«Əl-məHDİ (əc)» İslam maarif məDRƏSƏSİ MÜQƏDDƏs qum şƏHƏRİ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
tarix26.10.2018
ölçüsü0,94 Mb.
#75745


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 

 

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ 

MÜQƏDDƏS QUM ŞƏHƏRİ 

2016 - 2017 

 

 



 

İSLAM MƏZHƏBLƏRİ 

və TƏRİQƏTLƏRİ 

XƏYAL TOFİQOĞLU 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  1 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BİSMİLLAHİR RƏHMANİR RƏHİM 



 

GİRİŞ 

İslam  məzhəbləri  və  təriqətləri  elmi  İslamın  ən  qədim  elmlərindən 

biridir. Hansı ki, İslamın əvvəllərindən meydana gəlmiş və hazırda da İslam 

alimlərinin diqqət mərkəzindədir. Bu elmə təkan verən amillərdən biri onun 

İslam  cəmiyyətinin  dini  və  mədəni  həyatına  yaxın  olmasıdır.  Əldə  olan 

əsərlər təəssüb və rəqabət ruhunun həmişə bu elmə kölgə saldığını göstərsə 

də, bəzən yanlış mühakimələr fikri cərəyanların tam yalançı simasını ortaya 

qoysa  da,  hər  bir  tarixçi,  İslam  təfəkkürü  tarixinin  tədqiqatçısı  bu  elmə 

ehtiyac duyur.  

Müxtəlif  məzhəb  və  təriqətlərin  fikir  və  əqidələrini  araşdırmağın 

başqa  bir  əhəmiyyəti  də  var.  Bildiyimiz  kimi  fikri  və  etiqadi  məsələlərdə 

özünümüdafiə, nəzər və əqidələrin tənqidi və analizi qaçılmazdır. Təbii ki, 

elmi  nəzər  yürütmək,  düzgün  tənqid  etmək  üçün  hər  şeydən  əvvəl  fikirləri 

doğru  anlamaq,  aralarında  dəqiq  müqayisə  aparmaq  lazımdır.  İslam 

məzhəbləri və  təriqətləri elmi  doğru formada  əxz edilərsə,  ayrı-ayrı etiqadi 

görüşləri tanımaqda bizə bəsirət verər. 

Daha da önəmlisi bu elm dini mətnləri anlamaqda bizə kömək edir; 

bəzən  İslam  hədislərindəki  qeyri-şəffaflığa  aydınlıq  gətirir,  bəzən  də 

məfhumların vazehliyini artırır. Şiə və sünni hədislərində dəfələrlə müxtəlif 

təriqətlərdən söz açılmış, yaxud əqidələri nəql və tənqid edilmişdir.  



 


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  2 

 

 



 

 



Elmin adı 

Bu elmin digər elmlər kimi konkret ünvanı yoxdur. Ötən əsrlərdə 

bu elmə müxtəlif adlar vermişlər. Ümumilikdə ən məşhurları “Firəq 

və  məzahib”  (İslam  məzhəbləri  və  təriqətləri),  bir  də  “Miləl  və 

Nihəl”dir (əqidə və ideyalar). 

 

Lüğəvi mənaları 

-

 



Firəq (tək halı firqə) - bir qrup insan mənasındadır.  

-

 



Məzahib (tək halı məzhəb) – məslək və əqidə mənasındadır. 

-

 



Miləl (tək halı millət) – din və şəriət mənasındadır. 

-

 



Nihəl (tək halı nihlə) – iddia mənasındadır. 

Termin olaraq, “Firəq və məzahib” və “Miləl və Nihəl” bir-birinin 

yerində  işlənir,  amma  ikinci  ümumi  mənadadır,  bütün  dinlərin 

daxilindəki  məktəblərə,  məzhəblərə,  təriqətlərə  şamil  olur,  amma 

birinci xüsusidir, yəni təkcə İslamdaxili məzhəb və təriqətlər nəzərdə 

tutulur.  



Parçalanma səbəbləri 

Ümumiyyətlə,  din,  məzhəb  və  məktəb  ardıcıllarının  müxtəlif 

qruplara bölünməsinin ən mühüm səbəbləri: 

 



şər düşüncəsinin xüsusiyyəti

 -  insan hər hansı bir nəzər və 

ya  zehni  məsələ  barəsində  düşünərkən  fərqli  nəticələr  ala 

bilirlər.  Bu  qanunauyğunluq  riyaziyyat  kimi  dəqiq  elmlər 

istisna olmaqla, bütün nəzəri elmlərdə mövcuddur. 

 



İctimai  dəyişikliklər

  -  İctimai  dəyişikliklər  də  dini  ayinlərə, 

etiqad  və  inanclara  yenidən  baxılmaq  zərurətini  yaradır.  Bu 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  3 

 

 



 

 



da  adətən  dində  yeni  nəzəriyyənin  meydana  gəlməsi  və 

nəhayətdə yeni məzhəb və firqənin yaradılması ilə nəticələnir. 

 

Şəxsi mənafelər



 - Tarix göstərir ki, xalqın dini etiqadları daimi 

olaraq,  qüdrət  və  sərvət  sahibləri  tərəfindən  sui-istifadələrə 

məruz qalmış, qazanc axtaranların əlində bir alət kimi istifadə 

edilmişdir.  Dinin  bünövrəsi  qoyulan  zaman  qüdrət  sahibləri 

peyğəmbərlərin  dəvətinin  qarşısını  almaq  üçün  apardıqları 

mübarizənin  müsbət  nəticə  vermədiyini  gördükdə,  öz  həqiqi 

niyyətlərini dindarlıq pərdəsi altında gizlədərək, dini ayinləri 

daxildən təhrif edərək gözdən salmağa çalışmışlar. 

 

Azğınlığın yeni təzahürü



 - Dinin təsis olunduğu vaxtdan uzun 

müddət  keçdikdən,  habelə  din  barəsində  müxtəlif  təfsir  və 

nəzərlər  irəli  sürüldükdən  sonra,  ictimai  dəyişikliklərin 

doğurduğu zərurət, dinə yenidən baxışa şərait yaradır. Dində 

islahat  aparmaq  məqsədilə  yenidən  fikir  irəli  sürülməsinin 

özü  də  yeni-yeni  firqə  və  məzhəblərin  yaranmasına  səbəb 

olur.  Qeyd  olunan  amilin  təsirinə  misal  olaraq,  xristianlıqda 

meydana  gələn  provaslav  məzhəbini  göstərmək  olar.  Din  və 

məktəb  ardıcılları  yuxarıdakı  şərait  və  amillərin  mövcud 

olmasına  diqqət  yetirməklə,  dində  parçalanmanı  bir  növ  real 

gerçəklik  kimi  qiymətləndirirlər.  Amma  onların  hər  biri  sair 

firqə ardıcıllarının batil və səhv yolda olduğunu və yalnız öz 

məzhəblərinin haqq-həqiqət olduğunu hesab edirlər. Məhz bu 

məsələ  müxtəlif  firqələr  arasında  mübahisə  və  dialoqların 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  4 

 

 



 

 



yaranmasına,  onlardan  hər  birinin  qarşı  tərəfə  qələbə  çalmaq 

üçün daha güclü sübutlar axtarmasına səbəb olmuşdur. 



Dindaxili ixtilaf amilləri 

Peyğəmbərdən və ya dinin banisindən sonra ixtilafların yaranması 

təbiidir və bir neçə səbəbi ola bilər: 

1.

 

Siyasi;  

2.

 

Fiqhi; 

3.

 

Əxlaqi; 

4.

 

Etiqadi. 

Dini  ixtilaf  və  qarşıdurmalar  ən  çox  etiqadi  mövzularda 

yaranır,  bu  üzdən  biz  İslam  məzhəb  və  firqələrini  öyrənmək 

istəyərkən  onlara  etiqadi  aspektdən  yanaşacaq,  yaranma 

səbəblərinin kəlami, etiqadi mövzular olduğunu ortaya qoyacağıq. 

İslam məzhəbləri və təriqətləri nisbəti dindən qaynaqlanan bir 

məsələ  deyil,  çünki  orijinal  İslam  heç  bir  məzhəb  və  təriqəti 

olmayan  vahid  dindir.  Yaxud  İslam  məzhəbi  dedikdə,  məqsəd 

həmin  məzhəbin  İslama  uyğunluğu  və  İslam  mətnlərindən 

götürüldüyü  mənasında  deyil.  Deməli,  İslam  məzhəbləri  və 

təriqətləri  dedikdə,  məqsəd  İslam  təfəkkürü  sferasında  ərsəyə 

gəlmiş və adətən, ideya və əqidələrini İslam qaynaqlarına istinad 

vermiş  qruplar  başa  düşülür.  Hərçənd,  istinadları  doğru  olmaya 

da bilər.  



Elmin tərifi: 

Firəq və məzahib elmi tarixi və diskriptiv (təsviri) 

metodla  İslam  məzhəbləri  və  təriqətlərindən  bəhs  edən  və  onları 

tanıtdıran elmdir. 



Elmin predmeti:

 İslam məzhəbləri və təriqətləri 




 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  5 

 

 



 

 



Elmin hədəfi: 

İslam məzhəbləri və təriqətlərinin tanıtdırılması, 

özünəməxsus 

etiqadlarının 

bəyan 

edilməsidir. 



Bəzən 

mövzudankənar nəzərləri tənqid etmək, yaxud onların haqq və ya 

batil olmasına işarə etməkdir. 

Elmin  metodu: 

tarixi,  təsviri  və  nəqlidir.  Bu  elmdə  ilk  öncə 

məzhəb və təriqətlərin tarixi, yaranma keyfiyyəti və özünəməxsus 

etiqadları araşdırılır. Sonra bunlar əsasında həmin etiqadi məzhəb 

təsvir və analiz olunur. 

Elmin  xüsusiyyətləri:

  Peyğəmbərin  (s)  vəfatından  sonra 

ümməti  arasında  fikir  ayrılığı,  əqidə  çaxnaşmaları  baş  verdi  və  bu 

nəticə  etibarı  ilə  yeni-yeni  təriqətlərin  meydana  gəlməsinə  zəmin 

yaratdı.  İlkin  və  əsaslı  ixtilaf  imamət  və  Peyğəmbərin  (s)  xəlifəliyi 

məsələsi  idi,  hansı  ki  İslam  ümmətini  iki  məzhəbə,  sünni  və  şiəyə 

böldü. 

Günahkar şəxsin iman və küfrü məsələsi ikinici ixtilaflı mövzu 



idi  və  əhli-sünnə  arasında  Xəvaric,  Murciə  və  Mötəzilənin 

formalaşmasında  təsirli  idi.  Metod  fərqliliyi,  bəzi  təriqətlərin,  o 

cümlədən  “Əhlul-hədis”,  “Əşairə”  və  “Mötəzilə”nin  yaranmasına 

səbəb  oldu.  Bütün  bu  məzhəblər  Allah  və  Peyğəmbərinə  (s)  inanır, 

Quran və hədisi qəbul edir, məad, mələklər, namaz, oruc kimi vacib 

etiqadi  və  fiqhi  məsələləri  məqbul  sayırdılar,  amma  bir  sıra  etiqadi 

məsələlərdə  fikir  ayrılığı  yaşadıqlarından  dolayı,  İslam  ümməti 

arasında məzhəb və təriqətlərin yaranmasına bais oldular.  Bu elmin 

qayəsi, 

İslam 


məzhəbləri 

və 


təriqətlərinin 

tanıtdırılması, 

özünəməxsus  etiqadlarının  bəyan  edilməsidir.    Bəzən  də 



 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  6 

 

 



 

 



mövzudankənar  nəzərləri  tənqid  etmək,  yaxud  onların  haqq  və  ya 

batil olmasına işarə etməkdir. 



Bu elmin Kəlamdan fərqi 

“Firəq  və  məzahib”  elmi  tarixi  və  nəqli  metodla  müxtəlif  kəlami 



məktəbləri tanıtdırır və təsvir edir. Hər məzhəbin yaranış tarixini, nəzər 

və etiqadlarını araşdırır.  

Kəlam elmi isə İslam etiqadları haqqında əqli və nəqli bəhs edir. Bu 

elmin hədəfi, İslam etiqadlarını Quran və sünnədən çıxarış və müdafiə 

etməkdir.  Deməli,  bu  iki  elm  metod,  hədəf  və  mövzu  baxımından 

fərqlidir. 

Dərslə əlaqədar mənbələr: 

1.

 



”Əl-ədyanu  vəl-firəq”;  (Seyyid  Əbdüllah  ibni  Musa  ibni 

Əhməd ibni Məhəmməd ibni Musa Kazim (ə)). 

2.

 

“Əvailul-məqalat  fil-məzahibil  muxtarat”;  (Şeyx  Müfid 



Məhəmməd ibni Məhəmməd ibni Nöman Əkbəri. h.q.413). 

3.

 



“Bəyanul-ədyan”; (Əbul Muali Məhəmməd ibni Əbid ibni Əli. 

h.q.485). 

4.

 

“Təbsirətul-əvamm 



fimərifəti 

məqalatil-imam”; 

(Seyyid 

Mürtəza ibni Dai əl-Həsəni ər-Razi)

5.

 

“Məqalatul-islamiyyin  vəxtilaful-müsəllin”;  (Əbul  Həsən 



Əşəri. h.q.324)

6.

 



”Əl-fərqu 

beynəl-firəq 

və 

bəyanul-firqətin-naciyyəti 



minhum”;  (Əbu  Mənsur  Əbdül  Qahir  Əşəri  Bağdadi. 

H.Q.429)

7.

 

“Əl-miləlu  vən-nihəl”;  (İbni  Furək  Cəmaləddin  Əhməd  ibni 



Məhəmməd İsfəhani. h.q. 451)


 

 

------------------------------------------------------------------------------------  İSLAM MƏZHƏBLƏRİ və TƏRİQƏTLƏRİ (Dərslik) 



-------------------------------------------------------------------------   

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ

 - 


  7 

 

 



 

 



8.

 

“Əl-fəslu  fil-miləli  vəl-əhvai  vən-nihəl”;  (İbni  Həzm  Zahiri. 



h.q. 456)

9.

 



“Ət-təbsiru  fid-dini  və  təmyizil-firqətin-naciyəti  minəl 

halikin”; (Əbu Müzəffər Zahir ibni Məhəmməd İsfirayini. h.q. 

471)

10.


 

“Firəquş-şiəti”; (Əbu Məhəmməd Həsən ibni Musa Novbəxti. 

h.q. 300)

11.


 

“Əl-miləli vən-nihəl”; (Qazi Əbu Bəkr Məhəmməd ibni Təyyib 

Baqilani.)

12.


 

“Əl-miləli 

vən-nihəl”; 

(Məhəmməd 

ibni 

Əbdülkərim 



Şəhristani. h.q. 548)

13.


 

“Tarixul-məzahibil-islamiyyə”;  (Məhəmməd  Əhməd  Əbu 

Zöhrə. «Əl-əzhər» universitetinin ustadı)

14.


 

“Bühusun fil-miləli vən-nihəl”; (Cəfər Sübhani. Qum Elmiyyə 

Hövzəsinin ustadı)

15.


 

“Məzahibul-islamiyyin”; (Əbdürrəhman Bədəvi)

16.

 

“Əl-miləli vən-nihəl”. (Rəşid Yasimi). 



 

Ardı var... 



 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə