«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
tarix26.10.2018
ölçüsü0,97 Mb.
#75744


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 

 

«ƏL-MƏHDİ  (əc)» İSLAM  MAARİF  MƏDRƏSƏSİ 

MÜQƏDDƏS  QUM  ŞƏHƏRİ 

2016 - 2017 

 

 



İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 

Giriş 

“Əhli-sünnə”  kəlməsi  Peyğəmbər  (s)  sünnəsinin  (sözü,  işi  və  imzası) 

ardıcılı  və  ya  ardıcılları  mənasındadır.  Əlbəttə,  bu  məfhum  özü-özlüyünd ə 

bütün  müsəlmanlara  aid olur.  Ona görə ki, müsəlmanlığın  ilkin  əlaməti  İslam 

Peyğəmbərinə  (s)  tabe  olmaqdır.  Termin  olaraq  isə  bu  kəlmənin  xüsusi 

mənası  var.  Ən  geniş  yayılmış  mənalarından  biri  şiə  termini  müqabilind ə 

işlənən  mənadır.  Bu  mənada  Əhli-sünnə  Allah  Rəsulunun  (s)  xəlifəsinin, 

imamın  Allah  tərəfindən  seçilməsini  qəbul  etməyən,  xəlifə,  imam  təyininin 

müsəlmanların  öhdəsində  olduğuna,  xalqın  seçimi  ilə  olduğuna  inanan 

təriqətlərə  şamil  olur.  Bu  meyarla  Şiə  təriqətləri  istisna  olmaqla  bütün 

müsəlman  təriqətləri  əhli-sünnə  sayılır.  Deməli,  Əhli-sünnə  Mötəzilə  və 

Xəvaricə  də  şamildir.  Lakin  bəzi  “miləl  və  nihəl”  kitablarının  yazarları    - 

hansı  ki, özləri  Əhlul-hədis  və Əşairə  kimi  təriqətlərin  tərəfdarıdırlar  – “əhli-

sünnə”ni  elə tərzdə təfsir  edirlər  ki, yalnız  Əhli-sünnənin  üstün  cərəyana,  yəni 

Əhlul-hədislə  başlayan  Əşəri  və  Maturidiyyə  məzhəbləri  ilə  davam  edən 

cərəyana  şamil  olsun.  Bu  məqsədlə,  məlum  təriqətlərin  müştərək  etiqadlarını 

Əhli-sünnə  olmağın  meyarı  kimi  təqdim  edirlər. 

Görünən  odur ki, belə bir  təfsirin  hədəfi  Mötəzilə,  Xəvaric  və Murciə  kimi 

təriqətləri  “əhli-sünnə”  terminindən  çıxarmaq  və bununla  da, öz təriqətlərini n 

etiqadlarını  nicat  əhli,  ciddi  ixtilafları  olmayan  təriqət  ünvanınd a 

göstərməkdir

1



Əhli-sünnə  termini  və formalaşma  tarixi  haqqında 



“Əhli-sünnə”  termini  haqqında  iki  mövzunu  araşdıracağıq:  1) bu terminin 

işlənməsi;  2) onun  formalaşma  tarixi. 

                                                 

1

 Müraciət edin: “əl-Firəq  bəynəl-firəq”,  səh. 337-392;  “Məqalatul-İslamiyyin”,  səh. 3,  298, 



473;  “Buhusun fil-miləl  vən-nihəl”,  c.  1,  səh. 160-166;  “İslam  məzhəbləri  və təriqətləri  ilə 

tanışlıq”, səh. 129. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 

“Əhli-sünnə”  termini 

“Əhli-sünnə”  termini  aşağıdakı  mənalardan  birində  işlənir: 

a)

 



“Şiə”  termininin  müqabilində;  bu mənada  ki, imamət  və xilafətin  təyini 

haqda  Kitab  və  sünnədə  bir  şey  gəlmədiyi  üçün,  Allah  Rəsulunun  (s) 

vəfatından  sonra Peyğəmbər  (s) xəlifəsinin,  müsəlmanların  rəhbərinin 

təyini  müsəlmanların  seçiminə  buraxılmışdır.  Bu  məna  Şiədən  başqa 

bütün  İslam  təriqətlərinə  şamil  olur. 

b)

 



“Bidət  əhli”  müqabilində;  Adətən,  “cəmaə”  kəlməsi  ilə  yanaşı  qeyd 

edilir  və  deyilir:  “Əhli-sünnə  vəl-cəmaə”.  Bu  məna  Əşairə  və 

Maturidiyyə  kəlamçıları  arasında  məşhurdur.  Onlar  özlərini  Əhli-

sünnə,  digər  təriqətləri,  o cümlədən  Qədriyyə,  Mötəzilə,  Xəvaric,  hətta 

Şiəni  də  bidət  əhli  adlandırırlar.  Belə  ki,  Əbu  Mənsur  Bağdadi  onu 

dörd fiqhi  məzhəbin;  Hənəfiyyə,  Şafiiyyə,  Hənbəliyyə,  Malikiyyə nin 

fəqihlərinə  və Sifatiyyənin  (Allahın  sifətlərini  zatına  əlavə  olunduğuna 

inanlar)  kəlamçılarına  yozmuşdur.  Mötəzilə,  İmamiyyə  və  İslamın 

digər  təriqətlərini  “Əhlul-bəd`  vəl-əhva”  kimi  tərif  etmişdir

2



Bağdadi  ardınca  Əhli-sünnə  olmağın  meyarını  aşağıdakı  bəndlərə 

iman  gətirməkdə  bilir: 



1-

 

Aləmin “hadis” (sonradan yaranan) olması; 

2-

 

Kainatın yaradanının yeganə olması, camal və cəlal sifətləri; 

3-

 

Həzrət  Məhəmmədin  (s)  peyğəmbərliyi,  nübüvvət  və  şəriətinin 

xatəmiyyəti və ümumiliyi; 

4-

 

Quran İslam şəriətinin  əsası və mənbəyidir; 

5-

 

Kəbə müsəlmanların qibləsidir. 

Deməli,  hər  kim  qeyd  edilənlərə  iman  gətirib,  dində  küfrə  gətirib 

çıxaran  bidət  yaratmasa,  təkallahlı  sünni  olacaq

3

.  Bütün  İslam 



təriqətlərinin  məlum  prinsiplərə  iman  bəsləməsi  gün  kimi  aydındır.  Bu 

                                                 

2

 “əl-Firəq  bəynəl-firəq”,  səh. 6, 7 və 13. 



3

 “əl-Firəq  bəynəl-firəq”,  səh. 318-322. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 

əsasla,  yalnız  etiqadları  küfürlə  nəticələnən  – bənzətmə  və  təcəssümə 



inanlar  kimi  - kəsləri  “əhli-sünnə”  terminindən  istisna  olur.   

c)

 



Ayə  və  hədislərin  zahiri  ilə  kifayətlənmək,  hətta  Kitab  və  sünnənin 

mütəşabihlərini  də təvil  etməmək;  Bu  xüsusda  hər  hansı  nəzərin  dilə 

gətirilməsindən,  ayə  və  ya  hədisin  izahından  çəkinmək,  başqa  sözlə 

“təfvizə”  inanmaq  lazımdır.   

Deməli,  mütəşabihləri  təvil  etməyə  çalışanlar  Əhli-sünnədə n 

sayılmayacaq.  Bu  məna  qədimdə  təkcə Əhlul-hədisin  bir  hissəsinə  və 

Hənbəlilərə,  hazırkı  əsrdə isə  Sələfilərə  tətbiq  olunur.   

d)

 



Əbubəkr  və  Ömərin  fəzilətinə  və  Osman  və  həzrət  Əlinin  (ə) 

məhəbbətinə  etiqad  bəsləyən;  Deyilənə  görə,  sələfin  belə  bir  yolu 

olmuşdur

4

.   



Hər  halda,  hazırkı  dövrdə  “əhli-sünnə”  termini  dörd  fiqh  məzhəbi 

ardıcıllarına;  hənəfi,  maliki,  şafii,  hənbəli  və kəlami  məzhəbinə;  Maturidiyyə 

və Əşəriyyəyə,  eləcə  də Sələfiyyəyə  aid edilir. 

Əhli-sünnə  termininin  formalaşma  tarixi 

Bu  xüsusda  bir  neçə versiya  mövcuddur: 

1-

 

Əhlul-hədis  və  Əşairənin  bəziləri  bu  kəlmədən  istifadə  edir.  Onlara 



görə sözügedən  termin  səhabələrin  dövründə  məşhur  idi.  Lakin  heç bir 

hədis  və ya tarixi  şahid  bunu  təsdiq  etmir.   

2-

 

Əbu Hatəm Səhl  ibn  Məhəmməd  Səcistani  (vəfatı:  205 h.q.) “əz-Zinət” 



kitabında  bu  termininin  yaranmasının  Abbasi  xəlifələrinin  dövrünə 

təsadüf  etdiyini  bildirmiş  və  demişdir:  “Müaviyənin  dövründə 

müsəlmanların 

bir  dəstəsi  Osmanın  həvadarları  olduğu  üçün 

“Osmaniyyə”,  bir  dəstəsi  də  Əli  (ə)  sevərlər  olduğundan  ötrü 

“Ələviyyə”  adlandırıldılar,  bundan  öncə  isə  şiə  kimi  tanınırdılar. 

Abbasilərin  hökuməti  dövründə  Ələviyyə  və Osmaniyyə  adları  aradan 

                                                 

4

 “Şərhul-Əqaidin-nəsəfiyyə”,  səh. 108. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 

qalxdı.  Ələvilər  əvvəlki  adla,  yəni  Şiə,  digərləri  isə  Əhli-sünnə 



adlandırıldı.  Bu iki  ad ondan  sonra davam  etdi

5



3-

 

Digər  versiyaya  əsasən, bu terminin  tarixi  hicri  tarixlə  I əsrin  sonlarına, 



yaxud  II  əsrin  əvvəllərinə  qayıdır

6

.  Belə  ki,  Ömər  ibn  Əbdül  Əzizin 



(vəfatı:  101  h.q.)  “qədər”  nəzəriyyəsinin  tənqidi  xüsusunda  yazdığı 

risalələrdə  “əhli-sünnə”  terminindən  istifadə  edilmişdir.  Zahirdə  Ömər 

ibn  Əbdül  Əzizin  kəlamından,  əhli-sünnəni  termin  olaraq  deyil, 

Peyğəmbər  (s)  sünnəsinin  hədisçi,  ravi  və  daşıyıcılarını  nəzərdə 

tutması  başa düşülür

7



Əhlul-hədis 

Əhlul-hədis  məktəbi  İslamda  ilkin  və  mühüm  cərəyanlardan  biri 

olmasından  əlavə,  Əşəri  məktəbinin  meydana  gəlməsində  də  böyük  təsiri 

olmuşdur.  Əhlul-hədis  əslində  fiqhi  və  ictihadi  cərəyan  olmuşdur. 

Ümumiyyətlə,  Əhli-sünnə  fəqihləri  metod  baxımından  iki  qrupa  bölünür : 

İraqda  mərkəzləşən  və  şəri  hökmün  çıxarışında  Quran  və  sünnədən  əlavə, 

ümumi  mənasında  ağıldan  da  istifadə  edən  qrup.  Belə  ki,  fiqhdə  “qiyası” 

(müqayisə)  mötəbər bilir,  hətta bəzi  hallarda  nəqldən  önə keçirirdilər.  Bu qrup 

“Əshabu  rəy”  kimi  tanınmağa  başladı  və  başlarında  da  Əbu Hənifə  (vəfatı: 

150 h.q.) dururdu. 

Hicazda  mərkəzləşən  digər  qrup yalnız  Quran  və sünnənin  zahirinə  istinad 

edir,  şəri hökmün  çıxarışında  ağlı  kökündən  inkar  edirdilər.  “Əhlul-hədis”  və 

ya “Əshabu  hədis”  kimi  məşhur  olan  qrupun  başında  Malik  ibn  Ənəs (vəfatı: 

179  h.q.),  Məhəmməd  ibn  Şafii  (vəfatı:  204  h.q.)  və  Əhməd  ibn  Hənbəl 

(vəfatı:  241 h.q.)  qərarlaşırdı

8

.    



Əhlul-hədis  öz  fiqhi  metodlarını  etiqad  üzrə  də  istifadə  edir  və  onları 

Quran  və  hədislərin  zahirindən  əxz  edirdilər.  Onlar  ağılı  etiqadlar ın 

                                                 

5

 “Əyanuş-şiə”, c. 1,  səh. 18; “Kəlami  məzhəb  və təriqətlər”,  səh. 59. 



6

 Müraciət edin: “Buhusun fil-miləl  vən-nihəl”, c. 1, səh. 343.

 

7

 Əbu Nəim  İsfəhani, “Hilyətul-əvliya”,  c. 5, səh. 346-353. 



8

 “əl-Miləl  vən-nihəl”, c. 1, səh. 206-207. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 

çıxarışında  müstəqil  bir mənbə  kimi  qəbul  etməməklə  qalmır,  etiqadi  hədislər 



haqqında  əqli  bəhslərə  tam  qarşı  idilər.  Başqa  sözlə,  həm  rasional  Kəlama, 

həm  də nəqli  Kəlama  qarşı  idilər.  Belə  ki,  ağıl  rasional  Kəlamda  etiqadlar ın 

müstəqil  mənbəyi,  nəqli  Kəlamda  nəqlin  rasional  xassələrini  istinbat  (çıxarış ) 

edəndir.  Onlar  ağlın  dini  etiqadları  müdafiəsindəki  rolunu  da qəbul  etmirlə r. 

Məşhurdur  ki:  bir  nəfər  Malik  ibn  Ənəsdən  “Rəhman  ərşə yüksəldi”  (Taha/5) 

ayəsindən  soruşdu.  O cavabında  dedi:  “Allahın  ərşə  yüksəlməsi  məlum,  bu 

yüksəlişin  keyfiyyəti  məchul,  buna  iman  vacib,  haqqında  soruşmaq  isə 

bidətdir”

9



Hər halda,  Əhlul-hədis  din  sahəsində  hər növ  təfəkkürə  qarşı  çıxır,  Kəlam 



elmini  kökündən  inkar  edirdilər.  Bu  təriqətin  ən  məşhur  siması  Əhməd  ibn 

Hənbəlin  “etiqadnamə”si  var.  Orada  Əhlul-hədisin  fundamental  etiqadlar ı 

bəyan  olunub.  Həmin  etiqadların  xülasəsi  belədir: 

1.

 



İman,  söz,  əməl  və  niyyətdir.  İmanın  dərəcələri  var,  yəni  çoxalıb-

azalması  mümkündür.  İmanda  istisna  var. Bu mənada  ki, əgər birindən 

imanı  haqqında  soruşsalar,  belə  deməlidir:  İnşallah,  möminəm! 

2.

 



Dünyada  hər  nə  baş  verirsə,  ilahi  təqdirdir  və  insanların  qəzavü-

qədərdən qaçışı  yoxdur.  İnsanların  bütün  işləri,  o cümlədən  zina,  şərab 

içmək,  oğurluq  və  s.  ilahi  təqdirdir.  Bu  xüsusda  kimsə  Allaha  etiraz 

edə  bilməz.  Əgər  kimsə,  Allahın  günahkarlar  üçün  itaət  istədiyini, 

lakin  onların  üsyanı  seçdiklərini  güman  etsə, həmin  şəxs asi bəndələrin 

iradəsini  Allahın  iradəsindən  üstün  bilmişdir.  Allah  üçün  bundan 

böyük  iftira  ola  bilməz.  Hər  kim  Allahın  varlıq  aləmini  bildiyinə 

inanırsa,  ilahi  qəzavü-qədəri  də qəbul  etməlidir; 

3.

 

Qiyamət  gününədək  xilafət  və imamət  Qüreyşin  haqqıdır; 



4.

 

Cihad  imamın  kənarında  olmalıdır,  istər  imam  adil  olsun,  istərsə  də 



zalım; 

                                                 

9

 Eyni  mənbə, səh. 93. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 

5.



 

Cümə  namazı,  həcc və iki  bayram  (Qurban  və Fitr)  namazı  ədalətli  və 

təqvalı  olub  olmamağından  asılı  olmayaraq,  imamsız  qəbul  deyil; 

6.

 



Sədəqələr,  xərclər  sultanların  ixtiyarındadır,  hətta  zalım  olsalar  belə; 

7.

 



Sultan  günaha  əmr  edərsə,  ona  itaət  edilməməlidir,  amma  zalım 

sultana  qarşı  qiyam  da yolverilməzdir. 

8.

 

Günahlarına  görə  müsəlmanları  təkfir  etmək  olmaz,  hədisdə  gələn 



hallar  istisnadır;  namazın  tərki,  şərab içmək  və bidət  kimi; 

9.

 



Qəbir  əzabı,  sirat,  mizan,  surun  üfürülməsi,  cənnət,  cəhənnəm,  lövhi-

məhfuz  və şəfaət  hamısı  haqdır,  cənnət  və cəhənnəm  əbədidir; 

10.

 

Quran  Allahın  kəlamıdır  və  məxluq  deyil,  hətta  kəlmələr  və  qarinin 



səsi  də  yaranmış  deyil.  Quranı  məxluq  və  hadis  hesab  edənlər 

kafirdir


10

.   


Sələfiyyə məzhəbi (Sələfilik) 

Yaranma  tarixi 

Sələfilər  bir  məzhəb  kimi  tanınmazdan  öncə,  əqidəvi  cərəyan  və  hərəkat, 

hətta  ictimai  və  bəzən  siyasi  bir  hərəkat  hesab  edilmişlər.  Bu  cərəyan  tarix 

boyunca  bir  neçə  dəfə  İslam  dünyasının  müxtəlif  bölgələrində  zahir 

olmuşdur.  Sələfi  cərəyanı  saleh  sələflərin,  yəni  İslamın  əvvəllərində  yaşayan 

müsəlmanların  əməl  və  rəftarlarını  dirçəltmək  məramında  olmuşlar.  Adətən, 

İslam  ümmətində  müxtəlif  etiqadlı  təriqət  və məzhəblər  yarandıqda,  dünyanın 

ayrı-ayrı  nöqtələrində  məskunlaşmış  bəzi  müsəlmanlar  dindəki  bidətləri 

aradan  qaldırmaq,  müxtəlif  təriqətlərin  İslama  artırdıqları  qol-budaqları 

kəsmək  üçün  qiyam  edərək,  Peyğəmbər  (s)  dinində  islahat  aparmaq 

istəmişlər.  Sələfilər  iddia  etmişlər  ki,  öz  nəzəriyyələri  ilə  Peyğəmbər 

ümmətini 

azğınlıqdan  düz  yola  döndərəcəklər.  Onlar  bu  hədəfin 

gerçəkləşməsi  üçün  hamılıqla  saleh  sələflərin  getdiyi  yola  və  sünnəyə 

qayıdaraq  onlar  kimi  fikirləşib  əməl  etmək  istəyirdilər.  Onlar  deyirdilər  ki, 

saleh  sələflərimiz  olan  Peyğəmbər  (s)  və  səhabələrin  əsrindən  sonra  dinə 

                                                 

10

 “Məqalatul-İslamiyyin”,  c. 1, səh. 320-325. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 

artırılan  şeylərdən  uzaqlaşmaq  lazımdır.  Məhz  buna  görə  də  bu  cərəyana 



“sələfilik”  adı verilmişdir.   

Ən  mühüm  sələfi  cərəyanı  əvvəlcə  hicri  tarixlə  VII  əsrin  axırlarında  və 

VIII  əsrin  əvvəllərində,  sonralar  isə  XII və XIII  əsrlərdə  meydana  gəlmişdir. 

VII  əsrin  axırlarında  başlanan  cərəyan  aydın  şəkildə  “Sələfiyyə”  adı  ilə 

məşhurlaşmış,  XII  və  XIII  əsrlərdə  yaranan  cərəyanlar  isə  başqa  adlarla 

tanınmışdır

11



Sələfiliyin  banisi 



Təqiyuddin  Əbul  Abbas  Əhməd  ibn  Əbdül  Həlim,  yəni  İbn  Teymiyyə 

(vəfatı:  728 h.q.)  Sələfiyyənin  əsas banisi  kimi  tanınmışdır.    

O, irfan,  sufilik,  fəlsəfə  və kəlamla  çox ciddi  mübarizəyə  başlamış,  sufilər, 

filosoflar,  kəlam  alimləri  və müxtəlif  təriqətlər  tərəfindən  işıqlandırılan  bütün 

bəhsləri  bidət  adı  ilə  rədd  etmişdi.  İbn  Teymiyyə  bu  bəhslərin  hamıs ını 

Peyğəmbər  (s) dinində  xurafat  və azğınlıq  adlandırmış,  Qurana və Peyğəmbər 

(s) sünnəsinə  qayıtmağı  vacib  hesab etmişdir. 

Onun  bütün  İslam  məzhəbləri  ilə  ciddi  mübarizə  aparması  əksər 

müsəlmanların,  alimlərin  və  din  rəhbərlərinin  kəskin  qarşıdurmasına  səbəb 

oldu;  onunla  müasir  olan  alimlərin  əksəriyyəti  bu cərəyanın  qarşısında  ciddi 

mövqe  tutdular.  Çünki,  İslam  alimlərinin  əksəriyyətini  bidətçi,  məqbul 

saydıqları  əqidələri  isə  bidət  adlandırmaq  çox  sadə  qəbul  ediləsi  və  göz 

yumulası  bir  iş  deyildi…  Nəticədə  isə  İslam  alimlərini,  müxtəlif  təriqət  və 

məzhəb  başçılarını  bidətçi  adlandırıb  kafir  hesab  etdiyinə  görə  bir  neçə  dəfə 

müxtəlif  məntəqələrdə  həbsə  məhkum  olundu.  Bu  cərəyanda  ona  yalnız  bir 

qrup adam qoşuldu.  Onun  ən məşhur  şagirdi  İbn Qəyyim  Cövziyyə  də onların 

arasında  idi

12



1-

 

İbn Teymiyyə və Sələfiyyə 

                                                 

11

 “İslam  məzhəbləri  ilə tanışlıq”, (Ağabala Mehdiyevin tərcüməsi), səh. 87-88. 



12

 Eyni  mənbə, səh. 88. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  8 

 

 



 

 

Əhlul-hədis  və  Hənbəliyyə  məzhəbi  Əşəriyyə  məzhəbinin  meydana 



gəlməsi  ilə  moddan  düşsə  də,  kökündən  silinmədi  və  müxtəlif  zamanlard a 

ardıcılları  vardı.  Hicri  tarixlə  VIII əsrdə  bu məzhəb  növbəti  dəfə  Əhməd  ibn 

Teymiyyə  Hərrani  Dəməşqi  tərəfindən  təbliğ  edilərək  yayıldı

13

.  O,  İbn 



Xuzeymənin  “Tövhid”  kitabı  kimi  kitablarda  Allahın  sifətləri  haqqında  nəql 

olunan  hədislərin  zahiri  bənzətmə  və təcəssümə  dəlalət  edir  və əşərilərin  bəzi 

təvillərindən 

yararlanmadan 

başa  düşülməlidir. 

O, 


bununla 

da 


kifayətlənməyib,  aşağıdakı  bəndləri  ona artıraraq,  sələfi  etiqadlarından  saydı: 

1.

 



Peyğəmbərin  (s)  qəbrini  ziyarət  etməkdən  ötrü  səfəri  bidət  və  şirk 

saydı; 


2.

 

Peyğəmbərə  (s), Əhli-beytə  (ə) və ilahi  övliyalara  təvəssülü,  onların 



qalıntılarına  təbərrük  etməyi  tövhid  və ibadətə  qarşı  bildi; 

3.

 



Altı  səhih  və  müsnəd  kitablarında,  hətta  Əhməd  ibn  Hənbəlin 

“Müsnəd”ində  Peyğəmbər  (s)  Əhli-beytinin  (ə)  fəzilətinə  dəlalət 

edən bir  çox hədisləri  rədd etdi

14

.   



Bu  minvalla  İbn  Teymiyyə  Hənbəliyyənin  deyil,  Müaviyə  və  Bəni-

Üməyyənin  dövründəki  Osmaniyyə  üslubunu  dirçəltdi.  Digər  tərəfdən  də 

Vəhhabiyyət  məzhəbinə  ideoloji  zəmin  yaratdı.   

2-

 

Alimlərin İbn Teymiyyəyə qarşı gəlişi 

Müxtəlif  ölkələrin  İslam  alimləri  İbn  Teymiyyənin  yeni  ideyalar ına, 

xüsusən  də  Peyğəmbər  (s)  qəbrinin  ziyarəti  ilə  bağlı  rəyinə  qarşı  çıxdılar ; 

bəziləri  onu  təkfir  etdiyi  halda,  digərləri  alimlərin  hüzurunda  nəzərind ə n 

tövbə  etməsini  tələb  etdilər,  əks təqdirdə  isə həbs  edəcəklərini  bildirdilər.  Bu 

arada  Əbu  Abdullah  Məhəmməd  ibn  Osman  Zəhəbi  (vəfatı:  748  h.q.)  İbn 

Teymiyyəyə  məktublar  yazaraq,  onu  nəsihət  etdi  və  xeyirxahlıqla  belə 

əqidələrdən  imtina  etməsini  istəmişdi.   

                                                 

13

 “əl-Xitətul-məqriziyyə”,  c. 2, səh. 390.



 

14

 “Buhusun fil-miləl  vən-nihəl”, c. 1, səh. 316. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  9 

 

 



 

 

O dövrün  alimlərinin  demək  olar  ki,  hamısı  onun  barəsində  mənfi  nəzərə 



malik  idilər  ki,  onlardan  üçünün  adını  burada qeyd  edirik: 

 



Şeyx  Səfiyəddin  Hindi  Urməvi  (vəfatı:  715  h.q.)

  O,  Əşəri 

məktəbinin  kəlam  alimlərindən  biri  və  öz  dövründə  Əşəri 

məzhəbinin  tanınmış  şəxsiyyəti  idi.  O, İbn  Teymiyyənin  əqidələri 

barədə 

apardığı 



uzun-uzadı 

mübahisələrdən 

sonra 

(bu 


mübahisələrdə  irad  və şübhələrə  cavab verirdi)  sonda belə demişdi: 

“Mən  səni,  tutmaq  istəyəndə,  bir budaqdan  başqa bir budağa  qaçan 

sərçəyə  bənzədirəm”.  (Yəni,  mübahisə  mövzusunu  tez-tez  dəyişir 

və  bir  məsələ  üzərində  axıra  qədər  dayanıb  onu  tamamlamaqda n 

imtina  edir.)

15

 



 

Hafiz  Şəmsəddin  Məhəmməd  ibn  Əhməd  Zəhəbi  (vəfatı:  748 



h.q.)

  O,  İbn  Teymiyyəyə  xitab  edərək  nəsihətamiz  məktubunda 

deyirdi:  “...Xoş  olsun  o kəslərin  halına  ki,  onun  öz  eybləri  onun 

başqalarında  eyb  axtarmaqdan  saxlayar.  Vay  o  kəsin  halına  ki, 

camaatın  eyblərini  axtarmaq  onu  öz  eybini  görməkdən  məhrum 

edər. Nə vaxta  qədər  öz gözündə  tiri  görməyib  özgələrin  gözündə 

qıl  axtaracaqsan?!  Nə  vaxta  qədər  özünü,  öz  nəzərlərini  və 

ifadələrini  tərifləyib  alimləri  məzəmmət  edəcəksən;  camaatın 

eyblərini  araşdıracaqsan?!  Halbuki,  Allahın  Rəsulu  (s)  bu  işi 

qadağan  edərək  buyurmuşdur:  “Öz  ölülərinizi  yaxşılıqdan  başqa 

şeylə  yad  etməyin”.  Məgər  sənin  ardıcıllarının  əksəriyyəti  ağıldan 

kəm,  avam,  yalançı  və  kütbeyin  deyillərmi?  Yəqin  ki,  sənin  ölüm 

vaxtın  yaxınlaşıb...  Mən güman  etmərəm  ki, sən hər  hansı  bir  sözü 

və nəsihəti  qəbul edəsən. Əksinə,  bu bir vərəqin  cavabında  bir neçə 

cild  kitab  yazmaq  fikrinə  düşəcəksən.  Sənə  ürək  yandıran  mənim 

kimi  bir dost sənin  haqqında  belə fikirləşirsə,  onda gör düşmənlər in 

sənin  barəndə  nə  düşünür!  Allaha  and  olsun,  dostlarının  arasında 

                                                 

15

 Əbu Bəkr  Dəməşqi,  “Təbəqatuş-şafiiyyə”. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  10 

 

 



 

 

fasiq,  yalançı,  ikiüzlü  və cahil  adamlar  olduğu  kimi,  düşmənlər i nin 



arasında  da  saleh,  ağıllı  və  fəzilətli  şəxsiyyətlər  vardır.  Əlbəttə, 

məni  aşkar  şəkildə  nifrin  etməyindən,  xəlvətdə  isə  məktubumda n 

faydalanmağından  razıyam...”

16

 



 

Hafiz  Əli  ibn  Əbdül  Kafi  Səbki;  (vəfatı:  756  h.q.)

  O,  İbn 

Teymiyyənin  Peyğəmbərin  (s)  ziyarətinə  səfər  etməyin  bidət 

olması  ilə  əlaqədar  yazdığı  nəzəriyyəni  rədd etmək  üçün  “Şifaus-

siqam  fi  ziyarəti  xeyril-ənam  əleyhissəlatu  vəssəlam”  adlı  kitab 

yazmışdır.  “Təbəqatuş-şafiiyyə”  kitabı  bu  əsəri  yad  etməklə,  İbn 

Teymiyyəni  bu  işdə  səhv  edən  və  şeytani  vəsvəsələrə  düçar  olan 

bir  şəxs  kimi  tanıtdırır.  Çünki  o, Peyğəmbərin  (s) ziyarətinə  səfər 

etməyi  inkar  etmişdir....

17,18

 

Məhəmməd  ibn Əbdül Vəhhab və Vəhhabilik məzhəbinin təsisi 



İbn  Teymiyyənin  etiqad  və  nəzərləri  əsrlər  boyu  yaddaşlardan  silinmişd i. 

Nəhayət,  hicri  tarixlə  XII əsrdə Məhəmməd  ibn  Əbdül  Vəhhab  Nəcdi (1115-

12036  h.q.)  meydana  çıxdı  və  onun  əqidələrini  yaymağa  başladı.  O,  hər 

şeydən  əvvəl  İbn  Teymiyyənin  icad  etdiyi  ideyaları  qabartdı.  Əvvəldə  ilahi 

sifətlərlə  bağlı  hədislərə  lazımınca  etina  etməsə  də, nüfuzu  artandan  sonra Ali 

Səud onun  etiqadlarını  yaymağa  başladı.  Allahın  xəbər və hədis  yolu  ilə  gələn 

sifətləri  və  təvilə  qarşı  çıxma  məsələləri  növbəti  dəfə  vəhhabiyyət  məzhəb i 

ardıcıllarının  diqqət mərkəzində  durdu.  Bundan  sonra Osmanlı  imperatorluğu 

müstəmləkəçi  güclər  tərəfindən  parçalandı,  Ali  Səud  Hicaz  torpaqlarına 

hakim  kəsildi.  Əvvəldən  Vəhhabiyyət  etiqadlarını  dəstəkləyənlər,  onları 

yaymağa  başladı.  Əslində,  Vəhhabiyyət  məzhəbi  Sələfilik  adı  altında  bir 

tərəfdən  vəhhabi  alimləri,  digər  tərəfdən  Ali  Səudun  siyasi  və iqtisadi  qüdrəti 

sayəsində  güclü  təbliğ  edildi.  Nəhayət,  Hicazdan  əlavə,  İslam  dünyasını n 

künc-bucağıdan  özlərinə  çox  sayda  ardıcıl  toplamağı  başardılar.  Nəticə 

                                                 

16

 Şeyx  Məhəmməd  Kövsəri, “Təkmilətus-siyfis-səqil”. 



17

 Əbu Bəkr  Dəməşqi,  “Təbəqatuş-şafiiyyə”.

 

18

 “İslam  məzhəbləri  ilə  tanışlıq”, səh. 89-90. 




 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  11 

 

 



 

 

etibarı  ilə,  İslam  ümməti  arasında  ən  böyük  ixtilaflardan  biri  meydana  gəldi. 



Özlərini  “sələfi”  adlandıranların  quru  və  zorakı  metodları  İslamın  başındakı 

Xəvaricləri  xatırladır,  hansı  ki  bütün  İslam  məzhəb  və  təriqətlərini  kafir  və 

müşrik  sayırdılar.  Bunlar  da  ibadətdə  təkcə  özlərini  müvəhhid  bilir,  digər 

müsəlmanları  ibadətdə  şirk,  dində  bidət  adı  altında  ittiham  edirlər.   



3-

 

Ustad Buti və Sələfiliyin tənqidi 

Sələfiyyə  adı  altında  yayılan  vəhhabiliyin  etiqadlarının  əsassız  və 

metodlarının  nadürüst  olması  bir  qrup  İslam  tədqiqatçılarını  ona  qarşı 

qaldırdı.  O cümlədən,  Məhəmməd  Səid  Ramazan  Buti  Sələfiliyin  tənqidi  ilə 

bağlı  “əs-Sələfiyyətu  mərhələtun  zimniyyətun  mubarəkətun  və  la  məzhəbun 

İslami”  kitabını  yazdı.  Onun  iradlarından  bəzi  frazaları  burada qeyd edirik.  O 

deyir:  “sələf”  kəlməsindən  yeni  “Sələfiyyə”  termini  yaradaraq,  onu  İslamın 

xüsusi  məzhəbi  və ideologiyası  saymağımız  və bunun  əsasında  İslam  təriqəti 

meydana  gətirməyimiz  nadürüst,  əsassız  düşüncə  və addımdır.  Əgər  belə  bir 

işi  dində  bidət  saysaq, səhv  etməmişik. 

Hərgah,  sələfin  yoluna  müraciət  etsəm,  onların  öz  söz  və  fəaliyyətlə r inə 

Sələfiyyənin  onlara  baxdığı  kimi  baxmadıqlarını  anlayıram.  Yəni,  onlar  yeri 

gəldikdə  bir-birilərini  tənqid  edir,  öz fəaliyyətlərinə  təəbbüd  (avtoritet)  gözü 

ilə  baxmırdılar.  Bəs,  necə  ola  bilər  ki,  biz  onların  əməllərini  sorğu-suals ız 

həqiqətin  nişanəsi  və haqqın  yolu  sanaq?! 

Sələflərin  (səhabələr)  söz,  fikir  və  əməllərindəki  ixtilaf  və  ziddiyyətlər in 

mövcudluğu  ilə  Sələfiyyə  kimi  onların  söz  və  əməllərinə  şəri  dəlil  gözü  ilə 

baxsaq,  ziddiyyətli  və  paradoksal  nəsnələri  haqqın  eynisi  bilməliyik.  Bu 

məsələnin  doğru  olmadığına  isə  şübhə  yoxdur. 

Sələfiyyə  termini  meydana  gəldiyi  zaman  başqa mənada  daşıyırdı;  məqsəd 

qərbin  yeni  materializminə  təslim  olmamaq  üçün,  müsəlmanları  öz  dini 

dəyərlərinə  qaytarmaq  idi,  amma  əfsuslar  olsun  ki,  vəhhabilər  onun  orijina l 

və düzgün  mənasını  təhrif  edərək, yerinə  istədikləri  mənanı  qoydular.  Elə  bu 

əsasla  da,  yalnız  özlərini  həqiqi  müsəlman,  ümmət  sələflərinin  ardıcılı 

görərək,  digər  müsəlmanları  yolundan  azmış  saydılar.  Onların  nəzərinc ə, 



 

 

------------------------------------------------------------------------------------   İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------    

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  12 

 

 



 

 

sələfi  Quran,  hədis  və  İslam  hökmlərinə  ciddi  yanaşan  və  bu  yolda  İslam 



düşmənləri  ilə  cihad  edən  yox,  onların  spesifik  məslək  və  məramlarına  tabe 

olan  kəsdir.  Əks təqdirdə,  dində  bidət  və ya şirklə  ittiham  edilir

19

.   


ARDI  VAR...

 

 



 

                                                 



19

 “Kəlami  məzhəb  və təriqətlər”, səh. 61-62. 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə