«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
tarix26.10.2018
ölçüsü1,07 Mb.
#75666


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

10 



 

 

 

 

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ 

MÜQƏDDƏS QUM ŞƏHƏRİ 

2016 - 2017 

 

 



İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BİSMİLLAHİR RƏHMANİR RƏHİM 



Giriş 

 “İtizal”  kənara  çəkilmək  mənasındadır.  İslam  ensiklopediyasında  iki 

dəstə  bu  adla  tanınır.  Növbəxtinin  nəqlinə  əsasən,  ilk  dəfə  mötəzilə  adı 

siyasi bir qrupa aid edilirdi. Bu xəbərə müvafiq olaraq, İmam Əli (ə) xilafətə 

çatdıqdan  sonra  Abdullah  ibn  Ömər,  Məhəmməd  ibn  Muslimə  Ənsari, 

Üsamə  ibn  Zeyd  və  Səid  ibn  Əbi  Vəqqas  imamdan  kənarlaşdı;  ona  qarşı 

çıxmaqdan və ya döyüşlərdə ona qoşulub himayə etməkdən çəkindilər. Bu 

dəstəni  mötəzilə  adlandırdılar,  səbəbi  isə  onların  İslam  ümməti  və 

imamdan  kənarlaşmaları  idi

1

.  Bəziləri  siyasi  mötəziləni  İmam  Həsən  (ə)  və 



Müaviyədən  kənarlaşanlara  aid  etmişlər

2

.  Mötəzilə  kimi  tanınan  digər  bir 



dəstə  Vasil  ibn  Ətaya  (vəfatı:  131  h.q.)  qoşulan  kəlamçılar  idi.  Bu  dəstə 

tanıdığımız məşhur Mötəzilədir və mövzumuz da elə həmin kəlami təriqət 

barədədir.  Sözügedən  dəstənin  mötəzilə  adlandırılması  xüsusunda  fərqli 

nəzərlər var. Bəziləri deyirlər ki, bu ad Vasil ibn Ətanın Həsən ibn Bəsrinin 

dərs  məclisindən  üz  döndərməsi,  kənarlaşması  ilə  əlaqəlidir

3

.  Bəziləri  isə 



                                                      

1

 “Firəquş-şiə”, səh. 5. 



2

 “Tarixul-məzahibil-İslamiyyə”, səh. 118. 

3

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 48. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 



Vasil  ibn  Ətanın  öz  zamanında  İslam  ümməti  və  İslam  məzhəblərindən 

döndərməsinin  bu  ada  səbəb  olduğunu  deyiblər

4

.  Hər  iki  halda  bu  nöqtə 



şəffafdır  ki,  Vasilin  kənarlaşması  iman  və  böyük  günaha  bulaşanın  küfrü 

xüsusunda  olub.  Əlbəttə,  onların  mötəzilə  adlandırılmasının  digər 

versiyaları da vardır

5

.  



Vasil ibn Ətadan dörd nəzəriyyə nəql edilib:  

1.

 

“Mənzilətun  bəynəl  mənzilətəyn”:  iman  və  küfür  arasında  böyük 

günaha bulaşan üçün nəzərdə tutulmuş bir dərəcə vardır. 



2.

 

Allah-taaladan  sifətlərin  inkarı:  Allah  üçün  qədim  sifətlərin  isbatı 

qədimlərin çoxluğuna və ilahların artmasına gətirib çıxarır. Bu əsasla 

o, ilahi sifətləri inkar edirdi. 

3.

 

İnsan ixtiyarı: Allah həkim və adil olduğu üçün, şər və zülüm ona aid 

edilmir.  İnsanların  günaha  məcbur  edib  sonradan  cəzalandırması 

yolverilməzdir. Odur ki, insanlar öz işlərində muxtar və azaddırlar.  

4.

 

Haqq  və  batil:  Vasil  ibn  Əta  İmam  Əli  (ə)  və  müxalifləri,  eləcə  də 

Osman  və  müxalifləri  haqqında  birinin  haqq,  digərinin  isə  batil  və 

fasiq  olduğunu  düşünürdü;  amma  hansının  haqq,  hansının  nahaqq 

olması ona bəlli deyildi. 

Vasildən sonra qaynı Əmr ibn Ubəyd (vəfatı: 143 h.q.) onun canişini oldu 

və  Vasilin  ideyalarını  izah  və  təbliğ  etməyə  başladı.  Mötəzilənin  məşhur 

kəlamçıları arasında Əbul Hüzeyl Əllaf (135-235 h.q.) və İbrahim ibn Nizam 

(160-231 h.q.) xüsusi qeyd etmək lazımdır.  

Bəni-Uməyyənin  dönəmində  Mötəzilənin  hökumətlə  münasibəti  yaxşı 

deyildi,  hərçənd  Yezid  ibn  Vəlid  qısa  müddətli  hökuməti  dövründə  onları 

dəstəkləyirdi. Bəni-Abbasın hökuməti dövründə isə Mötəzilə bitərəf mövqe 

tutsalar  da,  Mənsurun  dönəmində,  xüsusən  də  kəlam  və  fəlsəfəni  bilən 

Məmunun  vaxtında  diqqət  mərkəzində  oldular.  Mötəzilənin  Abbasi 

hökumətinə  yaxınlaşması  o  qədər  yüksək  idi  ki,  Məmun  və  ondan  sonra 

Mötəsim  və  Vasiq  özlərini  mötəzili  adlandırdılar  və  bu  məzhəbə 

himayədarlıq etdilər. Bu arada Quranın xəlq mövzusunda münaqişə başladı; 

sual yarandı ki, Allahın kəlamı feli sifətindən olub məxluq və hadisdir, yoxsa, 

zati sifətdən olub, xaliq və qədim?   

Mötəzilənin etiqadına görə Allahın kəlamı məxluq və hadisdir. Bu üzdən 

Quranın  qədim  olmağına  etiqad  küfürdür.  Bunun  müqabilində  bütün 

                                                      

4

 “əl-Fərqu bəynəl-firəq”, səh. 41. 



5

 “əl-Fihrist”, səh. 201. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 



hədisçilər  və  Əhli-sünnənin  əksəriyyəti  Quranın  qədim  olmasına  inanırdı. 

Məmun  Mötəziləni  təşviq  və  himayə  etmək  məqsədilə,  Quranı  qədim 

sayanları “ədəbləndirmək” göstərişi verdi. Bu fərmana əsasən, bir çoxları, o 

cümlədən  Əhlul-hədisin  imamı  Əhməd  ibn  Hənbəl  zindana  atılaraq, 

işgəncələrə məruz qaldı. Bu vəziyyət Mötəziləyə düşmən kəsilən və Əhlul-

hədisi  himayə  edən  Mütəvəkkilin  vaxtına  kimi  davam  etdi.  Onun 

dönəmində  Mötəzilə  şiddətli  təziqlərə  məruz  qaldı  və  kitabları  qarət 

olundu.  Mötəzilə  təşkilatlanmış  bir  təriqət  kimi  mübarizələrdə  dağılıb 

aradan getsə də, lakin bu təriqətin alimləri və tərəfdarları İslam dünyasının 

müxtəlif yerlərində yüz illərlə davam gətirdi. Bəsrədə itizal məktəbi yarandı 

və inkişaf etdi. Amma hicri tarixlə II əsrin sonlarında Bəsrə mədrəsələrində 

tədris  görmüş  Bəşər  ibn  Mutəmir  (vəfatı:  210  h.q.)  Bağdada  səfər  etdi  və 

Bağdadın  Mötəzilə  məktəbini  yaratdı.  Bəşər  şiəliyə  meyilli  idi.  Və  iddia 

etmək  olar  ki,  Bağdadın  Mötəziləsi  şiə  əqidəsinə  Bəsrənin  Mötəziləsindən 

yaxındır.  Bəsrənin  tanınmış  kəlamçılarından  Əbu  Əli  Cubai  (204-235  h.q.), 

oğlu Əbu Haşim Cubai (277-321 h.q.) və Qazi Əbdul Cabbarın (224-315 h.q.) 

adlarını qeyd etmək olar. Məhəmməd Əskafi (vəfatı: 240 h.q.), Əbul Hüseyn 

Xəyyat (vəfatı: 311  h.q.) və Kəbi kimi məşhur olan Əbul Qasim Bəlxi (273-

317 h.q.) isə Bağdad Mötəziləsinin böyüklərindəndir

6



 

Mötəzilənin kəlami metodu 

Mötəzilənin düşüncələrində ağıl və əqli müddəalar dini etiqadların kəşf 

və çıxarışında əsaslı və həlledici rol oynayır, eləcə də bu etiqadların isbat və 

müdafiəsini  öhdəsinə  alıb.  Bu  metodda  hər  məsələni  insan  ağlına  həvalə 

etməli  və  təkcə  əqli  əsas  tapdıqdan  sonra  təsdiq  etmək  lazımdır.  Bu 

məktəbin  çıxış  nöqtəsi  bundan  ibarətdir:  “Bütün  etiqadi  maariflər 

ağılauyğundur”

7

  və  etiqadda  avtoritetlik  yolverilməzdir.  Digər  kəlamçılar 



kimi  Mötəzilə  də  nəqlə  müraciət  edir,  amma  dini  mətnlərin  məzmun  və 

faydasını ağılamüvafiq olduğu təqdirdə qəbul edirdilər. Əks təqdirdə mətni 

təvil edir və ona bəraət qazandırırdılar. Başqa sözlə, Mötəzilə məktəbində 

nəqlin  rolu  ağlın  hökmünü  təsdiq  və  gücləndirməkdən  ibarətdir.  Belə  ki, 

təkbaşına  müstəqil  mənbə  sayılmır.  Bəzi  Mötəzilə  daha  da  irəli  gedərək, 

                                                      

6

 “İslam məzhəbləri və təriqətləri ilə tanışlıq”, səh. 129-133. 



7

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 42. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 



bütün vacibləri əqli saymış, bütün fəaliyyətlərin yaxşı və pisliyini ağlın dərk 

etdiyi qənaətinə gəlmişlər

8

.  


Mötəzilənin  rasionalizmdə  ifrata  varmasının  ümdə  səbəbi,  din 

müxalifləri və zındıqlarla əqli savaşda ön cəbhədə qərarlaşmaları və onlarla 

daima  münazirə  etmələri  idi.  Bu  üzdən  İslam  prinsiplərinin  hamının  qəbul 

edəcəyi  tərzdə  təqdimindən  ötrü  dini  etiqadları  əqli  dəlillərlə 

möhkəmləndirməyə çox çalışırdılar. Bu iş tədricən müdafiə zamanı istifadə 

etdikləri metodu dini maarifin çıxarışında da işlətmələrinə və əsas, həlledici 

rolu ağıla və əqli prinsiplərə tapşırmalarına səbəb oldu.  

 

Mötəzilənin etiqadları 

Mötəzilə adı ilə məşhur olan kəlamçılar fərqli düşüncələrə sahibdirlər və 

bir çox kəlami mövzularda fikir ayrılıqları var. Bu da, isanlarda Mötəzilənin 

xüsusi bir məktəb deyil, ağıl və əqli prinsiplərə istinad edən kəlami metod 

olduğu  qənaəti  yaratmışdır.  Amma  bir  çox  tədqiqatçılar

9

,  eləcə  də 



Mötəzilənin  özü  belə  düşüncədə  deyillər;  ardıcılları  arasında  həmrəylik, 

bəzən də fikir ayrılığı olan digər təriqətlər kimi Mötəziləni də vahid məktəb 

sayırlar.  Mötəzilə  bunu  isbat  etmək  üçün,  adətən,  müştərək  etiqad  və 

Mötəzilənin  meyarı  kimi  beş  prinsipi  qeyd  edirdilər  və  hətta  bu  adda 

kitablar  da  yazırdılar.  Nümunə  olaraq,  Əbu  Hüzəyl  Əllafın  “əl-Xəmsətul-

usul”, Cəfər ibn Hərbin “əl-Usulul-xəmsə” və Qazi Əbdul Cabbarın “Şərhul-

usulil-xəmsə” kitablarını göstərmək olar.  

Nəzərə  çarpan  odur  ki,  Vasil  ibn  Ətanın  Mötəzilə  məktəbini  təsis 

edərkən  mötəzilə  olmağın  meyarı  sırf  “mənzilətun  bəynəl-mənzilətəyn” 

etiqad idi

10

. Amma tədricən və zaman keçdikcə digər dörd prinsipə - tövhid, 



ədl,  vəd  və  vəid,  yaxşılığa  dəvət  və  pislikdən  çəkindirmək  prinsipləri  də 

Mötəzilənin  etiqad  siyahısına  artırılaraq,  bu  məktəbin  xüsusiyyətlərindən 

sayıldı. Bu beş prinsipin qısa izahı belədir: 

1.

 

vhid: Tövhidin müxtəlif dərəcə və mənaları vardır. Ən mühümləri 

zat,  sifət  və  feildə  tövhiddir.  Zatda  tövhid,  Allahın  yeganəliyi  və 

bənzərinin  yoxluğu  mənasındadır.  Zatda  tövhid  bütün  müsəlman 

                                                      

8

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 44 və 81. 



9

  “Tarixul-məzahibil-İslamiyyə”,  səh.  119;  “əl-Miləl  vən-nihəl”,  c.  1,  səh.  43;  “əl-Fərqu 

bəynəl-firəq”, səh. 131. 

10

  Şeyx  Müfid  mötəziləliyin  meyarını  “Mənzilətun  bəynəl-mənzilətəyn”ə  etiqadda  görür. 



“Əvailul-məqalat”, səh. 3. 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 



təriqətləri  tərəfindən  məqbuldur.  Sifət  və  feildə  tövhid  xüsusunda 

isə  İslam  məzhəbləri  arasında  fikir  ayrılığı  var.  Əşərilərdən  fərqli 

olaraq Mötəzilə sifətdə tövhidə inanır, feildə tövhidi isə inkar edirlər. 

Ədalət  bəhsində,  eləcə  də  Əşairə  təriqətinin  araşdırdıqda  feildə 

tövhidə işarə edəcəyik. Burda isə sifətdə tövhidi araşdırırıq: 

Şəhristani Mötəzilənin sifətdə tövhidə etiqadı barədə deyir: Bu 

söz  əvvəldə  çiy  idi.  Vasil  ibn  Əta  öz  görüşünün  isbatında  bu  sadə 

arqumentlə  kifayətlənir  ki,  Allah  üçün  qədim  sifətlərin  isbatının 

nəticəsi  çoxallahlıqdır  (yəni  zatda  tövhidi  qəbulun  şərti  sifətdə 

tövhiddir).  Sonralar  Vasil  ibn  Ətanın  ardıcılları  onun  əqidəsini  izah 

etməyə çalışdılar ki, sifətdə tövhidin mənası sifətləri kökündən inkar 

deyil,  əksinə  məqsəd  ilahi  zata  əlavə  olunan  sifətlər  və  nəticədə 

bütün sifətlərin zatı ilə eynilik daşımasıdır

11

.  



Həqiqətdə  Mötəzilə  bu  nəzəriyyə  ilə  “Əshabu  hədis”in 

etiqadını  rədd  etmək  istəyirdilər,  hansı  ki  sifətlərin  Allahın  zatına 

əlavə olunduğunu iddia edirdilər. Bu növ sifətlərin inkarı mötəzililər 

yekdil  olsa  da,  məsələnin  təfərrüatı  barəsində  müxtəlif  təfsirlər 

vermişlər. Ən mühümləri bunlardır: 

-

 



Vasil ibn Ətanın nəzəriyyəsi sırf sifətlərin zata əlavə olunduğunu 

inkar  edir  və  ilahi  sifətlərin  həqiqəti  haqqında  ətraflı  təhlil 

aparmır. 

-

 



Əbu Huzeyl Əllafın nəzəriyyəsi sifətlər məsələsinin təhlil edərək, 

ilahi  sifətlərin  zatı  ilə  eyniliyi  nəticəsinə  çatır.  Bu  xüsusda  Əbu 

Huzəyldən nəql edilən kəlam belədir: ( هملع و ملعب ملاع  لیاعت یرابلا نا

هتاذ). Bu sözə əsasən, ilahi sifətlər elm kimi məqbuldur, amma bu 

sifətlər zatdan kənar yox, zatın özüdürlər

12

.  



-

 

Əbu  Əli  Cubbai  nəzəriyyəsi  sifətləri  inkar,  zatın  sifətləri 



əvəzləməsini qəbul edirdi. O, nəzərinin bəyanında deyirdi: ( یرابلا

هتذل ملاع  لیاعت).  Yəni,  Allah  alim olması  üçün,  elm  sifətinə  möhtac 

deyil, əksinə o zatında alimdir, cahil deyil

13



-

 

Atasının  nəzərinin  ziddinə  olara,  Əbu  Haşim  Cubbainin 



nəzəriyyəsi  ilahi  sifətləri  qəbul  edir, amma  onları  hal  sayırdı.  Bu 

nəzəriyyəni,  sifətlərin  Allahın  zatına  əlavə  olmasını  inkar 

                                                      

11

 “əl-Miləl vən-nihəl”, c. 1, səh. 46. 



12

 “Məqalatul-İslamiyyin”, c. 2, səh. 177. 

13

 “əl-Miləl vən-nihəl,” c. 1, səh. 82; “Şərhul-usulil-xəmsə”, səh. 129. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 



nəzəriyyəsi  (Mötəzilənin)  və  sifətlərin  Allahın  zatina  əlavəsini 

isbat nəzəriyyəsi (Əshabu hədis) arasında orta xətt adlandırmaq 

olar. 

Əbu  Haşimə  görə,  Allahın  alim  olması  elm  adlı  halın  isbatı 



mənasındadır və “hal” nə varlıq, nə də yoxluq və nə məlum, nə 

də  məchul  olmayan  sifətdir.  Yəni  hal,  təkbaşına  öyrəniləsi  deyil 

və həmişə zatla yanaşı tanınır. Halın təsiri şəxsi digər şəxslərdən 

ayırmasıdır.  Əgər  halı  varlıq  saysaq,  Əbu  Haşimin  nəzəriyyəsi 

Sifatiyyənin  nəzərinə  qayıdır.  Hansı  ki,  onunla  sifətlərin  zata 

əlavə  olması  isbat  olunur.  Yox,  əgər  halı  yoxluq  saysaq,  bu 

nəzəriyyə sifətlərin zata əlavəsinin inkarı ilə nəticələnəcək. Bu da, 

digər  mötəziləlilər  tərəfindən  bəyan  edilib.  Əbu  Haşimin 

nəzəriyyəsi  o  vaxt  başqalarından  fərqlənir  ki,  hallar  nə  mövcud 

olsun,  nə  də  yoxluq.  Hərçənd,  bu  fərz  bir  çox  iradlara,  o 

cümlədən  paradoks  tərəflərinin  aradan  qaldırılması  lüzumuna 

zəmin yaradır

14

.  


2.

 

İlahi  ədalət:  İslam  təriqətlərindən  heç  biri  ilahi  sifətlərdən  biri  kimi 

ədli  inkar  etmir

15

.  Kəlamçıların  ixtilafı  daha  çox  məfhumun  təfsiri 



xüsusundadır.  Mötəzilə  və  İmamiyyənin  təfsiri  əməllərin  yaxşı  və 

pisliyi  haqqındakı  görüşünə  söykənir.  Onların  etiqadına  görə,  şəri 

göstərişləri  nəzərə  almadan,  əməllər  öz  zatında  yaxşı  və  ya  pisdir. 

İnsan  ağlı  ən  azından  bəzi  işləri  yaxşı  və  pisliyini  dərk  edir.  Deməli, 

ədalət  yaxşı  və  vacib,  zülüm  isə  pis  və  nalayiq  işlərdəndir.  Digər 

tərəfdən Allah bütün pis və nalayiq işlərdən münəzzəh olduğundan, 

işləri  ədalət  üzrə  olacaqdır.  Ağıl  zülmün  nümunələrini  kəşf  etdikcə, 

Allah  onu  yerinə  yetirməyəcəyi  qənaətinə  gələcək.  Mötəzilə  bu 

izahla  bir  çox  nəticələr  əldə  ediblər.  O  cümlədən,  məcburiyyətin 

inkarı,  insanın  muxtar  olmasının  isbatı  və  Əşərilərin  feildəki 

tövhidinin rəddinə – bu mənada ki, Allah bütün işlərin failidir – işarə 

etmək olar

16



Mötəziləyə  görə,  ədalətin  digər  şərti  taqətdənkənar  təklifi  və 



atalarının  günahına  görə  müşrik  körpələrinin  əzabını  inkardır. 

                                                      

14

 “əl-Miləl vən-nihəl,” c. 1, səh. 82; “əl-Fərqu bəynəl-firəq”, səh. 205; “Şərhu Məvaqif”, c. 



3, səh. 10; “Əvailul-Məqalat”, səh. 14. 

15

 “Şərhul-əsmaillahil-husna”, səh. 224. 



16

 Mötəzilənin bu xüsusda əqli nəticəsini bilmək üçün müraciət edin: “əl-Miləl vən-nihəl”, 

c. 1, səh. 45; “əl-Usulul-xəmsə”, səh. 133 və 323. 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 



Gələcəkdə  məlum  olacaq  ki,  bu  şərtlərdən  heç  biri  Əşərilər 

tərəfindən məqbul deyil. 



3.

 

Mənzilətun  beynəl  mənziləteyn  (iki  məqam  arasında  məqam): 

Mötəzilə,  Xəvaric  və  Murciəyədən  fərqli  olaraq,  böyük  günaha 

bulaşanı  nə  kafir,  nə  də  mömin  bilirlər;  küfür  və  iman  arasında 

məqam vardır (Bu nəzəriyyənin izahı keçdi). 



4.

 

Vəd  və  vəid  (müjdə  və  təhdid):  “Vəd”  müjdə  və  mükafat 

mənasındadır.  “Vəid”  isə  cəza  və  əzabla  təhdid  anlamındadır. 

Mötəzilənin etiqadına əsasən, Allah vədəsinə xilaf çıxmadığı kimi (bu 

mətləb  bütün  müsəlmanlar  tərəfindən  qəbuldur),  xəbərdarlığından 

da vaz keçmir. Deməli, Quran və hədislərdə kafir və günahkarlardan 

ötrü gələn bütün təhdid və əzad xəbərdarlıqları qiyamət günü həyata 

keçəcək.  Dünyada  tövbə  etməyiblərsə,  Allahın  onları  əfv  etməsi 

qeyri-mümkündür.  



5.

 

Yaxşılığa  dəvət  və  pislikdən  çəkindirmək:  Bu  prinsip  bütün 

müsəlmanlar  tərəfindən  yekdilliklə  qəbul  olunsa  da,  dərəcə  və 

şəraitində fərqli düşüncəyə sahibdirlər. Xəvaric bu prinsip üçün şərt 

və  hədd  tanımır.  Əhməd  ibn  Hənbəl  kimi  bəzi  “Əshabi  hədis” 

yaxşılığa  dəvət  və  pislikdən  çəkindirməyi  əməl  və  silahlı  qiyamda 

deyil,  qəlb  və  dil  məhdudiyyətində  qəbul  edir.  Mötəzilənin  bu 

prinsipə  dair  təsir  ehtimalı  və  fəsad  yaratmamaq  kimi  şərtləri  var, 

amma  qəlb  və  dildə  məhdudlaşdırmırlar.  Onlara  görə,  əgər  pislik 

çoxalarsa,  yaxud  zalım  hakimiyyət  meydana  gələrsə,  müsəlmanlara 

lazımi qüvvə toplayıb pislik və zülmün qarşısını alması vacibdir.  

Gördüyümüz kimi Mötəzilənin beş əsas prinsipindən yalnız ikisi – tövhid 

və  ədl  –  mühüm  etiqadi  prinsiplərdəndir.  Digər  iki  prinsip  –  vəd  və  vəid, 

mənzilətun  bəynəl  mənzilətəyn  –  ikinci  dərəcəli  etiqadi  məsələlərdir. 

Yaxşılığa dəvət və pislikdən çəkindirmək praktiki vəzifələrdən olduğu üçün 

fiqhdə  bəhs  olunmalıdır.  Qazi  Əbdul  Cabbar  inanır  ki,  Mötəzilə  prinsipləri 

qeyd edilən beş prinsiplə yekunlaşır və bütün müxaliflər ən azından bu beş 

prinsipdən  birinə  qarşıdırlar

17

.  Başqa  sözlə,  sözügedən  beş  prinsip 



Mötəzilənin digər təriqətlərlə həm ortaq tərəfidir, həm də fərqli tərəfi.  

                                                      

17

 Şərhu Usuli xəmsə”, 122-123. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 



Mötəzilə məzhəbində tarixi dəyişkənliklər 

Mötəzilə məzhəbi öz həyatı boyu müəyyən dəyişiklər yaşamışdır. Burada 

xülasə şəkildə onları qeyd edirik: 

1.

 



Əməvilər dönəmi 

Əməvi  hakimləri,  adətən,  cəbr  (məcburilik)  əqidəsinə  tərəfdaşlıq  edir, 

iradə  azadlığına  inananlara  qarşı  gəlirdilər.  Bu  üzdən  Qədəriyyənin  öndə 

gedənlərini  qətlə  yetirdilər.  Mötəzilə  də  iradə  azadlığı  məsələsində 

Qədəriyyə  nəzəriyyəsini  dəstəklədiyi  üçün,  bu  dönəmdə  öz  əqidələrini 

yaymağa münasib şərait tapmırdılar. Buna görə də təqdirlərinin pisə doğru 

dəyişməməsi üçün mülayim mövqe tuturdular. 

Lakin  Hişamın  ölümündən  sonra  Əməvi  hökuməti  öz  səbat  və  siyasi 

iqtidarını  əldən  verdi.  Nəticədə,  Əməvi  hakimiyyətinin  son  fəslində  İslam 

mütəfəkkirlərinin  elmi-mədəni  fəaliyyətləri  üçün  münasib  zəmin  yarandı. 

Mötəzilə  kəlamçıları da  bu  fürsətdən  maksimum  yararlanmağı  başardı.  Öz 

etiqad  və  düşüncələrini  İslam  dünyasının  müxtəlif  ərazilərinə  yaydı.  “əl-

Muniyyətu vəl-əməl” müəllifinin dediyinə görə, Vasil ibn Əta bir çox şagird 

yetişdirərək müxtəlif İslam ölkələrinə göndərmişdir. O cümlədən, Abdullah 

ibn  Harisi  qərbə,  Həfs  ibn  Salimi  Xorasana,  Qasimi  Yəmənə,  Əyyubu 

Əlcəzairə və Həsəni Kufəyə ezam etmişdi

18

.  


Məlum dövrdə Mötəzilənin kəlam üzrə rəhbərliyini, elə onun banisi, yəni 

Vasil  ibn  Əta  öhdəsinə  götürmüşdü.  O,  hicri  tarixlə  131-ci  ildə  dünyasını 

dəyişdi.  Vasil  ibn  Ətadan  sonra  143-cü  ilə  kimi  Əmr  ibn  Übeyd,  Mötəzilə 

kəlamına rəhbərlik edirdi.  

2.

 

Abbasilər dönəmi 



Abbasilər  dönəmində  Mötəzilə  kəlamı  dörd  fərqli  dövrü  arxada 

qoymuşdur: 

1-

 

Məmundan öncəki dövr (132-198 h.q.); 



2-

 

Məmunun dövründən Vasiqə qədərki dövr (198-232 h.q.); 



3-

 

Mütəvəkkilin zamanı və ondan sonra (232-300 h.q.); 



4-

 

Əşərilərin üzə çıxmasından sonra. 



İlkin dövr 

Bu dövrün əvvəllərində (Səffah və Mənsurun dönəmi) Mötəziləni hakim 

dairə ilə münasibətləri mötədil idi.  

Bu  müddətdə  Mötəzilə  yaxşılığa  dəvət  və  pislikdən  çəkindirmək 

prinsipinin  tələbinə  uyğun  olaraq,  bəzən  hakim  dairələrin  zülümlərini 

                                                      

18

 “əl-Muniyyətu vəl-əməl”, İbn Mürtəza, səh. 19. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 



qulaqlarına  çatdırsalar  da,  üsyan  etməkdən  çəkinirdilər.  Buna  görə  də 

Abbasilərin qəzəbindən sığortalandılar.  

Nəql  edirlər  ki:  Əmr  ibn  Übeyd  Mənsurun  zülümlərindən  danışırdı. 

Mənsur  ona  dedi:  “Mən  hazıram,  hökumətin  möhrünü  sənin  ixtiyarına 

qoyum.  Sən  də  həmfikirlərinlə  mənə  yardım  et.  Əmr  cavabında  dedi:  Sən 

ədalətli  davran  ki,  biz  də  sənə  kömək  edək.  Sənin  hökumətində  minlərlə 

zülm var; onlardan bəzilərini qaytar, bilim ki, düz deyirsən”

19



Həmçinin, nəql edilir ki, Mənsur Əmr ibn Übeydi hüzuruna çağırdı:  

-

 



Eşitmişəm  ki,  Məhəmməd  ibn  Abdullah  ibn  Həsən  sənə  namə 

yazıb. 


-

 

Mənə bir namə gəlib, guya Məhəmməd ibn Həsəndəndir.  



-

 

Cavabında nə yazdın? 



-

 

Hökumətə qarşı silahı qiyama müvafiq olmadığımı bilirsən



20

.  


Bu  iki  xəbərə  əsasən,  Əmr  ibn  Übeyd  Mənsurun  siyasətinə  qəlbən  razı 

deyildi.  Müsəlmanlara  etdiyi  zülümlərə  görə  onu  məzəmmət  edirdi.  O, 

pislikdən  çəkindirməyə bu dərəcədə  kifayət  edir,  silahlı qiyama  əl  atmırdı. 

Bu həddə müxalifət hakim dairəni təhdid etmədiyi üçün, Mənsur da onlarla 

mübarizə aparmırdı.  

Mehdi Abbasinin zamanında (159-169 h.q.) mötəzili kəlamçıları əlverişli 

şəraitdə idilər. O dönəmdə zındıqların çoxalması və anti-din fəaliyyətlərinin 

artması  Mehdi  Abbasini  onlarla  mübarizəyə  qaldırdı.  O,  mötəzili 

kəlamçılarından zındıqlara qarşı qiyam etməsini tələb etdi

21



Lakin bu dövrün sonunda (Harun ər-Rəşidin dönəmi) onlara qarşı çıxıldı. 

Harun kəlami münazirələri – hansı ki, Mötəzilənin möhkəm əlaqəsi vardı – 

qadağan etdi. Hətta, kəlamçıları da zindana saldı

22

.  



Bu  dövrdə  fəlsəfi  kitabların  ərəb  dilinə  tərcüməsi  başladı.  Mötəzilə 

kəlamçıları  tədriclə  fəlsəfi  fikirlərlə  tanış  oldular.  Belə  ki,  Əli  ibn 

Məhəmməd  Xorasani  demişdi:  Mənsur  ilk  xəlifədir  ki,  siryani,  əcəm  və 

yunan dilində kitablar onun üçün tərcümə olunub

23

.  


Mötəzilənin iqtidar dövrü 

İkinci  dövr,  Mötəzilənin  iqtidarı  dövrüdür.  Çünki,  Abbasilər  tərəfindən 

tam  himayə  edilir,  nəzər  və  etiqadları  rəsmi  dini  etiqad  ünvanında  qəbul 

                                                      

19

 “Zuhəl-İslam”, c. 3, səh. 83. 



20

 “Zuhəl-İslam”, c. 3, səh. 83. 

21

 İslam sivilizasiyasının tarixi”, Corci Zeydan, c. 3, səh. 555. 



22

 “Təbəqatul-Mutəzilə”, səh. 56. 

23

 “Tarixul-xuləfa”, səh. 388. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 



edilirdi.  Azad  şəkildə  öz  etiqadlarını  yayan  mötəzililər  yaxşılığa  dəvət  və 

pislikdən çəkindirmək prinsipi əsasında öz müxaliflərinə qarşı (Əhlul-hədis) 

kəskin  mövqe  nümayiş  etdirirdilər.  “Quranın  məxluq  olması”  onlar  və 

müxalifləri  arasında  kəskin  mübahisə  mövzusu  idi.  Belə  həssas  hallarda 

siyasət  həlledici  rol  oynadığı  üçün,  mübahisə  böyüyərək  kəlami  mövzu 

olmaqdan çıxdı ki, bu da həbs və qətllərlə nəticələndi. Buna görə də İslamın 

kəlam  tarixində  bu  dövrü  “möhnət  dövrü”  adlandırırlar.  Mötəzili 

kəlamçılarından hakimiyyətə nüfuz edənlər sırasında Əhməd ibn Əbi Davud 

(160-240  h.q.)  da  vardı.  O,  Quranı  xəlqi  xüsusunda  Əhməd  ibn  Hənbəli 

mühakimə etdi və zəfər çaldı. Mühakimənin mətni aşağıdakı kimidir: 

-

 

Belə deyilmi, hər şey ya qədimdir, ya da hadis? 



-

 

Bəli. 



-

 

Quran da bir şey deyilmi?   



-

 

Bəli. 



-

 

Deməli, Quran hadisdir? 



-

 

Mən bu barədə bir söz demirəm



24

.  


 

Mötəzilənin acınacaqlı dövrü 

Vasiqin (vəfatı: 232 h.q.) ölümü və Mütəvəkkilin (232-247 h.q.) iqtidara 

gəlməsi ilə Mötəzilə nüfuzdan düşdü. Çünki, Mütəvəkkil özündən əvvəlki üç 

xəlifənin  (Məmun,  Mötəsim,  Vasiq)  ziddinə  olan  kəlam  metodu  seçdi. 

Kəlami  bəhsləri  qadağan  etdi.  Mötəzilənin  müxaliflərini  (Əhlul-hədis)  və 

Quranın qədim olması nəzəriyyəsini kəskin himayə etməyə başladı.  

Hicri-tarixlə 232-ci ilin zilhiccəsində xalq Mütəvəkkilə beyət etdi. O, Əhli-

sünnəyə  təmayül  edərək  onlara  dəstək  oldu.  Hədisçiləri  Samirra  şəhərinə 

çağırıb xüsusi ehtiram göstərdi və onlardan Allahın sifətləri və görünməsi ilə 

bağlı  hədisləri  nəql  etmələrini  istədi.  Bu  iş  xalqın  diqqətinin  cəlbinə  və 

razılığına səbəb oldu

25

.  



Xətib  Bağdadi  deyir:  Əhlul-hədis  məsciddə  oturub,  Mötəzilə  əleyhinə 

hədislər  danışır  və  təkfir  edirdilər.  Quranın  məxluq  olmasına  inan  kəs 

haqqında  Əhməd  ibn  Hənbəlin  nəzərini  soruşduqda:  “Kafirdir!”  – 

deyirdilər

26

.   


                                                      

24

 “Təbəqatul-Mutəzilə”, səh. 175. 



25

 “Tarixul-xuləfa”, səh. 346. 

26

 “Tarixu Bağdad”, c. 3, səh. 285. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  11 

 

 



 

 



Mötəzilə III əsrdən sonra 

Hicri tarixlə IV əsrin astanasında Əbu Əli Cubbai Mötəzilinin (vəfatı: 303 

h.q.)  şagirdi  Əbul  Həsən  Əşəri  topika  və  kəlam  elmini  yaxşı  bildiyi  üçün, 

ustadı  ilə  münazirə  edəndən  sonra  onun  cavabları  Əşərini  qane  etmədi. 

Nəticədə  Mötəzilə  məktəbindən  kənarlaşdı.  O,  cümə  günü  Bəsrə 

məscidində  Quranın  məxluq  olması,  Allahın  görünməsi  və  işlərin  xəlq 

olması kimi etiqadlarda Mötəzilədən ayrıldığını elan etdi

27

.  



Mötəzilə  məktəbinin  görkəmli  şagirdlərindən  olan  Əşərinin  bu 

məktəbdən  üz  döndərməsi  mötəzililərə  böyük  bir  zərbə  oldu.  Digər 

tərəfdən  Mötəzilənin  metodundan  özlərinə  qarşı  istifadə  edirdi.  Əşərinin 

Əhlul-hədisi  müdafiə  etməsi,  ümumi  kütlə  tərəfindən  olduqca  müsbət 

qarşılandı. Mütəfəkkirlərin qəbul etdiyi əqli və kəlami metodla silahlanması 

bir  tərəfdən,  Abbasi  xəlifəsinin  mübarizəsi  digər  tərəfdən  Mötəzilənin 

kəlami məğlubiyyətinə yol açdı.  

Bu  məğlubiyyət  mötəzili  rasionalistlərini  tamamilə  məyus  etmədi; 

bəziləri  öz  məktəblərinin  hörmətini  qorumaq  naminə  çoxlu  səy 

göstərmişlər.  Belə  ki,  Əbu  Haşim  Mötəzili  (vəfatı:  321  h.q.),  Əbul  Qasim 

Kəbi  (vəfatı:  317  h.q.)  və  Əbul  Hüseyn  Xəyyat  (vəfatı:  311  h.q.)  III  əsrin 

sonu,  IV  əsrin  əvvəllərində,  Əbu  Abdullah  Bəsri  (vəfatı:  367  h.q.)  IV  əsrdə 

Mötəzilənin  məşhur  kəlamçılarındandır.  IV  əsrin  əvvəllərində  Əbu  Bəkr 

Əhməd ibn Əli İxşidi (vəfatı: 320 h.q.) Bağdadda məktəb təsis etdi və həmin 

əsrin  sonuna  kimi  nüfuz  daşıdı

28

.  Habelə,  Qazi  Əbdul  Cabbar  Mötəzili 



(vəfatı: 415  h.q.)  və  Əbul  Hüseyn  Bəsri  (vəfatı:  367  h.q.)  V  əsrdə Mötəzilə 

məktəbinin tanınmış simalarından sayılır.  

Qazi  Əbdul  Cabbardan  kəlama  dair  dəyərli  əsərlər  qalmışdır.  Ən 

mühümləri, “Şərhul-Usulil-xəmsə”, “əl-Muğni” və “əl-Muhit bit-təklif”dir. VI 

əsrdə bu məktəbin tanınmış simaları Zəməxşəri (vəfatı: 528 h.q.), VII əsrdə 

İbn Əbil Hədid (vəfatı: 655 h.q.) kimi şəxsiyyətlər olmuşdur. Amma, bundan 

sonra Mötəzilə məktəbi fəaliyyətini tamamilə dayandırdı.  

 

                                                      



27

 “İbn Nədimin fihristi”, beşinci məqalə, üçüncü fənn, səh. 257. 

28

 “İslam dünyasında fəlsəfə tarixi”, c. 1, səh. 136; “Kəlami məzhəb və təriqətlər”, səh. 90. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  12 

 

 



 

 



Mötəzilənin yeni həyatı 

Son  əsrlərdə  şərqşünaslar  və  bəzi  Əhli-sünnə  mütəfəkkirləri,  xüsusilə 

Misir  alimləri  Mötəzilənin  nəzər  və  etiqadlarını  qəbul  edib.  Şeyx 

Məhəmməd Əbdəh də bu dəstədəndir

29



Burada  Əhməd  Əmin  Misrinin  Mötəzilənin  tərifi  haqqındakı  sözlərinin 



bir hissəsini qeyd edirik: 

 

“Mötəzilənin  məğlubiyyət  və  ölümü,  hədisçilərin  ona  qələbəsi 



müsəlmanların xeyrinə deyildi. Yaxşı olardı ki, onlar Mənsurun zamanındakı 

metodlarını  davam  etdirib  Abbasilər  hakimiyyətinin  oyun-oyuncağına 

çevrilməyəydilər.  Bu  surətdə  Mötəzilənin  Əhlul-hədislə  müxalifəti 

demokrat partiyası  ilə  mühafizəkarlar partiyasının  qarşıdurması timsalında 

müsəlmanların  xeyrinə  olardı.  Lakin  Mötəzilənin  məğlubiyyəti  ilə  ümmət 

Əhlul-hədisin  həmfikir  hədisçilər  və  fəqihlərinin  iqtidarı  altına  keçdi.  Bu 

cərəyan  Mütəvəkkilin  dövründən  bu  yaxınlara  kimi  davam  etdi  ki,  bu  da 

müsəlmanların elmi-nəzəri durğunluğuna səbəb oldu. Ona görə ki, alimlərin 

vəzifəsi hədisləri qorumaq və nəşr etdirmək - ən yaxşı halda – luğəvi təfsir 

və  sənəd bəhsindən  başqa  bir  şey  deyildi  və  heç  bir  halda  əqli  tənqid  baş 

vermirdi.  Belə  ki,  fəqihin  hünəri  özündən  öncəki  fəqihlərin  nəzərlərini 

səsləndirməkdən  başqa  bir  şey  olmayıb.  Məsudi  necə  də  gözəl  deyib: 

“Mütəvəkkil  ümməti  təslimçilik  və  təqlidə  əmr  etdi!”.  Bəli,  Mütəvəkkilin 

dönəmində alimlərə hakim olan atmosfer təslimçilik və təqliddən başqa bir 

şey deyildi. Odur ki, onun zamanında fiqh, hədis, təfsir və hətta ədəbiyyat 

sahəsində  təlif  olunan  kitablar  eynidir;  ixtira  və  yenilikdən  məhrumdur. 

Gözə dəyən fərq də, bəsit, cüzi və müxtəsərdir.  

Hədisçilərin iqtidarı min ilə yaxın hakim oldu. Nəhayət, təfəkkürdə yeni 

inqilab baş qaldırdı. Əslində bu inqilab İtizal məktəbinin təzahürüdür. Çünki, 

yeni elmi inqilab şəkk və təcrübəyə (Mötəzilə metodlarından biri) əsaslanır. 

Yeni  elmi  inqilabın  digər  üzü  rasionalizm,  demokratiya  və  insanı  əməlləri 

müqabilində məsul bilməkdir. Hansı ki, bunlar hamısı Mötəzilənin metod və 

prinsiplərindən sayılır.  

Mötəzilə İslama əvəzsiz xidmətlər göstərmişdir. Abbasilərin dövründə bir 

tərəfdən  iranlılar  hökumətin  idarəsində  aktiv  rol  oynayırdı,  digər  tərəfdən 

yəhudi və xristianlar da hakimiyyətə yaxınlaşaraq, tibb və digər sahələr üzrə 

xidmət göstərirdilər. Tərcümə işləri də onlara həvalə edilmişdi. Bu iş iranlı, 

                                                      

29

 Bunun izahı Əşairə bəhsində gələcək. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  13 

 

 



 

 



yəhudi  və  xristianların  müsəlmanlara  qarışmasına  gətirib  çıxardı.  Onlarda 

fürsəti  qənimət  bilib  öz  dini  etiqadlarını  yaymağa  başladılar.  Bu  üzdən 

sözügedən  əsrdə  ikiallahlığa  və  yəhudi,  xristian,  bir  də  qədim  hinduizmin 

bəzi  təlimlərinə  dəvət  rəvac  tapdı.  Bu  dinlərin  bir  qrup  ardıcılları 

müsəlmanlığı  qəbul  etdiklərini  bildirdiy  halda,  digərləri  aşkar  şəkildə  öz 

etiqadlarını  yaymaqla  məşğul  idilər.  Bütün  bunlar  ən  dərin  etiqadi 

məsələlərdə  münazirə  və  topikanın  yayılmasına  şərait  yaratdı  ki,  fəqih  və 

hədisçilər  müxaliflərin  şübhələrinə  cavab  vermək,  İslam  etiqadlarını 

müdafiə etmək kimi məsuliyyətli işlərin öhdəsindən gələ bilmədilər. Çünki, 

məharətləri  təkcə  hədis  üzrə  idi  və  İslam  müxaliflərinə  qarşı  dini  mətnlər 

keçərli  deyildi.  Onlarla,  xüsusilə  yunan  fəlsəfəsi  və  məntiqini  bilən  və 

etiqadlarının  müdafiəsində  onlardan  yararlanan  müxaliflərlə  mübarizə 

aparmağın yeganə yolu əqli və kəlami arqumentlərdən istifadə idi.  

Deməli,  ağlı  meyar  bilən  və  əqli  dəlillərdən  başı  çıxan  bir  qrup 

müxaliflərlə  mübarizəyə  qalxmalı  idi.  Həmin  əsrdə  yalnız  Mötəzilə  bu 

məsuliyyəti  öhdəsinə  aldı.  Onlar  İslam  etiqadlarını  gözəl  şəkildə  müdafiə 

edərək,  müxaliflərin  şübhələrini  cavablandırdılar.  Və  əksəriyyəti  də  İslamı 

qəbul etdi. Müxtəlif kəlami mövzularda, o cümlədən tövhid və nübüvvət – 

hansı  ki,  o  günlərdə  müzakirə  mövzusu  idi  –  haqqında  təliflər  yazdılar. 

Mötəzilə İslam düşmənləri ilə kəlami mübarizə aparmasaydı, müsəlmanlara 

hansı faciənin üz verəcəyini bir Allah bilir

30

.  



Əhməd  Əminin  Mötəziləni  təqdir  etməsi  təqdirəlayiq  olsa  da,  onun 

mühakiməsi tədqiqat sahəsində əmanətdarlıq və sədaqət prinsipinə ziddir. 

Ona  görə  ki,  o,  Mötəziləni  həmin  dövrdə  yeganə  İslam  müdafiəçisi  sayır. 

Halbuki,  məsum  imamlar  (ə)  və  Hişam  ibn  Həkəm  kimi  ali  məqamlı 

şagirdləri bütpərəst və zındıqlarla mübarizədə mühüm rolu ifa edirdi.  

Xülasə:  

1.

 

“İtizal”  kənara  çəkilmək  mənasındadır.  İslam  ensiklopediyasında 



Mötəzilə  adı  iki  dəstəyə  aid  edilir:  onlardan  biri  siyasi,  digəri  isə 

kəlami cərəyandır, hansı ki, bəhsimizin mövzusudur. 

2.

 

Mötəzilə ünvanı barəsində müxtəlif sözlər deyilib. Ən məşhuru Vasil 



ibn Ətanın Həsən Bəsridən, yaxud böyük günaha düşən kəsin imanı 

və küfrü məsələsində İslam ümmətindən kənarlaşmasıdır. 

                                                      

30

 “Zuhəl-İslam”, c. 3, səh. 202-207. 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  14 

 

 



 

 



3.

 

Vasil  ibn  Ətadan  dörd  nəzər  nəql  edilib:  1)  iman  və  küfür  arasında 



məqamın  isbatı;  2)  qədimlərin  çoxluğunu  inkar  məqsədilə  ilahi 

sifətlərin  rəddi;  3)  insan  ixtiyarının  isbatı;  4)  Əli  (ə)  və  müxalifləri 

arasında haqq və nahaqq məlum deyil.  

4.

 



Mötəzilə  kəlam  məktəbi  Bəsrədə  vücuda  gəlsə  də,  Bağdadda 

fəaliyyətini  davam  etdirdi.  Bu  tərtiblə  Bəsrə  Mötəzilə  məktəbi  və 

Bağdad Mötəzilə məktəbi yarandı. 

5.

 



Mötəzilə  təfəkküründə  dini  etiqadların  çıxarışı,  isbatı  və 

müdafiəsində ağlın rolu əsas və həlledicidir. 

6.

 

Mötəzilənin  etiqad  prinsipləri  bunlardır:  mənzilətun  beynəl 



mənziləteyn,  tövhid,  ədl,  vəd  və  vəid,  yaxşılığa  dəvət  və  pislikdən 

çəkindirmək. 

7.

 

Mötəzilə  məktəbi  müxtəlif  tarixi  dəyişkənlikləri  arxada  qoymuşdur. 



Belə  ki,  bəzən  özünün  iqtidar  həddinə  çatmış,  bəzən  də  süqut 

edərək  ən  çətin  vaxtlarını  yaşamışdır.  Mötəzilənin  yeni  həyatı 

müasir  dövrə  təsadüf  edir.  Son  əsrlərdə  şərqşünaslar  və  bəzi  Əhli-

sünnə  mütəfəkkirləri,  xüsusilə  Misir  alimləri  Mötəzilənin  nəzər  və 

etiqadlarını qəbul edib. Şeyx Məhəmməd Əbdəh də bu dəstədəndir. 

Suallar: 

1.

 



Mötəzili təfəkküründə ağlın rolu nədir? 

2.

 



Mötəzilənin  özünəməxsus  tövhidi  və  onların  bu  barədə  təfsirini 

bəyan edin. 

3.

 

Mötəzilə  və  Şiənin  etiqad  prinsipləri  arasında  nə  kimi  fərqlər  var. 



Təhlil edin. 

4.

 



Mötəzilənin yeni həyat dövrünü bəyan edin. 

 

 



ARDI VAR...

 

 



 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə