların birləşdirilməsinin caizliyi)

Bu babdakı hədislərin birincisi Abdullah ibn Abbasın dilindən rəvayət olunur. Hədisdə deyilir: «Peyğəmbər qorxu və səfər olmadan zöhrlə əsr namazlarını, məğriblə işa namazlarını birləşdirib qılırdı». Hədisdən məlum olur ki, nə müharibə, nə də səfər gözlənilmədiyi vaxt Peyğəmbər namazları birləşdirirmiş. Bununla da Pey¬ğəm¬bə¬rin yalnız müharibə meydanında, yaxud yalnız səfərdə iki namazı birləş¬dirməsi barədə yarana biləcək bəhanə aradan qalxır.

Növbəti hədis bununla oxşardır. Fərq bundadır ki, orada Peyğəmbərin namazları ardıcıl qılması hadisəsinin Mədinədə baş verdiyi bildirilir. Hədisə əlavə kimi göstərilir ki, Peyğəmbərin namazları birləşdirməsinin səbəbini İbn Abbasdan soruşdular. O belə cavab verdi: «Bununla Peyğəmbər öz ümmətindən heç kəsin çətinliyə düşməməsini istəyirdi».

Burada qarşı tərəfin növbəti bəhanə irəli sürmə ehtimalı yaranır. Onlar deyə bilərlər ki, Peyğəmbər Mədinədə yalnız yağış yağarkən, camaatın yağış altında qalıb islanmaması xatirinə namazları birləşdirmişdir. Aşağıda verilən növbəti hədis həmin bəhanəni də darmadağan edir. Hədisdə deyilir: Abdullah ibn Abbas rəvayət etmişdir ki, Həzrət Məhəmməd Peyğəmbər (s) Mədinədə müharibə təhlükəsi və yağış olmadan zöhrlə əsr, məğriblə işa namazlarını bir yerdə qılmışdı. Səbəbini soruşanda İbn Abbas söylədi: «Peyğəmbər istəyirdi ki, onun ümməti çətinliyə düşməsin».

Yenə həmin babın növbəti hədisində İbn Abbas rəvayət edir ki, mən Peyğəmbərin rəhbərliyi ilə birlikdə 8 rükət və birlikdə 7 rükət namaz qıldım. Hədis ravilərindən biri özündən əvvəlki ravidən soruşur: «Zənn edirsən ki, İbn Abbas zöhr namazını bir qədər gec, əsri isə tez, həmçinin, məğrib namazını gec, işanı tez qılıbmış?» Ravi cavab verir ki, mən də elə bunu zənn edirəm.

Hədisin izahı belədir: İbn Abbas demək istəyirdi ki, o, hər biri 4 rükət olan zöhr və əsr namazlarını, sonra isə 3 rükətlik məğrib və 4 rükətlik işa namazlarını ardıcıl qılmışdır. Beləliklə, o, günorta ardıcıl olaraq səkkiz rükət, axşam isə ardıcıl olaraq yeddi rükət namaz qılmış olub.

Sonrakı hədisdə məsələyə daha da aydınlıq gətirilir. İbn Abbas rəvayət edir: «Allahın Rəsulu Mədinədə yeddi və səkkiz rükət namaz qıldı: zöhr və əsr namazlarını, məğrib və işa namazlarını».

Bu babdakı hədislərin son ikisi Abdullah ibn Abbasın başına gələn bir hadisəni təsvir edir. Rəvayətə görə, bir gün İbn Abbas camaat üçün xütbə söyləyirmiş. Axşam hava qaralanda adamların arasından biri məğrib namazının qılınma vaxtının ötdüyünü bildirmək üçün «Namaz! Namaz!» - deyə qışqırır. İbn Abbas bundan qəzəblənib belə deyir: «Bizə sünnəni sənmi öyrədəcəksən? Anan vayına otursun! Biz Rəsulüllahın zamanında iki namazı (yəni məğrib və işa namazlarını) birləşdirib qoşa qılırdıq».

Bu hədisin sənəd zəncirində İbn Abbasdan qabaq adı çəkilən ravi (Abdullah ibn Şəqiq) xəbər verir: İbn Abbasın bu sözündən qəlbimdə şübhə yarandı. Əbu Hüreyrənin yanına gedib bu hədisin doğruluğunu ondan soruşdum, o da təsdiq etdi.

Добавлено (31.01.2008, 18:32)

---------------------------------------------

RƏY SAHİBLƏRİNİN FİTVASI

Əhli-sünnə alimlərinin məsələyə münasibətini ətraflı şəkildə öyrənmək üçün bu məzhəbin mötəbər kitablarına nəzər saldıq. «Kütübi-sittə»nin Türkiyədə çap olunmuş (türk dilinə tərcüməsi ilə birlikdə) nəşrində, yuxarıdakı hədislərdən sonra qeyd olunmuşdur ki, bütün əhli-sünnə aləmi təsdiq edir ki, Həzrət Peyğəmbər həcc zamanı Ərəfatda zöhrlə əsr namazlarını, Müzdəlifədə isə məğriblə işa namazlarını birləşdirib qılmışdır. Buna görə də bütün müsəlmanlar həmin yerlərdə namazları göstərilən qaydada qıla bilərlər. Bundan başqa məkan və zaman şəraitində isə namazların birləşdirilməsi barədə əhli-sünnə alimlərinin rəyi iki cürdür:

a) Bəzi məşhur rəy və fitva sahibləri adi şəraitdə günorta və axşama aid iki namazı birləşdirməyi qadağan etmişlər. Bunların sırasında hənəfi məzhəbinin banisi Əbu Hənifə və onun tərəfdarları, səhabə Abdullah ibn Məsud, tabeindən Həsən Bəsri, İbn Sirin və b. vardır.

b) Bunun əksinə olaraq, əhli-sünnə tərəfindən mötəbər sayılan bəziləri namazları bitişik qılmağın mümkünlüyünü söyləmişlər. Bu dəstəyə İmam Əli ibn Əbu Talib (ə), səhabələrdən Abdullah ibn Abbas, Səd ibn Əbu Vəqqas, Əbu Musa Əşəri, Üsamə bin Zeyd, fitva sahiblərindən Mücahid, Rəbiətür-Rəy, hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl, şafiilik məzhəbinin banisi Şafii, Süfyani-Sövri, İshaq ibn Rahiveyh və b. məşhur şəxsiyyətlər aiddir.

Qeyd etmək lazımdır ki, tarix boyunca əhli-sünnə alimlərinin bəzisi bu mövzuda olan hədislərin hökmünə və fitva sahiblərinin rəyinə əsaslanaraq, zöhrlə əsr və məğriblə işa namazlarını ardıcıl qılmağın mümkünlüyü barədə fikir yürütmüşlər. «Beş məzhəb əsasında fiqh» kitabının müəllifi Əllamə Mühəmməd Cavad Müğniyə yazır ki, hətta əhli-sünnə alimlərindən Şeyx Əhməd Siddiqül-Ğəmari bu mövzuda müstəqil kitab yazmışdır. Həmin kitabın adı belədir: «İzalətül-xətər əmmən cəməə beynəs-səlateyni fil-həzər» («Vətəndə iki namazı birləşdirən şəxsdən təhlükənin uzaqlaşdırılması»).

Salam olsun resulullaha onun ailesine,onlarin sunnetini davam eden terefdarlarina!

Allahin mene verdiyi iznle fikrimi bolushmek isterdim sizinle!

Evvela onu deyimki namaz qilanlardan hech kim 3 vaxt namaz qilmir,ele hami 5 vaxt namaz qilir,Quranэn ''Isra'' suresinin 78-ci ayesinde buyurulub: ''Gun batandan gece qaranliq dusenedek namazini qil ve habele seher (subh) namazini (da qil) Allah quranda nece deyirse elede qilirlar,quranda deqiq vaxt deyilmeyib,Sadece o 5 namazin vaxtlarinin ne vaxt girmek vaxti ixtilaflidir.yeni alimin biri deyir misal zohr saat 12:00-da girir.esrin girme vaxti 12:10-dadir.misal henefide deyirki zohr 12:00 dadi esr 12:30dadir.malik deyir zohr 12:00 dadir esr 13:10dadir.shafi deyir zohr 12:00-dadir esr13:30dadir.henbel deyir zohr 12:dadir esr 14-dedir!gorunduyu kimi ferq yalniz girme vaxtlarindadir,sunnu alimlerininde bu barede ixtilafi var.numune verdim.

bezi insanlarimizin agzina soz dushub 3 vaxt namaz,bu nece mumkundur?hansi mentige uygundur?demeli 1 namaz fecr vaxti,ikinci namaz gunorta bir namazda axsham,amma bele deyil axi,gunorta axsham iki namaz qilinir,eger desezki 1 namaz yox bir vaxt,men deyecemki buda mumkun deyil.bir namazi misal bashlayirsan 12:00 da bitirirsen 12:05 de.o biri namazi ne qeder tez qilsanda bashlayacaqsan 12:06-da.demeli bir namazin vaxti 12:00 biri 12:06 demeli ayri ayri vaxtlarda qilinir.

birde bir sualim var.bir namazi ezan girmeden evvel qilmag olar ya yox?.misal subh namazi 05:00 dedirse,biz saat 04:00 da qila bilerik?elbetdeki yox.demeli peygemberde namazlarin vaxti bir birine yaxin qildiribsa hech bir namazin sheri vaxtini tapdamadan edib.demeli shieler ele duz qilirlar.birde nezerinize chatdirmag istediyim yuxarda xanim qiz yazirki seferde olanda filan,amma xeyir ele deyil,ele adi vaxtlardada bele qildirib,ummeti eziyyet chekmesin deye!sunnu qanaqlardan buyurun delili!

''Peyрemberimiz(s) Medinede hec bir dusmen qorxusu olmadan ve seferde olmadigi halda zohr ile esr namazini birlikde qildi. Sonra Ibni Abbas Peyрemberin meqsedini beyan edir ki, o Hezret ьmmetinden hec kimin zehmete dusmesini istemirdi.'' (''Sehihi Muslum'' c. 2, seh.152)

bunu kimi chox deliller var!Allah qebul etsin namazlarimizi,bilmediyimiz sheylere gore bashqalarina irad tutanlardan etmesin bizi,amin!



Sahih-i Buhârî hadis: 510, Sahih-i Müslim, hadis: 1146 ve 1153, Sahih-i Tirmizî hadis:172, Sahih-i Nesâî hadis: 2426. Yine Müslim kendi Sahih'inin 1147 numaralı hadisinde İbn-i Abbâs'tan şöyle nakletmektedir: "Hz. Resulullah (s.a.a), Medine'de bir yağmur veya korku söz konusu olmaksızın, öğleyle ikindiyi ve akşamla yatsıyı birlikte kılardı."

"Ibni-Abbas dedi: Hezreti resul bir qorxu ve seferde olmadan gunorta ile ikindi namazini ve axsham ile xuften namazini birden qildi." Sehihi-Muslim cild 2, sehife 151

''Peyğember(s)-le birlikde sekkiz rüket Zöhr ve Esr namazlarını ve yeddi rüket Meğrib ve İşa namazlarını birlikde qıldıq.'' (''Müsnedi Ehmed'' c. 1, seh.221)

''Ebu Şesaya dedim ki, fikir edirem, Allahın Peyğemberi Zöhr namazını texire saldı ve Esr namazını vaxtından evvel qıldı ve hemçinin Meğrib namazını gec qıldı. Ebu Şesa ise cavab verdi ki, men de bu cür düşünürem.'' Hedislerden açıq-aydın görünür ki, Peyğemberimiz(s) namazları birlikde qılmışdır. (''Müsnedi Ehmed'' c. 1, seh.251) İbni Abbas Beni-Temim qebilesinden olan bir kişiye hirslenib dedi ki, sen Peyğemberin sünnesini mene öyretmek isteyirsen? Men Allah Peyğemberinin Zöhrle Esr, Meğrible İşa namazlarını birlikde qılmasına şahid olmuşam. Abdullah deyir: ''Bu mesele menim üçün şübhe yaratdı ve ona göre de men Ebu Hüreyra ile görüşerken bu barede soruşdum. O, da İbni Abbasın sözünü tesdiq etdi.'' (''Sehihi Müslüm'' c. 2, seh.151, Misir çapı)


''Peyğemberimiz(s) Medinede heç bir düşmen qorxusu olmadan ve seferde olmadığı halda zöhr ile esr namazını birlikde qıldı. Sonra İbni Abbas Peyğemberin meqsedini beyan edir ki, o Hezret ümmetinden heç kimin zehmete düşmesini istemirdi.'' (''Sehihi Müslüm'' c. 2, seh.152)


''Peyğember(s) Medine şeherinde heç bir düşmen qorxusu olmadan ve yağış yağmadığı halda Zöhr ile Esr ve Meğrib ile İşa namazlarını birlikde qıldı. Seid İbni Cebir deyir ki, İbni Abbasdan soruşdum ki, ne üçün Peyğember bele edir? İbni Abbas ise cavab verdi ki, ona göre ki, istemirdi öz ümmetini zehmete salsın.'' (''Sehihi Buxari'' c. 1, seh.110) ''


''Peyğember yeddi rüket Meğrib ve İşa namazını ve sekkiz rüket Zöhr ve Esr namazlarını Medine şeherinde birlikde qıldı.'' (''Müteqqi Hindi'', ''Kenüzul-ümmal'' c. 8, seh.246)

Abdullah ibn Ömer deyir: ''Peyğember(s) öz veteninde olarken seferde olmadığı halda, Zöhr ile Esr namazını ve hemçinin Meğrible İşa namazlarını birlikde qıldı. Sonra bir kişi İbni Ömerden soruşdu ki, ne üçün Peyğember namazları bele qıldı? İbn Ömer cavab verdi ki, Ona göre ki, o öz ümmetini eziyyet ve çetinliye salmaq istemirdi. Eger bir kes istese bu namazları birlikde qıla biler.'' (Kenzul-ümmal'' c. 8, seh.247) Cabir ibni Abdullah deyir: ''Peyğember(s) Zöhr ile Esr namazlarını birlikde bir azan ve iki iqameye qılırdı.''

=========================================================



Ebu Said el-Hudri şöyle anlatıyor:...Hz. Peygamber’in (s) burnu ve burun yumuşağı üzerine(secdeden) su ve çamur bulaştığını gördüm...[ Buhârî, Fadlu Leylet'l-Kadr 2, 3, Itikaf 1, 9, 13;Müslim, Siyâm 213, (1167)]

Cabir ibn Abdullah ənsəri deyir: Mən Peyрəmbərlə birlikdə Zohr namazini qilirdim, torpaq isti olduguna gorə mən əlimə balaca bir das goturub ovucumda onu soyutdum ki, namazda ona səcdə edim. Sonra Cabir deyir: əgər paltara səcdə caiz olsaydi bu dasi soyudub ona səcdə etməkdən rahat olardi. (Sьnnən Bəyhəqi cild 1 səh 439)
Ibn Səd "Təbəqət əl-Kubra" (cild 6 səh 79) kitabэnda yazir: Məsruk ibn Əcdə səfərə cixanda ozu ilə bir das plitəsi goturudu ki, namazda ona səcdə edsin.
Qeyd etmək lazimdir ki, Məsruk təbein və Abdallah ibn Məsudun sagirdi olub. O peyрəmbərdən, əbu Bəkrdən, Osmandan və Əlidən xədislər nəql catdirib.


Əli ibn Abdullah ibn Abbasin Movlasi Rəzin deyir: «Həzrət Əli (ə) mənə məktub yazaraq buyurdu: «Mərvədən bir parca das ayirib mənim ucun gondər. Mən onun uzərində namaz qilib, ona səcdə edəcəyəm
«Vefaul-vefa», c. 1, səh. 115.

cabir ibn abdullah bir gun namaz qilanda hava cox isti oldugu yazilir ve o yerden bir das goturub onu istisini soyutdu ve sonra onun uzerine secde etdi.delil:sunen-i nesвi , hadis: 1071, sunen-i ebо davud, , hadis: 338, musned-i ahmed b.hanbel, , hadis: 13982, 13983.

Yüklə 61,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə